Müstəqillik əldə etmiş Türk dövlətləri

Müstəqillik əldə etmiş Türk dövlətləri

Ana Sayfa » Türk Birliyi » Müstəqillik əldə etmiş Türk dövlətləri

Dövlət müstəqilliyi əldə etmiş Türk dövlətləri barədə qısa məlumat. Müstəqil Türk dövlətlərinin dövlət quruluşu, dövlət dili, paytaxtları, rəhbərləri və dünyanın coğrafi-siyasi xəritəsindəki mövqeyi

TÜRKİYƏ

Türkiyə Respublikası paytaxtı Ankara olan və Şimal yarımkürəsində köhnə dünya torpaqları deyilən Avropa, Asiya və Afrika qitələrinin bir-birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən bir ölkədir. Ölkə ərazisinin bir hissəsi Anadolu Yarımadasında, bir hissəsi isə Balkan yarımadasının davamı olan Trakyada yerləşir. Ölkənin üç yanı Aralıq dənizi, Qara dəniz və bu iki dənizi bir-birinə bağlayan boğazlar ilə Mərmərə dənizi və Egey dənizi ilə əhatə olunub. Qonşuları Yunanıstan, Bolqarıstan, Gürcüstan, Ermənistan, Azərbaycan (Naxçıvan Muxtar Respublikası ilə), İran, İraq və Suriyadır.

Türkiyə Osmanlı dövlətinin I Dünya Müharibəsi sonunda məğlub olmasından sonra Osmanlı dövlətinin yerində qurulan varis dövlətlər içində tək müstəqil dövlət olaraq, dövlətin Türk əhalisinin sıxlıq təşkil etdiyi torpaqlarında Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulmuş bir dövlətdir. Arnold Cozef Toynbee kimi bəzi tarixçilər isə Türkiyənin (əsas varis olmaq bir tərəfə) tək varis dövlət sayılmasının lazım olduğu fikrini müdafiə edirlər. 29 Oktyabr 1923 tarixində respublika elan edən Türkiyə Böyük Millət Məclisi Türkiyə Respublikası dövlətinin qurucusu hesab edilir.

Türkiyə aralarında Birləşmiş Millətlər Təşkilatı, Şimali Atlantika Müqaviləsi Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı olan kimi bir çox beynəlxalq təşkilatların üzvdür. 3 Oktyabr 2005 tarixindən etibarən Avropa Birliyinə tam üzvlük üçün müzakirələrə başlanmışdır. Türkiyə siyasət xadimləri, alimlər və iqtisadçılara görə bir regional gücdür.

Elm adamları və tədqiqatçılar Türkiyə kəlməsinin İtalyan dilindən gəldiyini qəbul edərlər. Tarixçi İlber Ortaylı bir məqaləsində cenevizli və venesiyalı tacir və diplomatların XII əsrdə Türkiyəni Turchia və Turmenia olaraq tanıdıqlarını bildirir. Həmçinin, Türkiyə adı ilk dəfə bir yazılı qaynaqda 1190-cı ildə Səlib yürüşü sənədlərində keçir. Abdulhaluk Çay isə Turchia tərifini çox daha geri aparar və Turchia kəlməsinə ilk dəfə VI əsrdə Bizans mənbələrində rast gəlindiyini bildirir və belə yazır: “Bu kəlmə IX və X əsrlərdə İdil / Volqa Çayından Orta Avropaya qədər uzanan sahə üçün istifadə edilmişdir. Bu istifadənin Qafqaz bölgəsində Xəzər İmperiyası üçün Şərq Türkiyəsi, Arpad Xanədanının qurduğu Macar Dövləti üçün Qərb Türkiyəsi şəklində olduğunu və eyni kəlmənin XII əsrdən etibarən Anadolu üçün tətbiq edildiyi bildirilir. Tarixdə XIII-XIV əsrlərdə Misir Məmlükləri də Türkiyə adını istifadə etmişlər: “əd-dövlət üt Turkiya” (1250-1387). Türk dilindəki hərfi mənası isə Türk və iyə (aid) sözlərinin birləşməsi ilə yaranan Türkiyə sözüdür.

Osmanlı Dövlətində XIX əsrə qədər Türkiyə adı istifadə edilmədi; Devlet-i Aliyye, Dövlət-i Osmaniye, Memalik-i Şahanə, diyar-ı Rum adları istifadə edilirdi. Lakin xarici dövlətlər Osmanlı İmperiyası (Ottoman Empire) adı əvəzinə Türkiyə (Turkey) adını istifadə edirdilər. O dövrdə xarici dillərdə çəkilmiş xəritələrə baxıldığında bu vəziyyət açıqca ortadadır. Daha sonra Gənc Türklər arasında Osmaniye yerinə Türküstan, Türkeli, Türkili kimi adlar üstün tutulurdusa, Orta Asiyada Türküstan adlı bir dövlət olduğundan bu mənimsənilmədi. Konstitusiyada (1921) “Türkiyə” adı yazıldı və 1923-cü ildə dövlətin rəsmi adı Türkiyə olaraq qəbul edildi.

Türkiyə Respublikasının 29 Oktyabr 1923-cü ildən 1 noyabr 1928-ci ildə qədərki adının yazılışı Osmanlı Türkcəsi ilə توركيه جمهوريت şəklində idi. 1 noyabr 1928-ci il tarixində 1353 saylı “Yeni Türk hərflərinin Qəbul və tətbiqi haqqında Qanun” un qəbul edilməsi ilə yazılış bugünki halını almışdır.

Türkiyə Respublikası Atatürk və silah yoldaşları tərəfindən Qurtuluş Döyüşünün qazanılması ilə I Dünya Müharibəsindən məğlub çıxmış və döyüşü qazanan dövlətlər tərəfindən paylaşılmış Osmanlı İmperiyasının Anadolu və Trakyada qalan torpaqları üzərinə qurulmuşdur. Qurtuluş Savaşında düşmənə qarşı vuruşan, ölkənin müqavimət təşkilatlanmaları və gücləri olan milli qüvvələr Osmanlı ordusu ilə Qurtuluş Savaşı milis və könüllülərindən ibarət Kuvayi Milliye idi (Xalq Qüvvələri).

Kuvayi Milliye ölkənin dörd bir yanının yunan, ingilis, fransız, italyan birləşmələrinin ələ keçirildiyi, Mondros Müqaviləsi ilə ölkəyə ağır artileriyanın yeridildiyi, Osmanlı ordusunun silahlarının alınıb məhv edildiyi, hər şeyin bitdi sanıldığı günlərdə,millətin reaksiyası olaraq doğan bir xalq mübarizəsidir.

12 İyun 1919-cu ildə Hövzədən Amasyaya gələn Mustafa Kemal Paşa buradan nümayiş bir bəyanat ilə ölkənin düşdüyü vəziyyəti açıqcasına bəyan edir, çıxış yolunun isə bütün güclərin birləşməsindən keçdiyini vurgulayır. Mustafa Kamal Amasyada Anadolu və Rumelidə qurulan Müdafaa-i Hukuk Dərnəklərini birləşdirmə və konqreslər edərək bütün millətin qəti qərarına söykənən yeni bir yönətim qurma məqsədilə Amasya Tamimini (məktub) hazırlamışdır.

Bu tamim milli suverenliyə söykənən yeni Türk dövlətinin qurulması yolunda atılan ilk addımdır. Millətin təşkilatlandırma və mübarizə üsulları təyin edilmişdir. Milli Suverenlik və milli müstəqillik fikri ilk dəfə ortaya atılmışdır.

İyul ayının 8-də İstanbula vəzifəsindən və hərbi xidmətdən ayrıldığını bildirərək, Osmanlı Hökuməti ilə bütün əlaqələrini sona çatdıran Mustafa Kamal ertəsi gün Müdafaa-i Huquq Cəmiyyəti Ərzurum şöbəsinin sədri seçildi. 23 İyul 1919-cu ildə Mustafa Kamalın başkanlığında toplanan Ərzurum Konfransı qəti qərar qəbul etmişdir: “Milli sərhədlər içində vətən bir vahiddir, bölünməzdir!”

Milli müqavimətin təşkilində ikinci böyük addım olan və 4-11 Sentyabr 1919-cu il tarixində keçirilən Sivas Konqresində Mustafa Kamal Anadolu və Rumeli Müdafaa-i Huquq Dərnəyinin başqanı seçilərək Milli Qurtuluş Savaşının tam lideri halına gəlmişdir.

27 dekabr 1919-cu ildə Ankaraya gələn Mustafa Kamal Ankaranı Anadoludakı müqavimət hərəkatının mərkəzi olaraq seçmişdir.

İstanbulun işgalından üç gün sonra Atatürk məşhur 19 Mart 1920-ci il tarixli bəyanatı yayaraq, fövqəladə səlahiyyətlər daşıyan bir məclisin Ankarada toplanacağını bildirərək Türkiyə Cümhuriyyetinin yaranma təməllərinin məhz Ankarada atılmasını təmin etdi.

Atatürk 21 Apreldə ikinci bir çıxışı ilə Məclisin 23 aprel günü toplanacağını və açılış mərasiminin necə keçiriləcəyi bildirib. TBMM 24 Aprel 1920-ci ildə keçirdiyi ikinci toplantısında Mustafa Kamalı (Atatürk) prezidentliyə seçdi. Mustafa Kamal öz liderliyiylə qurulan TBMM-nin rəhbərliyini Prezident seçildiyi gün olan 29 Oktyabr 1923-cü ilə qədər davam etdirdi.

Siyasi həyat

9 Sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürk tərəfindən qurulmuş olan Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyə Respublikasının ilk siyasi partiyasıdır. Mərkəz qanadda yer alır.

Başlanğıcda adı “Xalq Təriqəti” olan partiya 1924-ci ildəki qurultayda adını Respublika Xalq Təriqəti olaraq dəyişdirdi. 1927-ci ildə Atatürk tərəfindən təyin olunan “respublikaçılıq”, “xalqçılıq”, “milliyyətçilik” və “dünyəvilik” prinsiplərini nizamnaməsinə əlavə etdi. 1935-ci ildəki qurultayda daha əvvəlki dörd qanuna Atatürkün qərarı ilə “dövlətçilik” və “devrimçilik” prinsipləri də əlavə olundu və partiyanın adı “Respublika Xalq Partiyası” oldu.

Türkiyədəki tək partiya rəhbərliyinin bugünkü anlayış və tərif çərçivəsində bir demokratiya olmadığı çox açıqdır.

Şərqi və Mərkəzi Avropa sağ və sol diktatorların təzyiqi altında idi. Almaniyada Hitler, İtaliyada Mussolini, İspaniyada Frankonun faşist rəhbərlikləri var idi. Fransa, Belçika və İsveçrədə qadınlar ən əsas hüquqların biri olan siyasi hüquqlardan məhrum edilmişdilər. Yəni, əhalinin yarısını təşkil edən qadınların seçmə və seçilmə azadlıqları yox idi.

II Dünya Müharibəsinin ardından beynəlxalq siyasətdəki inkişaflar, istərsə də ölkə içindəki yeni meydana gəlmələr rejimin ümumi xüsusiyyətində əhəmiyyətli dəyişiklikləri gündəmə gətirdi. Mətbuatda və məclisdə çoxpartiyalı siyasi sistemi müdafiə edən bir anlayış meydana gəldi. Buna CHP ümumi başçısı və prezident İsmət İnönü də etdiyi danışıqlarla dəstək verdi.

Çox partiyalı dövr

1946-ci ildən etibarən Türk siyasi həyatının CHP xaricində ikinci bir partiyanın qurularaq seçkilərə çox partiyalı olaraq gedilməsi ilə başlamışdır.

Çox partiyalı həyat 1945-ci ildə Nuru Demirağ tərəfindən qurulan Milli İnkişaf Partiyası ilə başlamışdır. Ancaq partiya İsmət İnönü tərəfindən qapadılmışdır. 7 yanvar 1946-cı ildə Dördlü Takrirə imza atanlar tərəfindən qurulan Demokratik Partinin sədrliyinə Cəlal Bayar gətirildi. DP iqtisadiyyat və siyasətdə liberal tənzimləmələri müdafiə edirdi.

1950-ci il ümumi seçkilərində Demokrat Partiyası qalib olaraq çıxmışdır. Adnan Menderesin rəhbərliyi altında DP ilk dövrlərdə çox populyar olsa da, 1950-ci illərin sonlarına doğru baş verən iqtisadi çətinliklər və hökumətin antidemokratik tətbiqləri səbəbiylə çətin bir dövrə girmiş və 1960-cı ildə edilən əsgəri zərbə ilə çox partiyalı həyat sona yetmişdir. Zərbə nəticəsində o vaxtkı prezident Cəlal Bayar və baş nazir Adnan Menderes edama məhkum edilmiş, lakin təzyiqlər nəticəsində Cəlal Bayarın cəzası ləğv edilsə də, Adnan Menderes, Həsən Polatkan, Fatin Rüştü Zorlu edam edilmişlər.

İdarə forması

İdarə forması Respublika olan Türkiyə Respublikası Mustafa Kamal öndərliyində 1923-cü ildə qurulmuşdur. Rəsmi dili Türkcədir. Demokratik, dünyəvi, sosial bir hüquq dövləti rəhbərliyi anlayışı vardır. Qüvvələr bölgüsü əsası vardır. Qanunvericilik işlərini Türkiyə Böyük Millət Məclisi, icra işlərini Hökumət, məhkəmə işlərini isə müstəqil məhkəmələr həyata keçirir. Türkiyədə 1923-cü ildə respublikanın elanı ilə dövlət başçısı prezident şəklini almışdır. Prezident dövlətin başçısı və ali baş komandandır. Bu şəkildə Türkiyə Respublikasını və Türk Millətinin birliyini təmsil edir. Konstitusiyanın həyata keçirilməsini, dövlət orqanlarının nizamlı və uyğun işini təmin edir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) (Quruluş: 23 Aprel 1920) Türkiyə Respublikasının qanunvericilik orqanıdır. Xalq tərəfindən hər 4 ildə bir keçirilən seçkilər ilə təyin olunan millət vəkilləri Türkiyə Böyük Millət Məclisinin çətiri altında qanunvericilik vəzifəsini yerinə yetirmək üzrə qanunları müəyyən edir. Türkiyə Böyük Millət Məclisinə 550 millət vəkili seçilməkdədir.

Türkiyə Respublikasında icra rəhbəri olan baş nazir Nazirlər Kabinetinə sədrlik edir, hökuməti və icraatları idarə edər. Türkiyə Respublikasında hər 4 ildən bir ümumi seçimlə Məclis tərəfindən baş nazir 4 il müddətinə seçilir.

Xarici siyasət

Osmanlı dövləti Lozanna Müqaviləsini I Dünya Müharibəsinin qalib dövlətləri ilə bərabər şəraitdə imzalamış və beynəlxalq sahədə Türkiyə adı altında Respublika olaraq varlığını davam etdirməyə başlamışdır.

Atatürk “Yurdda Sülh, Dünyada Sülh” sözü ilə beynəlxalq münasibətlərdə Türkiyə Respublikasının rəsmi siyasətinin nə olacağını bütün dünyaya ifadə etmişdir. Atatürk sülhpərvər olaraq, ancaq Türk Millətinin mənafeyini xidmət edən bir xarici siyasət yürütmüş və bunun üçün dövründə bölgəyə hədəflənmiş taktika tətbiq etməyə çalışmışdır. Bununla ölkənin iqtisadi və siyasi baxımdan Türkiyə üçün əhəmiyyətli olan bölgə ölkələri ilə hər sahədə əməkdaşlıq etməsini təmin edərək Qərb ölkələrinin tətbiq etdiyi xarici təsiri qırmağı qarşıya məqsəd qoymuşdur.

Türkiyə 1952-ci ildən bəri NATO-nun üzvüdür.

Birləşmiş Millətlər Təşkilatı Türkiyənin aralarında olduğu 51 ölkənin iştirakı ilə 24 Oktyabr 1945-ci il tarixində qurulmuşdur. Qoşulun ölkə sayı zamanla artaraq indiki vaxtda 190-ı keçmişdir. Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMt) ilk üzv olan ölkələrdən biridir və Birləşmiş Millətlər ilə Koreya, Somali, Bosniya, Fələstin və Afganistana əsgər göndərmişdir. Son olaraq da Livana əsgər göndərmək qərarı almışdır.

Türkiyə 2008-ci ilin Oktyabr ayında 192 ölkədən 151-nin dəstəyini alaraq Birləşmiş Millətlər Təhlükəsizlik Şurası Müvəqqəti Üzvlüyü vəzifəsinə seçilmişdir. Türkiyə 2 illiyinə bu vəzifəsində Avstriya ilə birlikdə Qərbi Avropanı təmsil edir.

9 aprel 1949-cu ildə Vaşinqton müqaviləsi ilə qurulan NATO-nun bir kollektiv müdafiə təşkilatı olması məlumdur. Qurucu müqavilənin xüsusilə 3, 4 və 5-ci maddələri əhəmiyyətlidir. Bu maddələrlə üzv ölkələr ortaq müdafiə üçün qabiliyyətlərini inkişaf etdirməyə, hər hansı bir üzvün ərazi bütövlüyü, siyasi müstəqillik və təhlükəsizliyi təhlükədə olduqda bir araya gəlməyi və hər hansı birinə hücum olunduqda bu hücumu bütün üzvlərə qarşı edilmiş bir hücum kimi qəbul etməyi öz öhdələrinə götürürlər.

Türkiyə ilə Avropa Birliyi arasındakı əlaqə 40 ildən artıq bir müddətə əsaslanır. Avropa İqtisadi Birliyi olaraq qurulduğu illərdə tərəfdaşlıq üçün müraciət edən Türkiyə zaman-zaman dondurulan və çətinliklə irəliləyən bu əlaqəni müzakirə mərhələsinə qədər davam etdirmişdir.

Türkiyə və Avropa Birliyi

Türkiyə ilə Avropa Birliyi arasında tam üzvlük müzakirələri hələ də davam etməkdədir. Demokratik Parti 31 İyul 1959-cu ildə AİB-ə ortaq üzv olmaq üçün birlik Şurasına müraciət etdi. 27 May 1960-cı il hərbi müdaxiləsi və Menderes, Zorlu, Polatkanın edamlarından sonra Fransa prezidenti Çarlz De Qoll Türkiyənin üzvlüyünün dondurulmasını istəmişdir. AB ilə danışıqlar Sentyabr 1959 – Oktyabr 1960-cı ildə müşavirə şəklində başladı. Hərbi zərbə üzündən danışıqlar 1960-cı ilə qədər kəsildi. Türkiyə gömrük birliyi məqsədilə görüşlərdə iştirak etdi. 1963-cü ildə qədər danışıqlar aparıldı. 12 Sentyabr 1963-cü ildə Ankara müqaviləsi imzalandı, bu, gömrük birliyinə söykənən və ortaq üzv olan Türkiyənin tam üzvlüyünü məqsəd qoyan müqavilə idi. 22 İyul 1970-ci ildə Protokol imzalanmışdır. Türkiyə 25 dekabr 1976-ci ildə birtərəfli qərarla bütün öhdəliklərini dondurdu. 21 Sentyabr 1979-cu ildə hər iki tərəf əlaqələri 5 illiyinə dondurdu. 6 fevral 1980-ci ildə xarici işlər naziri Hayrettin Erkmen Türkiyənin tam üzvlük üçün müraciət edəcəyini açıqladı. Ancaq 12 Sentyabr 1980-dəki əsgəri zərbə ilə əlaqələr 6 il daha təxirə salındı. Türk millət vəkillərinin üzvlükləri ləğ edildi. Avropa Türkiyədən demokratiyaya dönüş siyasətinin tətbiqini istədi. 1986-ci ildə əlaqələr təkrar bərpa edildi. 1987-ci ildə razılıq müqaviləsi imzalandı. 18 dekabr 1989-cu ildə AB Komissiyası Türkiyənin tam üzvlük müraciəti haqqındakı fikrini açıqlamış, birliyin 1992-ci ildən əvvəl yeni üzv qəbul etməyəcəyini bildirmişdir. 21 yanvar 1992-ci ildə iki tərəf arasında texniki əməkdaşlıq proqramı imzalanmışdır. 21 yanvar 1992-ci ildə iş proqramı Ankarada imzalanmışdır. 2003-cü ildə Türkiyə ilə üzvlük danışıqları başladı, ancaq bəzi şərtlər qoyuldu. Papa və Fransa, Almaniya kimi qurucu üzvlərin liderləri Türkiyənin Avropa Birliyinə girməsinin imkansızlığını açıqladılar.

Türk Silahlı Qüvvələrinin aktiv personal mövcudluğu 514.350 məfərdir. Müvafiq qanunlara görə, ordunun vəzifəsi “2000-ci illərdə yeni təhlükəsizlik problemlərinə uyğun şəkildə reaksiya göstərmək, gözlənilməz hadisələrə qarşı hazır olmaq, daxili və xarici təhdid və risklərə qarşı ölkənin təhlükəsizliyini təmin etmək üçün:

* Daşındırıcılıq;

* Təhlükəsizlik / Hərəkat mühitinin formalaşdırılması;

* Döyüşdən Kənar Hərəkat (Sülhü Dəstəkləmə hərəkatı, Təbii Fəlakət Kömək hərəkatı və Daxili Təhlükəsizlik hərəkatı);

* Böhran idarəetməsi;

* Məhdud Güc İstifadəsi;

* Şərti Hərbi fəaliyyətləri icra etmək” – kimi təyin olunmuşdur. Bu vəzifələri yerinə yetirə bilmək üçün çox məqsədli birliklərin qurulması, rəqəmsal çoxluq yerinə texnoloji üstünlüyün qurulması, silah və texnikanın fəaliyyətini yüksəldəcək texnoloji tədqiqatların aparılması və erkən xəbərdarlıq, zərbə, elektron hərb, hava üstünlüyünün qurulması və zərbə kimi əlavə vəzifələri də icra etməkdədir. Türk ordusu Avropada Rusiyadan sonra ikinci, dünyada isə ən güclü orduya sahib ölkə olaraq dördüncü sıradadır. NATO-da isə Amerikadan sonra birliyin gücünü dəyişdirə bilən ikinci ölkədir.

Dil

Türkiyənin rəsmi dili Türkcədir. Bugün Türkiyə Türkcəsi əhalinin böyük bir əksəriyyəti tərəfindən danışılmaqdadır. Bölgələrə görə bir çox fərqli ləhcələr istifadə edilməkdədir. Təhsildə və mətbuat orqanlarında isə İstanbul şivəsi seçilməkdədir.

Bütün əhalinin ünsiyyətini təmin edən və həm rəsmi dil, həm də təhsil dili olan Türkcənin yanında gündəlik həyatda başqa dillər də danışılmaqdadır. Bunlar abazaca, alban, bosniya və çerkezcə Mərmərə bölgəsində və İç Anadolud, lazca, gürcü və rumca Qaradənizdə, ərəb, süryanice, zazaca və kürdcə Şərqi və Cənub-Şərqi bölgələdə istifadə edilməkdədir. Çox az sayda olmalarına baxmayaraq, rəsmi olaraq azlıq vəziyyətində olan yunanlar və ermənilərin bir qismi ilə Musəvilərin kiçik bir qismi gündəlik həyatda öz dillərində danışırlar.

İqtisadiyyat

Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə bərbad vəziyyətdə idi. İstanbul və İzmirdən başqa, heç bir bölgədə nə sənaye, nə sərmayə sinfi, nə infrastruktur, nə də təhsil mövcud idi. Ən sadə məhsullar belə idxal edilmək məcburiyyətində idi. 12 milyonluq əhalinin böyük əksəriyyətini oxuma-yazma bilməyən yoxsul insanlar təşkil edirdi. Anadoludakı böyük torpaq sahibləri də sənaye burjuaziyasını meydana gətirməkdən çox uzaq idi. Bu görə sürətli bir inkişafa ehtiyac var idi. Bunu reallaşdırmaq üçün 17 Fevral – 4 mart 1923-cü il tarixlərində İzmir İqtisadiyyat Konqresi toplandı. Yeni qurulacaq dövlətin iqtisadiyyatının əsas prinsipləri müəyyənləşdirildi. Bu prinsiplər II Dünya müharibəsi başlayana qədər müvəffəqiyyətlə davam etdirildi. 1929-1939-cu illər arasında dünya sənaye istehsalı 19% artarkən, Türkiyədə sənaye istehsal artımı 96% oldu. Sovetlər Birliyi və Yaponiyadan başqa, heç bir ölkə bu sahədə Türkiyədən daha sürətli bir böyümə təmin edə bilmədi. 1924-1938-ci illər arasındakı 11 büdcənin qəti hesabı bərabər bağlanmış, üçü artıq vermiş, yalnız biri açıqla (içində Aşar vergisinin qaldırıldığı 1925-ci il) qapadılmışdır. 1923-1938-ci illər arasında orta hesabla illik 4-6% faiz real böyümə sürəti əldə edildiyi halda, inflyasiya çox aşağı idi. 1930-cu ildə TC Mərkəz Bankı qurulmuş, 1931-ci ildə 6127 kilo olan TC Mərkəz Bankı qızıl ehtiyyatı, 1938-ci ildə 26 190 kiloya çatmış, Düyün-u Ümumiyə borclarının 1933-cü ildə əldə edilən razılığa uyğun olaraq ödənməsi davam etdirilmiş, ödəmələr ilə dövlət büdcəsi arasında tarazlıq qorunaraq həyata keçirilmişdir. 1930-1937-ci illər arasında davamlı olaraq xarici ticarətdə üstünlük təmin edilmişdir. Ən son yüksək xarici ticarət göstəricisi 1946-cı ildə olub, 62 ildir ki, davamlı olaraq saxlanılır.

II Dünya Müharibəsi sonrasına qədər dövlət iqtisadiyyatı ilə yaşayan cəmiyyət, 1950-ci ildən sonra Amerika Birləşmiş Ştatlarının də təsiriylə böyük bir kapitalist sənaye inkişaf dövrünə girdi. Bugün də davam etməkdə olan bu inkişaf prosesi xüsusilə böyük torpaq sahiblərinin sürətlə müasir sərmayə sinfinə çevrilməsinə imkan açdı. Anadolunun inkişafı və alt quruluşunun meydana gəlməsi prosesində 200 milyard ABŞ dollarından çox borc yarandı. GAP (Güney Anadolu Projesi) layihəsi ilə Şərqi və Cənub-Şərqi Anadolu təşviq proqramları hələ də davam etməkdədir.

İllik göstərici 6% üzərindəki iqtisadi inkişaf ilə birlikdə böyük bir dəyişmə və müasirləşmə başladı. Əvvəlcə İstanbul, İzmir və Mersin kimi Qərb bölgələri, 1980-ci ildən sonra da bütün Anadolu ellərində, xüsusilə Denizli, Bursa, Gaziantep və Kayseridə böyük sərmayə və sənaye yarandı. Sabancı, Koç, Zorlu kimi qurulan onlarla böyük sənaye holdinqinin yanında yüz minlərlə böyük, orta və kiçik beynəlxalq ölçüdə şirkət, və yaranmaqda olan işçi sinfi dinamik bir iqtisadiyyatın daşıyıcıları oldular.

Forbes jurnalına görə, 2008-ci ilin Mart ayından etibarən Türkiyənin maliyyə mərkəzi olan İstanbulda 35 nəfər milyoner yaşamaqdadır (2007-ci ildə 25 nəfər idi). Beləcə, İstanbul şəhəri Moskva (74), Nyu-York (71) və Londondan (36) sonra dördüncü sırada dayanaraq, Hong Kong (30), Los-Anceles (24), Mumbai (20), San-Fransisko (19), Dallas ( 15) və Tokiodan (15) daha çox milyonerə malikdir.

Hal-hazırda Türkiyə iqtisadiyyatı dünyanın ən böyük 15-ci iqtisadiyyatıdır. Hədəf isə respublikanın 100-cü ilində (1923-2023) dünyanın ən böyük 10 iqtisadiyyatı arasında iştirak etməkdir. 2009-cu ilin Yanvar ayı etibarıyla Türkiyədə işsizlik səviyyəsi Türkiyə Statistika Təşkilatının (TUİK) verdiyi məlumata əsasən,  15,5%  olmuşdur.

————————————————————————————————————

AZƏRBAYCAN

Azərbaycan Respublikası – Cənubi Qafqazda, Avropa və Mərkəzi Asiyanın kəsişməsində yerləşən Xəzər dənizi hövzəsi ölkəsidir.

Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otlaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

Ölkə 39° 24′, 41° 54′ şimal en dairələri arasında və 44° 46′, 50° 45′ şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir.

Sərhədlərinin ümumi uzunluğu 3472 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 15 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir.

Dəniz səviyyəsindən ən ucqar nöqtə Bazardüzü (4466 m.), ən aşağı nöqtə isə (-28 m.) Neftçala rayonu ərazisindədir. Orta yüksəklik 657 m-dir.

İqlim

Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır.

İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələgəlməsinə böyük təsir göstərir.

Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir.

Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.

Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir.

Əhali

2004-cü ilin əvvəlində Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 %ni şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 %ni kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 % kişi, 4 milyon 207 min nəfəri və ya 51 % qadınlardır.

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 % 0-14 yaşda, 67 % 15-64 yaşda, 7 % isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 % 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhərlərdə yaşayır.

Əhalinin orta yaşı 31 yaş təşkil edir.

13 – 22 aprel 2009-cu ildə aparılmış siyahıya almaya əsasən Azərbaycan Respublikasının 8,896 milyon nəfər əhalisi var .

2010-cu il yanvarın 15-i saat 05.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib.

Etnik tərkibi

Əhalinin son siyahıya alınmasının (27.01.1999) nəticələrinə görə ölkə əhalisinin 90,6% Azərbaycanlılar (Azəri türkləri), 2,2% ləzgilər, 1,8% ruslar, 1,5% ermənilər, 1,0% talışlar, 0,6% avarlar, 0,5% Axısqa türkləri, 0,4% tatarlar, 0,4% ukraynalılar, 0,2% saxurlar, 0,2% gürcülər (ingiloylar daxil olmaqla), 0,2% kürdlər, 0,13% tatlar, 0,1% yəhudilər, 0,05% udinlər, 0,12% isə digər xalqlardır.

Qeyd: Ermənilərin böyük hissəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yaşayır.

Mənsub olduğu xalqın dilini ana dili hesab edənlərin ümumi əhalidə ölkə üzrə xüsusi çəkisi 99,2% olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8% təşkil etmişdir.

Dövlət quruluşu

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikası-nın dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.

Dövlət Rəmzləri

Azərbaycan Respublikasının dövlət rəmzləri: Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Azərbaycan Respublikası Dövlət Bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni ölkə Konstitusiyası ilə müəyyən edilir.

Paytaxt

Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 3 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

İqtisadiyyat

Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb (1 AZN = 5000 AZM). Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir. Hazırda köhnə manat əskinasları tamamilə dövriyyədən çıxarılıb.

Dil

Azərbaycan Respublikası əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

Azərbaycan dili İran İslam Respublikasında Cənubi Azərbaycanda yaşayan 35 milyonluq Azərbaycanlının da ana dilidir. Rusiya-da, Amerika Birləşmiş Ştatları-nda, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, Azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

Münaqişə

Dağlıq Qarabağın erməni mənşəli əhalisini provakasiya edən erməni seperatçılarının müstəqillik tələbləri Azərbaycanla qonşu olan Ermənistan arasında 1989-cu ildən bəri davam edən silahlı münaqişəyə səbəb olmuşdur. Hal-hazırda Dağlıq Qarabağ və ona bitişik rayonlar Erməniştanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabaq və 7 ətraf rayonun 1 000 000-a yaxın azərbaycanlı əhalisi öz yaşayış yerlərini tərk etmiş, 24 000-dən çox adam qətlə yetirilmiş, 50 000 nəfər yaralanmış və ya şikəst olmuşdur. Hazırda ölkələr arasında 1994-cü ildə imzalanmış atəşkəs qüvvədə olsa da, erməni tərəfin muntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10000-ə qadər azərbaycanlı həlak olmuşdur.

Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır.

Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

Bununla belə, 1813-cü ildə Gülüstan müqaviləsi və 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalananması ilə Azərbaycan yenə də bölünməyə məcbur qalmışdır. Bu müqavilələr Azərbaycan xalqının həyatında faciəli rol oynamışdır.

Dövlət bayramları və xüsusi günlər

Rəsmi

1 yanvar – Yeni İl Bayramı

8 mart – Beynəlxalq Qadınlar Günü

20 mart-21 mart – Novruz bayramı

28 may – Respublika Günü

15 iyun – Azərbaycan Milli Qurtuluş günü

26 iyun – Azərbaycan Silahlı Quvvələri Günü

18 oktyabr – Azərbaycan Respulikasının Dövlət Mustəqilliyi Günü

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

12 noyabr – Konstitusiya Günü

17 noyabr – Milli Dirçəliş Günü

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü

Dini

Qurban Bayramı (2 gün)

Ramazan Bayramı (2 gün)

Xüsusi günlər

20 yanvar – Ümumxalq hüzn günü (Sovet Ordusunun Azərbaycan xalqına qarşı törətdiyi qırğın, 20 yanvar 1990-cı il )

26 fevral – Xocalı soyqırımı günü

31 mart – Azərbaycanlıların soyqırımı günü

————————————————————————————————————

QAZAXISTAN

Qazaxıstan Respublikası Orta Asiya və Şərqi Avropadakı müstəqil dövlət olaraq, 2.727.300 km2 sahəsi ilə dünyanın ən böyük doqquzuncu ölkəsidir. Müsəlman ölkələrin və Türk dövlətlərinin ərazi baxımından ən böyüyü, təbii sərvətlər baxımından da ən zənginidir. Qazaxıstan Türk tarixinin mühüm dövlətlərindən olan Saka, Hun, Göytürk, Qıpçaq, Qaraxanlı, Qızıl Ordu kimi dövlətlərin mərkəzi, Qıpçaq, Oğuz, Qarluq kimi türk tayfalarının beşiyi olmuşdur.

Qonşuları olaraq şimalda Rusiya, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstan, şərqdə Çin Xalq Respublikası ilə həmsərhəddir. Ölkənin həmçinin Xəzər dənizi və Aral Gölü ilə su sərhədləri də vardır.

Müstəqilliyin qazanılmasına doğru 1989-ci ildə 16.464.464 nəfər olan ölkə əhalisi, 1999-ci ildə Slavyan və almanların ölkədən köç etmələriylə 14.900.000-ə qədər azalmışdır. 2010-cu ildə bu rəqəm 16.500.000-ə yüksəlmişdir. Ölkə bu gün əhali baxımından dünyanın 60-cı böyük ölkəsi olmaqla birlikdə, hər kvadrat kilometrə 5,5 insan düşməklə 210-cu yerdə durur.

Qazaxıstan xaricində 30-dan çox ölkədə Qazax Türkləri vardır (Qazaxıstanda 11.000.000, digər ölkələrdə 5.000.000). Qazax sözü “sərt, azad, igid” mənasına gəlir.

Müasir Qazaxların mənbələri 1400-cü illərə qədər getməkdədir. 1400-cü illərdə müxtəlif Türk qövmlərinin bir araya gəlməsiylə Orta Asiyada yeni bir boy doğulmuşdur. 1400-cü illərin əvvəlində Qazax torpaqları çoxlu Türk dövlətinin qurulduğu geniş çöl sahələri idi.

Qazax Bozkırları daxil olmaqla, Orta Asiyada Miladdan əvvəl 5000-1200-ci illər arası Afayesnova, Andrenova və Karasu mədəniyyətləri kimi mədəniyyətlər yaşamışdır. Bu dövrdən sonra Qazax steplərindən qurulan mədəniyyətlər belə sıralana bilər: Sakalar, Hiung-nu, Çi-çi rəhbərliyindəki Hiung-nular, Aparlar, Göytürk İmperiyası, Qərbi Göytürk İmperiyası, Xəzərlər və Bolqar Dövrü, II Göytürk İmperiyası, Türgiş Dövləti, Ərəb axınları, Karluklar və Kimeklər, Qaraxanlı Dövləti, Oğuz Yabgu, Qıpçaqlar, Böyük Səlcuq imperiyası, Xarəzmşahlar Dövləti, Monqol Hakimiyyəti, Qızıl Orda Dövləti dövrləri.

Müasir Qazaxların doğuşu: Qızıl Orda Dövlətinin yıxılmasından sonra Deşti Qıpçaq bölgəsində yerləşən Türk qövmləri Nogay Xan ətrafında toplanaraq Nogay Xanlığını qurdular. Daha sonra Qazax Xanlığına çevrilən bu xanlıq 1465-ci ildən 1847-ci ilə qədər Qırğız Bozkırlarındakı Türk tayfalarının ortaq adı oldu. Qazax Xanlığı bu günkü Qazaxıstan torpaqları üzərində üç hissədən ibarət idi: Böyük Cüz, Kiçik Cüz, Orta Cüz. Cüzlər 1771-ci ildən sonra bir-birilərindən müstəqil hərəkət etməyə başladılar. 1770-ci ilin sonlarında Qazax cüzləri güclü Rus İmperiyası və Çin arasındakı mübarizə arasında qaldı. 1847-ci ildə Qazax xanı olan “Kenesarı xan” dövründə ruslar Qazax cüzləri üzərindəki suverenliyini tam olaraq təmin etdilər. 1863-cü ildə bütün Orta Asiyada bir “Rus Ümumi Qubernatorluğu” quruldu və bölgə bölmələrə ayrıldı. Bu dövrdə ruslar Qazax bölgəsini “Qazax Qırğızları xanlığı” olaraq adlandırdı. 1900-cu illərlə birlikdə çoxlu rus Qırğız Bozkırlarında yerləşməyə başladı. 1906-cı ildə Orta Asiyanı Rusiyaya bağlayan dəmiryolu inşa edildi. Aclıq və siyasi səbəblərlə 1912-1917-ci illər arasında Rus hökumətinə qarşı Orta Asiyada qiyam başladı. 1917-ci ildə çar Rusiyasında çevriliş olması səbəbiylə Orta Asiyada müstəqil dövr başladı. 1917-1920-ci illər arasında köhnə Qazax cüzləri bir yerə gələrək müstəqil “Alaş Orda Dövləti”ni qurdular. Hökumət başçısı Alixan Bokeyxanov, paytaxtı isə Semey şəhəri olan bu dövlət üç il yaşaya bildi. 1920-ci ildən sonra ruslar dövləti ələ keçirdilər və bu tarixdən sonra Sovet Sosialist Respublikaları İttifaqı dövrü başladı.

1920-ci ildə Orta Asiyada ruslar iki Sovet Respublikası qurdular. Bugünkü Qazaxıstanda qurulan respublikaya ruslar “Qırğızıstan Muxtar SSR” adını verdilər. 1925-ci ildə isə səhv adlandırıldığı səbəbiylə rus rəhbərliyi “Qırğızıstan Muxtar SSR” adını “Qazaxıstan Muxtar SSR” olaraq dəyişdirdi. İlk dövrlər Orenburg şəhəri də Qazaxıstana daxil idi, ancaq daha sonra Rusiyaya birləşdirildi. 1936-cı ildə muxtariyyət qaldırılaraq “Qazaxıstan Sovet Sosialist Respublikası” quruldu. 1924-1934-cü illərə qədər kənd təsərrüfatı siyasəti səbəbiylə problemlər baş verdi. Xeyli sayda Qazax boyu Uyğur bölgəsinə köç etdi. II Dünya müharibəsində çətin dövrlər keçirən və əhalisində böyük azalma olan Qazaxıstan SSR Sovet Sosialist Respublikaları İttifaqı dövrü ərzində Sovet əkinçilik siyasətinin tətbiq olunduğu bir mərkəz oldu. 1990-cı ildə meydana gələn iqtisadi böhranların və Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından sonra 1991-ci ildə müstəqil olaraq dünya arenasında yerini aldı.

Əhali

1926-cı ildə 3,713,000 olan əhali 1959-ci ildə 1 milyon azalmışdır. 2006-cu ilin məlumatlarına görə, 15,300,000 əhaliyə malik idi. 1989-cu ildə 16,464,000 olan əhali 1999-cu ildəki siyahıyaalmaya qədər illik təqribən 1%-lik bir azalma ilə 14,953,000-ə düşdü. 2000-2001-ci illərdə də düşmənin davam etməsinə baxmayaraq, 2003-2004-cü illər ərzində azalış tendensiyası duraraq 0,7% artımla 14,951,000-ə çatdı. Etnik qrupların paylanması bucürdür: qazaxlar 62,2%, ruslar 25,6%, ukraynalılar 2,9%, almanlar 1,4%, özbəklər 2,9%, tatar 1,9%, uyğurlar 1,8%. Ölkədəki bütün türk xalqları bir yerdə ölkənin 68,8%-i təşkil edir.

İqtisadiyyat

Müstəqillikdən sonra siyasi və iqtisadi sabitliyə qovuşan Qazaxıstanda böyük neft, uran, dəmir, qızıl ehtiyatları vardır. Qazaxıstan təbii sərvətləri və coğrafiyası etibarilə əhəmiyyətli bir ölkədir. Həcm və növ baxımından mineral və xammal yataqları ilə dünyanın sayılan ölkələrindən biridir.

Qazaxıstanda 1225 növ mineralı özündə ehtiva edən 493 yataq var. Uran, xrom və sink yataqlarının zənginliyi etibarilə dünya ikincisi, manqan etibarilə dünya üçüncüsü, mis etibarilə isə dünyada beşinci yeri tutur. Kömür, dəmir və qızıl ehtiyyatları etibarilə Qazaxıstan dünya sıralamasında ilk on ölkə arasında, təbii qaz, neft və alüminium ehtiyyatları etibarilə müvafiq olaraq,  ilk 12, 13 və 17 ölkə arasında yer almaqdadır. Qazaxıstanda 1996-cı ildə dünyanın ən böyük üçüncü qızıl mədəni aşkar edilmişdir. Dünyadakı xromun 26%-i, qızılın 20%-i, uranın isə 17%-i məhz Qazaxıstanda yerləşir.

Ölkənin mineral və xammal istehsalı isə öz ehtiyacından qat-qat çoxdur. Bu səbəbdən metalik bizmut, süngersi titan, gil və rəfinə mis, manqan və konsantratlar istehsalının 90%, neft, ağ güllə və sink istehsalının 80%, təbii qaz, kömür, dəmir cövhəri və xrom istehsalının isə 50%-dən çoxu xarici ölkələrə ixrac edilməkdədir. Qazaxıstan torpaqları altında kəşf edilmiş maddi zənginlik 2 trilyon ABŞ dolarından çoxdur.

İqlimi

Qazaxıstanın okeanlardan uzaq qalması və dəniz təsirinin daxili bölgələrə girməsini əngəlləyən böyük dağların olması Qazaxıstan iqlimini quru iqlim etməkdədir. Ölkə daxilində yaz və qış ayları arasında istilik fərqi çox böyükdür. Yanvar ayında temperatur orta hesabla -19 dərəcədən -4 dərəcəyə qədər, iyul ayında isə +19 dərəcədən +26 dərəcəyə qədər fərqlənir. Qazaxıstanda 85022 axar su vardır. Bunların böyük bir hissəsi Xəzər dənizi (sahəsi 374 min kvadrat kilometr, dünyanın ən böyük gölüdür), Aral Dənizi (sahəsi 46,64 min kvadrat kilometr) və Balkaş gölü (sahəsi 18,2 min kvadrat kilometrdir) su toplama hövzələrində yer almaqdadır. Bundan başqa, Qazaxıstan 48.000 ətrafında böyük və kiçik göllərə malikdir. Ölkəni boydan boya keçən əsas axar çaylar bunlardır: Ertis (Qazaxıstan torpaqları daxilində uzunluğu 1700 km.), Esil (1400 km.), Sırderya (1400 km.) və Ural / Jayık / (1082 km).

————————————————————————————————————

ÖZBƏKİSTAN

Özbəkistan Respublikası Orta Asiyada Sovet Sosialist Respublikaları İttifaqından çıxaraq öz müstəqilliyini qazanmış bir dövlətdir. Dənizə sahili olmayan ölkənin qonşuları şimalda və qərbdə Qazaxıstan, şərqdə Qırğızıstan və Tacikistan, cənubda isə Əfqanıstan və Türkmənistandır.

Çingiz xanın nəvələrindən Batu Xan tərəfindən qurulan Altun Orda Xanlığının (1227-1502) başına IX xan olaraq, 1313-cü ildə Özbək Xan keçmişdi. Özbək Xan ilk günlərdən başlayaraq qətiyyətli və sərt bir siyasət yürütmüş, Kutluq Teymur Noyanın nəsihətləri sayəsində qısa bir zamanda bir çox rəqib və düşmənlərindən xilas olmuşdu. Özbək Xan Dunay tərəflərində Nogayın şəhadətindən sonra çoxalan Bizans və Slavların nüfuzunu qıraraq təkrar Müsəlman Türklərin təzyiqini artırmağa başladı. 1319-cu ildə Tunanı keçərək Ədirnəyə qədər gəldilər. Özbək xanın orduları 1314-cü ildə Bolqar padşahı Sventoslavın ölümündən sonra Kral Corc Terterə Bizansa qarşı kömək bəhanəsiylə Trakyaya, 1330-cu ildə Terterin serblərlə olan döyüşündə ona kömək olmaq məqsədiylə Köstendilə qədər irəliləmişdi. Bu vaxt bəzi hökumətlər evlilik yolu ilə də bağlar quraraq vəziyyətlərini gücləndirməyə çalışmışdır. Məsələn 1320-ci ildə qızı Tulum Bigəni Qahirəyə zövcə olaraq göndərmiş, eyni zamanda Bizansdan da qızlar almışdır.

Özbək Xan 1335-ci ildə Azərbaycan səfərinə çıxdı. Bu sırada Bağdad Xatun tərəfindən zəhərlənən Abu Səid ölmüş və Elxanlı Monqol hakimiyyəti də çökməyə başlamışdı. XIV əsr tarixçisi və coğrafyacısı Hamdullah Kazvini Azərbaycana edilən səfərdən söz edərkən Özbək xanın əsgərlərinə Özbəklər deyildiyini xatırladır. İbn Batuta Özbək xandan bəhs edərkən yazır: “Geniş bir ölkəsi, qüvvətli bir ordusu olan şanlı, şöhrətli və dövlətli bir sultan olub, Allahın düşmənlərindən biri olan Bizans imperatoru ilə döyüşə, cihad və qəza etməyə səlahiyyəti vardı. Ölkəsi həqiqətən çox geniş və böyük şəhərlərə malik idi. Kefe, Krım, Macar, Azov, Sogdak, Xarəzm və paytaxt şəhəri olan Saray bunların ən məşhurları olaraq sayıla bilər”. Həqiqətən Özbək Xan İdil (Volqa) sahilindəki Saray şəhərini çox inkişaf etdirmiş və böyütmüşdür. Bu şəhərdə yeni məscidlərin inşa edilməsini təmin etmişdir. Yalnız İdil sahilində deyil, Krımda da yeni binalar tikdirmişdir. Onun zamanında bütün Deşt-i Qıpçaq boylarında Türkcə danışıldığı da məlumdur.

Müstəqil Özbəkistan Dövləti

Özbəkistan 20 İyun 1990-cı ildə suverenliyini, 1 Sentyabr 1991-ci ildə müstəqilliyini elan etmişdir. 29 dekabr 1991-ci il tarixində keçirilən referendumla müstəqillik elanı təsdiq edilmişdir. Özbəkistan müstəqilliyini qazandıqdan sonra inkişaf etmiş ölkələrlə, xüsusilə iqtisadi mənada əlaqələr qurmuşdur. Özbəkistan zəngin yeraltı sərvətlərini xarici ölkələrə satmaq imkanı tapmışdır. Özbəkistan çox qədimlərə əsaslanan köklü dövlətçilik ənənəsi sayəsində müstəqilliyini qazandıqdan qısa müddət sonra Orta Asiyanın güclü dövləti halına gəlmiş və hal-hazırda da Orta Asiya liderliyi mövzusunda Qazaxıstan ilə rəqabət aparmaqdadır. Müstəqilliyindən bugünümüzə qədər dövlətə başçılığı İslam Kərimov etməkdədir.

Coğrafi və Demoqrafik Quruluş

Özbəkistan Respublikası bir Türk dövlətidir. Müstəqil Özbəkistanın 447.400 km2 ərazisi vardır. Özbəkistan Respublikası Qazaxıstan, Tacikistan, Əfqanıstan, Qırğızıstan və Türkmənistanla qonşudur. Paytaxtı Daşkənd şəhəridir. Əhalisi 29.851.195 nəfərdir.

Əhəmiyyətli şəhərləri: Namangan, Fərqanə, Əndican, Səmərqənd, Buxara, Hive, Hokand, Qarşı, Urgenç və Nukusdur.

Əsas çayları: Sirdərya və Əmudəryadır. Bundan başqa, Surhandərya, Qaradərya, Zərəfşan, Kaşkadərya və Narin dəryaları da var. Ən böyük gölü Araldır.

Digər Orta Asiya Türk Respublikalarında olduğu kimi yayı isti və quraq, qışı isə soyuq və quru iqlimdir.

Özbəkistanda etnik paylanma özbək – 91%, rus 3.5%, tacik 5%, digər xalqlar isə 0.5% şəklindədir. Əhalinin 88%-i, böyük əksəriyyəti sünni olmaqla, müsəlmandır. Ölkədə 3.5% ortodoks insan yaşamaqdadır. Ölkədə hələ də Xalq Demokratik Partiyası, Liberal Demokrat Partiyası, Ədalət Sosial Demokrat Partiyası və Milli Dirəniş Partiyası fəaliyyət göstərir. İlk parlament seçkiləri 1994-cü ildə keçirilmişdir. İdarə forması Respublikadır. Özbəkistan Respublikası BMT və digər beynəlxalq təşkilatlara üzvdür. Dövlət nəzarətində olan bir Özbəkistan Dövlət Televiziyası və yayım şurası yanında 3 dənə özəl televiziya fəaliyyət göstərir.

İqtisadiyyat

1991-ci ildən sonra Müstəqil Özbəkistan Mərkəzi Bankı qurulmuşdur. Özbəkistan çox zəngin yeraltı qaynaqlara malikdir. Qızıl, təbii qaz, alüminium, tungsten, kömür, mərmər yataqları ön sırada durur. 1991-ci il məlumatlarına görə, ildə 41 milyard m³ qaz istehsal edilir.

Özbəkistan Respublikası Sovet İttifaqının dağılmasından sonra müstəqil olmasına baxmayaraq, hər hansı bir iqtisadi infrastrukturu və sənayesini idarə edə biləcək bir quruluşa sahib olmadığı üçün Rusiya, Ukrayna və Belorusiyanın qurduqları Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olmuşdur. Ancaq öz iqtisadiyyatını yaratmaq məqsədilə Bretton Woods sistemi içindəki təşkilatlara üzv olmuşdur (BVF, Dünya Bankı və s.). Bu təşkilatların, xüsusilə BVF-nun siyasətini qəbul etməsinə baxmayaraq, eyni xüsusiyyətlərə malik digər Orta Asiya dövlətlərinə nəzərən daha uzun zaman ərzində özəlləşdirmə siyasətini gecikdirmişdir. Bundan başqa, özəlləşdirilən təşkilatlar, ümumiyyətlə xidmət sektoruna aid təşkilatlar olmuşdur. Sənaye müəssisələri isə ümumən dövlətin nəzarəti altında qalmışdır. Bunun sayəsində işsizlik problemini digər dövlətlərə nisbətən daha az yaşamışlar. Sənaye qurumlarının özəlləşdirilmədə arxa planda qalması xarici investisiyaları azaltsa da, bugünkü vəziyyətləri etibarı ilə digər Orta Asiya dövlətlərindən daha yaxşı bir mövqedə yer almaqdadır (Qazaxıstandan başqa).

Özbəkistan illik 80 ton qızıl istehsalı ilə dünya sıralamasında üst sıralarda yer almaqdadır. Mis ehtiyyatlarının 800 milyon ton olması ehtimal edilir. Kömür istehsalı illik 6 milyon tondur.

Özbəkistan quru iqlimə malikdir. Bu səbəblə ölkənin 9%-i əkinçiliyə əlverişlidir. Özbəkistanda pambıq mühüm yer tutur və ölkə dünyanın dördüncü pambıq istehsalçısıdır. Özbəklər buğda, meyvə, tərəvəz, ipək və düyü yetişdirməkdədir. İqtisadi quruluşda isə əkinçilik mühüm yer tutur.

Əhalinin 30%-i kənd təsərrüfatı sektorunda çalışır. Kənd təsərrüfatı istehsalı kolxozlar, sovxozlar, meşxozlar (dövlət qurumları) vasitəsilə həyata keçirilir.

Ölkə iqtisadiyyatında heyvandarlıq da mühüm yer tutur. Mal, qoyun, keçi və ev heyvanları çoxlu təşkil edir. İllik yun istehsalı 1994-cü ilin məlumatlarına görə, 20.000 ton həcmindədir. Və xüsusilə astragan kürk qoyunçuluğu böyük əhəmiyyət kəsb etmiş və ixrac edilir. Özbəkistan sənayesi daha çox petro-kimya ağırlıqlıdır və ildə 1.5 milyon ton gübrə istehsal edir. Bundan başqa, pambıq istehsalına əsaslanan kimya sənayesi də inkişaf etmişdir.

1990-ci il məlumatlarına görə, sənaye 35%, əkinçilik 34%, tikinti 14%, nəqliyyat 5% və digərləri 12% təşkil etməkdədir.

Yüngül sənaye məhsulları isə ipək və pambıq parçalardır.

Rəsmi Bayramlar

Aşağıdakı xüsusi günlər Özbəkistan Respublikasında rəsmi tətil günləridir.

Yeni İl: 1 yanvar

Qadınlar Günü: 8 Mart

Novruz bayramı: 21 mart

Müstəqillik bayramı: 1 Sentyabr

Müəllimlər Günü: 1 Oktyabr

Zəfər Bayramı: 9 May

Konstitusiya Bayramı: 8 dekabr

Ramazan və Qurban bayramlarının ilk günləri

————————————————————————————————————

TÜRKMƏNİSTAN

Türkmənistan Respublikası 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini qazanan bir Orta Asiya Türk Respublikasıdır. Rəsmi pul vahidi Manatdır. İdarə forması respublikadır. Türkmənistan BMT, İKT, MDB, İMF kimi beynəlxalq təşkilatlara üzvdür.

Orta Asiya ölkələrindən olan Türkmənistan cənubdan İran, qərbdən Xəzər dənizi, şimaldan Qazaxıstan, şimal-şərqdə Özbəkistan, cənub-şərqdə Əfqanıstanla həmsərhəddir. Ən yüksək yerləri Kugintau dağı (3319 m.) və Kopet dağıdır (2942 m.). Xəzər dənizinin düz yanında yerləşən və duz cəhətdən zəngin olan Karaboğaz gölü Türkmənistan ərazisində yerləşir. Türkmənistan çaylar cəhətdən kasıbdır. Atrek çayının bir hissəsi Türkmənistanın içindən keçir. Tecen və Murgap adlı çaylar Karakum səhrası içində itib-batır. Amu Dərya çayının çox az bir qismi Türkmənistan ərazisinə düşür. Bundan başqa, əhəmiyyətli bir çay mövcud deyil. Ancaq su ehtiyacının qarşılanması üçün 900 km uzunluğundakı Karakum kanalı inşa edilmişdir. Bu kanal ölkənin cənubunda yerləşir. Ərazisinin beşdə dördünü Karakum səhrası örtməkdədir. Cənub qismində Kopet dağ kütləsi və yaylalar yer alır. Ərazisinin 3.5%-i kənd təsərrüfatı sahəsi, 17%-i otlaq, qalanı isə ya qismən otlaq olaraq istifadə edilə bilən səhra, ya da tamamilə çöldür. Türkmənistanda quraq və isti bir iqlim hakimdir. Yay aylarında istilik bəzən 50 dərəcəyə qədər qalxır. Qış aylarında isə bəzən -25 dərəcəyə qədər soyuqlar düşür.

Dili

Türkmənistanın dövlət dili Türkcədir. Ural Altay dil qrupunun Altay qolunu təşkil edən qərb Türkcəsinin bir növüdür. Bu dil Türkmənistanda yaşayan 6 milyondan çox Türk ilə İran, Əfqanıstan və Rusiya kimi ölkələrdə yaşayan təxminən 3 milyon türkmən tərəfindən danışılmaqdadır. Türkmənistanda danışılan türkməncə yazı dilinə sahib olduğundan ayrı bir dil olaraq təyin oluna bilər. Ancaq digər türkmən ləhcələri Azəricəylə və Türk dili ilə çox yaxın qohum bir dildir.

Ordusu

Türkmənistanın özünə aid silahlı qüvvələri var. Silahlı qüvvələri Müdafiə Nazirliyinə tabedir. Ölkə öz sərhəd təhlükəsizliyini özü təmin etməkdədir.

İdarəçilik forması

Türkmənistan Respublikası 18 May 1992-ci ildə qüvvəyə minən konstitusiya ilə idarə olunmaqdadır. Ölkədə çoxpartiyalı demokratik sistemə keçilmiş olmasına baxmayaraq, tək partiya diktatorluğu mühitindən kifayət qədər çıxılmayıb. Rabitə başda olmaqla, bir çox sahələr üzərində dövlət nəzarəti davam etməkdədir.

Əhali

Türkmənistanın əhalisi 2010-cu il hesablamalarına görə, 5.450.000 nəfərdir. Əhalinin 81%-i türkmənlər, 9%-i özbək türkləri, 6%-i ruslar, 4%-i isə digər xalqlar təşkil edir. Beş Ana türkmən boyundan ibarət olan Türkmənistanda inzibati quruluş da bu beş boya görə formalaşdırılmış və 5 şəhər qurulmuşdur.

Orta Asiya və Türkistanın, hətta bütün türklərin ən uzun boylu və geniş çiyinli Türk boyudurlar. Savaşçıdırlar, ən az 7 uşaq dünyaya gətirərlər. Ailədə orta hesabla uşaq sayı 9 nəfərə çatır.

Siyasi Vəziyyəti

“Yurdda Sülh, Cahanda Sülh” qanununu mənimsəmişlər, bitərəf siyasət yürütməkdədirlər.

İdman

Türkmənistanda ən bəyənilən idman növləri atıcılıq, üzgücülük, atçılıq və güləşdir.

Qazaxıstan, Özbəkistan, Əfqanıstan və İranla sərhədləri mövcuddur. Ən uzun sərhədi Özbəkistanla, ən qısa sərhədi isə Qazaxıstanladır.

Türkmənistan prezidentləri

Türkmənistanın müstəqillik qazanmasının ardından 27 Oktyabr 1991-ci ildə keçirilən ilk dövlət başçısı seçkiləri nəticəsində Saparmurad Niyazov dövlət başçısı seçildi və ölümünə (21 dekabr 2006-cı il) qədər bu vəzifəsini davam etdirdi. Türkmənistanın ikinci və hələ də vəzifədə olan prezidenti isə 11 fevral 2007-ci ildə səslərin 89,2%-i qazanaraq seçilən Qurbanqulu Berdimuhammedovdur. O, 14 fevral 2007-ci ildə and içərək vəzifəsinə başlamışdır.

————————————————————————————————————

QIZĞIZISTAN

Dənizə çıxışı olmayan Qırğızistan Respublikasının qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır. Tanrı Dağları ölkənin 65­%-i örtər və ölkə buna görə “Mərkəzi Asiyanın İsveçrə”si adlandırılar. Şimal-qərbi Tanrı Dağları üzərində olan və ölkənin ən böyük gölü olan İssık Gölü Titikakadan sonra dünyanın ən böyük dağ gölüdür.

Qırğızıstan Qırğız ölkəsi anlamına gəlir. Qırğız adının mənşəyi haqqında isə bir neçə nəzəriyyə mövcuddur. Bunlardan birincisi – iz mənası (iki – iz = əkiz və s.) almış “qırx” dır. Yəni Qırx-ız, “Kırklar”dır. Mövzu ilə əlaqədar digər bir nəzəriyyə də prof. Dr. Nadir Devletin “Müasir Türkülər” kitabında yer almaqdadır. O da Qırğız adının Türkcədə “qır – gəz”məkdən əmələ gəldiyini söyləmişdir.

Tarix

Qırğızlar Göytürk dövründə Kögmen (Sayan) dağlarının şimalında yaşamışlar. 840-cı ildə Uyğur dövlətini yıxaraq bu torpaqlarda öz dövlətlərini qurmuşlar. Daha sonra bu gün yaşadıqları torpaqlara gələn Qırğızlar Qaraxanlılar zamanında müsəlman olmuşlar.

Orta Asiyalı xalqlardan ilk olaraq, qırğızlar ruslara boyun əymişlər. Qəbilələr arası döyüşlər başlayanda Bağış qəbiləsi 1881-ci ildə Rusiya imperiyasının hakimiyyəti altına girməyə qərar verir.

Sovet dövrü

1919-cu ildə Sovet təsiri hökmranlığı qəbul edilmişdir və Rusiya Sovet Federativ Sosialist Respublikası içində Quru-Qırğız Muxtar Bölgəsi yarandı. Quru-Qırğız termini 1920-ci illərin ortasında, ruslar onları eyni zamanda Qırğız olaraq baxılan Qazaxlardan ayırıncaya qədər istifadə edilmişdir. 5 dekabr 1936-cı ildə Qırğız Sovet Sosialist Respublikası tam bir Sovetlər Birliyi respublikası olaraq qəbul edilmişdir.

1920-ci ildən başlayaraq, Qırğızıstan mədəniyyət, təhsil və ictimai həyat baxımından çox inkişaf etdirildi. Yazıçılıq böyük ölçüdə inkişaf etdi və standart bir ədəbi dil ortaya çıxarıldı. İqtisadi və sosial inkişaf də nəzərə çarpacaq idi. Qırğız milli mədəniyyətinin çox sayda istiqamətləri Stalinin milliyyətçi təzyiqinə baxmayaraq, mühafizə edilmişdi və bu səbəbdən də bütün Birlik avtoritarizmi ilə olan gərginliklər davam etmkdə idi.

Sovet siyasətinin ilk illəri Qırğızıstanın siyasi iqliminə kiçik bir təsir etmişdir. Bununla birlikdə Respublikanın mətbuat nümayəndələrinə daha çox liberal baxış əldə etmələri və Yazarlar Birliyində yeni bir nəşr olan “Literaturnıy Qırğızıstan” yaratmaları üçün icazə verilmişdi. Qeyri-rəsmi siyasi qruplar qadağan edilmişdi, lakin 1989-cu ildə dərin böhran ilə məşğul olmaq üçün ortaya çıxan bir neçə qrupun fəaliyyətlərinə icazə verilmişdi.

1990-cı ilin iyun ayında Özbəklər və Qırğızlar arasındakı etnik gərginliklər özbəklərin daha sıx yaşadığı Oş vilayətini bürümüşdü. Şiddətli qarşıdurmalar bir-birini izlədi və təhlükəsizlik baxımından küçəyə çıxmaq qadağan olundu. 1990-cı ilin avqust ayına qədər ölkədəki nizam-intizam köhnə halına gətirilə bilmədi.

1990-cı illərin əvvəlləri Qırğızıstana yeni dəyişikliklər gətirdi. Qırğızıstan Demokratik Hərəkatı Parlamentin dəstəyi ilə əhəmiyyətli bir siyasi güc halına gəldi. Qırğız Elmlər Akademiyasının liberal rəhbəri Əskər Akayev 1990-ci ilin oktyabr ayında rəhbər seçildi. Yanvar ayında Akayev yeni hökumət strukturlarını irəli sürdü və əksəriyyəti daha gənc və islahat yönümlü olan siyasətçilərdən ibarət yeni bir hökumət formalaşdırdı.

1990-ci ilin dekabr ayında Ali Sovet respublikanın adını Qırğızıstan Respublikası olaraq dəyişdirmək üçün səsvermə keçirdi. 1991-ci ilin fevral ayında paytaxt Frunzenin adı inqilabdan əvvəlki adı olan Bişkek olaraq dəyişdirildi. Müstəqilliyə hesablanmış bu estetik hərəkətlərə baxmayaraq, iqtisadi həqiqətlər keçmiş Sovet İttifaqından ayrılmağa qarşı çıxırmış kimi görünürdü. 1991-ci ilin mart ayında Sovet Sosialist Respublikaları İttifaqının keçirdiyi bir referendumda seçicilərin 88,7%-i keçmiş Sovetlər Birliyinin yenilənmiş federasiya olaraq saxlanılması təklifini münasib hesab etdilər.

19 Avqust 1991-ci ildə Fövqəladə Hallar Komitəsi Qırğızıstanda Akayevi devirmə cəhdinin edildiyi Moskvada güc əldə etdi. Ertəsi həftə zərbənin sönməsindən sonra Akayev və German Kuznetsov Sovet İttifaqı Kommunist Partiyasından istefalarını açıqladılar və bütün dairə və katiblik istefa verdi. Bunu 31 Avqust 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqından ayrılaraq müstəqillik əldə edən Ali Sovetin səsverməsi təmin etdi.

Müstəqillik

1991-ci ilin oktyabr ayında Akayev rəqibsiz şəkildə irəlilədi və səslərin 95%-i alaraq, birbaşa yeni müstəqil respublikanın prezidenti seçildi. Elə o ay digər yeddi respublikanın nümayəndə heyəti ilə birlikdə Yeni İqtisadi Birlik Aktını imzaladı. Nəhayət, 21 dekabr 1991-ci ildə digər dörd Orta Asiya respublikası ilə birlikdə Müstəqil Dövlətlər Birliyinə rəsmi olaraq qatıldı. 1992-ci ildə Qırğızıstan Birləşmiş Millətlər Təşkilatının və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv seçildi.

2005-ci ilin Mart ayında parlament seçkilərindən sonrakı Lalə Dövrü prezident Akayevi 4 aprel 2005-ci ildə istefaya getməyə məcbur etdi. Müxalifət liderləri koalisiya qurdular və yeni hökumət prezident Kurmanbek Bakiyev və baş nazir Feliks Kulovun rəhbərliyi altında formalaşdı.

Siyasi sabitliyi təmin etmək mümkün oldu. 2005-ci ilin mart ayında seçilən parlamentin 75 üzvündən üçü sui-qəsd nəticəsində öldürüldü. 10 May 2006-cı ildə ölənlərin birinin qardaşı də sui-qəsdə qurban getdi.

6 Aprel 2010 tarixində Talasda başlayan xalq üsyanı ertəsi gün paytaxt Bişkekə sıçradı. Hadisələrin yüksəlməsi üzərinə hökumət istefaya getmək məcburiyyətində qaldı. Qurulan müvəqqəti hökumətin başına isə köhnə xarici işlər naziri və Sosial Demokrat Partiyasından millət vəkili Roza Otunbayeva gətirildi.

Demoqrafiya

2005-ci ilin statistikasına görə, Qırğızıstan əhalisi 5.210.450 nəfərdir. Bu əhalinin 34.4%-i 0-15 yaş, 6.2%-i isə 65 və yuxarı yaş həddində olan insanlardır. Qırğızıstanda xalqın 63.9%-i şəhərlərdə, yerdə qalanı isə çöl bölgələrdə yaşayır. Ölkədə hər kvadrat kilometrə 29 insan düşür.

Qırğızıstanda yerli xalq olaraq müəyyən olunan qırğızların ümumi əhalinin 64.9%-i təşkil etməkdədir. Digər etnik qruplar içində özbəklər 13.8%, ruslar isə 12.5% təşkil edirlər. Kiçik qruplar olan tatarlar 1.9%, uyğurlar 1.1%, qazaxlar 0.7% və ukraynalılar  0.5% təşkil edirlər.

Demokratiya

Qırğızıstan Respublikası Mərkəzi Asiyanın ən liberal və demokratik ölkəsi hesab edilir. 1991-ci ildən bəri prezidentlər dəyişib və çoxpartiyalı sistemə keçib, Jogorku Keneşdə (Məclisdə) müxalifətin təmsil lunduğu yeganə ölkədir.

Dil

Qırğız dili 1991-ci ilin sentyabr ayından bəri ölkənin rəsmi dilidir. Qırğız dili Türk ləhcələrinin Qıpçaq Qrupuna mənsub bir ləhcə olaraq qəbul edilir. Bundan başqa, onu Cənubi Sibir bölgəsi içində bir türk şivəsi olaraq qəbul edən fikirlər də səslənir. XX əsrə həsr qədər Ərəb əlifbası istifadə edilərək yazılan Qırğız dili 1928-ci ildə Latın əlifbasını, 1948-ci ildə isə Kiril əıifbasını istifadə etməyə başlamışdır.

İqtisadiyyat

Ölkə iqtisadiyyatı əkinçilik və mədənçiliyə əsaslanır. Daha çox heyvandarlıq sahəsi üstünlük təşkil edən Qırğızıstanda bir əkinçilik iqtisadiyyatı hakimdir. Başlıca kənd təsərrüfatı məhsulları buğda, pambıq, şəkər çuğunduru, qarğıdalı, tütün, tərəvəz və meyvədir. Dağlıq bölgələrdə yarış atları yetişdirilir, dovşan bəslənir, arıçılıq inkişaf etdirilir. Ən çox kiçikbuynuzlu heyvanlara üstünlün verilir.

Qırğızıstanda 1970-ci illərdə müxtəlif filizlər çıxarıldıqdan sonra mədən sektoru böyük sürətlə inkişaf etməyə başladı. Maşın, avtomobil, qida, sement, şüşə və konserv fabrikləri əsas sənaye qurumları idi. Çaylar üzərində qurulan hidroelektrik stansiyalar iqtisadiyyata əhəmiyyətli dərəcədə kömək edirdi. Ölkədə 600-a qədər sənaye obyekti mövcuddur.

Ölkədə son illərdə təbii özəlliklərin təsiri ilə turizm fəaliyyəti də sürətlənməkdədir və bu da ölkə iqtisadiyyatında böyük rol oynayır.

Qırğızıstan bəlkə də Türk Dünyasında ən kasıb ölkədir. Sənaye quruluşları heç 1000-i keçmir. Bundan başqa, tez-tez baş verən daxili üsyanlar (Bakiyev hökumətinin devrilib Roza Otunbayovanın hökumətə keçməsi) da iqtisadiyyatı zəiflətməkdədir.

Nəqliyyat

Ölkənin dağlıq quruluşu səbəbindən nəqliyyat böyük ölçüdə məhdudlaşdırılmışdır. Yollar 2000 metr və daha çox yüksəkliyə malik dağlar və dik vadilər ucbatından tez-tez döngələrlə müşayiət olunur. Qış boyunca nəqliyyat ölkənin yüksək dağlıq və tənha bölgələrində az qala qeyri-mümkündür. Bundan başqa, nəqliyyatı zorlaşdıran digər faktorlardan biri də quru və dəmiryolunun bugün beynəlxalq sərhədlərlə kəsilməsidir. Bu da yolların bağlı olmadığı yerlərdə bir çox vaxt aparan rəsmiyyət tələb etdiyindən vətənfaşlar tərəfindən çox da üstünlük verilmir. Ölkədə gəzintilər və ya qısa səfərlərdə atlardan da geniş istifadə edilir.

————————————————————————————————————

ŞİMALİ KİPR TÜRK CÜMHURİYYƏTİ

Şimali Kipr Türk Respublikası (ŞKTC) Aralıq dənizində olan ən böyük üçüncü ada və Anadolu yarımadasının 65 km cənubundakı Kipr adasının şimal hissəsində yerləşən, müstəqilliyi Türkiyə Respublikasından başqa, heç bir ölkə tərəfindən tanınmayan de-fakto müstəqil respublikadır. Bu gün bir çox dövlətlər, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Avropa Birliyi kimi beynəlxalq təşkilatlar ŞKTC-ni adanın yalnız cənubunu idarə edən Kipr Respublikasının torpaqları kimi qəbul edirlər. Birləşmiş Millətlər və Avropa Şurasına görə, Şimali Kipr Türk Respublikası Türkiyə və ya Türk Silahlı Qüvvələrinin işğalı altındadır.

Müstəqillik elanından bu yana Türkiyə tərəfindən iqtisadi, siyasi və hərbi sahədə tam dəstək qazanmışdır. ŞKTC Türkiyədə “Bala vətən”, “Yeşilada”, ya da “cənnət ada” deyə də tanınır.

İlk dövrlər

Tarix boyunca bir çox xalqın suverenliyinə daxil olan Kipr e.ə. 1500-ci illərdə Qədim Misir, e.ə. 1320-ci ildə Hitit və e.ə. 1200-ci illərdə təkrar Misirin, e.ə. 1000-ci illərdə finikyalıların və e.ə. 709-cu ildə asurluların əlinə keçdiyi qeyd edilir.

E.ə. 669-cu ildə müstəqilliyini əldə etsə də, təkrar Misir fironu Amasis tərəfindən alınmışdır. E.ə. 545-ci ildə Fars Əhəməni İmperiyası tərəfindən alınmış və e.ə. 333-cü ildə İssus müharibəsində farsları məğlub edən Böyük İskəndərin suverenliyi altında muxtariyyəti. Bu tarixdən sonra adada Yunan mədəniyyəti üstünlük qazanmışdır. E.ə. 58-ci ildə ada Roma İmperatorluğunun bir vilayəti halına gəlmişdir və 350 il ərzində Roma İmperiyası idarəsində qalmışdır. 395-ci ildə Bizans İmperiyasının bir hissəsi olan adada xalq bütpərəstlikdən yavaş-yavaş xristianlığa keçmişdir.

Qədim Çağdan Osmanlıya

Ada köhnə qədim Hititlərdən qədim misirlilərə və qədim yunanlara qədər bir çox mədəniyyətin təsir altına düşmüşdür. E.ə. 58-ci ildə ada romalılar tərəfindən alınmış və 350 il ərzində Roma İmperiyası idarəsində qalmışdır. 1191-ci ildə Aslan Ürəkli Riçard Üçüncü Səlib yürüşü zamanı adada yerləşmiş və daha sonra adanı Məbəd Cəngavərləri (tanınmış xristian əsgəri təriqətidir) satmışdır. 1192-ci ildə adanı satın alan Guy de Lusignan və nəsli 1489-cu ildə Venediklilərin adanı almasına qədər Kipri öz rəhbərliyi altında saxlamışlar.

Venediklilər

Kiprdə Venesiya Respublikası hakimiyyəti 26 Fevral 1489-cu ildə başladı. O dövrdə adanın hakimi olan Lüzinyan kralı Katerina Kornaro adlı bir Venesiya nəslindən olan xanımla evləndi. Kral ölüncə ada Venediklilərə qaldı.

Adanı idarə edən Venedikli Mağusa şəhərində iqamət etməkdə idi. Venediklilər dövründə hərbiyə böyük əhəmiyyət verilmiş, Mağusa da başda olmaqla, bütün qalalar möhkəmləndirilmişdi. Lefkoşa surları isə 8 mildən 3 milə endirilərək yenidən inşa edilmişdir.

Osmanlı dövrü

Fəthdən əvvəl Kipr Şərqi Aralıq dənizindəki Osmanlı dövlətinə aid gəmilərə hücum edən xristian piratlarının sığınacağı halına gəlmişdir. Bu piratlar, ümumiyyətlə dəniz ticarət gəmilərinə və həccə gedən sərnişinlərə hücum edərək buradakı yol təhlükəsizliyini sıfıra endirmişdilər. Bu kimi səbəblərdən Kiprin alınması zəruri hesab edilməkdə idi.

Kipr II Səlimin hökmdarlığı zamanı Lala Mustafa Paşa komandanlığındakı ordu və Piyalə Paşa əmrindəki donanma tərəfindən 1 İyul 1570-ci ildə başlayıb, 1 Avqust 1571-ci ildə Mağusanın fəth edilməsiylə Osmanlı idarəçiliyinə girdi. Kiprin fəthiylə Osmanlı Dövləti Şərqi Aralıq dənizinə tamamilə hakim olmuşdur.

15 Sentyabr 1570-ci il tarixində Lala Mustafa Paşa mərasim ilə Nikosiya şəhərinə daxil olmuşdur. Kipr fəth edildiyi tarixdə adada çox az sayda pravoslav rum var idi. Çünki, Venediklilər katolik idi və pravoslav kilsəsinə yaşamaq hüququ tanımırdı. Osmanlı Dövləti ortadokslara sərbəst kilsə qurma və inkişaf imkanı təmin etdi. Beləcə, adada pravoslav kilsəsi inkişaf etdi və katolik kilsəsi fəaliyyətini itirdi.

1571-ci ildə Kiprdə edilmiş olan siyahıyaalmada yerli xalqın əhalisi 150.000 nəfər idi. Burada olan Türk əsgəri isə 30.000 nəfərdir. Fəthin ardından Karamandan adaya köç etdirilən Türklər adanın ilk Türk sakinləri oldu. Bu gün adada yaşayan Kipr türklərinin (Kipr Hərəkatından sonra Türkiyə Respublikasından gələnlərdən başqa) nəsli bu Osmanlı idarəçiliyində adaya göndərilən Türklərdən törəmədir.

Birləşmiş Krallıq dövrü

93 Savaşında (1877-1878-ci illər Osmanlı-Rus savaşı) Rusiya İmperiyası qarşısında yenilən Osmanlı dövləti ruslara çox güzəştə getməmək məqsədilə adanı Birləşmiş Krallığın istəyi ilə 92.799 sterlinqə kirayə vermişdr. Osmanlı mülkiyyəti hesab edilməklə rəhbərlik tamamilə Birləşmiş Krallığa keçdi. Birləşmiş Krallıq adanı “Komiser” deyə adlandırdığı yüksək rütbəli idarəçilərlə idarə etmişdir. 1914-cü ildə başayan I Dünya müharibəsində Osmanlının Birləşmiş Krallıq qarşısındakı Almaniyanın yanında döyüşə girməsinə görə, Birləşmiş Krallıq adanı özününkü edib ora qubernator təyin etdi. 1923-cü ildə imzalanan Lozan Sülh sazişinin 21-ci Maddəsinə görə, Birləşmiş Krallığa bağlılığı tanındı. 1925-ci ildə Kipr Krallıq Koloniyası elan edildi və adada ilk Türkiyə Respublikası konsulu təyin edildi.

ENOSİS

1931-ci ildən etibarən rumların Enosis (Kiprin Yunanıstanla birləşdirilməsi layihəsi) üsyanı başladı. Rumların Birləşmiş Krallıq rəhbərliyinə qarşı qiyamı nəticəsində Birləşmiş Krallığın siyasəti sərtləşdi. Türk Birliyi Enosisə qarşı olduğunu açıqladı. 1943-ci ildə Kipr Adası Türk Azlığı Təşkilatı (KATAK) quruldu. Lakin KATAK-ın fəaliyyətini qeyri-kafi qiymətləndirən Fazil Kiçik KATAK-dan ayrılmış və 23 aprel 1944-cü ildə Kipr Milli Türk Xalq Partiyasını (KMTHP) qurmuşdur.

II Dünya Müharibəsinin ardından koloniyaların aradan qaldırılması meyli yayıldıqda, 18 Oktyabr 1950-ci ildə Kipr Pravoslav liderliyinə III Makarios seçilmişdir. Yunanıstan Hökuməti 1954-cü ildə millətlərin öz müqəddəratını təyin etmə hüquqlarının (Self-determinasyon) Kipr üçün də tətbiq olunması xahişi ilə BMT-ə müraciət etdi. Türkiyənin qarşı çıxdığı bu istək BMT tərəfindən rədd edildi.

EOKA (Kiprlilərin Milli Mücadilə Təşkilatı – Yunanıstanın Kiprdə qurduğu bir təşkilat) 1 Aprel 1955-ci ildə adada fəaliyyətə keçdi. Rumlar arasında Enosis-Anti Enosis qarşıdurması başladı. Türkiyə ilk dəfə problemdə tərəf olmağı qəbul etdi və 29 avqustda Londonda Böyük Britaniya və Yunanıstanın qatıldığı yığıncaqda Türkiyə də təmsil edildi. 15 noyabr 1957-ci ildə Türk Müqavimət Təşkilatı (TMT) quruldu. 1958-ci ildə gündəmə gələn MacMillan Planına görə, Kiprin İngilis Millətlər Birliyi içində qalmasına, amma Türkiyə və Yunanıstanla da əlaqələrə sahib olmasına qərar verildi.

1960-cı ildən 1974-ə doğru

1960-cı ildə qurulan Kipr Respublikasında hər iki topluma əhali sayına görə, hər təşkilatda yetərli sayda təmsil olunmaq hüququ verilmişdi. Lakin Kipr Respublikasının prezidenti III Makarios 30 noyabr 1963-cü ildə 13 maddədən ibarət olan konstitusiya dəyişikliyi təkliflərini təqdim etdi. Bunlar arasında konstitusiyanın dəyişməz maddələri, Kipr türkü olan prezident müavininin veto haqqının aradan qaldırılması, Nümayəndələr Məclisində ayrı çoxluqlar qanununun ortadan qaldırılaraq qərarların sadə əksəriyyətlə qəbul olunması, ayrı bələdiyyələrin aradan qaldırılması kimi maddələr də var idi.

ABŞ prezidenti Kennedi Makariosa bundan imtina etməsini təklif etdi və Türkiyə dəyişiklikləri qəbul etməyəcəyini bildirdi. Kipr türkləri də bu dəyişiklikləri rədd edincə, Kipr yunanları 21 dekabr 1963-cü ildə Kipr Türklərinə qarşı ada səviyyəsində hücuma keçdi. 21 Aprel 1966-cı il tarixli Patris qəzetində dərc olunan Akritas Planına görə, türk xalqının iradəsi sındırılaraq, ada Yunanıstana birləşdiriləcəkdi.

1967-ci ildə Rum hücumları yenidən başladı. Yunanıstan ordusunun 15 min əsgəri qeyri-rəsmi olaraq, adada yerləşdirildi. Türklərə qarşı davam etdirilən sındırma siyasətinin dayandırılması üçün Türkiyə və Yunanıstan baş nazirləri arasında təşkil edilən görüş bir nəticə vermədikdə, Türkiyə hərbi müdaxilə edəcəyini açıqladı.

TBMM hökumədə müdaxilə səlahiyyəti verdi. Türk təyyarələri Kipr üzərində uçmağa başladı. Donanma və silahlı birliklər hərəkətə keçdi. ABŞ-ın vasitəçiliyi ilə Yunanıstan birləşmələrinin geri çəkilməsi təmin edildi və Türkiyə müdaxiləni dayandırdı. Yunanıstanın əsgərləri üç Türk kəndindən geri çəkilərkən arxalarınca 24 ölü buraxdılar. 1964-cü ildən bəri Türkiyədə olan Rauf Denktaş gizlicə adaya getdi. Denktaş yunanlar tərəfindən həbs olundu, amma Türkiyə və ABŞ-ın etirazı nəticəsində sərbəst buraxıldı.

Şimali Kipr Türk Respublikasının elanı

EOKA-nın Enosisi həyata keçirməsi ilə 1974-ci ildə həyata keçirilən Kipr Hərəkatından sonra 1976-cı ildə Kipr Türk Federal Dövləti qurulmuşdur.

15 noyabr 1983-cü ildə Kipr Türk Federal Dövləti məclisi Self-determinasyon haqqını istifadə edərək yekdil bir qərarla Şimali Kipr Türk Respublikasını elan etmişdir. KKTC-nin müstəqillik bəyannaməsini qurucu prezident Rauf Denktaş oxudu. Şimali Kipr Türk Respublikasının qurulması Kipr Respublikası, Yunanıstan və bir çox dövlətlərlə yanaşı, BMT Təhlükəsizlik Şurasının də reaksiyasına səbəb oldu.

Təhlükəsizlik Şurası 18 Noyabrda qəbul etdiyi bir qərarla müstəqillik qərarını qınadı. 13 May 1984-cü ildə də Təhlükəsizlik Şurasının 550 saylı qərarı ilə Şimali Kipr Türk Respublikasının müstəqillik elanı separatçı bir hərəkət adlandırılıb.

Görüşlər və həll axtarışları

Kipr problemi dünyanın gündəminə daxil olduqdan bəri, başda Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti olmaqla, adanın birləşdirilməsi məqsədi ilə bir çox işlər görülmüşdür. Lakin bunlardan bir nəticə alınmamışdır. Bunlardan biri olan 2004-cü il Annan Planı referendumu da Kiprli Türklərin “qəbulu” və yunanların “xeyr” cavabı ilə reallaşmamışdır. 1 May 2004-cü ildə Kipr Respublikası bütün adanı təmsil edərək, Avropa Birliyinə daxil olmuşdur.

Coğrafiya

Torpaqları şimalda Dipkarpaz, qərbdə Güzelyurt, cənubda də Akıncılara doğru yayılır. Şimali Kipr Türk Respublikası ilə Kipr Respublikasının torpaqları arasında Birləşmiş Millətlər Təşkilatının tabeçiliyində olan bufer zona var.

Şimali Kipr Türk Respublikasının əhəmiyyətli məskunlaşma yerləri paytaxt Lefkoşa, Girne, Gazimağusa və Güzelyurtdur. ŞKTC təsirində olduğu Aralıq dənizi iqlimi səbəiylə, çox yağış qəbul etməz. Ümumiyyətlə, isti və quraq hava iqliminə malikdir.

Kiprin sahil suları aşağı-yuxarı yüz milyon ildir ki, Chelonia mydas və Caretta caretta tısbağaları tərəfindən ziyarət edilməkdədir. Bu canlılar yumurtalamaq üçün may və avqust ayları boyunca Şimali Kiprin qumsallarına gəlməkdədirlər. Adanın şimalında təbii mağaralar da var. İncirli mağarası, İnönüdəki sütunlu Mağara da olmaqla, adada 85 ədəd təbii mağara vardır.

Beynəlxalq status və xarici əlaqələr

Şimali Kipr Türk Respublikası rəsmi adı ilə Türkiyədən başqa, heç bir dövlət tərəfindən tanınmır. Müstəqillik elanından sonra Pakistan və Banqladeş ŞKTC-ni tanıdığını elan etsə də, beynəlxalq təzyiqlər nəticəsində bundan vaz keçmişlər.

1992-ci ildə Naxçıvan Muxtar Respublikası Məclisinin səlahiyyəti olmadığı halda, ŞKTC-nin tanınmasına dair qərar qəbul etdiyinə dair məlumatlar mövcuddur. Lakin Azərbaycan Respublikası ŞKTC-ni rəsmən tanımır.

2004-cü ililin iyun ayında İslam Konfransı Təşkilatı xarici işlər nazirləri “Kipr Türk Cəmiyyəti” adı ilə müşahidəçi olaraq qatılan ŞKTC-nin Annan Planında istifadə edilən “Kipr Türk Dövləti” adıyla qatılması barədə qərar qəbul etmişlər.

2005-ci ildə Qambiya Qərbi Afrika ölkəsinin Şimali Kipr Türk Respublikası ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu açıqlamışdır. 2008-ci ildə Qətərda “ŞKTC Ticarət və Turizm Ofisi” adı ilə nümayəndəlik açılmışdır.

2004-cü ilin aprel ayında keçirilən Annan Planı referandumundan bu günə qədər beynəlxalq ictimaiyyət ŞKTC ilə olan əlaqələrini yaxşılaşdırmağa başladı. Avropa Birliyinin genişlənməsindən məsul olan Günter Verheugen öz hesabatında bu şərtlər nəzərdə tutulsa, AB ölkələrinin ŞKTC-də nümayəndəliklər aça biləcəklərini söylədi.

Şimali Kipr Türk Respublikasının ikinci prezidenti Mehmet Ali Tələt vəzifəsi zamanı dünya liderləri ilə görüşmələrinə davam etdi. O zamankı ABŞ xarici işlər naziri Kondoliza Rays və Böyük Britaniya xarici işlər naziri Cek Strou ilə görüşlər keçirdi. Bundan başqa, 2006-cı ilin avqust ayında keçmiş Pakistan prezidenti Pərviz Müşərrəf tərəfindən prezident olaraq, qarşılandı.

İdarəçilik və Siyasət

ŞKTC respublika şəklində idarə olunub, yarı başkanlıq sistemi var. Prezident eyni zamanda dövlət başçısı, baş nazir isə hökumətin sədridir. Çox partiyalı sistem tətbiq olunmaqdadır. İcra səlahiyyəti hökumətin əlindədir. Qanunvericilik səlahiyyəti isə hökumətlə birlikdə ŞKTC Respublika Məclisinə aiddir.

ŞKTC prezidenti xalq tərəfindən 5 illik dövr üçün seçilir. Bu vəzifəni 24 Aprel 2005-ci ildən bəri Mehmet Əli Tələt icra etməkdədir. 50 nəfərdən ibarət Respublika Məclisi xalqın səsverməsi ilə seçilməkdədir. 2005-ci ilin fevral ayında keçirilən seçki ilə hakimiyyətə gələn Mehmet Əli Tələt in sədri olduğu CTP-nin sonrakı sədri Ferdi Sabit Soyer oldu. O, eyni zamanda ölkənin baş naziri təyin edildi. Partiyanın iqtidardakı müttəfiqi olan Turgay Avcının rəhbəri olduğu Azadlıq və İslahat Partiyası də hökumətdə yer almışdı. 19 Aprel 2009-cu il tarixli ümumi seçkilərdə isə Dərviş Eroğlunun rəhbərliyi altında Milli Birlik Partiyası məclisdə əksəriyyəti əldə etdi.

Ordu

ŞKTC-nin Təhlükəsizlik qüvvələri Komandirliyi (TQK) adında diviziya səviyyəsində bir hərbi birliyi vardır. TQK-da 18 ilə 40 yaşları arasında zəruri əsgərliyə alınmış 4000 nəfər işçi var. Bununla yanaşı, Türk Silahlı Qüvvələrinin XI Kolordusu Kipr Türk Sülh Qüvvələri Komandirliyi (TSQK) şəklində adada təklükəsizliyi təmin etməkdədir.

İqtisadiyyat

Şimali Kipr Türk Respublikası beynəlxalq ictimaiyyətdə tanınmamasına görə, iqtisadi olaraq Türkiyədən asılı durumdadır. Dövriyyədəki pul vahidi Türk Lirəsidır. ŞKTC-nin az qala bütün idxal və ixracı Türkiyə üzərindən həyata keçirilir.

Şimali Kipr Türk Respublikasının iqtisadiyyatı ictimai sektora daxil olan ticarət, turizm və təhsillə yanaşı, əkinçilik və emalat sənayesindən də ibarətdir.

Demoqrafiya

Əhalisi 2006-cı ildəki ümumi siyahıyaalmaya görə, 265,100 nəfər olub yerli Kipr türkləri və Türkiyədən gələn immiqrantlar olmaqla, iki əsas zümrədən ibarətdir. Bu zümrədən başqa, Türkiyədən və qismən digər ölkələrdən işçi statusunda çalışmaq üçün gələnlər də yaşamaqdadır. Az sayda rum və maruni (Kipr ləhcəsində maronit) şərqdə Dipkarpaz kəndində, şimalda Koruçam (Kormacit) və Karpaşa kəndlərində yaşamaqdadır.

Kipr türklərinin bir qismi 1955-ci ildən etibarən siyasi və iqtisadi səbəblərlə ölkə xaricinə köç etmişlər. Xüsusilə Birləşmiş Krallıq, Avstraliya və Türkiyə Şimali Kiprdən böyük nisbətdə insanlar qəbul etməkdədir. Ölkəyə tətbiq olunan iqtisadi embarqolar səbəbiylə üçüncü ölkələrlə edilən ticarətdə böyük çətinliklərin olması ölkə xaricinə köçən insanların həmişəlik getmələrinə səbəb olur.

Yaz dövründə Türkiyə və digər ölkələrdən gələn turistlər gündəlik əhalinin artmasına gətirib çıxara bilər.

Dil

Rəsmi dili Türkcədir. Bununla yanaşı, xalqın danışdığı dil Türkiyə türkcəsinin Kipr ləhcəsidir. Yazı dilində 1940-cı ildən etibarən Latın hərfləri istifadə edilməkdədir.

ŞKTC-ə giriş

Şimali Kiprin ən böyük gəlirlərindən biri olan turizmin ölkədə böyük bir yeri vardır. Ölkə iqlimi bütün il boyunca tətil üçün imkanlar açır. Yağışlar dekabr və yanvar aylarında yağır, orta hesabla dəniz suyunun hərarəti ilin altı ayında 20°C təşkil edir. Şimali Kipr bahar aylarında çoxalan yabanı çiçəkləriylə və havanı bürüyən portağal, limon və qreypfrut çiçəyi qoxularıyla məşhurdur.

Şimali Kipr sahilləri üzmək üçün Aralıq dənizinin əlverişli və təhlükəsiz məkanlarındandır.

Adanın daxili seqmentində Beşbarmaq Dağlarının cənubunda geniş Mesarya düzənliyi, Ercan hava limanı və ölkənin paytaxtı olan Lefkoşa yerləşir. Lefkoşa şəhərinin tarixi mərkəzi ətrafı 5.5 km uzunluğunda olan şəhər divarı ilə əhatəlidir və bu divar hələ də möhkəmliyini qoruyub saxlayıb. Girişdəki qapı Osmanlılar tərəfindən inşa edilmişdir. Şərq sahili boyunca inkişaf etmiş tarixi Gazimağusa şəhəri və onun yanında Salamis antik şəhəri yerləşir. Adanın ən böyük yarımadası olan Karpaz yarımadası yaşıl tısbağaların yumurtlama məkanıdır. Burada xüsusi sahələr mövcuddur və giriş-çıxış qadağandır.

Ekzotik Kipr mətbəxi öz tarixi və dəniz mədəniyyətini əks etdirməsi ilə yanaşı, şərq və qərb mədəniyyətinin də ortaq bir sintezidir.

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb