ETİRAF EDİM Kİ

Səni ilk görəndən vurğunam sənə,
Sevgi kitabıma yazmışam səni.
Rastlaşanda deyə bilmirəm sənə
Etiraf edim ki, sevirəm səni.

Sənin o gözlərin, o baxışların
Yadımdan çıxmayır nə gecə-gündüz.
Gözlərinə baxıb söyləməsəm də,
Etiraf edim ki, sevirəm səni.

Bilməzdim bu qədər utancağam mən,
Səni görən kimi tir-tir əsirəm.
Dostlar soruşanda bildirməsəm də
Etiraf edim ki, sevirəm səni.

Bilirəm aşiqsən sən də mənim tək
Bir zəng qədər indi yaxınam sənə
Səsini eşitmək xoş gələr mənə
Sən daha cürətli, daha da mərdsən
Qoyma bu sevdamız doğmamış ölsün
Mənim əvəzimə zəng elə mənə
Etiraf elə ki, sevirsən məni!

Əhməd ŞAHİDOV
05 Yanvar 2012-ci il, 19:20, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке