Qeyri-müstəqil Türk dövlətləri və toplumları

Qeyri-müstəqil Türk dövlətləri və toplumları

Ana Sayfa » Türk Birliyi » Qeyri-müstəqil Türk dövlətləri və toplumları

Dövlət müstəqilliyi əldə edə bilməmiş Türk dövlətləri, muxtariyyətlər və toplumları barədə məlumat. Qeyri-müstəqil Türk dövlətlərinin tabe olduqları iri dövlətlər. Qeyri-müstəqil Türk dövlətlərinin dövlət dili, idarəetmə üsulu və iqtisadiyyatı. Qeyri-müstəqil Türk dövlətlərinin müstəqil olma imkanları.

SİNCAN UYĞUR MUXTAR VİLAYƏTİ

Sahəsi: 1 828 418 km2

Əhalisi: 30 milyon

Paytaxtı: Urumçi

Uzun bir tarix boyunca Şərqi Türküstan Mərkəzi Asiyada qurulmuş olan Türk dövlətlərinin və xanlıqlarının mərkəzi olmuşdur. E.ə. VIII-III əsrlərdə İskit, e.ə. 300 – eramızın 93-ci illərdə Hunlara, 522-744 dövründə Göytürk İmperatorluğuna, 744-840-ci illər ərzində Uyğur dövlətinə, 751-870-ci illər Qarluq və Qaraxanlılar İmperatorluğuna və Səudiyyə Xanlığına mərkəz olan (1509-1679) bu Türk yurdu tarixdə daim əhəmiyyət kəsb etmişdir. VIII və XVIII əsrlər arasındakı min illik dövr Çin İmperiyası ilə əhəmiyyətli dərəcədə mədəni və siyasi əməkdaşlığın həyata keçirildiyi bir sülh dövrü olmuşdur. Ancaq bu sülh dövrü Şərqi Türkistanın 1759-ci ildə Çin Mançu İmperiyasının işğalı ilə sona çatmışdır. 1759-cu ildən bu yana Şərqi Türküstanda 200-dən çox silahlı qiyam olmuş və Şərqi Türküstan xalqı 3 dəfə azadlığın dadını dadma fürsəti bulmuştur. 1863-cü ildə müstəqilliyinə qovuşan Şərqi Türküstanda Yaqub Xanın sədrliyi ilə “Şərqi Türküstan İslam Dövləti” qurulmuş və bu dövlət Osmanlılar, İngiltərə və Rusiya tərəfindən rəsmi olaraq tanınmışdır. Ancaq bu müstəqil Türk dövlətinin ömrü qısa sürmüş və 1876-ci ildə Çin-Mançu dövləti tərəfindən yenidən işğal edilmiş və 1884-cü ildə Sincan “Yeni Torpaq” adı ilə Çin İmperatorluğuna birləşdirilmişdir. XX əsrin əvvəllərində Mərkəzi Asiyada böyüyən millətçilik axını nəticəsində 1933-cü ildə Kaşgarda Şərqi Türküstan İslam Respublikası qurulmuşdur. Bu Respublikanın ömrü 1937-ci ildə başa çatmışdır. 1944-cü ildə Gulca şəhəri çinlilərdən təmizlənmiş, “Üç Vilayət İnqilabı” olaraq tanınan bu qiyamlar nəticəsində Şərqi Türküstan Türkləri Əli xanın başçılığı ilə Şərqi Türküstan Respublikasını qurmuşlar. Bütün Çinə hakim olan Kommunist Çin Qüvvələri 1949-cu ildə Stalinin də xeyir-duası ilə Şərq Türkistana girərək, bu tarixi Türk ölkəsini rəsmi olaraq işğal etmişdir.

İdarəçilik Forması

Muxtar bölgə daxilindəki etnik qrupların dağılmasına görə, 8 Avqust 1952-ci ildə 10 ayrı muxtar bölgə təsis edilmişdir. Sincan (Uyğur) Muxtar Bölgəsi bunlardan biri olsa da, rəhbərlik hüquqları Pekin rəhbərliyi tərəfindən tapdanmaqdadır. Bütün idarəçilikdə səlahiyyətlər çinlilərin əlindədir. Muxtar rəhbərlik orqanlarında vəzifəyə gətirilən etnik qrupların nümayəndələrinin siyasi, iqtisadi və əsgəri qərar vermə, nəzarət etmə səlahiyyətləri Çin Kommunist Partiyasının idarəsi altındadır.

Çin Kommunist Partiyası tərəfindən bölgəyə qubernator təyin edilmişdir. Vilayət rəhbərinin mütləq Çin Kommunist Partiyası üzvü olması şərtdir. Şərqi Türkistanda Sincan Uyğur Muxtar bölgəsindən başqa eyni hüquqlara malik daha 7 orqan var:

1. Sincan Hərbi Region Komandirliyi;

2. Sincan Hərbi İstehsal və İnşaat Region Komandirliyi;

3. Sincan Kommunist Partiyası;

4. Sincan Xalq Qurultayı Daimi Komitəsi;

5. İntizam Nəzarət Komitəsi;

6. Siyasi Məşvərət Şurası;

7. Sincan Dövlət Müdafiə Gücləri Baş Komandanlığı.

Demoqrafik vəziyyət

Çinlilər: 16 890 000

Uyğurlar: 12 500 000

Huiler: 600 000

Qazaxlar: 1 100 000

Mançular: 90 000

Qırğızlar: 150 000

Dongkianglar: 40 000

Taciklər: 33 000

Tibetlilər: 5 000

Özbəklər: 15 000

Davanilər: 5 000

Sarı Uyğurlar: 11 000

Salar: 3 000

Tatarlar: 5 000

Ruslar: 3 000

Boanlar: 300

İqtisadiyyat

Şərqi Türküstan neft, volfram, qızıl, kömür, uran kimi strateji xammallara və saysız-hesabsız yeraltı və yerüstü sərvətlərə sahib bir ölkədir. Çində mövcud 148 mədənin 118 növü Şərqi Türkistandan çıxarılmaqdadır. Şərqi Türkistanda indiyə qədər 5000 yerdə mədən ocağı istismara açılmış olub, Çindəki bütün mədən ocaqlarının 85%-ini təşkil edir. Təqribən 500 bölgədən neft, 30 bölgədən isə qaz çıxarılmaqdadır. Neft ehtiyyatı 8 milyard ton olaraq müəyyən edilmişdir. Hər il 10 milyon ton neft Çinə daşınır. Çinin kömür ehtiyyatının yarısı Şərqi Türkistanda istehsal olunur. İllik qızıl istehsalı 360 kq təşkil edir. Uran, volfram kimi strateji mədənlərlə duz və rəngli kristal daşları Şərqi Türkistanın başlıca yeraltı sərvətlərindən sayılır. 150 min km2 əkinçilik ərazisinə bir o qədər də əkilə bilən torpağa və 12 min km2 genişliyində meşəlik sahəyə sahib Şərqi Türküstan yaylalarında 60 milyona yaxın kiçik və iribuynuzlu heyvanlar bəslənməkdədir. Sənaye strukturlarında işçilərin 90%-ini, neft təsislərindəisə işçilərin 99%-unu bölgəyə yerləşdirilən çinlilər təşkil edir.

Mədəniyyət

Sincan Uyğur Muxtar bölgəsində xalqın 50%-i Uyğur Türkcəsi ilə danışır. 1000 ildən bəri istifadə etdikləri Ərəb əlifbası Çin hökuməti tərəfindən 23 Oktyabr 1969-cu il tarixində tamamilə qadağan edilmişdir. Onun yerinə Çin fonetikasına uyğun olaraq hazırlanan latin əlifbası qəbul etdirilmişdir. 1980-ci ildə Uyğur ziyalılarının hazırlamış olduqları Uyğur fonerikasına uyğun Kiril əlifbası layihəsi Pekin tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, xalqın böyük əksəriyyətinin türk olması səbəbiylə, Şərqi Türkistanda bütün maneələrə baxmayaraq, Türkcə danışılmaqdadır. Qədim bir Türk yurdu olan Şərqi Türküstan Türklərin ilk oturaq həyata başladığı yurdlardan biridir, Uyğur arxitekturası isə bütün dünyada məşhurdur və Türk-İslam arxitekturası xüsusiyyətlərini özündə ehtiva edir. Yeni Uyğur ədəbiyyatı dövrü (XIX əsr Uyğur ədəbiyyatı) Şərqi Türkistandakı Çin işğalçı ordularını, Çin hakimiyyətini və onlara qarşı edilən mübarizələri təsvir edən əsərlərin çoxluq təşkil etdiyi bir dövrdür. Ortaya çıxan ədəbi əsərlər Uyğur Türklərində meydana gələn yeni milli ədəbiyyatın təməlini qoymuşdur.

————————————————————————————————————

XAKASİYA

Sahəsi: 62.400 km2

Əhalisi: 498.384 (09/2010)

Paytaxtı: Abakan

Türkistanda Sibirin cənubunda, Sayan-Altay dağları və Yenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Hakasya 62.400 km2 bir sahə ilə Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya Sayan-Altay dağlarının bir hissəsidir. Üzərindən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir.

Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır.Türkcə danışan xakasların əsl adı Koraylardır (Hooraylar). Xakaslar – Kaçinlər (Haaş, Haas) Sogaylar, Kızıllar və Koybollar (Hoybollar) daxil olmaqla, dörd boy olub və bu dörd qrupun da ortaq adı Xakasdır. Xakas dili Türk dilinin Uyğur-Oğuz qrupuna daxildir. Öz dilinə, öz mədəniyyətinə və ənənələrinə bağlı olan Xakasiyada universitet, texniki institut, dil, tarix və ədəbiyyat araşdırmaları institutları fəaliyyət göstərir. Müxtəlif mədəniyyət və sənət quruluşları, 4 teatrı, kitabxana və muzeyləri, musiqi və incəsənət məktəbləri mövcuddur.

İdarəetmə mərkəzi paytaxt Abakan şəhəridir. Cənub-Şərqi Sibirdə olan bu bölgə Rusiyanın Krasnoyarsk əyalətinə tabedir. Xakaslar Türk boyu olub Cənub-Şərqi Sibirdə yaşayıblar. Xakaslar 1800-cü illərdə Rus İmperatorluğuna girmiş, 1930-cu ildə muxtar bölgə statusuna qovuşmuşlar. Xakaslar qədim şamanizm inancına balıdırlar.

Xakasların 2000-i aşan tarixləri onların bir Qırğız qrupu olduğunu göstərir.

Tanrı Dağı Qırğızlarının dünyada məşhur olan böyük dastanları Manas da bu tarixi hadisədən bəhs etməkdədir. Manas Dastanının dediyinə görə, Tanrı Dağı Qırğızları Yenisey bölgəsindən bugünki vətənlərinə Manas Xan rəhbərliyi zamanı köç etmişlər. IX əsr Çin qaynaqları qırğızlardan “Heges” və ya “KieKiaSe” adı ilə bəhs etməkdədir. Sonrakı illərdə Tanrı Dağı Qırğız tayfalarının müsəlmanlaşması və yaşanılan bölgələr arasındakı məsafənin uzaq olması səbəbiylə, Yenisey qırğızlarının ayrıca bir kimlik mənimsəməsinə və Xakas adını qəbul etmələrinə gətirib çıxarmışdır.

Əhali

Xakaslar qədimdən köçəri olan sibirli bir Türk xalqıdır. Amma indiki vaxtda bölgə əhalisinin təxminən 80%-ini ruslar təşkil edir. Cəmi əhalisi 498.384 bəfər olan Xakas Muxtar Bölgəsi əhalisinin ancaq 11.1%-i Xakasdır.

1989-cu ildəki siyahıyaalmaya görə, əhalisi 110.000 nəfər olan Xakaslar əsasən Krasnoyarsk vilayətinə bağlı olan Xakas Muxtar regionunda yaşayırlar. Xakasların Qırğız və Sağay adlı iki qolu mövcuddur.

2002-ci ildəki əhali sayına görə, Xakasiya Respublikasının etnik əhali paylanması bu şəkildə ifadə olunmuşdur:

Ruslar – 80,3%

Xakaslar – 12%

Alman – 1,7%

Ukraynalı – 1,53%

Belorus – 0,5%

Digər –  3,97%

İqtisadiyyatı

Xakas Muxtar Bölgəsi sənaye baxımından kömür, dəmir, qızıl, mərmər və s. çox zəngindir. Bundan başqa, taxta-şalban müəssisə sənayesi inkişaf etmişdir. İqtisadiyyat əkinçilik və heyvandarlığa (xüsusilə kiçik buynuzlu) əsaslanır. Bitki istehsalı də kafi səviyyədədir.

Qoyun və keçi yetişdirilməsi hələ də önəmli bir iqtisadi sahə sayılır. Alçaq sahələrdə reallaşdırılan suvarma layihələri otlaqlarda bəslənən heyvan sayını, əkin əraziləri sahəsini və başda buğda, yulaf, darı və kartof olmaqla, kənd təsərrüfatı istehsalını artırmışdır. Rusların bölgəyə yerləşməsinə də səbəb olan mis mədənçiliyi XVIII əsrdən bəri əhəmiyyətini qoruyub saxlamaqdadır. Abaza və Teyada zəngin dəmir cövhəri, yuxarı Çulımda qızıl, Çemogorskda kömür, Aksizdə barıt çıxarılmaqdadır. Bölgədə həmçinin mis, tungsten yataqları da mövcuddur. Meşələr əhəmiyyətli bir taxta-şalban qaynağıdır.

Dil

Xakas dilin uyğurcaya yaxındır. Bugün bir yazı dilinə sahib olan Xakasların dil və ədəbiyyat institutları mövcuddur. Xakaslar Çar dövründə zorla qəbul etdirilən Kiril əlifbasını Sovet İnqilabından sonra tərk edib, Latın əlifbasına keçmişlər, amma 1939-cu ildən sonra yenidən Rus əlifbasını istifadə etmək məcburiyyətində qalmışlar. Monqol dili və Çin elementlərinin də rast gəlindiyi Xakas dilinin söz dağarcığı daha çox ortaq Türkcənin sözlərindən ibarətdir. Xakaslar zəngin bir xalq ədəbiyyatı ənənəsinə sahibdirlər. Türkoloq W. Radloffun Xakas ləhcəsi ədəbiyyatı və etnoqrafyasıyla bağlı geniş araşdırmaları mövcuddur.

————————————————————————————————————

ALTAY RESPUBLİKASI

Sahəsi: 92.600 km2

Əhalisi: 209.207 (09/2010)

Paytaxtı: Qorno-Altaysk

Orta Asiyada, Asiya qitəsinin coğrafi mərkəzinin düz şimalında və Cənubi Sibirdə yerləşən Altay Respublikası qərbdə Qazaxıstan, şimalda Rusiya Federasiyası, şərqdə Tuva və Xakas Türk Respublikaları, cənubda Monqolustan, Şərqi Türkistan və Qazaxıstan ilə qonşudur. Türkün ata yurdu sayılan bu torpaqlarda Türklüyə sadiq sakinlər minlərlə il boyunca öz Türklüklərini yaşatmışlar. Altay Respublikası hal-hazırda Rusiya Federasiyasına bağlı muxtar bir respublikadır.

Sahəsi 92.902 km2 olan Altay Respublikasının şimal bölgəsi dağlar və meşələr, cənubu isə steplərlə örtülüdür. Ölkəni əhatə edən Altay dağlarının yüksəkliyi 4.000 metrdir və buzla örtülüdür. Cənubda Beluhka (Üç Sümer) təpəsi 4506 metr ilə ən yüksək zirvədir. Ondan sonra 4173 metr ilə Maashei Bazhy (Mahşuoy Bajı) təpəsi gəlir. Ən böyük buzlaq 35 km2 ərazini tutan Caan Tacı buzlağıdır. Ən əhəmiyyətli çayları Katun çayı ilə Telets Koye gölündən gələn Biga çayıdır. 7 minə yaxın gölü olan Altayda ən böyük göl Telets Koye (Qızıl) gölü olub, ətrafı Tayqa meşələri və yüksək dağlarla əhatə olunmuşdur. Bu, dünyanın ən möhtəşəm mənzərəli gölüdür.

Altay Respublikasında quru bir iqlim hökm sürür. Soyuq və qar yağmurlu bir qış, isti və quraq bir yaz iqlimin ən diqqətə çarpan xüsusiyyətidir. Tarixçilər, etnologlar, sənət və mədəniyyət tarixçiləri və dil araşdırmaçılarının Türklərin Ana yurdu olaraq qəbul etdikləri Altay bölgəsində edilən arxeoloji tədqiqatlar Afanasyova (e.ə. 2700-1700) və Andronova (e.ə. 1700-1200) mədəniyyətlərinin, xüsusilə də ikincisinin nümayəndəsi olan irq brakisefal, döyüşçü Türk irqinin prototipi olduğunu göstərmişdir.

E.ə. III əsrə qədər qəbilələr halında yaşayan xalq e.ə. II əsrin əvvəllərində bölgəyə Hunların gəlməsiylə, Hun idarəsinə girmiş, onu Göytürlər, Monqollar və Çinlilər əvəz etmişdir. Daha sonra Uyğur, Qırğız, Çingiz Xan, Çungarlar, Çin-Mançular idarəçiliyinə girən Altay Çin-Rus müharibələrindən sonra, 1865-ci ildə Rus idarəçiliyinə daxil olmuşdur. 1922-ci ildə Altayskaya bölgəsi olaraq təşkil edilmiş, 1948-ci ildə isə Qorno-Nitoyskaya şəklində adı dəyişdirilmişdir. SSRİ-nin parçalanması ilə 1991-ci ildə Muxtar Respublika, 1992-ci ildə isə Federal Dövlət olmuşdur.

Çox zəngin bitki örtüyünə sahib olan Altayda meşələr ölkənin hər yerini əhatə edir. Meşələrdə dünyanın heç bir yerində olmayan bitki növləri mövcuddur. Küknar, sidr, şam, ağ qovaq, aspen və quş ağacları ən çox olan növlərdəndir.

Respublika əhalisinin 73.8%-i çöl sahələrdə, 26.2%-i isə şəhərlərdə yaşayır. 70 illik kommunist sistemində nə qədər cinayətkar var idisə, bura sürgün edilmiş və bu səbəbdən də burada 38 cür millət yaşamaqdadır. Əhalinin 60%-i ruslar, 31%-i Altay Türkləri (72.000), 9%-i Qazax Türkləri, ukraynalı, almanlar və digərləri təşkil edir.

Paytaxtı Qorno Altaydır. 9 inzibati bölgəyə ayrılmaqdadır. İslam, xristianlıq və şamanizm geniş yayılmışdır. Dilləri Türkcədir.

Sənət və ədəbiyyat burada çox inkişaf edib. IV əsrin məşhur rəssamı G.I.Grukin də altaylıdır. Ənənəvi artistik rəqs və müsiqiləri çox məşhurdur. Respublikada əsas məşğuliyyət əkinçilikdir. 24 min cütçü mövcuddur. Çünki, istehsalda əsas sahə ferma heyvandarlığıdır, tarla əkinçiliyi isə ikinci planda qalmaqdadır. Xüsusilə, ölkənin dolanışıq qaynağını təşkil edən heyvandarlıq və tərəvəzçilik çox inkişaf etmişdir. Kiçik buynuzlu heyvan və şimal maralı yetişdirilməsi, balıqçılıq, ovçuluq və arıçılıq əsas yerləri tutur. Ölkədə 192 orta məktəb, 3 texnikum və 1 universitet fəaliyyət gəstərir. Altay Türkcəsi ilə ildə 37 kitab, 1 qəzet və 2 jurnal nəşr olunmaqdadır. Orta məktəblərdə 35 min, texnikumlarda 43 min, ölkənin yeganə universitetində isə 2600 şagird təhsil alır.

Mədən baxımından zəngin olan Altayda dəmir, kömür, gümüş, qalay, tungsten, mis və manqan çıxarılmaqdadır. Altay sözünün mənası olan “Altındağ” ölkədə olan zəngin qızıl ehtiyatlarından götürülmüş bir addır. Əsas istehsal malları isə tül, pambıqlı parça, elektrik alətləri, paltar, ayaqqabı, taxta-şalban və ferrobetondur. Meşəçilik inkişaf etmiş olub, meşə məhsulları istehsalı olduqca əhəmiyyətlidir. Başda Rusiya Federasiyası olmaqla, Yaponiya, Yeni Zelandiya, Avstriya və Avropa ölkələri ilə iqtisadi əlaqələrə malikdir. Turizm iqtisadiyyat içərisində xüsusi bir yer tutur. Meşə, dağ, göl və çayların bənzərsiz gözəlliyi ilə Altay Respublikası bir cazibə mərkəzidir. Dövlət başçısı və parlamenti olan Altay Respublikasında rusların əhali üstünlüyü parlamentdə də əks olunub və burada ruslar əzici üstünlüyə malikdirlər.

————————————————————————————————————

KABARDİN-BALKARİYA RESPUBLİKASI

Sahəsi: 12.500 km2

Əhalisi: 893.819 (09/2010)

Paytaxtı: Nalçik

Şimali Qafqazda, Böyük Qafqaz sıradağlarının şimal ətəklərində Rusiya Federasiyasına bağlı muxtar bir respublikadır. Şimalında Rusiya Federasiyası, şərqində Şimali Osetiya, cənubunda Gürcüstan, qərbində Qaraçay-Çərkəz respublikaları yer almaqdadır.

Şimali Qafqazda yaşayan Türk insanlarının ən əhəmiyyətli hissəsi olan Qaraçay və Malkarlıları bir-birindən ayırmaq mümkün deyil. Qaraçay və Malkarlıların əsas hissəsini Bolqar Türkləri, Xəzərlər və Qıpçaq Türkləri meydana gətirmişdir. Türklərin Orta Asiyadan başlayan böyük köçü zamanı İdil boylarına, oradan Şimali Qafqaza gələn bu Türklər əsrlər boyu bölgədə böyük imperatorluqlar qurmuş, bir qismi bölgəyə yerləşmiş, digər bir qismi isə Balkanlar və Avropanın içlərinə doğru getmişlər. Bölgədə qalan Hun, Bolqarıstan, Xəzər, Qıpçaq, Avar və Peçeneq Türklərinin bugünkü Qafqaz türklərinin əcdadları olduğu aparılan tarixi, antropoloji, arxeoloji və sosial-linqvistik araşdırmalarda ortaya çıxmışdır.

Şimali Qafqazda Kuban çayı ətrafında yerləşən bu Türklər 1223-cü ildə Çingiz Xanın ordusunun hücumu ilə Böyük Qafqaz sıradağlarının yüksək zirvələrinə çəkilərək, bugünkü Karaçaylı və Malkarlıları meydana gətirmişlər. Aparılan araşdırmalar Qıpçaq türklərinin Qaraçay və Malkar xalqının əsas hissəsini təşkil etdiyini ortaya çıxarmışdır.

Bölgədə Karaçaylı Türklərlə bitişik bölgədə yaşayan Balkarlı (Malkarlı) və Karaçaylı Türklər bu dəfə də SSRİ-nin Türkləri bir-birindən ayırma siyasətinin qurbanı olmuşlar. Bu iki Türk boyu ruslar tərəfindən bir-birindən ayrılmağa məcbur edilərək, Balkarlı Türklər Kabardeylərlə, Karaçaylı Türklər isə Çərkezlərlə dövlət qurmağa məcbur edilmişlər. Bunun nəticəsində bölgədə iki ayrı dövlət ortaya çıxmış, Balkarlıların Kabardeylərlə qurduğu dövlət isə muxtar bölgə olaraq günümüzə qədər gəlmişdir. Kabardin-Balkariya Respublikasının ərazisi 12.500 km2dir.

Böyük Qafqaz sıradağlarının ən yüksək təpəsi olan Elbrus dağı Qaraçay-Çərkəz Respublikası ilə hüdud təşkil edir. 5.633 metr yüksəkliyindəki Elbrus dağı ən böyük yüksəklikdir. Bu sıra dağlar 3.000 metrdən sonra buzlarla örtülüdür. Şimala doğru alçalan ərazi orta bölgədə 1000-3000 metr hündürlüyündə yaylalara, daha şimalda Terek çayı və qollarının meydana gətirdiyi geniş düzənliklərə çevrilir. Ən əhəmiyyətli çayı Terek çayıdır. Terek çayı Böyük Qafqaz sıradağlarının buzlaqları ilə bəslənməkdədir. Malkadere, Guzdelendere, Baksav-dərə, Cbeyan dərə, Çerek dərə həmişə bu buzluqlardan qidalanırlar.

Əhalisi 894 min olan Respublikada Balkarlı Türklər 90 mindən bir qədər artıqdır. Respublikanın paytaxtı Nalçık şəhəridir. Türklər əsasən dağlıq və vadilik bölgələr olan Çerek, Çeğen, Baksan, Malki və Terek ətrafında yaşayırlar.

Öz aralarında Mezengi, Bezingil, Hulamlı, Çezimli, Baksamlı kimi qollara ayrılan Balkarlılar müsəlman olub, Türk dil qrupunun Altay qoluna bağlıdırlar. Özlərinə Dağlı “Tavlu” da deyən Balkarlılar İkinci Dünya müharibəsində Stalinin qanlı sürgününə məruz qalmışlar, sürgün illərində minlərlə şəhid vermişlər, 1950-ci illərdə bağışlanılaraq ölkələrinə dönə bilmişlər.

Qızıl Orda və Krım xanlıqlarının suverenliyi altında qaldıqdan sonra, XV əsrin sonlarında Krım Xanlığıyla birlikdə Osmanlılara birləşən Balkarlar 1827-ci ildə rusların suverenliyinə girdilər. 1917-ci il Oktyabr sosialist inqilabından sonra, Karaçaylarla birlikdə Şimali Qafqaz Müstəqil Respublikasında birləşdilər. 1921-ci ildə də Kabartay muxtar vilayətinə qoşuldular.

Balkarlar II Dünya müharibəsi zamanı faşist Almaniyasıyla əməkdaşlıq etdikləri üçün 1944-cü ildə Stalin tərəfindən sürgün edildilər. Bu sürgündən (bu soyqırım zamanı xalqın böyük bir qismi aclıq və səfalətdən ölmüş, bir qismi yurdlarına geri dönə bilməmişdir, 1957-ci ildə də Xruşşov Balkarlara haqqlarını geri qaytarmışdır) sonra balkarların da yaşadığı Kabardey-Balkar Muxtar Sovet Sosialist Respublikasının adından “Balkar” kəlməsi çıxarıldı. Bu bölgə 1957-ci ilə qədər Kabardin Muxtar Sovet Sosialist Respublikası olaraq adlandırıldı. Bu tarixdə balkarların dönməsinə icazə verildikdən sonra, bölgə yenidən köhnə adını aldı. Balkarlar Sovetlər İttifaqının dağılmasının ardından, eyni respublikada yaşadıqları Kabardeylərlə müxtəlif anlaşılmazlıqlar yaşadılar. Rusiya Federal Qanunlarına əsasən, parlamentdə əksəriyyətə sahib olan Kabardeylər yerli qanunlar çıxararaq, Balkar kəndlilərinin torpaqlarını əllərindən almağa çalışır, Balkarları sıxışdırır və bu səbəbdən də bölgədə gərginliklərin yaşanmasına səbəb olurlar. Kabardeylərin bucür davranışları Balkarları özlərinə müstəqil bir respublika  qurmağa məcbur edir. Bununla belə, indiki vaxtda Balkarlar Kabardeylərlə birlikdə eyni respublika içində yaşayırlar.

————————————————————————————————————

ÇUVAŞISTAN

Sahəsi: 18.300 km2

Əhalisi: 1.453.000

Paytaxtı: Şupaşkar (Çeboksan)

Çuvaşıstan Rusiya Federasiyası ərazisində, Orta İdil üzərində, əsasən İdil çayının sağ tərəfində yerləşir. Şimal və şimal-qərbdə Mari Muxtar Respublikası və Rusiya Federasiyasının Qorki bölgəsi, şərqdə Tatarıstan, cənubda Rusiya Federasiyasına bağlı Ulyanovsk bölgəsi, cənub-qərbdə Mordva Muxtar Respublikası, qərbdə isə Rusiya Federasiyasına bağlı Arzamas bölgəsiylə əhatə olunmuşdur. Ərazisi böyük deyil. Cəmi 18.300 km2-dir. Cənubdan şimala 190 km, qərbdən şərqə isə 160 km-dir. Türk coğrafiyasının şimaldakı ən qərb nöqtəsidir və Ural dağlarının Avropa hissəsində yerləşir.

Əhalisi 1.453.000 nəfərdir. Əhalinin 60%-i (810.200) şəhərlərdə yaşayır. Respublikada 55-dən çox xalqın nümayəndəsi yaşamaqdadır. Əhalinin 67.8%-i çuvaşlar,  26.7%-i ruslar, 2.7%-i tatarlar, 1.4%-i mordvalar, yerdə qalan 1.4%-i isə digər xalqlar təşkil edir.

Paytaxt Şupaşkarda yaşayanların 61.6%-i çuvaşlar, 34.5%-i ruslar, yerdə qalanlar  3.9%-i digər xalqlaın nümayəndələridir. Əhalisinin 49.2%-i olan 906.900 adam Çuvaşıstanda, 51.8%-i isə Çuvaşıstana qonşu respublika və bölgələrdə yaşamaqdadır. Çuvaşıstan xaricindəki çuvaşlar əsasən Tatarıstan, Başqırdıstan, Samara, Ulyanovsk, Orenburg və Sibirdə (Tümen) yaşayırlar.

Çuvaşıstan torpaqlarının 50%-i becərilməkdədir. İdil çayının sol sahilində meşələr geniş yer tutur. Bölgədə ən çox şam ağacıdır. Şura çayı ətrafında isə şamın yanında palıd, qayın və cökə də yetişir. İdil boylarında isə ümumiyyətlə, palıd meşələri mövcuddur. Meşəlik bölgələrdə tülkü, vaşaq, porsuq, qurd, boz ayı, sığın, sincab kimi heyvanlar, çil xoruzu kimi quşlar yaşayır. Step bölgələrində isə dovşan, bildirçin, çayır quşu, çay sahillərində su samuru, su siçanı, qunduz kimi heyvanlara, ördək və qaz kimi quşlara rast gəlinir. Çay və göllərdə bol miqdarda balıq vardır.

Çuvaşıstanda yayları ilıq keçən quru iqlimi hökm sürür. Qışları uzun və olduqca soyuqdur. Yazda istiləşməyə başlayan hava ancaq iyunda normal düşür. Mayın ortalarına qədər don (buzlama) hadisələrinə rast gəlinir. Yayda təqribən istilik 18-20°C olur.

Daha əvvəl Kazan və Ulyanovsk əyalətlərinə bağlı olan Çuvaş coğrafiyası 24 İyun 1920-ci ildə Çuvaş Muxtar Bölgəsinə, 21 İyun 1925-ci ildə də Çuvaş Muxtar Sovet Sosialist Respublikasına (ÇMSSR) çevrildi. 1992-ci ildə də Çuvaş Muxtar Respublikası yaradıldı. Çuvaş Muxtar Respublikasının yaradılmasından sonra Rusiya Federasiyasıyla imzalanan müqaviləyə görə, Kosmos araşdırmaları, əsgəri təşkilat, polis təşkilatı, sərhəd mühafizəsi, ədalət və maliyyə işləri birlikdə yönləndiriləcək, bunlardan başqa, qalan sahələrdə Çuvaşıstan müstəqil bir respublika kimi hərəkət edə biləcək. 1992-ci ildə qəbul edilən konstitusiyaya görə, Çuvaşıstanın Rus və Çuvaş dili olmaqla, iki rəsmi və təhsil dili vardır.

Çuvaşıstan Respublikasında dövlət və siyasət qurumları yaradılmışdır. Xalq tərəfindən seçilən prezident, prezident tərəfindən parlamentdən kənar təyin edilən Nazirlər Kabineti və yerli seçkilərlə yaradılmış bir parlament fəaliyyət göstərir. Çuvaşıstanın özünün konstitusiyası, bayraq və gerbi mövcuddur. 21 yanvar 1994-cü ildə seçilən ilk prezident N.V.Fedorov hələ də vəzifəsini icra etməkdədir.

Çuvaşıstan iqtisadiyyatı ümumiyyətlə, əkinçilik və heyvandarlığa əsaslanır. Bununla belə, kimyəvi sənayelər – metal mühəndisliyi, taxta-şalban, ağac emalı, qida və digər yüngül sənaye sahələri inkişaf etmişdir. Başlıca mənbələri ərazisinin 1/3 hissəsini əhatə edən meşələr, əhəng yataqları, neft kisti və daş kömürüdür. Paytaxt Şupaşkarda taxıl, spirt istehsalı, meyvə konsantrasiyası, nişasta istehsalı, dəriçilik, metal sənayesi, parça və tekstil fabrikləri, kimyəvi maddələr istehsal edən fabriklər və iş maşınları çıxaran böyük bir fabrik var.

Çuvaşların və Çuvaş adının mənşəyi

Çuvaşların XVIII əsrə qədər bir əlifbalarının olmaması səbəbindən özləri üçün “Çuvaş” adını nə zamandan etibarən istifadə etdikləri haqqında hər hansı bir məlumat yoxdur. Bunun üçün “Çuvaş” adını digər qaynaqlarda axtarmaq lazımdır.

Rusların Kazanı işğal etdiyi (1551-1552) dövrlərdə yazılan Rus mənbələrində “Çuvaş” adının keçdiyini görürük. Çuvaş adı Rusların Kazanı işğal etmələrindən əvvəl də bəzi qaynaqlarda yazılmışdır. 1548-ci ildə Moskva Knyazı Ar çayından Vatkaya keçərkən Karin tatarlarına yazdığı məktublarda “Çuvaş” adı hallanır. 1526-ci ildə Alman Gerbenştayn Moskvanı ikinci dəfə ziyarət edərkən, gördüklərini qələmə alır. Onun latınca yazdığı “Moskva Qeydləri” adlı kitabı 1549-ci ildə nümayiş olunur. Bu kitabda Gerbenştayn Kazan Xanlığından da bəhs edir. Kazan Xanlığının otuz min hərbçisi içərisində Çuvaş və Çeremişlərin ən yaxşı nişancılar olduğunu və özlərinə xas paltarlarla gəzdiklərini qeyd edir.

Rus tarixi mənbələrində 1524-cü ildə Çeremişlərlə Çuvaşların İdil boylarında ruslarla vuruşmaları haqqında danışılır. 1692-ci ildə Lıslov Kazanda köhnə bir Tatar sənədi taparaq ozuyur və bu sənədi “Skif Tarixi” adlı əsərində qeyd edir. Bu sənəddə 1508-ci ildə Tatar bayramı olduğu, Kazan Xanının bütün ətrafını bayrama dəvət etdiyi və Çuvaşların du bu bayrama qatıldıqları barədə yazılır.

Çar Rusyasıyla birləşən Çuvaşlar bu dəfə də zorla xristianlaşdırılmaq və ruslaşdırılmaq siyasətiylə qarşılaşdılar. Rusiya hakimiyyətində yaşadıqları 445 il ərzində bu mövzuda müxtəlif təzyiqlərə məruz qaldılar. Lakin bunu açıq şəkildə ifadə etmək lazımdır ki, rusların İdil-Uralı parçalama siyasəti Çuvaşların daha geniş bir coğrafiyaya sahib olmalarına da gətirib çıxarmışdır. Kazan Xanlığı dövründə əhalisinin 5/4-ü, torpaqlarının isə 10/9-u itirən çuvaşlar, rus hakimiyyətində əhalilərini on qat, coğrafyalarlını isə üç qat artırmışlar. Rus hakimiyyəti çuvaşların tatarlaşma prosesini dayandırmış, lakin ruslaşma müddətini başlatmışdır.

————————————————————————————————————

DAĞISTAN RESPUBLİKASI

Sahəsi: 50.278 km2

Əhalisi: 2.576.531 (09/2010)

Paytaxtı: Mahaçkala

Dağıstan Rusiya Federasiyasına bağlı bir muxtar respublikadır. 20 yanvar 1921-ci ildə SSRİ-ə bağlı olaraq, Dağıstan Muxtar Sovet Sosialist Respublikası adı ilə quruldu. Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyası daxilində Dağıstan Respublikası adını aldı.

Rusiya Federasiyasının Avropadakı seqmentinin cənubunda yerləşən Dağıstan Böyük Qafqaz dağlarının şimal yamacının ən şərq nöqtəsində 50.278 km² bir sahəni əhatə edir. Şərqində Xəzər dənizi, şimalında Kalmuk Muxtar Respublikası, qərb və şimal-qərbində Çeçenistan və Şimali Qafqaz, cənub-qərbində Gürcüstan və cənubunda Azərbaycan ilə sərhəddir.

Dağıstan şərqdən qərbə 200 km, şimaldan cənuba 400 kilometr bir uzunluğa malikdir. Paytaxtı Mahaçkaladır. Digər əhəmiyyətli şəhərləri Dərbənd, Kızılyar, İzberbaş və Buynakdır.

Dağıstan adı bir qövmü deyil, coğrafi-topografik bir mənanı ifadə edir. Rusca da “Dağlar Ölkəsi” mənasında “Strana Qor” ifadəsi işlədilir. Dağıstan coğrafi baxımdan beş bölgəyə ayrılır. Birinci bölgədə Qafqaz Dağları və Dağıstan daxili platosu yer alır. Dağlar arasından Xəzər dənizinə axan Sulak, Samur və Quraq kimi çaylar buralarda dərin vadi və uçurumlar meydana gətirmişdir. Qafqaz dağlarının ümumiyyətlə, cənuba baxan yamaclarında yağış çox azdır. Buna görə də, bəzi bölgələrdə bitki mənşəli həyat yoxdur.

İkinci bölgə – birinci bölgənin şimalında yerləşən, hündürlüyü 920 metrə çatan və çıxıntılı təpələrdən ibarət olan ikinci bir dağ qurşağından ibarətdir. Bu bölgə şimal və şimal-qərbdə əsən küləklər səbəbiylə, olduqca yağışlı olub, sıx meşələrlə örtülüdür. Dağlar ilə Xəzər dənizi arasında qalan dar sahil düzlüyü üçüncü bölgəni yaradır. Dar boğazlardan çıxıb yayılan çaylar tərəfindən kəsilir. Neft və qaz yataqları yerləşən bu düzənliyin genişləndiyi yerdə başlayan dördüncü bölgə alçaq və bataqlıq düzənliklər ilə Terek çayı deltasından ibarətdir. Deltanın düz qarşısında uzun və qumlu Agragan yarımadası başlayır.

Son olaraq, Terekin düz şimalında Nogay çölləri beşinci bölgəni yaradır. Bu bölgənin iqlimi isə isti və quru olub, səhra xüsusiyyətlərini özündə cəmləşdirir.

Dağıstanın iqlimi ümumi olaraq isti və qurudur. Alçaq seqmentlərdə təqribi istilik yanvar ayında -3, 6 dərəcə, iyul ayında 23 dərəcə olur. Dağıstanın şimal hissəsini təşkil edən Sulak-Terek-Kuma düzlüyü – ən yüksək yeri 26 metri keçməyən və dənizə doğru getdikcə alçalan, susuz və kirəc bir çöldən ibarətdir. Bu sahənin əhali sıxlığı çox aşağıdır. Bu bölgənin sahil boyu sahələri bəzən su altında qalır. Kuma ilə Terek arasında bir çox duz gölü və bataqlıq vardır.

Əkinçilik Terek boyunda və süni suvarma üsulu ilə cənub-qərb hissəsində aparılır. Digər hissələrdə müxtəlif türk tayfaları köçəri halında yaşayır və heyvan bəsləyərlər. Sahil boyunda isə balıqçılıq ilə məşğul olurlar.

Dağıstan təbii zənginliklərlə doludur. Dağlıq bölgənin bitki örtüyü, vadilərdə və kanyonlarda yarpaq tökən meşələr, yüksək təpələrdə şam və huş ağacı meşələri bu bölgənin zənginliyindən xəbər verir.

Əhali

Dağıstanın əhalisi 2.576.531 nəfərdir. Əhalinin sürətli artımı təəccüblüdür. Çünki, ölkədəki rus və dağ yəhudiləri başqa yerlərə köçürlər. Rusiya və İsrailə xüsusilə böyük bir köç edilir. Rusların cəmi əhaliyə nisbəti 4%-ə düşmüşdür. Bu azalmağa baxmayaraq, əhalinin artım sürətinin yüksəlməsində ən əhəmiyyətli səbəb 1990-cı illərin əvvəlindən bəri post-Sovet respublikalarına səpələnmiş dağıstanlıların yenidən öz ölkələrinə geri dönmələridir. Xalqın 99.9%-i oxuma və yazmanı bilir və az qala hamısı isə 2-dən çox dildə sərbəst danışır. Dağıstanın əhali artımı sürəti Rusiya Federasiyası daxilində ilk sırada dayanmaqdadır. Bu artım sürəti davam etsə və ölkə xaricindəki insanların yurdlarına geri dönməsi tam təmin edilsə, Dağıstan əhalisi 2050-ci ildə altı milyonu keçəcəkdir. Mahaçkala, Hasavyurt, Buynakski, Kaspiski, Kızılyar, İzberbaş və Dərbənd şəhərləri ölkənin əhəmiyyətli şəhərlərindəndir.

Dağıstan əhalisinin 90.6%-i müsəlmandır. Yerdə qalanı isə xristian və yəhudidir.

————————————————————————————————————

QAQAUZİYA

Sahəsi: 1.832 km2

Əhalisi: 155,700

Paytaxtı: Komrat

Qaqauzya və ya Qaqauz Yeri Muxtar Bölgəsi – Moldova Respublikasına bağlı bir muxtar dövlətdir. Ölkəyə adını verən Qaqauzlar Oğuz Türkü mənşəlidir və “Qaqauz” sözü Göy-oğuzdan törəmişdir. Poul Vittekə görə, Gagavuz sözü Anadolu Səlcuq hökmdarı II İzzəddin Keykavus ilə bağlıdır.

Etnik quruluş

Qaqauz: 82.0%

Moldovan: 7.8%

Bolqar: 4.8%

Rus: 2.4%

Ukraynalı: 2.3%

Meşələrin və yerli enerji ehtiyyatlarının mövcud olmaması səbəbiylə bölgə enerjini kənardan təmin etmək məcburiyyətindədir. Gələcəkdə digər ölkələrin təcrübəsindən faydalanaraq günəş və külək enerjisi, alternativ enerji mənbələri olaraq, gündəmə gətirilə bilər.

Siyasi quruluş

Qaqauzyada idarəçilik Moldova Respublikasının Konstitusiyası, “Qaqauz Yeri Xüsusi Müəlliflik Statusu” Qanunu, Qaqauz Ana Qanunu və Qaqauz Xalq Topluluğunun çıxardığı yerli qanunlara görə icra edilməkdədir.

Moldova Respublikasının müstəqil dövlət olaraq, statusu dəyişdirildiyi təqdirdə, Qaqauz xalqı öz müqəddəratını təyin etmək hüququna malikdir. Qaqauzya siyasət, iqtisadiyyat və mədəniyyət məsələləri ilə əlaqədar problemləri Qaqauzya Xüsusi Müəlliflik Statusu Qanununun verdiyi səlahiyyətlər çərçivəsində müstəqil olaraq həll edir. Qaqauzya öz milli simvollarına malikdir, gerb, bayraq və marşı vardır. Ancaq Qaqaqauzyanın bir muxtariyyət kimi tam səlahiyyətlərə sahib olduğunu söyləmək çətindir. Məsələn, hələ də öz büdcəsini təyin etmir, xərclərini mərkəzi büdcənin icazəsi ilə həyata keçirir.

Qaqauzya rəhbəri dörd ildən bir seçkilərlə xalq tərəfindən seçilir. Qaqauzya rəhbəri eyni zamanda Moldova prezidentinin qərarı ilə Moldova Respublikası Hökumət üzvlüyünə də üzv təyin olunur.

Qaqauzyanın ali təmsil orqanı yerli qanunları çıxarma hüququna malik Xalq Toplusudur (məclisi). Qaqauzyaya daxil olan hər məskunlaşma yeri Xalq Topluşunda ən azı bir millət vəkili ilə təmsil olunur. Xalq topluşundakı millət vəkillərinin sayı 34 nəfərdir.

Tarixçəsi

Hal-hazırda təxminən 250 min Qaqauz köhnə SSRİ ərazisində yaşayır. Böyük bir qismi Moldovanın cənubundakı Bucak bölgəsində yaşamaqdadır. Qaqauz kəndləri Ukraynada Odessa və Zaporojye şəhərlərində, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Kabardeydə yer almaqdadır. Moldovada “Qaqauz Respublikası” xaricində, Kişinyovda 8.000, Benderdə 1.600 və Dnestr çayının şimal ətrafında 3.300, Balkanlardakı Bolqarıstan və Yunanıstanda təxminən 20 min Qaqauz yaşamaqdadır.

Qaqauzlar pravoslav xristian mənşəli etnik Türklərdir. Bizans yazılı mənbələrində Oğuzlar XI əsrdə Dunay çayını keçib Balkanlarda Makedoniya, Paristrione, Yunanıstan və Bolqarıstanda yerləşən köçəri tayfalar olaraq xatırlanır.

XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslav xristianlığını qəbul etmişlər, daha sonra Osmanlı rəhbərliyi altında yaşamışlar. XVIII və XIX əsrlərdə Balkanlarda başlayan və müstəqil olma məqsədini güdən hərəkətlər zamanı bolqarların təzyiqinə dözə bilməyən qaqauzlar 1750-1846-cı illər arasında Dunay çayı üzərindən Rusiyaya köç etmişlər və Dunay bölgələrinə (1769-1791) və Bessarabiyaya (1801-1812) yerləşmişlər. Moldovada yaşayan və türkcə danışan pravoslav xristian qaqauz xalqının bir hissəsi XIX əsrin əvvəlində Türk-Rus müharibələri zamanı Bolqarıstandan Moldovaya gəlmiş və 1906-cı ildəki 15 günlük müstəqillik dövründən başqa, müvafiq olaraq, rus, rum və Sovet rəhbərliyi altında yaşamışlar.

Çox sayda tarixçi, etnoqraf və dil mütəxəssisləri XIII əsrdə Dobruca ərazisində inzibati mərkəzi Korbuna şəhəri olan “Dobruca Şahzadəliyi” və ya “Uzi Əyalət” adı altında qurularaq, iki əsrdən çox yaşamış dövlətə sahib olan Qaqauzları türk dünyasının ən orijinal xalqlarından biri olaraq qəbul etməkdədirlər.

Kəndlilərin qiyamı nəticəsində Komrat Respublikasının elan edildiyi 1906-cı ildəki beş günlük müstəqilliyin ardından qaqauz xalqı Rusiya İmperiyası, Rumıniya, Almaniya (II Dünya Müharibəsi dövründə) və Sovet İttifaqının suverenliyi altında qalmışdır.

Sovetlər Birliyində demokratiya istiqamətli dəyişikliklərin başladıldığı 1980-ci illərin sonunda qaqauz ziyalıları arasında milli şüur yayılmağa başlamış, qaqauzların mədəniyyət və iqtisadi problemlərinin mövcudiyyətini irəliyə sürmə imkanı ortaya çıxmışdır. Qaqauz ziyalılarının fəal üzvləri, digər etnik azlıqların səylərini də birləşdirib, 1988-ci ildə “Qaqauz xalqı Hərəkatı”nı qurmuşlar.

1989-cu ilin may ayında ilk konqresini keçirən “Qaqauz xalqı” adlı hərəkat cənubi Moldovada, paytaxtı Komrat olmaqla qurulacaq muxtar Qaqauz Respublikasının öz mədəni və iqtisadi işlərinə böyük ölçüdə nəzarət etməklə yanaşı, yenə Moldovaya bağlı muxtar bir rəhbərlik tələbiylə ilk əhəmiyyətli çıxışını etmişdir.

Qaqauzlar 21 Avqust 1990-cı ildə cənubda qaqauzların ən sıx yaşadığı Komrat bölgəsində Muxtar Qaqauz Sovet Sosialist Respublikasını elan etmişlər. Bu qərar Moldova Ali Soveti tərəfindən ləğv edilmişdir. 25 Oktyabr 1990-cı ildə qaqauzlar Qaqauz Respublikasını yaratmağa yönəlik seçkilər keçirmiş, ancaq Moldova millətçiləri bu təşəbbüsün qarşısını almaq üçün bölgəyə 50.000 silahlı könüllü göndərmiş və rus əsgərlərinin müdaxiləsiylə bu təşəbbüs boğulmuşdur. Davam edən seçkilər nəticəsində 31 Oktyabrda Komratda yeni bir Qaqauz Ali Soveti qurulmuş, Stepan Topal prezident seçilmişdir. Moldovanın müstəqilliyini elan etməsindən sonra (27 avqust 1991-ci il) qaqauzlar da öz respublikalarını elan etmişlər. Moldova Məclisi 23 dekabr 1994-cü il tarixində “Qaqauz Yeri” Xüsusi Müəlliflik statusunu qanun olaraq qəbul etmişlər. Qanuna görə, qaqauzlara, Moldova Konstitusiyasına zidd olmamaq şərtilə, müxtəlif sahələrdə qanun çıxarmaq haqqı verilmişdir.

İqtisadi quruluş

Qaqauzya məhsuldar torpaqları səbəbindən olduqca yüksək bir əkinçilik potensialına malikdir. Aşağıda göstərilən sahələrdə yeni investisiyaların yatırılması və müasir texnologiyaların istifadəsi sayəsində yüksək səmərə alına biləcəyi düşünülməkdədir: üzüm emalı, şərab istehsalı, meyvə emalı (şaftalı, kays, ərik, alma, armud, heyva və s.), günəbaxan, qarğıdalı, buğda, soya istehsalı və emalı, süd məmulatları istehsalı, yun və dəri emalı, tütün və tütün məmulatları istehsalı.

Kənd təsərrüfatı sektoru qida və əkinçiliyə əsaslanan sənayenin xammal ehtiyacını qarşılayır. Region əhalisinin böyük bir qismi bu sektorda çalışır, Qaqauzyanın sosial-iqtisadi inkişafının təməli də əkinçiliyə söykənir. Prioritetli əkinçilik sahələri bunlardır: üzümçülük, meyvə və tərəvəzçilik, tütüncülük, qarğıdalı, taxıl məhsulları istehsalı.

————————————————————————————————————

QARAÇAY-ÇƏRKƏZ RESPUBLİKASI

Sahəsi: 76.100 km2

Əhalisi: 439.470

Paytaxtı: Çerkessk

Şimali Qafqazda, Qafqaz sıradağlarının orta bölgəsində yer almaqdadır. Cənubunda qaraçaylıların “Tav ardı-Dağ arxası” adını verdikləri Qafqaz ölkələrindən Abxaziya və Gürcüstan Respublikaları, qərb və şimalında Rusiya Federasiyası, şərqində Kabardin-Balkariya Respublikası yerləşir.

Qaraçay-Çərkəz Respublikasının sahəsi 14.100 km2dir. Respublikanın cənubu başdan-başa Böyük Qafqaz sıradağları ilə örtülüdür. Şimali bölgə isə yayla və geniş düzlüklər halında uzanmaqdadır. Böyük Qafqaz sıradağları və Avropanın ən yüksək təpəsi olan Elbrus dağı 5633 metr yüksəklikdə Kabardin-Balkariya Respublikası ilə cənub-şərq sərhəddini təşkil edir. Bu dağlar 3000 metrdən sonra buzlaqlarla örtülüdür.

Respublikanın orta bölgəsi Böyük Qafqaz sıradağlarının ətəklərini ehtiva etməkdə olub, geniş yaylalarla örtülüdür. Qaraçay şəhərinin şimalındakı Biyçe Sin yaylası ən əhəmiyyətli yayladır.

Şimalda yerləşən düzlüklər Böyük Qafqaz sıradağlarından əmələ gələn Hurzuk, Ulu Kam, Uçkalan çayları və bunların birləşməsindən meydana gələn Kuban çayı ilə, daha sonra Qaraçay dağlarından çıxan və Kuban çayına qatılan Duvut, Teberdi, Arhız, Maruka, Zelençuk, Urup və Lapa çayları ilə sulanmaktadır. Göl cəhətdən kasıb olan ölkədə yalnız duz gölü var.

Şimalda step, cənubda şam, ladin, köknar meşələri ölkəyə hakimdir. Böyük Qafqazın 2500 metrdən sonrası alp növlü otlaklarla örtülmüşdür. Şimali Qafqazda yaşayan xalqlar arasında Türk irqinin ən əhəmiyyətli hissəsini meydana gətirən Qaraçaylı və Malkarlı Türkləri bir-birindən ayırmaq mümkün deyil. Əsrlərdən bəri Kuban çayı bölgəsində yaşayan Qaraçaylı və Malkarlı Türklər haqqında edilən tarixi, antropoloji, arxeoloji və sosial-linqvistik araşdırmalar nəticəsində Qaraçaylı və Malkarlıların bölgədə uzun illər hakimiyyət quran Türklərin nəvələri olduğu ortaya çıxmışdır.

Hunlar, Bolqar Türkləri, Xəzərlər, Kuman (Kıpçak) Türkləri Qaraçaylı və Malkarlıların atalarıdır. Avar və Peçeneqlərin də Qaraçaylı və Malkarlıların köklərinə əhəmiyyətli rol oynadıqları bilinməkdədir. 1800-cü illərə qədər bölgədə qurulan Türk dövlətləri idarəsində yaşayan Qaraçaylı və Malkarlı Türklər 1806-1812-ci illər Osmanlı-Rus müharibəsi sonrası bağlanan Belqrad müqaviləsi ilə Rusların idarəsi altına girmişlər. 1822, 1835-1837, 1845-1846 və 1853-1855-ci illərdə ruslara qarşı edilən üsyanlar qanlı bir şəkildə boğulmuşdur.

Bütün Şimali Qafqazı ələ keçirən ruslar 1860-cı ildə regionda xüsusi bir inzibati sistem qurmuşlar, bu sistemlə Qaraçay-Malkar xalqını da ikiyə bölmüş, Qaraçaylıları Kuban, Malkarlıları isə Terek əyalətinə bağlamışlar.

Təzyiqləri davam etdirən ruslara qarşı 1873 və 1900-cu illərdə yenidən üsyan edən Qaraçaylıların torpaqları əllərindən alınmış, bir qisminin Türkiyəyə köç etməsinə icazə verilmişdir. 1905-ci il qiyamından sonra bəzi mədəni hüquqlar əldə edən Qaraçaylılar 1917-ci il qiyamından sonra bolşeviklərin verdikləri müstəqillik sözünün tutulmamasına görə, Qafqazdakı digər xalqlarla üsyan edərək, 1918-ci ildə qurulan Şimali Qafqaz Birləşmiş Respublikasına qatılmışlar.

Qafqazı təkrar ələ keçirmək istəyən Bolşeviklərə qarşı müqavimət göstərən Qaraçaylılar 1920 və 1922-ci illər arasında böyük mübarizə aparmışlar. 1922-ci ildə ruslar tərəfindən tamamilə işğal edilən ölkədə Sovet hökuməti Qaraçay-Malkar xalqını iki yerə bölərək, Qaraçaylıları Çərkəzlərlə, Malkarlıları Kabardin Çərkəzləri ilə eyni rəhbərlik altında toplayaraq, gücləri bölmüşdür. 1926-cı ildə Çərkəzləri ayıraraq qurduqları Qaraçay Muxtar Vilayətində 1926-cı ildə Rusiyanın başlatdığı məcburi kollektivləşdirmə, 1932-1934-cü illərdə zorla edilən kolxozlaşdırma işləri nəticəsində Qaraçaylılar qiyam qaldırmış, bunun nəticəsi üsyana çevrilmiş, Qaraçaylıların 40%-i öldürülmüş və Sibirə sürgün edilmişdir.

İkinci Dünya müharibəsində alman işğalına uğrayan Qaraçayda almanlar çəkilir-çəkilməz, 1943-cü ildə təkrar Qırmızı Ordunun hücumuna məruz qalmış, şəhərlər yox edilmiş, 2 noyabr 1943-cü il tarixində bütün Qaraçay xalqı Orta Asiya və Sibirə sürgünə göndərilmişdir. 1957-ci ildə Xruşşov hökuməti Qaraçaylılara yurda dönmə icazəsi vermişdir.

Əhalisi 415.000 olan Qaraçay-Çərkəz Respublikasının 31%-i Qaraçaylı Türk, 42%-i rus, 10%-i adıgey, 7%-i abxaz, 3%-i Nogay Türkü, 7%-i isə digər azlıqlardır. Türklər cənubda, xüsusilə Kuban hövzəsində yaşamaqdadırlar. Bundan başqa, Orta Asiyada 30-35 min ətrafında, Türkiyədə isə təqribən 20 min Qaraçaylı yaşamaqdadır.

Paytaxtı Çerkessk şəhəridir. Digər əhəmiyyətli şəhərləri Uçkalan, Qaraçay, Teberi və Zelençuktur. Ana xətti tipik bir Qıpçaq Türkcəsi olan Qaraçay ləhcəsi Türk-şimal qrupuna daxildir. Ölkədə oxuma-yazma nisbəti 99% təşkil edir. Ölkənin dağlıq və yaylalık olması səbəbiylə, əsas iqtisadi quruluşu böyük ölçüdə heyvandarlığa əsaslanır. Qoyun, keçi, mal-qara, at yetişdirilməsi əhəmiyyətli bir yer tutur. Əkiləcək ərazi az olduğundan əkinçilik vadilərdə və cənubdakı yaylalarda həyata keçilir. Arpa, darı, qarğıdalı, kartof, yulaf, düyü və tərəvəz yetişdirilməkdədir.

————————————————————————————————————

QARAQALPAKISTAN

Sahəsi: 164.900 km2

Əhalisi: 200.000

Paytaxtı: Nukus

Qaraqalpak Muxtar Respublikası – Özbəkistan Respublikasına bağlı muxtar bir respublikadır. Qaraqalpakıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub. Qaraqalpakıstan tarixi Xarizm torpaqları üzərində qurulmuşdur. Bu torpaqlar Aral Gölünə tökülən Amur-Dəryanın (Ceyhun) deltası ilə iki tərəfdəki ərazidən yaranmışdır. Aral gölü Qaraqalpakıstanla Qazaxıstan arasında paylaşılmışdır. Amur-Dəryanın şərqi Qızılqum çölüdür. Qaraqalpakıstan Respublikası Qızılqum çölünün qərbini, Amur-Dərya deltasını və Üstyurd yaylasının cənub-şərq hissəsini əhatə edir. Qızılqum səhrası qum təpələriylə dolu çox geniş bir sahədir. Çölün cənubunda Sultan-Ulzdağ dağları uzanır (ən yüksək təpəsi 473 m).

Qaraqalpak Respublikasının paytaxtı ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi olan Nukus şəhəridir. Təxminən 200.000 əhaliyə malikdir. Oktyabr qiyamından əvvəl Nukus şəhəri iki binadan ibarət əsgəri bir qala ikən, 1932-ci ildən etibarən inkişaf etmiş və buna görə, Qaraqalpaqlar 1939-cu ildə paytaxtı Törtküldən bura köçürmüşlər. Nukus şəhəri Qaraqalpakıstanın az qala mərkəzində qurulmuş bir şəhərdir. Ölkə 12 inzibati bölgəyə, 8 şəhər və 9 yerləşmə mərkəzinə ayrılmışdır.

Ən önəmli şəhərləri Törtkül, Çimbay, Hocaeli, Moynak, Kongrat, Biruni və Taxta Köprüdür. SSRİ dövründə də Tahiataş, Şumanay, Karauzyak, Leninabad, Akmangit, Bustanlik, Komsomolsk, Üstürte, Karatav kimi yeni şəhərlər qurulmuşdur. Sahəsi 164.900 km2 olub, əhali sıxlığı hər km2-ə 8.3 adamdır.

Qaraqalpakıstanda quru iqlim hökm sürür. Yağışlar çox azdır. İllik istilik təqribən 10-13 °C təşkil edir. Mövsümlər və gecə ilə gündüz arasındakı istilik fərqi böyükdür. Tipik bitki örtüyü step və bozqırlardan ibarətdir. Amur-Dərya deltasında isə Aralıq dənizi bitkiləri yetişir.

Qaraqalpak Türklərinin 92%-i Qaraqalpak Muxtar Respublikasında yaşayır. Bundan başqa, Özbəkistanın Xarəzm, Fərqanə bölgələri, Türkmənistanın Taşauz bölgəsi, Qazaxıstanın bəzi bölgələri və Rusiya Federasiyasının Həştərxan bölgələrində də Qaraqalpak Birliyi vardır. Əfqanıstanda 2000 nəfər və İranda bir neçə min Qaraqalpak olduğu zənn edilməkdədir.

Qaraqalpak Türkləri, əslləri etibarilə X-XII əsrlərdə yaşayan peçeneqlərin nəvələridir. Tarixi mənbələrdə “Qara Külahlılar” və ya yalnız “Külahlılar” adı ilə keçir. XII-XIII əsrlərdə Qıpçaqlarla birlikdə Moğollara tabe olmuşlar. Qaraqalpak Türkləri aədim rus mənbələrində “Çorniye klobuki”, ərəb mənbələrində “Qarabörklü” adlarıyla xatırlanırlar. Rus mənbələrinə görə, Qaraqalpaqlar Uzlar, Peçeneqlər və Xəzərlər ilə qardaş bir qövmdür. Rəvayətə görə, Qaraqalpakların bir qismi XI əsrdə Səlcuqluların cənub və qərbə doğru reallaşdırdıqları yayılma hərəkətinə qatılmış, əksəriyyəti isə Aral Dənizi ətrafında qalmışlar.

Qaraqalpak Türkləri 1722-1740-cı illər arasında qonşu xalqların hücumlarına qarşı Pyotrdan dəfələrlə kömək istəmiş, ancaq heç bir dəstək gəlməmişdir. Yenə 1722-1744-cü illərdə bir neçə dəfə Yayın (Ural) çayı kənarındakı Rus şəhərinə hücum etmişlər. Hətta Samariyaya qədər getmişlər. 1863-cü ildə Buxarada olan Vambery “köhnə zamanda Nogayların sultanının Qaraqalpaklardan olduğunu” eşitmişdir.

1917-ci il qiyamından sonra Qaraqalpaqlar 1918-ci ildə elan edilən Türküstan Muxtar Respublikasına daxil edildilər. 1920-ci ildə Xivə xanlığı tamamilə Rusiyanın hakimiyyətinə girmiş, beləcə burada olan digər Qaraqalpaqlar da Rus hakimiyyətini qəbul etmişlər. 1924-cü ildə bura Sovetlər Birliyinə daxil edildi. 11 May 1925-ci ildə Rusiya Federasiyası içində yaradılan Qazax Sovet Sosialist Respublikasının bir muxtar bölgəsi halına gətirilmiş, ancaq bu muxtar bölgə 20 Mart 1932-ci ildə Qazaxıstandan ayrılaraq Rusiya Federasiyasına bağlı Qaraqalpak Muxtar Respublikasına çevrilmişdi. 5 dekabr 1936-cı ildə SSRİ Konstitusiyasına görə, Özbəkistana təhvil verildi. 6 İyun 1990-cı ildə Özbək SSR Ali Soveti tərəfindən “Hakimiyyət Fərmanı” qəbul edildi. 31 Avqust 1991-ci ildə Özbək soveti müstəqillik qərarı aldı və noyabr 1991-ci ildə Qaraqalpakıstan, Özbəkistana bağlı olmaq şərtilə, öz suverenliyini elan etdi. 1 Sentyabr tarixi Özbəkistan ilə birlikdə Qaraqalpakıstanda da Müstəqillik Bayramı kimi qeyd edilir. Bu gün Qaraqalpakıstan Özbəkistana bağlı muxtar bir respublikadır.

Dil

Qaraqalpak dili Qıpçaq qrupunun Qıpçaq-Nogay As bölümünə daxildir. Səs və tələffüz xüsusiyyətləri baxımından bu cəhətlər ön plana çıxır. Yazı dili bütün Türküstan əhalisinin XIX əsrin sonuna qədər müştərək istifadə etdikləri Türkcədir. Danışıq dilləri Qazax-Qırğızcaya çox yaxındır.

Qaraqalpak yazı dili Qaraqalpakıstanın qurulması (1925) ilə başlayır. Qaraqalpak şivəsi şimal-şərqi və cənub-qərbi olmaq üzrə, əsas iki ağıza bölünməkdədir. Bir-birindən çox fərqli olmayan bu iki ağızdan başqa, Qaraqalpakıstan hüdudları boyunca, Qaraqalpak-Qazax, Qaraqalpak-Türkmən və Qaraqalpak-Özbək qarışıq ağızları vardır. Qaraqalpak dili Nogayca və Qazaxcaya çox yaxındır. Qaraqalpak dili ilk dəfə Sovet dövründə yazı dili halına gəlmiş və əvvəl ərəb hərflərinə söykənən bir əlifba inkişaf etdirilmişdir.

Din

Qaraqalpaqlar sünni Hənəfi məzhəbindəndirlər. İslam dinini nə vaxt qəbul etdikləri tam olaraq bilinmir. Ancaq ehtimalla, fərqli bir etnik qrup kimi ortaya çıxdıqları X və XIII əsrlər arasında qəbul etmişlər. Qaraqalpaqlar dindarlıqları ilə məşhurdur. Rus araşdırmaçıları da Qaraqalpakların Orta Asiyada yaşayan türklər arasında dininə ən çox bağlı bir birlik olduqlarını təsbit etmişlər. Nəqşibəndi, Kübrəvi, Yəsəvi və Kalender təriqətləri bölgədə olduqca təsirlidir.

Region xalqı ilə ən güclü əlaqə yaradan təriqət Kübrəviliktir. Qurucusu Nəcməddin-i Kübradır (1145-1221-ci illər). Kübrəviyə təriqətində müəyyən bir şiə nüfuzu da söz mövzusudur. Qaraqalpakıstanda təsəvvüf hələ təsirlidir. 1914-cü ildə 553 məscid olmasına baxmayaraq, indiki vaxtda bu məscidlərdən çoxu qalmamışdır. Nukus, Törtkül, Hocaeli və Çimbayda çoxlu məscidlər mövcuddur.

————————————————————————————————————

TATARISTAN

Sahəsi: 67.836 km2

Əhalisi: 3.780.000

Paytaxtı: Kazan

Tatarıstan Respublikası Rusiyaya bağlı bir respublikadır. Tatarıstan 30 Avqust 1990-cı ildə müstəqilliyini elan etmişdir. Lakin müstəqilliyi Rusiya Federasiyası tərəfindən qəbul edilməyən Tatarıstan 3.780.000 əhalisi olan neft və mədən ehtiyyatları ilə zəngin olan Türk dövlətidir.

Tatarıstan dövlətinin adının qaynaqlandığı “Tatar” sözünün tarixdə ilk dəfə Qızıl Orda Dövləti tərəfindən tanıdılmasına baxmayaraq, bu ad qonşuları (xüsusilə ruslar) tərəfindən və qədim qərb yazıçıları tərəfindən bəzən Asiyadakı bütün Türkləri adlandırmaq üzrə istifadə edilmişdir. Məhz bu dövlətin dağılması ilə ortaya çıxan xanlıqlar da (Kazan, Kırım, Kasım, Həştərxan, Nogay, Sibir xanlıqları) avropalılar və ruslar tərəfindən, ümumiyyətlə Tatar xanlıqları olaraq bilinsə də, bu bölgədəki Türklər bu adı ancaq XIX əsrin sonunda istifadə etməyə başlamışlar.

Sovet Sosialist Respublikaları İttifaqının dağılması zamanı 30 Avqust 1990-cı ildə Tatarıstan da tam siyasi müstəqilliyini elan etdi. Rusiyadan ayrılma niyyətini bildirincə, Rusiya parlamenti buna rədd cavabı verdi. Bu müstəqillik hələ də heç bir dövlət tərəfindən tanınmamışdır. Ölkə Rusiya Federasiyası içərisində Tatarıstan olaraq göstərilmişdir. 1992-ci ildə ölkədə referendum ilə yeni konstitusiya səsə qoyulmuş və 62% səs çoxluğu ilə qəbul edilmişdir. 15 Fevral 1994-cü il tarixində Tatarıstan və Rusiya Federasiyası arasında təşkilatların mövzu və səlahiyyətlərinin hüduduna dair saziş imzalanmışdır.

Coğrafiya

Tatarıstan Rusiya  Federasiyası içində Kirov Oblastı (şimal), Udmurtiya Respublikası (şimal/şimal-şərq), Başqırdıstan Respublikası (şərq/cənub-şərq), Orenburq vilayəti (cənub-şərq), Samara vilayəti (cənub), Ulyanovsk vilayəti (cənub/cənub-qərb), Çuvaşıstan Respublikası (qərb), Mari El Respublikası (qərb/şimal-qərb) ilə qonşudur. Cənub-şərq istiqamətində Qazaxıstan ilə Tatarıstan arasında Orenburg vilayəti yerləşir.

Tatarıstan torpaqları ümumiyyətlə alçaq və kələ-kötürdür. İdil çayının qərbində yüksəkliyi 235 metrə çatan ərazi İdil təpələrinin ən şimal nöqtəsidir. Şərqdə Ural dağlarına doğru yüksələn bölgənin cənub-şərqində təxminən 338 metr yüksəklikdə Bögelme-Belebey Platosu yer alır. İdil çayı bölgə torpaqlarının qərb ucundan şimal-cənub istiqamətində axır. Torpaqların böyük hissəsini İdilin bir qolu olan Çulman çayı sulayır. Nokrat və Ağ İdil çayları Çulman çayının ən əhəmiyyətli qollarıdır.

Tatarıstan neft, təbii qaz, gips qaynaqları baxımından olduqca zəngindir. Ölkədə bir milyard ton neft ehtiyyatı olduğu təxmin edilir.

İqlim

Tataristanda quru iqlim hakimdir. Qışı uzun və sərt, yazı isə isti keçir. İllik yağış miqdarı, orta hesabla 420-510 mm-dir. Ən çox yağış yaz aylarında yağır. Qar qalınlığının 60 santimetrə çatdığı bildirilir. Respublika ərazisinin 16%-i meşələrlə örtülüdür. Çay kənarlarındakı daşqın düzənliklərində geniş çayırlar əmələ gəlir.

Tatarıstan Respublikasının inzibati quruluşunda 43 rayon (inzibati bölgə) və 20 şəhər var. Paytaxt Kazan min illik bir şəhərdir və maraqlı arxitekturasıyla diqqəti cəlb etməkdədir.

Ölkədə bugün 2 milyon Ön Bolqar mənşəli, 1,5 milyon rus mənşəli insanın yaşadığı bildirilir. Bu iki etnik quruluşdan başqa ölkədə tatarca danışan Çuvaşlar, Çirmişler və Udmurtlar yaşayır. Ukraynalılar, Mordvinlər və Başqırd Türkləri də Tatarıstandakı önəmli sayılan azlıqlardır.

Bölgədə yaşayan Tatarlara Kazan və ya İdil tatarları adı da verilir. Dünyada özünü bu xalqın üzvü sayan yeddi milyona qədər adam var. Ancaq bunların dörddə biri Tatarıstanda yaşamaqdadır. 1989-cu ildəki siyahıyaalmaya görə, Tatarıstanda 1.765.404 nəfər olan bu rəqəm bütün Sovetlər Birliyində cəmi 6.645.588 nəfərdir.

Rusiya Federasiyasında 2002-ci ildə keçirilən siyahıya almaya görə, Tatarıstan Respublikasındakı əhalinin etnik bölgüsü bu şəkildədir: tatar türkləri 52.92%, ruslar 39.49%, çuvaşlar 3.35%, udmurtlar 0.64%, ukraynalılar 0.64%, mordvinler 0.63%, çirmişler 0.50%, kereşenler 0.50%, başqırd türkləri 0.39%, Azərbaycan türkləri 0.26%, beloruslar 0.16%, ermənilər 0.16%, özbək türkləri 0.13%, taciklər 0.10%, yəhudilər 0.09%, almanlar 0.08%, qazax türkləri 0.05%, gürcülər 0.05%, moldovlar 0.03%,  rumlar 0.02%, ləzgilər 0.02%, digər xalqlar isə 0.02% təşkil edir.

Dil

Tatarıstan Respublikasının rəsmi dili tatar və ruscadır. Ölkədə rəsmi əlifba Kiril əlifbasıdır. Tatarlar içində əksər əhali Kiril hərflərinə qarşı öz etirazını ifadə etməkdədirlər.

Siyasi quruluş

Tatarıstan rəhbərliyinin başında prezident dayanır. Tatarıstan Konstitusiyasına görə, prezident yalnız Tatarıstan xalqı tərəfindən seçilə bilər. Ancaq Rusiya Federasiyası qanunlarına görə, bu qanun qeyri-müəyyən bir müddətə qədər təxirə salınmışdır. Rusiyada prezident seçkiləri qanununa görə, rəhbərlər yerli məclislər tərəfindən seçilmək hüququna.

Tatarıstan Rusiya Federasiyasının konstitusiya cümhuriyyətidir. Tatarıstan Respublikası ilə Rusiya Federasiyası arasında əlaqələr, səlahiyyət tənzimləmələri, inzibati razılıq Tatarıstan Konstitusiyasında həssas bir şəkildə ifadə edilmişdir.

İqtisadiyyat

Tatarıstan Rusiya Federasyiyası subyektləri içində iqtisadi inkişaf cəhətdən ən üst səviyyədə olan bir respublikadır. Respublika Rusiya Federasiyası içində böyük sənaye müəssisələrinin, şoselər, şərq və qərb, şimal və cənub keçid yollarının kəsişdiyi bir mövqedə dayanır.

Yanacaq və neft-kimya sənayesi (xam neft, sintetik kauçuk, şinlər, polietilen və neft məhsulları) Tatarıstan sənaye potensialını müəyyən edir. Ölkədə vertolyot, təyyarə, təyyarə mühərriki, TIR, avtomobil, kompressor və petro-qaz nasosla vurma təchizatları, yüksək texnologiyaya sahib elektrik cihaz istehsal edən şirkətlər var. Tatarıstan ildə təxminən 32 milyon ton xam neft istehsal edir. Kamaz markalı yük maşını istehsalının 24%-i Tataristana aiddir. Ölkənin neft-kimya şirkətlərinin polietilen, sintetik kauçuk və avtomobil şini istehsal miqdarı Federasiya içində üçüncü yerdədir.

Ölkənin ən böyük təbii sərvəti neft və təbii qazdır. Neft və qaz Elmet, Leninogorsk, Alabuga, Mendeleyev şəhərlərində çıxarılır. Çıxarılan neft boru kəməri ilə Moskva, Perm, Qorkiy, Kuybişev, Yaroslavl, Rezon və Başkırdistandakı zavodlara göndərilir. Neft və qaz sənayesi ilə yanaşı kimya və neft-kimya sənayesi də inkişaf etmişdir. Kimya fabriklərində polietilen, aseton, sintetik kauçuk, film kimi dörd minə yaxın kimyəvi maddə emal edilməkdədir. Ayrıca Kazanda təyyarə, kompüter, yük maşını və dizel mühərrik fabrikləri vardır.

————————————————————————————————————

TUVA RESPUBLİKASI

Sahəsi: 170.000 km2

Əhalisi: 308.557

Paytaxtı: Kızıl

Tuva Respublikası Rusiya Federasiyasına bağlı olan muxtar bir respublikadır. Respublika adını Türk xalqlarından biri olan Tuvalardan götürüb.

Tuva sözü Tuvada “Tıva” şəklində yazılır və deyilir. Orijinal şəklinin Toba olduğu bildirilir. Toba – cəmiyyət mənasına gəlir.

Tuva Respublikası 1914-cü ildə ruslar tərəfindən işğal olunmuş və 1921-ci ildə Respublika olaraq müstəqilliyini yenidən qazanmış və Tannu Tuva Xalq Cümhuriyyəti qurulmuşdur. 1926-cı ildə adı Tuva Xalq Respublikasına çevrilmişdir. Ölkə 17 Avqust 1944-cü ildə SSRİ-yə qatıldı və Rusiyaya bağlı muxtar bölgə halına gəldi. 1965-ci ildən etibarən muxtar respublika olaraq mövcud olmuşdur.

Paytaxtı Kızıldır. Ölkənin sahəsi 170.000 km\2dir.

Əhali

Əhalisi 308.557 nəfərdir. 15 kiçik bölgəyə (kojuun) malikdir. Ölkə Sibirin cənub-şərqində yerləşir. Cənubunda və cənub-qərbində Monqolustan Xalq Respublikası yerləşir. Əhalisinin 70.02%-i Tuvalardan, 20.11% -i ruslardan, 3.7%-i digər millətlərdən ibarətdir.

Coğrafiya

Tuva Yuxarı Yenisey çayı hövzəsində yer alır. Monqolustana qonşu olan respublikanın ərazisi 170.000 km²-dir. Bölgənin əsas səth şəkilləri olan geniş Tuva və Todja hövzələrinin sularını Yenisey çayının iki əsas qolu toplayar. Monqolustan ilə Tuva arasındakı Tannu-Ola cənubi Sibirdə yerləşən əhəmiyyətli bir dağ silsiləsidir. Tuva Respublikasının cənub tərəfindədir. Bu dağ yamaclarında heyvandarlıq tarix boyunca geniş yayılıb. İnək, at, qoyun yetişdirilməsi heyvandarlıqda daha önə çıxan növlərdir. Bölgə xalqının dilində “maljılık” (mal-qara sürücülüğü) deyə adlandırılır. Yüzlərlə at, qoyun, inək sahibi olan insanlar var.

İdarəçilik

Tuvalar – Soyotlar və ya Uryanhaylar olaraq da tanınır. Tuvalar – böyük hissəsi Rusiya Federasiyasına bağlı Tuva Respublikasında, kiçik bir hissəsi isə Monqolustanda yaşayan və monqol dilinin təsiri altına düşmüş Türkcə danışan xalqdır. Ənənəvi məşğuliyyət ovçuluq və çobanlıqdır. Kollektiv əkinçilik 1950-ci illərin əvvəlindən bu yana əhəmiyyət qazanmışdır. Darı istehsalı və balıqçılıq həmişə əhəmiyyətini qoruyur. XVII əsrdən başlayaraq, rus mədəniyyətinin təsirində qalan tuvaların ənənəvi ictimai təşkilatlanmaları boy (tayfa) sisteminə əsaslanır, ənənəvi dinləri isə şamanizmdir. Hal-hazırda Rusiya Federasiyasında təxminən 180 min, Monqolustan Xalq Respublikasında isə 24 minə qədər Tuva yaşamaqdadır.

Dil

Tuva dili Türkcənin Sibir qrupuna aiddir. Tuvaların ilk və milli əlifbası Göytürk, Turan, Orxon əlifbası olaraq da bilinən qədim türk əlifbasıdır. Keçən əsrdə yazı dili Latın hərfləri əsasına görə təşkil edilmişdi, lakin 1941-ci ildən sonra digər Türk dillərində olduğu kimi Tuva Türkcəsi üçün də kiril hərfləri tətbiq edilmişdir. Tuva xalqının ən mühüm dastanı olan “Keser” 1963-ci ildə nəşr olunmuşdur. Məsələn, ölkə prezidenti olan Şolban Quru-oolun adı Tuva dilindədir. Şolban – Çolpan ulduzunun adıdır. Qara – qara rəngi deməkdir, ool sözü də oğul mənasını verir. Tuva dilinin Respublikanın birinci rəsmi dili olmasına baxmayaraq, Tuvada təhsil dili rus dilindədir. Burada Rusiyadan iqtisadi asılılığın da böyük təsiri vardır.

İqtisadiyyat

Tuvanın əhəmiyyətli iqtisadi zənginlikləri – nadir tapılan mədənləri, kömür, dəmir, civə, altındır. Tuvanın iqtisadiyyatında kənd təsərrüfatı sektoru ağırlıq təşkil edir. Burada 27.000 ton kartof istehsal olunur. Heyvandarlıq da əhəmiyyətli yer tutur. Tuvada 1.229.000 kiçik buynuzlu heyvan, 201.000 iribuynuzlu heyvan yetişdirilməkdədir. Sənayedə əhəmiyyətli yeri xammal çıxarılması tutur. Bununla yanaşı, taxta-şalban istehsalı, qida maddələri istehsalı, yüngül sənayenin bəzi qolları da inkişaf etmişdir.

Dəmir yolunun Tuva torpaqlarından, siyasi səbəblərə görə, keçirilməməsi Tuva xalqının nəqliyyatında çətinlik ortaya çıxarmaqdadır. İpək Yolu qatarı və ya Türk dünyası dəmiryolu şəbəkəsi yaradılması çərçivəsində Tuva-Altay-Qazaxıstan-Azərbaycan-Türkiyə dəmiryol xəttində ən qısa dəmiryolunun reallaşması imkanları var. Belə bir layihə bütün bölgəni iqtisadi cəhətdən səmərəli edər.

————————————————————————————————————

SAXA (YAKUTİYA) FEDERAL RESPUBLİKASI

Sahə: 3 083 523 km2

Əhalisi: 949 347

Paytaxtı: Yakutsk

Saxa Federal Respublikası şimali Sibirdə, Şimal Buzlu Okeanına tökülən Lena, Yana, İndigirka və Kolıma çaylarının hövzəsində yerləşir. Ölkənin 40%-dən dan çoxu qütb dairəsinin şimalındadır. Ölkənin 20%-i şimal qütbündədir və 2/3 hissəsi dağlarla örtülüdür.

Tarix

Yakutiya ərazisində ən qədim insan izləri yuxarı Paleolit (e.ə. 20-10 mininci illər) dövrünə aiddir. Eramızın VI-X əsrlərində cənubdan gələrək yerləşən bir Türk boyu olan Yakutlar (Saxalar) XVII əsrin ilk yarısında rus çarlığının hakimiyyətinə girdi. Yakutiyanın ən böyük şəhəri olan Yakutsk əyaləti 1632-ci ildə quruldu. 1638-ci ildə Yakutsk əyaləti (Voyevodstvo) yaradıldı və bu torpaqlar rusların məskunlaşması üçün açıldı. Ruslar xüsusilə Lena çayının orta seqmenti boyunca sıralanan şəhərlərə yerləşdilər. Əsrlər boyu köçəriliyə söykənən bir həyat tərzi sürdürən Saxalar XIX əsrdə daimi yaşayış tərzinə keçdilər. Saxa (Yaqut) Türklərinin milli şüuru gözlə görünən dərəcədə artmağa başladı. 27 Sentyabr 1950-ci ildə “Yaqut Saxa Sovet Sosialist Respublikası Dövlət Hakimiyyət Bəyannaməsi” elan edildi. 20 dekabr 1991-ci ildə respublika tarixində birbaşa prezident seçkisi keçirildi. Prezident vəzifəyə gələr-gəlməz, birinci iş olaraq respublikanın adını “Saxa Respublikası” olaraq elan etdi.Yakutlar Orxon kitabələrində də Kurıkan adıyla keçir. Daha sonra şimala çəkilən Yakutlar ana Türk kütlələriylə əlaqələri qopmuşdur. Buna görə də, Saxa (Yaqut) Türkcəsi Türkiyə Türkcəsindən və digər Türk ləhcələrindən bir az uzaqdır. Saxaların tarixdə 10 əsrə yaxın bir müddət varlıqlarını davam etdirən İskit (Saka) Türklərinin bir davamı olduqları da alimlər tərəfindən ifadə edilməkdədir. Özlərinə Saxa demələri də buna bir dəlil sayılır.

Əhali

1998-ci il hesablamalarına görə, 1.381.000 nəfər olan Yakutiya əhalisinin 50.5%-i ruslardan, 36.9%-i Saxalardan (Yaqut) ibarətdir. Yerdə qalan təxminən 13%-lik qisim isə ukraynalı, qazax, tatar və azərbaycanlılardan ibarətdir. Paytaxt Yakutskun əhalisi 270.000 nəfərdir. Yakutların 95%-i Yakutiya Respublikası sərhədləri daxilində yaşamaqdadır.

Dövlət Quruluşu

Hökumət – prezident və onun müavinlərindən ibarətdir. Müavinlərin öz sahələri vardır və müxtəlif mövzulardan məsul olaraq fəaliyyət göstərirlər. Saxa Respublikasında 14 nazirlik var. Bunlardan 12-nin başında Saxa Türkləri dayanıb. Ölkənin parlamenti (İl Tümen) isə 200 nəfərdən ibarətdir. Bunların da 83%-ü Saxa Türküdür. Respublikanın simvolu ağ durnadır. Ölkədə Yakutsk, Aldan, Verkoyansk, Mirnıy, Olyokminsk adlı əyalətlərdə başqa, 32 rayon var. Əhalinin 90%-i mərkəzdəki bölgələrdə, Yakutsk və Vilüysk şəhərləri ətrafında yerləşmişdir. Burada yerli əhalinin faizi illər keçdikcə aşağı düşməkdədir, kolonizə etmək üçün ölkəyə gətirilən rus əhalisi artmaqdadır.

Siyasi quruluş

1990-cı illərin əvvəlində Respublikada milli hərəkatlər meydana gəldi. İlk ortaya çıxan hərəkat “Saxa Omuk” hərəkatıdır. Daha sonra “Saxa Keskile” hərəkatı ortaya çıxdı. “Şəffaflıq və Yenidənqurma” ilə birlikdə ortaya Moskvadan idarə olunan siyasi partiyalar çıxmışdır. Bunlardan İctimai Demokrat Partiyası Rusiyaya yönələrək Rusiya ilə tam bir birlik yaratmaq istəyir. Bir başqa partiya Cümhuriyyət Xalq Partiyasıdır. Bu partiyanın yaradıcısı Moskvada yaşamaqdadır və fəaliyyətində mərkəzə tam bağlıdır. Yakutiya Xalq Partiyası isə müstəqil bir dövlət qurmağı qarşısına məqsəd qoymuşdur. Partiyanın başçısı gənc bir Saxa Türkü olan İ.Miroslavdır.

İqtisadiyyat

Xalqın dolanışıq qaynaqları arasında kürk ovçuluğu və balıqçılıq əhəmiyyətli yer tutur. Ölkədə olan samur, qütb tülküsü, sincab, tülkü və nadir balıq növləri ovçular ilə macərapərəstləri özünə cəlb edər. Bu ovçular sayəsində əldə olunan keyfiyyətli kürk və balıqların şöhrəti bütün dünyada məşhurdur. Yakutiyanın ən əhəmiyyətli qaynaqlarından biri də yeraltı zənginlikləridir. Ölkədə almaz, qızıl, qaz, kömür, gümüş və mis çıxarılmaqdadır. Mendeleyev cədvəlindəki bütün elementlər Yakutiyada vardır. Almaz Saxa yurdunda çox əhəmiyyətli bir yerə malikdir. Bunların ən dəyərlilərindən biri də Moskvada muzeydə olan və 342,5 karatlıq brilyantdır. Yakutiyanın hər bölgəsində almaz çıxarılmaqdadır.

————————————————————————————————————

BAŞQIRDISTAN FEDERAL RESPUBLIKASI

Sahə: 143.600 km2

Əhalisi: 3.944.000

Paytaxtı: Ufa

Başqırdıstan Respublikası Cənubi Uraldan qərbə doğru, Belaya və Kama çaylarına qədər uzanır. Cənubi Uralın ən yüksək zirvəsi olan Yamantau dağından qərbə və cənuba doğru getdikcə yüksəklik azalır. Meşələrlə örtülü dağlar yerini ümumiyyətlə, yarpaq tökən ağaclardan ibarət yaşıllıqlarla bəzədilmiş bir çöllərə və Belaya çayının keçdiyi düzənliklərə buraxır.

Tarix

1552-ci ildə Kazan Xanlığının yıxılmasından sonra hər iki Türk boyu (Tatar-Başkurt) ruslara qarşı birlikdə qiyam qaldırmış, lakin XVIII əsrin sonlarında rus hakimiyyətinə daxil olmaq məcburiyyətində qalmışlar. Dörd əsrlik bir dövrdə bir yerdə yaşayan Tatarlar və Başqırdlar bir-biriləriylə tamamilə qaynaşmışlar. Kazan şəhərindəki mədrəsələrlə Başqırdıstan şəhərləri olan  Orenburq, Kargah, Ufa, Troyskiy, İsterlibaş və digər şəhər və qəsəbələrdəki mədrəsələr arasında təhsil və tədris üsulları baxımından heç bir fərq yox idi. Təhsil işçiləri arasında kazanlılar olduğu kimi, çoxlu başqırd da var idi. Heç bir zaman ayrılıq və həsrət yaşamamışlar.

Son dövrlərin tanınmış yazıçı, tarixçi və şairlərindən Həbibünnəccar, Zəki Vəlidi Togan və Şeyxadə Babiç və digərləri əsərlərini başqırd ləhcəsiylə deyil, məhz kazan yazı dili ilə qələmə almışlar. Ancaq bu əsərlər bolşevik çevrilişindən sonra süni olaraq cənub-qərbi Başqırd ləhcəsinə köçürüldü və qiyamdan 9 il sonra, 1926-cı ildə Başqırd dilində ilk kitab yayımlandı. Tatar-Başqırd Sovet Respublikasını qurma layihəsi suya düşüncə, 23 mart 1919-cu ildə SSRİ-yə daxil olmaqla bir Başqırd SSR quruldu. Başqırdlar etnik quruluş etibarilə Tatarlara yaxındırlar. Tarixi mənbələrə görə, Tatar-Başkurt əlaqələri təxminən on min il əvvəldən başlamışdır. Başkurt xalqının həyatında mifologiya və dastanların ayrı bir yeri var. Ural-Batır dastanı bunlardan ən əhəmiyyətlisidir.

İdarəetmə

Ölkə Asiya ilə Avropanın birləşdiyi bir bölgədir. Paytaxtı Ufa şəhəridir. Başqırdıstan, inzibati olaraq 6 əyalət (Ufa, Sterlitamak, Beloret, İşimbay, Sibay, Belebey) və 17 şəhərə ayrılmışdır. Həmçinin, bu şəhərlərə aid 53 rayon (mahal – kiçik bölgə) vardır. Başqırdlar şəhərlərdə deyil, daha çox çöl bölgələrdə yerləşiblər. Başqırdların 68%-i Başqırdıstan Muxtar Respublikasında yaşayır, yerdə qalan 32%-i Ural bölgəsindədir. Başqırdlar Başqırdıstandan başqa, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ukrayna və Rusiya Federasiyasının digər bölgələrində yaşamaqdadırlar.

İqtisadiyyat

Başqırdıstanın iqtisadi quruluşu əkinçilik, heyvandarlıq və sənayeyə söykənib. Ölkədə 647 kolxoz və 95 sovxoz var. Başlıca kənd təsərrüfatı məhsulları çovdar, yulaf, darı, kətan, şəkər çuğunduru, kartof, günəbaxandır. Başqırdıstan əhəmiyyətli neft, təbii qaz və boru xəttlərinə malikdir. Neft emalı zavodları və petro-kimya fabrikləri iqtisadiyyatın əsas nüvəsini təşkil etməkdədir. Ölkədə həmçinin, kömür, mis, boksit, qızıl, manqan xrom da çıxarılır. İldə 40 milyon ton neft, 3.5 milyon m3 təbii qaz istehsal edilir. İstehsalat sənayesi inkişaf etmiş olub, neft, təbii qaz, dəmir-polad, kömür, elektrik, sement, şəkər, taxta-şalban, pambıq və yun iqtisadiyyatda mühüm yer tutur. Təyyarə emalı, gübrə, dəri, tütün, gəmi inşaatı, dəmir və avtomobil nəqliyyat vasitələri istehsal edilir. Ufa, Sterlitamak, İsinbay, Kumertau, Karmavouada böyük enerji stansiyaları vardır. Nəqliyyat dəmiryolu, dəniz, quru və hava yolu ilə təmin olunur.

————————————————————————————————————

KRIM MUXTAR RESPUBLIKASI

Sahə: 26 140 km2

Əhalisi: 2 700 000

Paytaxtı: Akmescit

Qara dənizin şimalında bir yarımada olan Krım Ukraynaya bağlı muxtar bir Respublikadır. Krım Türkləri Tatar Muxtar idarəetməsi olan Krım Tatar Milli Məclisi tərəfindən idarə edilir. Önəmli şəhərləri Akmescit, Akyar və Yaltadır.

Tarix

Türklər 430-cu ildən etibarən Krıma yerləşməyə başlayıblar. XIII əsrdən etibarən isə Krım tatarları adını almışlar. Əvvəllər Altınorda dövləti içində olublar, daha sonra isə sərhədləri Moskvaya qədər çatan Krım Xanlığını qurmuşlar. 1475-ci ildən etibarən Krım xanlığı ilə Osmanlı İmperiyası tək dövlət kimi yaxınlaşınca, Osmanlı İmperiyasının hüdudları Rusiyanın cənub sərhədlərinə qədər uzanmışdır. Osmanlı İmperiyası ilə Rusiya arasında 1774-cü ildə imzalanan Kiçik Qaynarca müqaviləsi ilə Krım xanlığı Osmanlı himayəsindən çıxmışdır. Rus işğalına məruz qalan Krım türklərinin əsarət illəri beləcə başlamışdır. Yerli xalqı başqa bölgələrə sürgünə göndərmişlər.

Ən böyük köç dalğaları 1792, 1860-1863, 1874-1875, 1891-1902-ci illəri əhatə edir. Rus çarlığı 1917-ci ildə bolşevik qiyamı ilə parçalananda Krımın müstəqillik yolu da açılmışdır. 9 dekabr 1917-ci ildə Krım Tatar Milli Qurultayı toplanmış, 26 dekabr 1912-ci ildə Krım Xalq Respublikasının qurulduğu elan edilmişdir. Kırım 1918-ci ilin Aprel ayında Almanlar tərəfindən da müəyyən bir müddət işğal edilmiş, 1920-ci ilin sonlarına doğru təkrar bolşeviklərin əlinə keçmişdir. 1921-ci ildə Krım Muxtar Sovet Sosialist Respublikası qurulmuş və Rusiyaya birləşdirilmişdir. 18 May 1944-cü ildə Krım tatarları Krımdan kollektiv surətdə sürgün edilmişlər. Sovet Hökuməti 25 İyun 1945-ci ildə nəşr olunan fərman ilə Krım Muxtar Sovet Sosialist Respublikasını ortadan qaldırmış, Krım vilayət (oblast) statusuna gətirilərək, yenə Rusiyaya bağlı qalmışdır. Xruşov rus-ukrayna qardaşlığının 1000-ci ili münasibətilə Krım Vilayətini Rusiyadan alaraq Ukraynaya birləşdirmişdir. Krım bölgəsi bugün Ukraynaya bağlı muxtar bir Respublikadır. Respublika içərisində isə Tatar Muxtar rəhbərliyi vardır.

Krım Türkcəsi ilə danışan Krım türklərinin mədəniyyət quruluşu Osmanlı imperiyası ilə münasibətlər səbəbiylə, Türkiyəyə çox yaxındır.

Krımdan sürgün edilən krımlıların geriyə qayıtması davam etməkdədir. Yurdlarına dönən Krım türklərinin sayı 300 minə çatmışdır. Xüsusilə Özbəkistanda olan Krım türkləri geriyə dönmək istəsələr də, Özbəkistan dövləti buna icazə vermir və müxtəlif çətinliklər yaradır.

İqtisadiyyat

Krımın ən əhəmiyyətli iqtisadi dəyəri turizmdir. Ölkədə dünyaca məşhur olan istirahət yerləri, turistik infrastruktur vardır. Sənayedə elektrik istehsalı, dəmir istehsalı, maşın istehsalı, kimya sənayesi əhəmiyyətli bir yer tutur. Əkinçilik sektorunda bağçılıq və heyvandarlıq əhəmiyyət qazanıb.

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb