ƏLVİDA

Soyuq bir qış günü tərk etdin məni,
Arxanca zillənən gözə əlvida.
Yalvardım, and verdim Allaha səni
Yalvar-yaxar dolu sözə əlvida.

Getdin, bu gedişin sonuncu oldu
Dondu arzularım, saraldı, soldu
Sən getdin, gözlərim yollarda qaldı
Gözlər söyləyəcək yola əlvida.

Sanma tək qalmışam, xatirələr var
Səni unutmağa qoymazlar onlar.
Düşdükcə yadıma o günlər, anlar
Bir-bir söyləyirəm, dostum, əlvida.

Mən sevgisiz ayrı qala bilmərəm,
Min il ötsə, ayağına gəlmərəm.
Sən sevsən də, daha sevə bilmərəm,
Sevginə də, özünə də əlvida!

Sevəcəyəm başqasını, görərsən,
Məni sevəni də mən sevəcəyəm.
Sən isə dərdimdən külə dönərsən
Külünü sovurub göyə deyəcəm
Əlvida, sevgilim, sənə əlvida!

Əhməd ŞAHİDOV
03 Yanvar 2012-ci il, 23:22, Bakı, Azərbaycan

Комментарии на Фейсбуке