“Qətər-Azərbaycan münasibətlərinin inkişafı üçün böyük potensial mövcuddur” – Əhməd Şahidov

“Qətər-Azərbaycan münasibətlərinin inkişafı üçün böyük potensial mövcuddur” – Əhməd Şahidov

Ana Sayfa » Müsahibələr » “Qətər-Azərbaycan münasibətlərinin inkişafı üçün böyük potensial mövcuddur” – Əhməd Şahidov

20-21 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində “Ərəb coğrafiyasındakı mövcud konfliktlərdə insan haqlarının durumu” mövzusunda beynəlxalq konfrans keçirilib. Qətər Milli İnsan Haqları Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Qətərin Baş Naziri, BMT-nin İnsan Haqları Üzrə Ali Komissarının müavini, Ərəb Parlamentinin sədri və digər beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov keçirdiyi görüşlər və təmaslar barədə fikirlərini bölüşüb: “Hər il olduğu kimi, 2017-ci ildə də Qətər Milli İnsan Haqları Komitəsinin dəvəti ilə Doha şəhərində keçirilən beynəlxalq insan haqları konfransında iştirak edirəm. Təkcə Ərəb ölkələrindən deyil, habelə dünyanın dörd bir yanından gəlmiş hüquq müdafiəçiləri və ombudsmanlarının qatıldığı bu mötəbər toplantıda son illər müsəlman ölkələrində baş verən müharibə və qətliamlar fonunda insan haqları məsələləri müzakirə olunurdu. Mən də, bir müsəlman ölkəsinin nümayəndəsi kimi həm keçirdiyim təkbətək görüşlərdə, həm də plenar iclaslarda öz fikirlərimi səsləndirdim, Azərbaycanın üzləşdiyi problemlər barədə, xüsusən də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən 1 milyon qaçqın və məcburi köçkünlərimiz haqqında məlumat verdim.”

Qətər-Azərbaycan münasibətləri haqqında danışan Əhməd Şahidov bu sahədə də böyük potensialın mövcud olduğunu deyib: “Qətər ötən əsrin 70-ci illərinin neft erasından bəhrələnən dövlətlərdən biridir. Neft və təbii qaz bu ölkənin taleyini əsaslı surətdə dəyişdirib, onun sosial iqtisadi simasında dərin iz buraxıb. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə çatıb. Düşünürəm ki, bu ölkə ilə Azərbaycan arasında ortaq cəhətlərimiz və maraqlarımız çoxdur. Bu baxımdan Körfəz regionunda Azərbaycanın ən etibarlı və işgüzar tərəfdaşı kimi Qətəri görürəm. Ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün olduqca böyük potensial mövcuddur. Və bu potensialdan səmərəli şəkildə istifadə olunacağına əminəm.”

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb