Moskva – dözülməz şaxta, seçkilər və azərbaycanlılar

Moskva – dözülməz şaxta, seçkilər və azərbaycanlılar

Ana Sayfa » Yazılar » Moskva – dözülməz şaxta, seçkilər və azərbaycanlılar

moskvaHər il olduğu kimi bu il də Fevral və Mart aylarını Rusiyanın paytaxtı Moskvada keçirməli oluram. Qiyabi təhsil aldığım Prezident Akademiyasında dərslərim başladığından Bakıdakı bütün işlərimi bir kənara qoyub bura gəlmişəm. Əvvəlki illərdən fərqli olaraq, bu il bir qədər çətin oldu Bakı ilə sağollaşmaq. Ən azından yenicə ailə həyatı qurmağım evdə məni gözləyənlərin sayının bir nəfər də artması ilə nəticələndi ki, bu da məni çox üzürdü. Ona görə üzürdü ki, arxamca baxan gözlər, mənim getməyimi istəməyən bir nəfər də artmışdı. Atam, anam və ailəmizin digər üzvləri bəlkə də alışmışdılar mənim mütəmadi “itməyimə”, amma həyat yoldaşım üçün bir qədər çətin idi. Amma həyat belə çətinliklərlə doludur. Nə etməli?! Gərək nələrindənsə keçə biləsən həyatda…
Yanvarın 28-də Moskvanın Domodedovo hava limanına endim. Açığını desəm, həmin gün Bakıdakı qar-çoxğun şəraitində Heydər Əliyev hava limanına heç cür yetişə bilməyəcəyimi düşünürdüm. Yenə sağ olsun yaxşı insanlar, məni birtəhər təyyarəyə qədər çatdıra bildilər. Əslində Bakıdakı hava şəraiti o qədər də faciəli deyildi. Ən azından Moskva ilə müqayisə etsək, Bakıda “bahar” idi. Amma nə yazıq ki, bizim ölkəmizdə hələ infrastruktur və şəhər mədəniyyəti o qədər inkişaf etməyib ki, təbiətin şıltaqlığına sinə gərə bilək.
Amma ruslar bu məsələdə bizlərdən çox irəlidədirlər. Danışanda özümüzü çox öyürük, Şərqdə ilk demokratik respublika qurmağımızla, Koroğlu, Babək və Xətai ilə öyünürük, amma bunlar kimə lazımdır ki?! Soyuqda heç kimin yadına nə Koroğlu düşür, nə də Babək!
Moskvaya düşən kimi həqiqi şaxtanın nə olduğunu hiss etməyə başladım. Qat-qat geyinsəm də, soyuq sümüklərimə qədər işləyirdi. Amma Moskvadakı evimizə getməyimdə heç bir problem yox idi. Həmişəki kimi Moskva küçələri tər-təmiz, bütün nəqliyyat növləri çalışır və paytaxtda həyat öz axarı ilə davam edirdi. Bəlkə də rusların özləri bu soyuq havalara çoxdan alışıblar, bəlkə də mənim üçün çətindir bunlara tab gətirmək. 1100 rubl verib taksiylə evə gəldim. Yol boyu gürcü taksi sürücüsü mənim kimliyim ilə maraqlanırdı. Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil aldığımı biləndə sürücünün ürəyi açıldı. Təbii ki, söhbət 04 Mart 2012-ci il tarixində Rusiyada keçirilməsi planlaşdırılan prezident seçkilərindən düşdü. Bir gənc olaraq mənim fikrimi israrla öyrənməyə çalışırdı. Özü də kifayət qədər məlumatlı adam idi.

Жириновский Владимир ВольфовичÜmumiyyətlə, Rusiyada ən sadə vətəndaşlar da siyasətlə maraqlanır, çünki ölkə siyasətində baş verən hadisələr onların gündəlik həyatlarına təsir etməkdədir. Belə ki, prezidentliyə namizədlərdən biri olan millətçi Vladimir Jirinovskiy hakimiyyətə gələcəyi təqdirdə Rusiyada yaşayan miqrantlara, azsaylı xalqlara qarşı amansız mübarizə aparacağını bildirir, “Rusiya yalnız ruslar üçün!” şüarını rəhbər tutacağını vurğulayır. Bu səbəbdən də Rusiyada yaşayan miqrantlar, azərbaycanlılar, ermənilər, gürcülər, tacik, özbək və digərləri Jirinovskini heç sevmirlər. Ümumiyyətlə, Rusiyada əsasən narazı elektorat tərəfindən dəstəklənən Jirinovskiyə əsasən millətçi toplum səs verir. Jirinovskiyə bu simpatiyanı qazandıran isə onun mütəmadi olaraq, digər millətlərə qarşı kəskin çıxışları, hakimiyyəti sərt tənqid etməsi və televiziya çıxışlarında impulsiv, gözlənilməyən hərəkətləri olmuşdur. Amma Jirinovskinin böyük səs toplamaq şansı çox azdır. Belə ki, Rusiya Federasiyası təkcə ruslardan ibarət deyil: Çeçenistan, Dağıstan, Tatarstan, digər Türk muxtar respublikalarında bu millətçi “dəli”ni heç kim sevmir.
Прохоров Михаил ДмитриевичƏslində Rusiyada hamı bilir ki, növbəti prezident Vladimir Putin olacaq. Bu, Gün kimi aydındır. Amma digər namizədlər də iddialarını ciddi şəkildə ortaya qoymaqdadırlar. Mixail Proxorov – Rusiyanın ən varlı adamlarından biri olaraq, azad iqtisadiyyat, monopoliya ilə mübarizə aparacağını, siyasi plüralizmə şərait yaradacağını, bir sözlə hamının xoşbəxt yaşayacağını bildirir . 47 yaşlı bu şəxs əslində siyasətdə “altı aylıqdır”. Belə ki, 2011-ci ilin iyun ayından siyasətlə məşğul olur. Lakin uğurlu iş adamı kimi bütün Rusiyada tanınır. ONEKSİM şirkətlər qrupunun rəhbəridir. Rusiyada innovasiya və yüksək texnologiyalar sahəsində ciddi fəaliyyəti ilə tanınır. Məhz bu fəaliyyətinə görə, 2006-cı ildə Rusiyanın iqtisadi potensialına verdiyi töhfələrə görə Dostluq ordeni ilə təltif edilib.
Зюганов Геннадий АндреевичGennadiy Zyuqanovu isə Azərbaycan auditoriyası çoxdan tanıyır. Tipik kommunist. XXI əsrdə heç bir əsası və perspektivi olmayan fikirlərlə sadəcə gündəmdə qalmağa çalışır. Həm də indiki Zyuqanovla əvvəlki Zyuqanov arasında fərq çoxdur. İndi daha zəif, daha az dəstəyi olan bir liderdir. 1996, 2000 və 2008-ci illərdə keçirilən prezident seçkilərində siyahıda ikinci yer tutan Gennadiy Zyuqanovun 2012-ci il seçkilərində daha aşağı göstəricilər nümayiş etdirəcəyi proqnozlaşdırılır. Fəlsəfə doktoru olan cənab Zyuqanov Dumada kommunist fransiyasının lideridir.
Миронов Сергей МихайловичSergey Mironov isə adi məmurdur. Onun prezidentliyə namizədliyini çoxları ciddi qəbul etmir. Rusiya hakimiyyətinin seçkilərdə sadəcə plüralizm yaratmaq xatirinə ortaya atdığı bir fiqurdur. Belə ki, 2004-cü ildə də Rusiya prezidentliyinə namizədliyini irəli sürən Mironov son anda Vladimir Putini dəstəklədiyini bildirmiş və nəticədə seçkilərdə ən sonuncu yeri tutaraq 0,75 faiz səs qazanmışdır. 2011-ci ilin May ayına qədər Federasiya Şurasının sədri olmuşdur. Keçən ilin May ayının 18-də “Yedinaya Rossiya” fraksiyasının təklifi ilə Sergey Mironov Federasiya Şurasının sədri postundan geri çəkilmişdir ki, bu da Martda keçiriləcək Prezident seçkiləri üçün hesablanmış bir manevr kimi qəbul edilir. Sergey Mironovdan süni müxalifət lideri düzəltməyə çalışırlar.
Путин Владимир ВладимировичSonda bütün göstəricilər yenə də Vladimir Putinin üzərində dayanır. Hazırda Rusiyanın faktiki rəhbəri olan bu şəxs əsl KQB məktəbini keçmiş və uzun illər ərzində Rusiyanı məharətlə əlində saxlaya və idarə edə bilmişdir. İqtisadi elmlər namizədi olan Putin uzun müddət SSRİ KBG-ində çalışmış, Almaniya Demokratik Respublikasında xidmət keçmiş, 1996-cı ilin Avqust ayından RF Prezidentinin işlər idarəsində müavin, 1997-ci ilin Mart ayından RF Prezident Adminstrasiyasının müavini və digər mühüm postlarda çalışmışdır. Təbiətən xəfiyyə olan Vladimir Putin 1998-ci ilin İyul ayından FSB rəhbəri təyin olunmuş, 1999-cu ilin Mart ayından isə paralel olaraq Təhlükəsizlik Şurasına rəhbərlik etmişdir.
1999-cu ilin Avqust ayından Rusiya hökumətinə rəhbərlik edən Putini artıq bütün dünya gələcək prezident kimi görürdü. Putin özü isə bu vəzifəni ömürlük sürəcək qədər iddialı bir şəxs idi. 26 Mart 2000-ci ildə Rusiya Federasiyasının prezidenti seçilən Vladimir Putin ikinci dəfə 14 Mart 2004-cü ildə bu posta seçilir. 2007-ci ilin sonunda Dmitriy Medvedyevi özünün varisi elan edən Putin əslində növbəti seçilərdə özünün prezidentliyini rəsmiləşdirmiş oldu. Odur ki, növbəti seçkilər də 04 Mart 2012-ci ilə təsadüf edir və şübhəsiz ki, bu dəfə də Rusiya Prezidenti cənab Vlaldimir Putin olacaq… bu dəfə ömürlük!
Amma müşahidə olunan digər bir tendensiya Vladimir Putinin son illər və aylar ərzində reytinqinin xeyli düşməsindən xəbər verir. Bu, Rusiyada artan sosial problemlər, dünyada Rusiyanın təsirinin zəifləməsi və digər arqumentlərlə bağlıdır. Bunun görünməyən bir səbəbi də Putinin özünün ölkədə demokratik bir ab-hava yaradılmasına icazə verməsidir ki, bugün küçələrdə Putini tənqid və təhqir edən plakatlara rast gəlmək mümkündür. Bugün televiziyalarda, internet resurslarda asanlıqla Putini tənqid edir, onu ən böyük cinayətlərdə ittiham edirlər. Digər bir səbəb isə Putinə qarşı birləşən qüvvələrin böyük maddi imkanlara və resurslara malik olmasıdır. Burada xarici faktorları da nəzərdən qaçırmaq olmaz. Təbii ki, ABŞ və Avropanın Rusiya müxalifətinə dəstək verməsi də öz sözünü demiş olur. Amma Rusiya heç bir zaman Ərəb ölkələri ola bilməz. Burada vəziyyət tam başqadır. Rus insanını bu cür metodlarla aldatmaq mümkün olmayacaq.
Rusiyada keçirilən prezident seçkilərinin bu ölkədə yaşayan azərbaycanlılara da təsiri olmamış deyil. Belə ki, 3 milyondan çox azərbaycanlının yaşadığı bir ölkəyə rəhbərlik edəcək şəxsin siyasi baxışları, seçkiqabağı platforması, vədləri həmvətənlərimizi ilk növbədə maraqlandırır. Əsasən bazarlarda çalışan, qeyri-qanuni miqrant kimi Rusiyada yaşayan azərbaycanlılar daha çox miqrasiya ilə bağlı siyasətlə maraqlanırlar. Odur ki, hazırda azərbaycanlıların ən çox dəstəklədiyi, onların gələcək həyatı üçün ən optimal perspektivlər vəd edən yeganə namizəd yenə də Vladimir Putin olaraq qalır. Hakimiyyət daxili kulislərdə də bildirilir ki, Vladimir Putinin Azərbaycana və azərbaycanlılara şəxsi münasibəti heç də pis deyil. Onun seçki kampaniyasının aparılmasında onlarla azərbaycanlı ekspertlər fəal iştirak edirlər.
Odur ki, 2012-ci ilin Mart ayında Rusiyada inqilabi dəyişiklik gözləməyə dəyməz. Baş nazir qismində faktiki Rusiyanın rəhbəri hesab olunan Vladimir Putin sadəcə kabinetini dəyişmiş olacaq. Hazırkı prezident Dmitriy Medvedyevin isə hansı postu tutacağı rəsmi şəkildə bəlli olmasa da, onun da baş nazir və ya başqa simvolik bir vəzifəyə təyin olacağı gözlənilə bilər. Hərçənd ki, Dmitriy Medvedyev təbiətən iddialı olmayan, əsasən dəyərlərlə yaşayan fəlsəfi bir insandır. Odur ki, onun hər hansı vəzifədən imtina edəcəyi də gözləniləndir.

Fəlsəfə Doktoru Əhməd Şahidov
Rusiya Federasiyası Prezidentı yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi
03 Fevral 2012-ci il, Moskva, Rusiya Federasiyası

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib