Milli Kitab Mükafatına ən layiqli namizəd kim olacaq? – İki iddialı yazardan AÇIQLMA

Milli Kitab Mükafatına ən layiqli namizəd kim olacaq? – İki iddialı yazardan AÇIQLMA

Ana Sayfa » ƏSAS » Milli Kitab Mükafatına ən layiqli namizəd kim olacaq? – İki iddialı yazardan AÇIQLMA

turalahmadƏhməd Şahidov – “Mən yox, romanım qalib gələcək”

Qan Turalı: “MKM-də heç kimi özümə rəqib görmürəm”

Xəbər verildiyi kimi, Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihə olan Milli Kitab Mükafatına (MKM) əsərlərin  qəbulu başa çatıb. 28 avqust 2012-ci il tarixindən start götürən müsabiqəyə 241 əsər daxil olub. Onlardan 175-si nəsr əsəri, 58-i şeir, 8-i isə uşaq nağıllarıdır. Müsabiqəyə qatılanların 164 nəfəri kişi, 77-si qadındır. Ən gənc yazarın 7, ən yaşlı yazarınsa 86 yaşı var. Daha çox 20-25 yaşlı yazarlar üstünlük təşkil edir.

Əsərlər Azərbaycanın bütün bölgələrindən daxil olub.  Türkiyə, İran, Ukrayna, Rusiya, ABŞ, Almaniya, İsveç, Böyük Britaniya, Hollandiyada yaşayan həmvətənlərimiz də öz əsərlərini müsabiqəyə təqdim ediblər.

MKM-in təqdimatı 9 təhsil ocağında və 6 bölgədə təşkil olunub. Mükafat ölkənin bütün televiziyalarında, o cümlədən regional kanallarda ətraflı işıqlandırılıb.

2013-cü il iyun ayının 4-də mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu dəfə də 1-ci yerin sahibi üç min, 2-ci yerə layiq görülən iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız, həm elektron formatda çap olunacaq.  Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək. N.Köçərli konkret adlar çəkməyib.

MKM-ə əsər təqdim edənlər arasında kulis.az ədəbiyyat dərgisinin baş redaktoru Qan Turalı, gənc alim, yazar Əhməd Şahidov da var.

Bu müsabiqə barədə fikirlərini və gözləntilərini öyrənmək məqsədilə öncə Əhməd Şahidovla əlaqə saxladıq.

Müsabiqəyə “Sevdiyim qadın” romanı ilə qatıldığını söyləyən Əhməd bəy artıq bununla bağlı təbliğat işlərinə start verdiyini də dedi: “Kitablarım artıq şəhərimizin kitab mağazalarında satışda var. Bir çox ədəbiyyatçı dostlarıma, ziyalılara romanımı təqdim etmişəm. Yaxın günlərdə oxuyub rəylərini bildirəcəklər. Müsabiqədə uğur qazanacağıma inanıram”.

Müsabiqəyə 175 nəsr əsərinin təqdim edildiyini və rəqabətin qaçılmaz olduğunu bildirən müsahibimiz sağlam yarışdan çəkinmədiyini də qeyd etdi: “Bu, bir yarışdır, istedadların yarışı. Burada şəxslər yox, əsərlər yarışır. Mən uğur qazanacağıma əminəm. Daha doğrusu, mən yox, romanım qalib gələcək.”

“Sevdiyim qadın” romanının sevgi və romantikadan savayı, eyni zamanda bugünkü Azərbaycan reallıqları, ölkənin milli maraqları üzərində qurulduğunu qeyd edən Əhməd Şahidov nədənsə oxucuların daha çox romanın sevgi tərəflərini qabartdığını da vurğuladı: “Sevdiyim qadın” romanı təkcə məhəbbətdən bəhs etmir, burada rəqabət, siyasət, geopolitika və milli maraqlar özünəməxsus üslubda təsvir olunub. Amma oxucular yalnız romanın sevgi tərəflərini qabardırlar. Bu da ola bilsin ki, romanın adı ilə bağlıdır.”

Milli Kitab Mükafatında özünə rəqib kimsənin ola biləcəyi sualına isə Əhməd Şahidov birmənalı cavab vermədi və “Müsabiqəyə öz əsəri ilə qatılan Qan Turalı ilə rəqabət apara biləcəksinizmi?” sualını cavabsız qoydu: “Mən müsabiqəyə əsərimi təqdim etmişəm və ekspertlərin ilkin seçimini gözləyirəm. İnşallah, romanım ilk iyirmiliyə düşsün, sonra danışarıq. O ki qaldı kiminləsə rəqabət aparmağa, qoy əsərlər rəqabət aparsın”.

Kulis.az saytının baş redaktoru Qan Turalı MKM-ə “Mustafa” romanı ilə qatılıb. Modern.az-a açıqlamasında Qan Turalı kitabını MKM-ə təqdim etməsinin səbəbini belə izah edib:

“Öz əsərimin yüksək mənada təsdiqini tapması, bədii ədəbiyyat tarixində necə yer tutmasını öyrənmək üçün əsər verməmişəm. Yəni hesab etmirəm ki, mükafat almaqla o əsərin bədii əhəmiyyəti və keyfiyyəti müəyyənləşdiriləcək. Yenidən ədəbi prosesin gündəminə gəlməsi, gündəmdə qalması, oxunması, insanların diqqətini cəlb etməsi üçün romanı təqdim etmişəm. Nəticə necə olsa da, mən bu nəticəni indidən qəbul edirəm”.

Yazar qeyd edib ki, heç kimi özünə rəqib görmür. “Çünki rəqiblərimin kim olduğundan xəbərsizəm. Kəşfiyyat aparmağa da ehtiyac görmürəm”.

Sevinc İltifatqızı, Modern.az

Xəbərlər

“Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq “Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi üst-üstə düşür” – Əhməd Şahidov “Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi üst-üstə düşür” – Əhməd Şahidov