«Romanıma qarşı tənqiddən daha çox təhqir elementləri var» – FOTO

«Romanıma qarşı tənqiddən daha çox təhqir elementləri var» – FOTO

Ana Sayfa » ƏSAS » «Romanıma qarşı tənqiddən daha çox təhqir elementləri var» – FOTO

musahibeƏhməd Şahidov: «Məni daha çox müxalifətçi gənclər təhqir edir, amma fikir vermirəm»

Müsahibimiz «Sevdiyim qadın» romanı ilə gündəmə gələn gənc yazar Əhməd Şahidovdur

– Bu yaxınlarda yeni bir kitabınız çıxıb. Bu kitab haqqında oxucularımıza məlumat verərdiniz…

– Bu yaxınlarda iki kitabım çıxıb. Biri romandır, «Sevdiyim qadın» romanı, digəri isə son dövrlərdə yazdığım şeirlərdən ibarət kitabdır: «Gecələr ağlayan qadın»adlanır… Bu kitabların hər ikisinin adı ilə bağlı müəyyən xatirələrim var. Həm «Gecələr ağlayan qadın», həm də «Sevdiyim qadın» adlı şeirlərim var. «Gecələr ağlayan qadın» şeirini isə Ramiz Rövşənin «Qara paltarlı qadın» şeirindən ilhamlanaraq yazmışam. Bilmirəm, nə dərəcədə uyğundur, nə dərəcədə paralellər aparmaq olar, amma ona bənzətməyə çalışmışam. Əsas romanım haqqında danışmaq istəyirəm. Romanda iki sevən gəncin, həyatı haradasa mənim keçirdiyim hisslərlə üst-üstə düşən iki insanın münasibətləri, sevgi hissləri, tanışlıqları, bir-birindən ayrı qalmaları, maddiyyata görə sevgidən uzaqlaşmalar, peşmançılıqlar öz əksini tapıb. Burada məhəbbət, sevgi, nifrət, şəhvət var, eyni zamanda da hiylə var və ən əsası da rəqabət var. Bir-birini sevən iki gənc, karyera uğrunda amansız savaş və eyni zamanda saf və qarşılıqsız hisslər bu romanın əsas ideyasını təşkil edir. Məhəbbətlə bağlı olsa da, çox zaman qarışdırırlar. Burada eyni zamanda Azərbaycan reallıqları, həm daxili, həm də xarici siyasəti, ölkəmizin inkişafını istəməyən xarici qüvvələr və bu qüvvələri zərərsizləşdirmək üçün dövlətin atdığı addımılar haqqında danışılır. Bütün bunların da qəhrəmanı bir cavan oğlandır. Eyvaz gənc bir alimdir, şairdir, Moskvada təhsil alır, yaraşıqlı bir insandır. Eyni zamanda uşaqlıq illərindən Azərbaycan dövlətinin yetişdirdiyi peşəkar kəşfiyyatçı və killerdir.

– Biz onu Eyvaz Bond kimi təqdim edə bilərik oxucularımıza?

– Təqdim edə bilərsiniz (gülür)…

– Necə oldu ki, haradasa Əhməd Şahidovun həyatından bəhs edən bir romandan keçid elədin bir killerə?

– Ümumiyyətlə, şeirlərimdə də, elmi-publisistik yazılarımda da heç vaxt uydurma, saxta nələrisə yazmağı xoşlamamışam. İstəmişəm ki, nə varsa, olduğu kimi olsun. Bu nəsr əsərimi yazmağa başlayanda çalışdım ki, daha çox reallıqları yazım. Amma gördüm ki, öz həyatım oxucular üçün o qədər də maraqlı olmayacaq. Amma yenə də həqiqətlərlə manipulyasiya etməyə çalışdım. Yəni, öz həyatımdakı bəzi həqiqətləri ortaya qoyub onun üzərinə yazıçı fantaziyamı, təxəyyülümü əlavə etdim. Yəni, məhəbbətlə həyəcanı bir-birinə qarışdırdım. Məncə, maraqlı alınar.

– Şərq ədəbiyyatının bir hissəsi olan Azərbaycan ədəbiyyatında bu gün qan vacibdirmi?

– Məncə, vacibdir. Çünki bu gün təkcə sevgidən, məhəbbətdən danışmaq çox da real deyil. Çünki Azərbaycanda saf sevgi, məhəbbət barmaqla sayılacaq qədər azdır. Maraqlar üzərində formalaşan sevgilər, bu sevgilərdən yaranan ailələr var. Elə bu romanda da qadının sevgisi vaxt keçirmək, qadın ehtiyacını ödəmək üçündür. Azərbaycanda yaşayan hər bir insan Azərbaycanın dostlarının kim olduğunu bilməlidir. Azərbaycanda yaşayan hər bir insan Azərbaycanın düşmənlərini tanımalıdır. Ancaq sevgidən, məhəbbətdən, təbiətdən yazmaqla oxucunu haradasa aldatmaq olmaz. Yenə də deyirəm, mən saxta nəsə yazmağın tərəfdarı deyiləm. Bugünün oxucusu isə ümumiyyətlə saxtakarlıqdan uzaqdır. Bugünün oxucusu onu istəmir. Bir az reallıqları görmək istəyir. Sevgidən yazırsansa, sevginin ikiüzlüyündən də yazmalısan. Məhəbbətdən yazırsansa, maddi maraqlar üzərində qurulan məhəbbətdən də yazmalısan. Burada Azərbaycanın müharibə şəraitindən də yazmalısan. Bu baxımdan qan məncə qaçılmazdır.

– Yenicə çıxmış bu iki kitaba reaksiyalar necədir?

– Reaksiyalar birmənalı deyil. Adətən gənc nəsil, xüsusən də gənc xanımlar bəyənirlər. Sosial şəbəkələrdən, mənə edilən telefon zənglərindən hiss edirəm ki, bəyənirlər. Amma kəskin tənqid eləyənlər də var.

– Yenə deyirlər ki, niyə Əhməd Şahidov gedib öz işi ilə məşğul olmur?

– Bəli, məhz elə o cür də deyirlər. Bunu adətən məni yaxından tanıyan, az-çox göstərdiyim fəaliyyətə bələd olan və məni qısqanan insanlar deyir. Əgər əsəri oxusalar, əsəri bədii baxımdan tənqid etsələr, qətiyyən incimərəm. Bunu haradasa radikal müxalifət gəncləri deyir. Mənim bu gün əsərimi ən çox da onlar tənqid edir. Tənqiddən daha çox təhqir elementləri var. Əgər tutaq ki, Natiq Ədilov mənim əsərimi təhqir yox, tənqid etsəydi, mən ona heç nə deməzdim və bunu normal qarşılayardım. Mən belə şeylərə fikir verməməyə çalışıram. Məni daha çox ədəbiyyatşünasların, tənqidçilərin fikirləri maraqlandlrır.

– Son zamanlar «Əhməd Şahidov romanını MKM-ə təqdim edib» xəbərləri yayıldı mediada. Romanı Milli Kitab Mükafatına təqdim etmək haradan gəldi ağlına?

– Ümumiyyətlə, həmişə sağlam yarışın, rəqabətin tərəfdarı olmuşam. Azərbaycan reallığında rəqabətdən heç vaxt xoşum gəlməyib. Təhqirlər, insanın şərəf və ləyaqətini alçaldan müəyyən ifadələrdən, hərəkətlərdən istifadə olunur. Amma ədəbiyyat elə deyil. Ədəbiyyat elə bir sahədir ki, orada heç bir köməkçi qüvvə yoxdur. Burada yalnız önəmli olan istedaddır, yaza bilmə qabiliyyətidir. Bu müsabiqənin obyektivliyinə, qərəzsizliyinə inanaraq öz əsərimi təqdim elədim. İçimdə elə bir inam var ki, ən istedadlıların əsərləri ilə rəqabət apara biləcəyəm.

– Bu mükafata əsər təqdim etməyini birmənalı qarşılamayanlar oldumu?

– Oldu. Siz mənim yaralı yerimə toxundunuz. İlk dəfə ki, bu barədə mətbuatda məlumat getdi, o zaman Kulis.az internet portalının rəhbəri Qanturalı mənə yarızarafat, yarıciddi şəkildə elektron poçtuma məktub da yolladı ki, «mən də öz əsərimi həmin mükafata təqdim etmişəm, amma bunu heç də reklam eləməyə ehtiyac duymamışam». Bu söz məndə bir az təəssüf hissi doğurdu. Əgər mən öz fəaliyyətim haqqında məlumat verirəmsə, deməli, bu da fəaliyyətimin bir hissəsidir, burada heç bir qəbahət yoxdur. Çox da fikir vermədim Qanturalıya. Yəqin ki, hələ əsas diskussiyalar, polemikalar qarşıdadır.

– İndi Əhməd Şahidov yeni nə üzərində çalışır?

– Bu yaxınlarda bilirsiniz ki, Həcc ziyarətində oldum. Hələ orada olarkən qərara aldım ki, Həcc ziyarəti ilə bağlı bir əsər yazım. İndi həmin əsər üzərində işləyirəm. İnşaallah, çətin əsərdir, məsuliyyətli işdir, amma ümid edirəm ki, öhdəsindən gələcəyəm.
Söhbətləşdi: Oktay Hacımusalı. “Xalq Cəbhəsi” qəzeti

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib