NEFT AKADEMİYASINDAKI TERROR BEYNƏLXALQ ELMİ KONFRANSDA MÜZAKİRƏ OLUNACAQ

NEFT AKADEMİYASINDAKI TERROR BEYNƏLXALQ ELMİ KONFRANSDA MÜZAKİRƏ OLUNACAQ

Ana Sayfa » Müsahibələr » NEFT AKADEMİYASINDAKI TERROR BEYNƏLXALQ ELMİ KONFRANSDA MÜZAKİRƏ OLUNACAQ

Əhməd Şahidov: “Türkiyədə keçiriləcək beynəlxalq elmi konfransda terrorla mübarizənin intellektual metodları barədə danışacam”
Uzun illər erməni terroru ilə üz-üzə qalan Azərbaycan 2009-cu ilin aprel ayında baş verən məlum hadisələrdən sonra bir daha dünyanın diqqət mərkəzində oldu. Dövlət Neft Akademiyasında baş verən qətliamda həlak olan onlarla gəncin faciəvi taleyi barədə dünya miqyasında tədbirlər görülmədi. Odur ki, bu terror aktının pislənilməsi üçün beynəlxalq səviyyədə kampaniya aparılmasına ciddi ehtiyac duyulmaqdadır.

Bakı Slavyan Universitetində yenicə müəllim kimi fəaliyyətə başlayan gənc alimimiz, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi, fəlsəfə doktoru Əhməd Şahidovun tez-tez beynəlxalq elmi konfranslarda iştirak etdiyini bilib, ondan Azərbaycanın üzləşdiyi terror təhlükəsi ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. 20-24 Oktyabr tarixlərində Türkiyənin Çanaqqala şəhərində keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcəyini bildirən Əhməd Şahidov həmin tədbirin məhz universitetlərə həsr olunduğunu qeyd etdi. Onun sözlərinə görə, Türkiyənin “Çanaqqala On Səkkiz Mart Universiteti” tərəfindən təşkil olunmuş “Küresel sorunlar çerçevesinde üniversitelerin yeni hedef ve görevleri neler olmalıdır?” adlı Dünya Universitetlər Konqresində çıxış etmək üçün hazırladığı məruzə məhz beynəlxalq terrorla birgə mübarizədə intellektual metodların tətbiqini özündə ehtiva edir: “Çanaqqala Universitetində keçiriləcək beynəlxalq elmi konfrans ingilis dilində keçiriləcək və bura dünyanın bir çox ölkələrindən alim və mütəxəssislər təşrif buyuracaqlar. Universitetlərlə bağlı müxtəlif qlobal mövzularda ediləcək çıxışlarda beynəlxalq terrorla da bağlı bölmə yer almışdır. Mənim üzərində çalışdığım doktorluq işim məhz “Türk dövlətlərinin təhlükəsizlik problemləri”nə həsr olunduğundan bu konfransda universitetlərin beynəlxalq terrorla birgə mübarizədə verə biləcəyi töhfələrdən söhbət açacam. Heç şübhəsiz ki, ötən ilin aprel ayında Dövlət Neft Akademiyasında baş vermiş məlum hadisələrə də toxunacam və  o qətliama bütün dünyanın diqqətini cəlb etməyə çalışacağam.”

Sadə vətəndaşların adətən bu kimi mövzular barədə danışmaqdan ehtiyyat etdiyini vurğulayan gənc alimin sözlərinə görə, adətən insanlar düşünürlər ki, bucür mövzularla gəncləri məşğul etmək olmaz və bu problemlə ayrı-ayrı qurumlar məşğul olurlar. Bununla qətiyyən razılaşmayan müsahibmiz güc strukturlarının bu kimi hadisələr zamanı fəaliyyətinin nə dərəcədə effektiv olmasının məhz adi vətəndaşların davranışından birbaşa asılı olduğu qənaətindədir: “Bu, təkcə bir dövlətin və millətin problemi deyil. Bugün Azərbaycanda baş vermiş hadisə, sabah başqa bir ölkədə təkrarlana bilər. Odur ki, bəşəriyyətin ortaq problemi olan qlobal terrorizmlə mübarizədə universitetlər də sıx əməkdaşlıq etməli, bu sahədəki təcrübələrini bir-biriylə mübadilə etməlidirlər. Təhsil prosesində terrorun mahiyyəti, yaranma şəraiti, beynəlxalq terror təşkilatlarının tarixi, terror aktlarının həyata keçirilməsi və ondan qorunma üsulları barədə mütəmadi dərslər keçirilməlidir.”

Sonda Bakı Slavyan Universitetindəki pedaqoji fəaliyyəti barədə qısa məlumat verən Əhməd Şahidov bildirdi ki, hal-hazırda BSU-nun “Diplomatiya və xarici siyasət” kafedrasında müəllim kimi fəaliyyət göstərir və universitetin magistrantlarına “Türk dünyasının xarici siyasəti” fənnindən məruzələr oxuyur. Bu məzuzələr boyu Türk dövlətlərinin təhlükəsizlik problemlərinə dair ayrıca məruzə ayırdığını vurğulayan Ə.Şahidov öz tələbələrinə də bu sahədəki vəziyyət barədə bilgi verəcəyini bildirdi.

Söhbətləşdi: Arzu Abdulla

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb