YALANÇISAN

seirDaha inana bilmirəm yalanlarına
Daha əvvəlki kimi
sevə bilmirəm səni.
Daha həminki sevgi də yoxdur aramızda
Bir qəlb nə qədər üzülər,
nə qədər ölər axı?!
Artıq səni də unuduram yavaş-yavaş
Unuduram sənin hər bir sözünü
Hər addım başı mənə dediyin
sevirəm sözünü.
Çünki inanmıram sənə!
Sən yalançısan!
Yalançısan sən!

Səninlə keçirdiyim günlərə
yazıklar olsun
İlk dəfə səninlə tanış olduğum o günə
İlk dəfə əlindən tutub gecələr gəzdiyimiz
Səhərlər zənginə oyandığım o sabaha
Səninlə bağlı hər şeyə,
amma hər şeyə
lənət olsun!
Səni qarşıma çıxaran taleyimə, qismətimə
Səndən başqa kimsəni görə bilməyən gözlərimə
Səndən başqa kimsəni sevə bilməyən ürəyimə
heyfim gəlir!
Vallah heyifim gəlir özümə!
Mən səni necə sevə bilərdim axı?!
Sən mənə layiq deyilsən, vallah!
Çünki sən yalanın özüsən!
Sən yalançısan!
Yalançısan sən!

Həyatda ilk dəfə
haqqın özü ilə qarşılaşdın,
O haqq sənə hər şeydə
tək haqqı göstərdi.
Həyatda necə sevməyi öyrətdi sənə
Necə dost seçməyi göstərdi sənə
Gözünü yumub sevgin üçün hər şeydən
Hətta canından belə keçməyi öyrətdi sənə
Zaman-zaman alıb götürdü səni
İtib batdığın o yalanların, o xəyanətlərin əlindən
Səni haqqın özü olduğu bir dünyaya apardı
Qədrini bilmədin o sevginin, o haqqın
Bulandırdın o sevgini adi bir sözünlə
Pis niyyətli gözünlə!
Bulandırdın o sevgini!
Sadəcə varlığınla, elə özün-özünlə!
Çünki, yalandır sənin özün də,
sözün də!
Hisslərin də,
adama baxan o gözlərin də
yalandır!
Sən yalançısan!
Yalançısan sən!

Yalan! Yalan! Yenə də yalan!
Səninlə yaşadığım hər günüm, hər anım!
Yalan!
Yalan! Yalan! Yenə də yalan!
Əllərimdən tutub,
gözlərimə baxaraq söylədiyin
“Əhməd, həyatımdan getmə!” sözlərin.
Yalan!
Yalan! Yalan! Yenə də yalan!
Sənin hər sözün, hər səsin
Yalan!
Sənin gülər üzün, hətta nəfəsin
Yalan!
Çünki, sən yalansan!
Həyatın da yalanla keçib!
Ömrün-günün yalan olub!
Gəncliyin də yalanla keçib!
Həyatın da yalandır!
Vallah yalandır!
Sən yalançısan!
Yalançısan sən!

Amma mən Haqqam!
Başdan ayağa kimi
Haqqın özüyəm!
Dünyaya baxan
Haqqın gözü!
Dünyaya ədalət saçan
Haqqın sözüyəm!
Heç yalanım olmadı sənə qarşı!
Sənin üçün gecələr yatmadığım!
Yalan deyil! Haqdır!
Səhərə kimi səni düşündüyüm,
Gələcək bizim olacaq deyə
Səbr etdiyim, arzularla yaşadığım
Yalan deyil! Haqdır!

Səninçün yaşadığım,
hər sözümdə,
hər kəlməmdə, əməlimdə
Səni düşündüyüm, səni qoruduğum
Yalan ola bilməz! Ola bilməz!
Heç düşündünmü, nələrimdən vaz keçdim
Sənə görə!
Hər şeyimdən, amma hər şeyimdən imtina etdim
Keçmişimdən, yaşadıqlarımdan
Keçmişimə görə qazandığım gələcəyimdən
Saya bilmərəm, bəlkə də əllimdən, yüzümdən
Vaz keçdim. Sənə görə!
Ən əsası isə özümdən vaz keçdim
Sənə görə!
Həsrətindən dağa-daşa düşdüm!
Sərsəri kimi dolaşdım dünyanı
Dərdimlə şəhərləri, ölkələri gəzdim
Yenə dözməyib sətirlərə düzdüm
Hisslərimi!
Sənə həsr etdim hər sətirimi
Şeirlərimi!
Kitablar yazdım sənə görə!
Şeirlərim qalaq-qalaq!
Qorxdum adını yazmaqdan
şeirlərimə, kitabıma!
Çünki, çox ağırdır sənin adın
Unutmaq istədim sənin adını
Dərd verir hər dəfə gələndə
Sənin adın!
Amma yenə sənsən o kitabda
Kitabda sənin adın!
Kitab belə adlanır
SEVDİYİM QADIN!

Əhməd Şahidov
29 Aprel 2012-ci il, saat 15:40, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке