“Onların azadlığa çıxmasına yardım edin, xahiş edirəm sizdən” – Əhməd Şahidov Ərəb dünyasına müraciət etdi

“Onların azadlığa çıxmasına yardım edin, xahiş edirəm sizdən” – Əhməd Şahidov Ərəb dünyasına müraciət etdi

Ana Sayfa » Çıxışlar » “Onların azadlığa çıxmasına yardım edin, xahiş edirəm sizdən” – Əhməd Şahidov Ərəb dünyasına müraciət etdi

konfrans640ADİHİ rəhbəri Dohada keçirilən beynəlxalq konfransda kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa çıxması üçün çağırış edib

15-16 Sentyabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsinin təşkilatçılığı ilə keçirilən “Nifrət və ekstremizmlə mübarizə” adlı beynəlxalq konfrans öz işini davam etdirib. Müsəlman dünyasında baş verən son hadisələr – müharibə və qətliamlar, ekstremizm və qaçqınlar probleminin müzakirə olunduğu beynəlxalq toplantıda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib.

Azərbaycanda insan haqlarının vəziyyəti barədə danışan ADİHİ rəhbəri Dağlıq Qarabağ münaqişəsi üzərində xüsusi dayanıb, bir milyon qaçqınlar barədə danışıb. Çıxışı zamanı azərbaycanlı əsirlər barədə söz açan hüquq müdafiəçisi Əhməd Şahidov Kəlbəcərdən olan əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında məlumat verib və Ərəb dünyasına müraciət edib: “Bugün burada müzakirə olunan məsələlər – qətliamlar, günahsız insanların öldürülməsi və əsir götürülməsi mənim ölkəm üçün də ağrılı məsələdir. Mən burada əyləşən hüquq müdafiəçilərinə və bütün Ərəb dünyasına müraciət edirəm. Keçən ilin yay aylarında işğalçı Ermənistanın əsir götürdüyü iki Azərbaycan vətəndaşı – Dilqəm Əsgərov və Şahbaz Quliyevin tezliklə azadlığa buraxılması üçün kömək edin. Xahiş edirəm, bu məsələdə səsimizə səs verin. İki günahsız insanın haqqını qorumaqda dəstəyinizi istəyirəm və qoy bu dəstək bütün müsəlman dünyasının qardaşlıq nümunəsi olsun.”

ADİHİ rəhbərinin çıxışını alqışlarla qarşılayan toplantı iştirakçıları azərbaycanlı əsirlərlə bağlı məsələ qaldıracaqlarına söz veriblər.

konfrans1 konfrans2 konfrans3 konfrans4 konfrans5 konfrans6 konfrans7 konfrans8

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib