NƏQLİYYATDA TERROR…

NƏQLİYYATDA TERROR…

Ana Sayfa » Doktorluq işi » NƏQLİYYATDA TERROR…

avtobusHər gün istifadə etdiyimiz nəqliyyatda sağ qalmaq üçün nələri bilməli?
Azərbaycan artıq hədəfdədir. Regionda işıq sürətilə baş verən son hədisələr Azərbaycanın da sürükləndiyi çirkli bir siyasi oyunun səhnəsini canlandırır. Artıq Cənubi Qafqaz uğrunda böyük qüvvələrin mübarizəsi açıq müstəviyə keçməkdədir. Bu mübarizədə Azərbaycanın kimin tərəfində olması, kimlərə dəstək verməsi və ya verməməsi son anda ölkəmizin gələcək taleyini həll edəcək. Bu mübarizədə Azərbaycanı təsir altına salmaq, ondan öz maraqlarından ötrü istifadə etmək üçün böyük dövlətlər bir tərəfdən şirin vədlər verir, sərfəli təkliflər irəli sürür, digər tərəfdən də Azərbaycana dəhşətli günlər yaşadır, ölkədə terror xarakterli təxribat hərəkətləri törədirlər. Bəs sadə azərbaycanlı bu cür təxribatlarla qarşılaşdıqda necə davranmalı, hansı zəruri tədbirləri görməli və son anda öz canını necə qurtarmalıdır?!
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə bir daha göstərdi ki, cəmiyyətimiz terrora hazır deyil. Nəinki sadə insanlarımız, hətta polis, həkim və inzibati strukturlarımız da terror zamanı və sonrası zəruri sayılan tədbirlərin görülməsində lazımi peşəkarlıq nümayiş etdirə bilmədilər. Soyuqqanlılıq, peşəkarlıq, ardıcıllıq və cəldlik əvəzində biz panika, qorxu və göz yaşlarının şahidi olduq.
Odur ki, gələcəkdə bu cür hadisələrin baş verəcəyi təqdirdə sadə insanlarımızın necə davranmalı olduqları barədə elmi araşdırmalarımı geniş auditoriyaya çatdırmaq qərarına gəldim. Bildiyiniz kimi insanların gündəlik olaraq, intensiv istifadə etdiyi xidmət sahəsi nəqliyyatdır. Terror təşkilatları da daha çox insanı məhv etmək üçün məhz nəqliyyat vasitələrini hədəf seçirlər. Bunlara hava nəqliyyatı, dəmir yolu nəqliyyatı, avtobus, metro və sairə aiddir. Hər bir nəqliyyat növündən istifadə edən vətəndaşlarımız zəruri sayılan məqamları bilməlidir.
Əvvəlcə başlayaq hava nəqliyyatından, yəni təyyarələrdən. Əfsuslar olsun ki, çox ciddi təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, terroristlər təyyarəyə daxil ola bilirlər. Əgər təyyarələrdən tez-tez istifadə edirsinizsə, nələri bilməlisiniz?
Ən doğru seçim ekonom klass
Ilk növbədə uçacağınız avia şirkəti diqqətlə seçin. Ən doğru seçim ekonom klass ilə uçmaqdır, çünki bu, daha təhlükəsizdir. Çünki terroristlər adətən təyyarələrə hücumu biznes klass salonundan başlayırlar və oradakı sərnişinlərdən canlı sipər kimi istifadə edirlər. Çalışın ki, keçid tərəfdə deyil, pəncərə tərəfdə əyləşəsiniz. Çünki, təyyarənin qaçırıldığı zaman və terroristlərin atəş açdığı vaxt digər kreslolar sizi müdafiə edə bilər. Statistika göstərir ki, ən çox atəşə məruz qalan da məhz keçid tərəfdəki kreslolardır. Çalışın birbaşa reyslərlə səyahət edəsiniz, tranzit uçuşlardan az istifadə edin. Tranzit uçuşlar zamanı təyyarənin salonunu tərk edin, çünki terroristlər bəzən təyyarəni bu cür tranzit dayanmalar zamanı ələ keçirirlər. Uçuş zamanı neytral geyinin, geyiminiz cəlbedici olmasın, hərbi rənglərdən və formalardan ibarət geyim geyinməyin. Uçuş zamanı siyasi mövzularda söhbətlər etməyin, pornoqrafik, siyasi və ya dini dərgilər oxumayın ki, başı pozuq terrorçuların konkret hədəfinə çevrilməyəsiniz. Üzərinizdə qızıl-zinət əşyaları gəzdirməyin. Spirtli içki qəbul edib təyyarə salonuna daxil olmayın. Təyyarənin terrorçular tərəfindən qaçırıldığı zaman ekspertlər passiv müqavimət taktikasına üstünlıük verilməsini məsləhət görür; heç vaxt risk etməyin. Bu cür davranışınız adətən terrorçuları çıxılmaz vəziyyətə salır, nəticədə vaxt qazanmış olursunuz. Bu isə girov sərnişinlərin ancaq xeyrinədir.
Təyyarənin qaçırıldığı zaman nələri etmək zəruridir:
– Terrorçuların bütün tələblərini yerinə yetirin, terrorçulardan hansının daha təhlükəli olduğunu özlüyünüzdə dəqiqləşdirin, terrorçuların istədiyi hər şeyi onlara verin;
– Terrorçuların gözlərinə baxmayın;
– Ətrafa göz gəzdirin, atəş açılan zaman gizlənə biləcəyiniz təhlükəsiz bir yeri gözaltı edin;
– Yanınızda uşaq varsa, onu əldən buraxmayın, imkan daxilində onu rahat və künc bir yerə yerləşdirin;
– Yüksəkdən danışmayın, kəskin hərəkətlər etməyin. Uğur qazanacağınıza əmin olsanız da, terrorçulara müqavimət göstərməyin. Salonda onların əlbir olduğu adam ola bilər.
– Özünüzə diqqətin yönəlməsinə imkan verməyin. Təxribat xarakterli və cəlbedici davranışlara reaksiya verməyin.
– Tərpənməzdən və ya çantanızı açmazdan əvvəl terrorçulardan icazə alın. Atəş zamanı yerə uzanın və ya oturacağın altına girin, heç vaxt qaçmayın. Üzərinizdə vacib sənədlər varsa, onları başqa bir yerə gizlədin. Əlinizdə yaxınlarınızın və uşaqlarınızın şəkillərini saxlayın.
Hər şeydən əvvəl yadda saxlayın ki, bucür hallarda panikaya düşmək yolverilməzdir. Heç vaxt xoşbəxt sonluğa olan ümidinizi itirməyin. Çalışın başınızı qatasınız – kitab oxuyun, əgər icazə verirlərsə, yanınızdakılarla söhbət edin. Çünki, bəzi təyyarə hücumları bir-neçə gün çəkir. Səbrli olmağa çalışın, gözləyin.
Terrorçuları zərərsizləşdirmək üçün əməliyyat başlanıbsa, onun davamiyyəti çox qısa olur. Lakin bu zaman ilk növbədə yerə uzanmalı və əməliyyatın sonuna qədər tərpənməməlisiniz. Xüsusi təyinatlılar salona işıq-səsli qranatlar atır və heç kimin tərpənməməsini tələb edir. Bu zaman ayağa qalxan sərnişinlər potensial terrorçu kimi qəbul edilir və yerindəcə məhv edilir. Xüsusi təyinatlılara suallar verərək, onların diqqətini yayındırmaq olmaz, onların üstünə getmək, qucaqlamaq, təşəkkür etmək qəbuledilməzdir. Əməliyyat başa çatdıqdan sonra təyyarə salonunu tərk edin, bu zaman ilk növbədə uşaq, qadın, xəstə, yaralılara yol verin, itirilmiş əşyaların və geyimlərinizin axtarışına vaxt sərf etməyin. Yaddan çıxarmaq olmaz ki, təyyarə minalanmış ola bilər və hər an havaya sovrula bilər.
Yerin altında
Azərbaycanda ən populyar nəqliyyat növü bəlkə də metrodur. Paytaxt Bakıda əhalinin demək olar ki, 60-70%-i məhz metrodan hər gün istifadə edir. Bəs metroda bizi gözləyə biləcək təhlükələrdən qurtulmaq üçün nələri bilməliyik?
Metroya daxil olarkən platformanın kəndarında dayanmayın, yalnız qatarların dayanmasından və sərnişinlərin çıxmasından sonra qapılara yaxınlaşın. Həddindən artıq sıxlıq olduqda digər qatarlardan və ya başqa nəqliyyat növündən istifadə edin. Özünüzü artıq riskə atmayın. Əgər qatar gələn zaman sərnişinlərdən biri qəflətən relslərin üstünə yıxılıbsa, dərhal metropoliten əməkdaşlarını köməyə çağırın, onlar gəlincə isə platformanın kənarında dayanıb açıq rəngli dəsmal ilə gələn qatarın maşinistinə işarə verin. Əgər yıxılan adam özü hərəkət edə bilirsə, onun oradan çıxarılmasına köməklik edin, lakin bu zaman yaralının platformanın kənarındakı kontakt relsinə toxunmasına imkan verməyin. Əgər yaralı özü platformaya qalxa bilmirsə, onda onun stansiyanın sonuna qədər qaçması və ya iki relsin arasına uzanması və qatarın keçib getməsini gözləməsi məsləhət görülür.
Metroda baş verə biləcək qəza hadisələrindən biri də eskalatordakı qəzalardır. Bakıda keçmiş Bakı Soveti stansiyasında baş vermiş qəzanı yəqin ki, hamınız xatırlayırsınız. Panikaya düşmüş insanların həlak olduğu həmin gün. Bucür hallarda eskalatorun rezin tutacağından bərk yapışmaq lazımdır. Ciddi qəzalar zamanı qonşu eskalatora tullanmağı bacarmaq lazımdır.
Metro qatarında gedərkən isə çalışın vaqonun ortasında əyləşəsiniz. Statistika göstərir ki, qəzalar zamanı ən az xəsarət alan sərnişinlər məhz vaqonun ortasında dayanan sərnişinlərdir. Ətrafda sahibsiz qalmış bütün əşyalara diqqət yetirin. Sahibsiz əşyalar haqqında metropoliten əməkdaşlarına xəbər verin, özünüz heç nəyə toxunmayın. Gərək olmadıqda qatarda əyləşməyin, çünki partlayışlar zamanı ən çox yaralananlar məhz oturan sərnişinlər olur.
Bəzən olur ki, metroda gedərkən hər hansı səbəbdən qatar tunelde dayanmalı olur. Adətən bu, qatarların cədvəlindəki gözləmələrdir. Lakin bəzən də hər hansı partlayışlar baş verir və ya elektrik naqilləri sıradan çıxır.
Bu zaman:
– Dərhal qapıları açmağa çalışın;
– Vaqondan tez çıxmağa tələsməyin. Çünki, sərnişinlərin vaqondan çıxıb tunel ilə hərəkət edə bilmələri üçün relslərdəki elektrik gərginliyi söndürülməlidir;
– Əgər tuneldə qatı tüstü varsa, ağız və burnunuzu dəsmal ilə bağlayıb vaqonun döşəməsinə uzannın ki, boğulmayasız;
– Vaqonun metal hissələrinə toxunmayın;
– Vaqon maşinistinin göstərişlərinə əməl etməyə çalışın, onun göstərişi olmadan vaqonu tərk etmək təhlükəlidir;
– Imkan daxilində xilasediciləri gözləyin.
Təsadüfi deyil ki, Bakıda baş verən metro qəzalarının bəziləri məhz tuneldə baş verib. Adi bir nasazlıq ucbatından qatar tuneldə dayanmış və panikaya düşən sərnişinlər canını qurtarmaq üçün tunelə düşmüş, lakin çox məsafə qət edə bilməyib, boğulub əldən düşərək ölmüşlər.
Avtobuslarda
Gündəlik olaraq istifadə etdiyimiz digər nəqliyyat növü də avtobuslardır. Azərbaycanda istifadəyə verilmiş avtobuslarda heç bir təhlükəsizlik qaydaları mövcud deyildir, avtobusa daxil olan sərnişinlər yoxlanılmır, kiminsə terrorçu olması tam realdır. Bu səbəbdən avtobusda gedərkən təhlükəsizliyin təmin olunması məhz sərnişinlərdən asılıdır. Çünki, ağır şərtlər altında çalışan avtobus sürücülərini ilk növbədə gündəlik planın ödənilməsi, bunun üçün də daha çox sərnişini avtobusa doldurmaq məsələsi maraqlandırır. Bəs avtobus sərnişini özünü necə qorumalıdır?
Avtobusa daxil olarkən ilk növbədə salona göz gəzdirin. Şübhəli əşyaların və ya şəxslərin olub-olmamasına əmin olun və ekstremal çıxış pəncərələrinin, yanğınsöndürən balonların harada yerləşdiyini (əfsuslar olsun ki, ölkədəki avtobusların heç birində yanğın söndürən balonlar olmur) gözdən keçirin. Yerüstü ictimai nəqliyyatda ən yaxşısı oturacaqlarda əyləşməkdir. Hər hansı partlayış zamanı və terrorçular tərəfindən avtobusun qaçırılması zamanı oturan sərnişinlər daha az xəsarət alırlar.
Neytral geyinin, geyiminiz cəlbedici olmasın, hərbi rənglərdən və formalardan ibarət geyim geyinməyin. Avtobusda olarkən siyasi mövzularda söhbətlər etməyin, pornoqrafik, siyasi və ya dini dərgilər oxumayın ki, başı pozuq terrorçuların konkret hədəfinə çevrilməyəsiniz. Qızıl zinət əşyaları gəzdirməyin. Üzərinizdə mobil telefon olsa, yaxşı olar.
Avtobusun terrorçular tərəfindən qaçırıldığı zaman ekspertlər passiv müqavimət taktikasına üstünlük verilməsini məsləhət görür; heç vaxt risk etməyin. Təyyarədəki sərnişinlərə məsləhət bilinən şərtlərin demək olar ki, hamısı avtobusda səyahət edən sərnişinlərə də şamil edilir. Lakin avtobusdakı terrorçuların zərərsizləşdirilməsi əməliyyatı təyyarəyə nisbətən daha qısa olur. Xüsusi təyinatlıların əməliyyata başladığı zaman çalışın ki, avtobusun pəncərəsindən uzaq durasınız. Bununla siz snayperlərin terrorçuları hədəfə almasına şərait yaratmış olarsınız.
Azərbaycanda avtobuslarla bağlı terror hadisələri əsasən erməni terror təşkilatları tərəfində həyata keçirilib. Bu hadisələrdə avtobusların baqaj yerinə partlayıcı maddələr yerləşdirilərərək partladılıb. Indi də mərkəzi avtovağzallarda təhlükəsizlik tədbirləri heç də ürəkaçan deyil. Potensial terrorçu hər hansı rayon avtobusuna bilet alıb sərnişinlər üçün nəzərdə tutulmuş yük yerinə böyük bir çantada partlayıcı maddə yerləşdirər və asanlıqla avtobusu göyə sovura bilər. Bunun üçün mərkəzi avtovağzallarda partlayıcı maddələri təyin edən rentgen cihazlarının quraşdırırlması vacibdir.
Avtobuslarda baş vermiş qəza hadisələri də itkisiz ötüşmür. Istismaq müddəti çoxdan bitmiş avtobusları xəttə buraxır və sərnişin daşıyırlar. Nəticədə motor sistemindəki nasazlıqdan yaranan partlayış zamanı avtobuslar külə dönür.
Dəmir yolu
Əhalinin istifadə etdiyi digər nəqliyyat vasitəsi də qatarlardır. Burada da təhlükəsizlik qaydalarına riayət etmək əsasən sərnişinlərin öhdəsinə düşür. Digər nəqliyyat vasitələrinə şamil olunan tələblər burada da aktualdır. Lakin qatarlarda səyahət edə sərnişinlər üçün əlavə şərtlər də nəzərdə tutulur:
– Bilet alarkən mərkəzi vaqonlara üstünlük verin. Dəmiryolu qəzaları zamanı baş və quyruq vaqonlara nisbətən ən az xəsarət alan sərnişinlər məhz mərkəzi vaqonlarda olan insanlardır;
– Qatarın hərəkət istiqamətinə əks olan oturacaqları seçin;
– Ətrafınızdakı sərnişinlərdən kimsə sizdə şübhə yaradırsa, çalışın yol boyu yuxuya getməyəsiniz;
– Kupedəki işığı yanılı saxlayın;
– Kupenin qapısını bağlayın;
– Sənədlər və pullarınızı etibarlı yerdə tutun, çantanızı isə pəncrəyə tərəf qoyun;
– Dayanacaqlardakı fasilələr zamanı öz əşyalarınıza göz gəzdirin.
Nəqliyyat vasitələrilə səyahət edərkən, hər zaman ayıq-sayıq olun. Hər an baş verə biləcək ekstremal hadisələrə hazır olun. Çünki özünüzün və yaxınlarınızın həyatı məhz sizin özünüzdən asılıdır.
(Bu məqalə müəllifin “Türk dövlətlərində təhlükəsizlik problemləri” mövzusunda qələmə aldığı doktorluq dissertasiyasının materialları əsasında hazırlanmışdır.)

Əhməd ŞAHİDOV

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb