MDB-DƏ VƏZİYYƏT RUSCADIR…

MDB-DƏ VƏZİYYƏT RUSCADIR…

Ana Sayfa » Müsahibələr » MDB-DƏ VƏZİYYƏT RUSCADIR…

Üzv ölkələr Rusiyanın təsir dairəsindən çıxmaq siyasəti yürüdürlər
Azərbaycan və Özbəkistan MDB-nin Düşənbədə keçirilən yubiley sammitində baş nazir səviyyəsində təmsil olunacaqlar
Sentyabrın 1-dən Qazaxıstanın dövlət televiziyasında rus dilində verilişlərin yayımına qadağa qoyulub
MDB-nin sentyabrın əvvəllərində Düşənbədə keçiriləcək 20 illik yubiley sammitinə hazırlıq kifayət qədər sönük səviyyədə keçir. Öncə Azərbaycan bu tədbirdə yüksək səviyyədə təmsil olunmayacağını bəyanladı və samitdə baş nazirin iştirak edəcəyi barədə məlumat yayıldı. Ardınca isə Özbəkistan bu tədbirə xüsusi əhəmiyyət vermədiyini təsdiqlədi. Belə ki, sammitə ev sahibliyi edən Tacikistanın XİN-in təmsilçisi Davlat Nazriyev bildirib ki, Özbəkistan prezidenti İslam Kərimov sammitdə iştirak barədə qərarını dəyişib. İslam Kərimov sammitdə iştiraka lüzum görməyib və əvəzində baş nazir Şövkət Mirzəyevi tədbirə göndərəcək. Kərimovun sammitdə iştirakdan imtinasının səbəbləri açıqlanmasa da ekspertlər bu Özbəkistan rəhbərliyinin yenidən Qərbmeylli kurs götürməyə hazırlaşması ilə əlaqələndirirlər. Xatırladaq ki, Özbəkistan prezidenti hətta MDB-yə üzv bəzi ölkələrin hərbi təşkilatı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısına qatılmaqdan da imtina etmişdi.
MDB-də əslində nə baş verir? Bir vaxtlar keçmiş SSRİ-nin formal varisi sayılan və əsas hədəfi Rusiyanın yeni müstəqil dövlətlər üzərində təsir rıçaqlarını qoruyub saxlamaq olan MDB-nin yubiley sammitinə bu cür yanaşmalar nədən qaynaqlanır? Bu sualların cavabı əslində Rusiyanın öz siyasətində əksini tapır və Kremlin təsir dairəsindən maksimum uzaqlaşmaq cəhdləri göz qabağındadır. Bu siyasət ondan ibarətdir ki, Rusiya MDB ölkələrində öz maraqlarını zor və şantaj üzərində qurur, üzv ölkələr daxilində münaqişələr yaratmaqla hərbi təzyiqlərə əl atır, diplomatik münasibətlərdə ambisiyalarını açıq şəkildə hədə-qorxularla həyata keçirməyə çalışır və s. Yəni MDB bu təşkilata üzv ölkələrə heç nə vermir, sadəcə Rusiyanın imperiya maraqlarına xidmət göstərir.
Bu mənada öncə Azərbaycanın, ardınca Özbəkistanın (Gürcüstan bir neçə il öncə bu qurumu nümayişkaranə şəkildə tərk edib) yubiley sammitinə dövlət başçısı səviyyəsində qatılmaqdan imtina etməsi sıradan bir məsələ deyil. Özbəkistanla bağlı analitiklərin yanaşması bəllidir və heç kəsə sirr deyil ki, ABŞ Mərkəzi Asiyaya qapını məhz Daşkənddən açmağa çalışır. Azərbaycanın tutduğu mövqeyə gəlincə isə, bunu izah etmək elə də çətin deyil. Rusiya prezidenti Dmitri Medvedyevin bu yaxınlarda Gürcüstanı misal çəkməklə Azərbaycanı hədələməsindən sonra Moskvaya yumşaq da olsa təpkiləri təbii qarşılamaq lazımdır. Ümumiyyətlə, rəsmi Bakı Rusiyanın siyasətinə kifayət qədər təmkinli davranır. MDB miqyaslı imperiya siyasətinə daha bir təpki Qazaxıstandan gəlib. Rusların kifayət qədər komakt yaşadıqları bu ölkədə ölkənin dövlət televiziyasında sentyabrın 1-dən rus dilində verilişlərin yayımına qadağa qoyulması, rus redaksiyasının əməkdaşlarının işdən çıxarılması rəsmi Astananın ən cəsarətli addımlarından biri kimi qiymətləndirilə bilər. Rusiyanı qarşıda daha sürprizlərin gözlədiyi isə zaman məsələsidir.
“Diaspor və Lobbi” Strateji Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev bu qənaətdədir ki, MDB Rusiyanın qərəzli siyasəti nəticəsində uğursuz quruma çevrilib: “Sovetlər Bilriyi dağılandan sonra yeni müstəqillik əldə etmiş ölkələr arasında iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrdə bağlılıqları bir dəfəlik qırmağın qeyri-mümkün olması səbəbilə MDB-nin yaranması o zamanın tələbinə görə zəruri idi. Çünki tam olaraq yeni dövlətlərin dünyaya sərbəst çıxışı yox idi və ya belə münasibətlər yeni-yeni yaranırdı. Dövlətlərin 70 il ərzində bağlılığı iqtisadi və digər sahələrdə özünü göstərirdi və bu qurum onlar arasında əməkdaşlıq məqsədi daşıyırdı. Amma zaman göstərdi ki, MDB Rusiyanın qərəzli siyasəti nəticəsində uğursuz quruma çevrilib. Ona görə də heç bir ölkə bu təşkilata real inteqrasiya oluna bilmədi. Rusiya hesab edirdi ki, bu dövlətlərin inkişafı mümkün olmayacaq, lakin Azərbaycanda aparılan uğurlu siyasət onun əksini göstərdi. Bu gün Azərbaycan birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında ənənəvi olaraq ilk sıralardadır və bu sərmayələr ildən ilə artmaqda davam edir. Məlumdur ki, müstəqil dövlətlərin MDB-də qalması bir qədər məcburi xarakter daşıyır, onların bir çoxu Rusiyadan çəkinirlər, asılıdırlar. Amma onlardan fərqli olaraq Azərbaycan azad bir dövlətdir və onun potensialı qat-qat artıqdır. Bu isə əlbəttə ki, Rusiyanı narahat etməyə bilməz. Bu Qarabağ danışıqlarında Rusiyanın mövqeyində də özünü göstərir. MDB-nin Qarabağ probleminin həllində bu vaxta qədər qeyri-konstruktiv mövqe nümayiş etdirməsi də gizli deyil. Eynilə Özbəkistanı da misal göstərə bilərik. Hər iki ölkənin Qərbə inteqrasiya etməsi, qloballaşmada öz milli dəyərlərini qoruyub saxlaması, dövlət müstəqilliyinin toxunulmazlığının istəməsi tam haqlı mövqedir və buna görə Rusiya günahı özündə axtarmalıdır”.
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə doktoru Əhməd Şahidov isə deyir ki, Azərbaycan prezidentinin MDB-nin növbəti sammitində iştirak etməməsi protokol məsələsidir:”Dəfələrlə şahidi olmuşuq ki, MDB-nin illik toplantılarında, habelə digər beynəlxalq təşkilatların zirvə görüşlərində gah ölkə başçısı iştirak edib, gah da ikinci və ya üçüncü şəxs…. Bunu normal qarşılamaq lazımdır və bunu hansısa siyasi gedişlərlə izah etməyə ehtiyac yoxdur. Mən düşünürəm ki, Azərbaycan və Rusiya neçə ildir ki, mehriban qonşuluq siyasəti yürüdürlər. Azərbaycan həmişə Rusiya ilə münasibətlərdə müəyyən balansı qorumağa çalışıb və bu siyasət bu gün də davam etməkdədir. Amma Azərbaycan regionda öz siyasətini özü müəyyənləşdirən və heç bir xarici qüvvədən asılı olmayan bir ölkədir. Hər halda bu cəhətdən Gürcüstan və Ermənistandan xeyli fərqli mövqedə dayanmışıq”.

Səlcuq
“Xalq Cəbhəsi” qəzeti

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb