SEVDİYİM QADIN


Tək səni qəlbimə sakin etmişəm
Səninlə ağlayıb, sənlə gülmüşəm
Ən çətin anımda səni görmüşəm
Qarşımda dayanıb əlimdən tutan
Mənə yaşamağa güc verən insan
Qəlbimə, ruhuma yazılıb adın
Ey mənim həyatda sevdiyim qadın!

Yaxşı ki, səninlə bir doğulmuşuq
Bir şəhərdə yaşayırıq, yaxşı ki,
Nə olsun ki, indi ayrı qalmışıq?!
Gün gələcək, dönəcəyəm axır ki
Biz bir olsaq, sınmarıq qarşısında
Bu qədər düşmənin, bu qədər yadın
Ey mənim həyatda sevdiyim qadın!

Gecə-gündüz xəyalını anıram
Səni təkcə özümünkü sanıram
Nə edim ki, səni çox qısqanıram
Yerə, göyə, ulduzlara sevgilim
Sənsiz qala bilməyirəm, neyniyim?!
Sən Şirinsən, mən də sənin Fərhadın
Ey mənim həyatda sevdiyim qadın!

Gün gələr göy geyinib dəniz olarsan
Gün gələr yaşıl geyinib çəmən olarsan
Gün gələr bəyaz geyinib mənim olarsan
Sevgin də bir ömürlük qonağım olar
Mən də xoşbəxt olsam, dünya dağılar?!
Bilmək istəyirəm sevginin dadın
Ey mənim həyatda sevdiyim qadın!

Yalnız ölüm ayıra bilər bizi
Alıb məni aparar ulduzlara
Amma bu da durdurmaz sevgimizi
Göy üzündən sənə nəğmə qoşardım
İşıq saçardım o gülər üzünə
Sən də baxıb ulduz tək sayrışardın
Ey mənim həyatda sevdiyim qadın!

Əhməd Şahidov
10 Mart 2012-ci il, saat 01:30, Moskva, Rusiya Federasiyası

Комментарии на Фейсбуке