“Mülki əhalini hədəf alan Ermənistan Cenevrə Konvensiyasını kobud şəkildə pozur” – CBC Azərbaycan kanalı

“Mülki əhalini hədəf alan Ermənistan Cenevrə Konvensiyasını kobud şəkildə pozur” – CBC Azərbaycan kanalı

Ana Sayfa » Aktual » “Mülki əhalini hədəf alan Ermənistan Cenevrə Konvensiyasını kobud şəkildə pozur” – CBC Azərbaycan kanalı

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Ermənistanın mülki əhalini və yaşayış məntəqələrini atəşə tutması ictimaiyyətdə ciddi rezonans doğurub. ATƏT və digər beynəlxalq təşkilatlar baş vermiş hadisə ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Mülki əhalinin qətlə yetirilməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov CBC Azərbaycan kanalına açıqlamasında 2 yaşlı körpə qızın qətlə yetirilməsini vəhşilik adlandırıb və bu insanlıq cinayətinin bütün beynəlxalq konvensiyalara, habelə Cenevrə Konvensiyasına zidd olduğunu bildirib: “Mülki əhalinin qətlə yetirilməsi Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Bu, erməni vəhşiliyinin ilk nümunəsi deyil. 90-cı illərin əvvəllərindən başlayaraq, Ermənistanın siyasi-kriminal hakimiyyəti müharibə qanunlarını kobud şəkildə pozaraq, mülki insanları və yaşayış məntəqələrini hədəf alır. Xocalı soyqırımı zamanı uşaqların amansızcasına qətlə yetirilməsi bunun bariz nümunəsidir. Əfsuslar olsun ki, erməni vəhşiliyi bugün də davam edir və beynəlxalq ictimaiyyət, insan haqları təşkilatları buna göz yumurlar.”

Mülki əhalinin atəşə tutulmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaqlarını deyən hüquq müdafiəisi Əhməd Şahidov ATƏT-in Varşavada keçiriləcək Zirvə Toplantısında da bu barədə məsələ qaldıracaqlarını bildirib: “Ermənistan bir çox beynəlxalq hüquqi aktları, habelə Cenevrə Konvensiyasını imzalayıb və üzərinə düşən öhdəliklərə əməl etməkdə borcludur. Bununla bağlı bütün beynəlxalq əlaqələrimizi səfərbər etmişik və rəsmi Yerevanın terrorçu mahiyyətini ifşa etməkdə davam edəcəyik”.

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb