ÖLÜRƏM SƏNSİZ

ÖLÜRƏM SƏNSİZ

Ana Sayfa » Şeirlərim » ÖLÜRƏM SƏNSİZ

Gözlərimi yumunca
sən gəlirsən gözümün önünə
Unuda bilmirəm səni.
İstəsəm də, çalşşsam da
özümə söz versəm də,
Bacarmıram özümlə.
Sən olmayınca dünyam qaralır
Səsin gəlməyincə kar oluram
Səni görməyincə kor oluram
Görmürəm heç kimi, heç nəyi
Eşidə bilmirəm öz səsimi
Həsrət mənə qalib gəlir,
Çox uzatma bu həsrəti
Unut bütün olanları
Unut kini, nifrəti
Çətindir, çox çətindir mənə
Ölürəm sənsiz!

Hər gecə yatağımda
Səni xatırlayıram
Durub gecələr hönkür-hönkür ağlayıram
Mələklər də cənnətdən yerə enib
mənimlə ağlayırlar.
Çox ağır olur gecələr
Havam çatmır
Ölürəm sənsiz!

Sənin sevgin hər şeydən böyükdür
Məndən böyük,
yaşadığım şəhərdən böyük
Mən çox kiçiyəm, cılızam
bu sevginin qarşısında
Tab gətirə bilmirəm
bu sevginin həsrətinə
acısına, kədərinə
Tab gətirə bilmirəm
Oturdum düşündüm
Mən heç kiməm, heç kim!
Sən olmayanda, nəfəsin olmayanda
Ölürəm sənsiz!

Bu həsrət necə bir yükdürsə,
çəkə bilmirəm, gücüm çatmır.
Bir ümid var içimdə
Gözləyirəm, sənin xəbərini
sənin zəngini, kəlməni
sənin hansısa sözünü
sənin özünü gözləyirəm.
Gözləyirəm, çətin olsa da
Dözürəm, amma yenə də
Ölürəm sənsiz!

Çox gec qalma, sevgilim
Buraxma məni bu həsrətlə baş-başa
Qoyma sənsizlik içimə dolsun
Vücudum ümidsizliklə saralıb solsun
İmkan vermə, tənhalığa təslim olum
Səni ancaq şəkillərdən xatırlayım
Şəkillərinə baxıb hər gecə gözlərim dolsun
Ağlayım, dəlilər kimi adını sayıqlayım gecələr
Qoyma hamı mənə gülsün
Mən bunlara layiq deyiləm
Qıyma mənə, nə olar?!
Qıyma mənə,
ağırdır mənə, görmürsənmi
Ölürəm sənsiz!

Axı mən səni dünyalar qədər sevdim.
Bir ürək haraya qədər sevə bilərsə
Mən də səni o qədər sevdim.
Bir ürək nə qədər döyünə bilərsə,
Vurdu qəlbim sənin həsrətinlə
Gözlər nə qədər ağlaya bilərsə
Mən də sənin üçün ağladım gecələr
Bir sevən nə qədər dözə bilərsə…
Yox! Mən dözə bilmədim sənsizliyə
İnana bilmirəm ki, bir kəskin baxış
bir acı söz bu qədər zəhərli ola bilərmiş?!
Mən unutmuşam hər şeyi
təkcə səndən başqa.
Çünki, sənsiz çətindir mənə
Çox çətindir!
Ölmək də çətindir sənsiz
Vallah!
Ölürəm sənsiz!

Əhməd ŞAHİDOV
04 Fevral 2012-ci il, 20:25, Moskva, Rusiya Federasiyası

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb