SƏN OLMAYANDA

Yox, bacarmıram mən daha,
Gücsüzəm, acizəm, yalqızam.
Həyat da gözümdə kiçilir, insanlar adiləşir
Sevə bilmirəm heç kimi
Saralıram payızda açmış gül kimi
Gecələr ağlayıram, sızlayıram
lap bayquş kimi.
Özüm-özümlə danışıram,
gah gülürəm, gah ağlayıram
əsl dəlilər kimi
Sən olmayanda!
Səni daha da çox sevməyə başlayıram,
Səninlə söhbətlərimi bir-bir yadıma salıram
Hər günümüzü, hər saatımızı, saniyəmizi
Xatırlayıram, kövrəlirəm.
Telefonu götürüb sənə zəng etmək,
səsini eşitmək istəyirəm.
“Səni sevirəm” demək istəyirəm.
Qəribədir.
Amma sənə daha çox bağlanıram.
Sən olmayanda!
Əsəbi oluram, dözümsüz oluram
ətrafdakılara, yaxınlarıma
hamıya.
Sevgi yarası daha da ağrı verir
Dözə bilmirəm bu acıya
Bu həsrətə, bu sənsizliyə.
Çor yorğunam, çox dərdliyəm
Sanki indi üsyan edəcəm
Allaha etiraz edəcəm!
Heç kim gözümə görünmür
nə insanlar, nə müqəddəs dəyərlər
heç Allah da!
məni xoşbəxt edə bilməz
Sən olmayanda!

Əhməd ŞAHİDOV
05 Yanvar 2012-ci il, 21:20, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке