QAZAXISTAN TÜRK VƏ FARS ALİMLƏRİNƏ EV SAHİBLİYİ EDİR

QAZAXISTAN TÜRK VƏ FARS ALİMLƏRİNƏ EV SAHİBLİYİ EDİR

Ana Sayfa » Elmi konfranslar » QAZAXISTAN TÜRK VƏ FARS ALİMLƏRİNƏ EV SAHİBLİYİ EDİR

Firdovsinin “Şahnamə” əsərinə həsr olunmuş beynəlxalq elmi konfransda Azərbaycanı gənc alim Əhməd Şahidov təmsil edir
Bugün Qazaxıstanın Almatı şəhərində beynəlxalq elmi konfrans öz işinə başlayıb. Konfransın mövzusu dahi mütəfəkkir Firdovsinin şah əsəri olan “Şahnamə” ilə bağlıdır. 7-8 Oktyabrda keçiriləcək “Böyük sivilizasiya və «Şahnamə»” adlı beynəlxalq konfrans Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyi və Qazaxıstan Milli Kitabxanası tərəfindən təşkil olunub. Konfransa dünyanın dörd bir yanından alimlər təşrif buyurub. Konfransda türk və fars ədəbiyyatının məhsulu kimi təqdim olunan “Şahnamə” əsərinə fərqli baxışlar ifadə olunacaq. Rusiya, İran, Qazaxıstan, Türkiyə, Türkmənistan və digər ölkələrdən gəlmiş iştirakçıların da qatıldığı beynəlxalq konfransda Azərbaycanı gənc alim Əhməd Şahidov təmsil edəcək.

“«Şahnamə» əsəri Azərbaycan ziyalılarının gözü ilə” adlı məruzə ilə çıxış edəcək Əhməd Şahidov həm konfrans barədə, həm də “Şahnamə” əsəri haqqında öz fikirlərini bizimlə bölüşdü. Ə.Şahidovun sözlərinə görə, “Şahnamə” sadəcə еpik bir dastan dеyil, onun içərisində cəngavərlik romanları ilə yanaşı siyasi, mənəvi və tərbiyəvi məqamlar da yеr alır. Mövzuların və janrların rəngarəngliyi kitabın bədii kеyfiyyətinə hеç də xələl gətirmir, çünki müəllif bəhs еtdiyi mövzulardan asılı olmayaraq hər zaman səlis və rəvan dildə yazır.

Azərbaycan ziyalılarının “Şahnamə” əsərinə münasibətinə gəlincə, gənc alim bildirdi ki, Firdovsinin dünya şöhrətli “Şahnamə” əsəri bir çox dillərə tərcümə olunmuş, şair və yazıçılar, alim və ziyalılar tərəfindən araşdırılmışdır. Azərbaycan dilinə dəfələrlə tərcümə edilmiş bu əsər barədə azərbaycanlı alimlər, ziyalılar və incəsənət xadimləri öz fikirlərini bildirmiş və Firdovsinin “Şahnamə”sindən ilhamlanıb yeni-yeni rəngarəng əsərlər yaratmışlar. Onlardan ADR-in banisi Məmməd Əmin Rəsulzadəni misal göstərmək olar. Məhz Firdovsinin “Şahnamə”sini oxuduqdan sonra M.Ə.Rəsulzadə oturur və xeyli düşünür. 7-8 gün ərzində “Əsrimizin Səyavuşu” əsərini qələmə alır.

Digər bir Azərbaycan dahisi – Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) milli operalarını yazmışdır. Bu operaların librettolarını Ü.Hacıbəyov xalq dastanları və rəvayətləri, eləcə də Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdır.

“Şahnamə” əsərinin fars ədəbiyyatının məhsulu kimi bütün dünyada təbliğ olunmasını heç cür qəbul etməyən Əhməd Şahidov bu əsəri türk-fars ədəbiyyatının məhsulu kimi qiymətləndirir və bu kitabı bəşəriyyət tarixinin əvəzolunmaz nümunəsi kimi qəbul edir.
Qeyd edək ki, gənc alim Əhməd Şahidov bundan əvvəl də Türkiyə və Qırğızıstanda təşkil olunmuş beynəlxalq elmi konfranslarda uğurla çıxış etmişdir.

“Azadlıq” qəzeti

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib