Tərcümeyi-hal

Ana Sayfa » Tərcümeyi-hal

trtÖzüm haqqında…
Mən, Şahidov Əhməd Şair oğlu 31 avqust 1982-ci ildə anadan olmuşam. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirmiş və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olmuşam. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilimi davam etdirmişəm. 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlamışam.

2005-2008-ci illərdə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasında aspirant kimi elmi tədqiqatlar aparmışam. Üzərində çalışdığım dissertasiya işim “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialları əsasında)” adlanır. Mövzuyla bağlı yerli və xarici elmi jurnallarda xeyli məqalələrim dərc olunub.

23 İyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin  D.02.071 Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyamın rəsmi müdafiəsi keçirildi. Yekdilliklə mənə 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə filologiya elmləri namizədi elmi dərəcəsinin verilməsi qərara alındı. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 10 Noyabr 2010-cu il tarixli (protokol № 35 – k) qərarı ilə mənə rəsmi şəkildə Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi təqdim edildi.

Elmi fəaliyyətimlə bərabər publisist fəaliyyəti ilə də məşğul oluram. İndiyə kimi yerli mətbuatda müxtəlif mövzularda məqalələrim işıq üzü görüb. Bundan başqa, 2005-2007-ci illərdə Rusiyada dərc olunan beynəlxalq NRS (Novoe Russkoe Slovo) qəzetində 300-ə yaxın məqaləm dərc olunub.

2009-2014-cü illərdə Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsində “Dövlət hüququ” ixtisası üzrə qiyabi təhsil almışam. Hüquqşünasam.

2010-cu ilin Sentyabr ayından 2011-ci ilin Yanvar ayına qədər Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasında müəllim kimi çalışmışam və universitetin diplomatiya ixtisaslı magistrantlarına “Türk dövlətlərinin xarici siyasəti” fənnindən dərs demişəm.

2011-ci ilin May ayından 2012-ci ilin Oktyabr ayına qədər Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsində çalışmışam.

2012-ci ilin Oktyabr ayında Bakı Slavyan Universitetinin Dissertantura şöbəsinə daxil olmuşam və BSU-nun “Müasir rus dili” kafedrasında Filologiya üzrə elmlər doktoru dissertasiyamı yazmağa başlamışam. Dissertasiyamın mövzusu “Rus-Türk çoxmillətli məkanda cərəyan edən proseslər nəticəsində müasir Rus dilinin leksika və frazeologiyasında baş verən dəyişikliklər” barədədir. Dissertasiyamla bağlı bir sıra Türkdilli ölkələrdə – Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstanda, habelə Rusiya, Ukrayna, Belorusiya və digər slavyan ölkələrində mövzu ilə əlaqədar elmi konfrans və simpoziumlarda iştirak etmək və elmi araşdırmalar aparmaq niyyətindəyəm.

2013-cü ilin Yanvar ayında “TURSAM Strateji Araşdırmalar Mərkəzi”nə sədr təyin edilmişəm. Bir çox ölkələrdə – Türkiyə, Şimali Kipr, Rusiya, Qazaxıstan və Qırğızıstanda təmsilçilikləri fəaliyyət göstərən TURSAM-ın (www.tursam.org) əsas fəaliyyəti Türk Dünyasındakı siyasi, iqtisadi və beynəlxalq prosesləri analiz etmək, çoxtərəfli araşdırmalar həyata keçirmək və Türk Dünyasının tərəqqisi ilə bağlı tədbirlər təşkil etməkdir.

2014-cü ilin 01 İyun tarixində Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu (ADİHİ) təsis edilmiş və mən ADİHİ-nin rəhbəri kimi fəaliyyətə başlamışam. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yaradılan ADİHİ – qeyri-hökumət təşkilatıdır və beynəlxalq donor təşkilatlarının maliyyə yardımı sayəsində fəaliyyət göstərir. ADİHİ təşkilatının əsas məqsədi Azərbaycanda insan haqları, demokratiya və azadlıqlar sahəsində mövcud olan problemlərin aradan qaldırılmasında yaxından iştirak etmək, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında öz töhfəsini vermək, insanların öz hüquqlarını dərindən bilməsi üçün müxtəlif layihələr həyata keçirməkdir.

21 Dekabr 2010-cu ildə “Müasir Azərbaycan və rus dillərində heca və sözün sillabikası” adlı elmi monoqrafiyam rus dilində çapdan çıxmışdır. İlk ciddi elmi əsərim olan bu kitabda iki fərqli dildə – Azərbaycan və rus dillərindəki ikihecalı sözlərdə hecanın fonetik quruluşu və sözün sillabik quruluşu müqayisəli şəkildə təhlil olunmuşdur.

13 Sentyabr 2011-ci ildə “Qanun” nəşriyyatında “Sən də yer ver aşka” adlı ilk şeirlər kitabım çapdan çıxmışdır. Kitabda müxtəlif mövzularda qələmə aldığım şeirlərim və “Düşmənə ehtiram” adlı bir hekayəm yer alıb.

30 Oktyabr 2012-ci ildə “Qanun” nəşriyyatında “Sevdiyim qadın” adlı ilk romanım çapdan çıxmışdır. Sevgi mövzusunda yazılmış romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda istedadlı alim və şairdir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri biri-birini əvəz edir. Birnəfəsə oxuyacağınız bu romanda erotik məqamlar və gərginlik çox maraqlı dillə təsvir olunub.

30 Oktyabr 2012-ci ildə “Qanun” nəşriyyatında “Gecələr ağlayan qadın” adlı ikinci şeirlər kitabım çapdan çıxmışdır. Kitabda məhəbbət mövzusunda qələmə aldığım şeirlərim dərc edilib.

15 İyun 2013-cü ildə “OL” nəşriyyatında “Samir” adlı ikinci romanım çapdan çıxmışdır. ”Samir” romanı bir insanın cəmiyyətlə mübarizəsinə həsr olunub. Doğuşdan başlayıb, son mənzilə qədər davam edən bu mübarizə isə romanın qəhrəmanı olan Samir ilə cəmiyyət arasında gedir. Cəmiyyət arasında birmənalı qarşılanmayan və geniş insan kütləsi tərəfindən “homoseksual” adlandırılaraq, təhqir və təqiblərə məruz qalan Samir özünə qarşı bu münasibətlə barışmır və sonadək vuruşacağına söz verir.

01 Oktyabr 2013-cü ildə “OL” nəşriyyatında “Sıfır Nöqtəsi” adlı üçüncü romanım çapdan çıxmışdır. Sırf milli ideologiya və millətçilik hisslərinə həsr olunmuş bu əsər azərbaycanlı bir gəncin həyatından bəhs edir. Bakıda doğulub boya-başa çatmış Azad hələ uşaqlıq illərindən mənsub olduğu xalqın, millətin tarixi ilə yaxından maraqlanır və gələcəkdə Türk millətinin firavan gələcəyi üçün çalışacağını qarşısına məqsəd kimi qoyur. Dağlıq Qarabağda gedən savaşlarda bir qolunu itirmiş atasının və orta məktəbdə müəllimə işləyən anasının min bir əziyyətlə böyüdüb təhsil verdiyi Azad yüksək balla Bakı Dövlət Universitetinə daxil olsa da, ali təhsilini Kiprdə davam etdirmək qərarına gəlir və hər şey də məhz bundan sonra başlayır. Azad Kuzey kimi tanınan bu azərbaycanlı gənc təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevilən və adını tarixə yaza bilən bir şəxsiyyətə çevrilir.

Elmi fəaliyyətimdən başqa, kibernetika ilə də məşğul oluram. Boş vaxtlarımda idmanla, xüsusən də boks və üzgüçülüklə məşğul oluram. İnsanlarda səmimiliyi, sadəliyi və gülərüzlüyü qiymətləndirirəm.

Ən böyük arzum xalqımı gülərüz görməkdir. Ən böyük planım Azərbaycanla bağlıdır.

İndiyə kimi aşağıdakı beynəlxalq elmi konfrans, sempozyumlar və tədbirlərdə çıxış etmişəm:

  1. 13 Mart 2009-cu il, İstanbul şəhəri, Türkiyə Cümhuriyyəti – “Türk Dış Politikası” adlı beynəlxalq elmi konfrans; Çıxışımın mövzusu: “Rusiya və Türkiyə – müharibələrdən müttəfiqliyə doğru”;
  2. 9-11 İyun 2009-cu il, Cəlilabad şəhəri, Qırğızıstan Respublikası – “7. Uluslararası Türk dünyası Sosial Bilimler Kongresi” adlı beynəlxalq elmi konfrans; Çıxışımın mövzusu: “Terrörizmle mücadilede Türkiyenin tavrı”;
  3. 7-8 Oktyabr 2009-cu il, Almatı şəhəri, Qazaxıstan Respublikası – “Böyük sivilizasiya və «Şahnamə»” adlı beynəlxalq elmi konfrans; Çıxışımın mövzusu: “«Şahnamə» əsəri Azərbaycan ziyalılarının gözü ilə”;
  4. 9-11 Dekabr 2009-cu il, Lefkoşa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti – “II Beynəlxalq Dünya Dili Türkçə Sempozyumu” adlı beynəlxalq elmi sempozyum; Çıxışımın mövzusu: “Azəri türkcəsi və ortaq Türk dili”;
  5. 11-13 Dekabr 2009-cu il, Kocaeli şəhəri, Türkiyə Cümhuriyyəti – “Halk Kültüründe Eğlence Uluslararası Sempozyumu” adlı beynəlxalq elmi sempozyum; Çıxışımın mövzusu: “Azərbaycan folklorunda oyun və əyləncələr: unudulanlar və unudulmayanlar”;
  6. 12-15 May 2010-cu il, Manisa şəhəri, Türkiyə Cümhuriyyəti – “İkinci Beynəlxalq Balkanlarda Türk Varlığı Sempozyumu” adlı beynəlxalq elmi sempozyum; Çıxışımın mövzusu: “Uluslararası ilişgiler, Balkanlar ve Türkiyenin yaklaşımı”;
  7. 31 May 2010-cu il, Prizren şəhəri, Kosovo Respublikası – “İkinci Beynəlxalq Balkanlarda Sosial Elmlər Sempozyumu” adlı beynəlxalq elmi sempozyum; Çıxışımın mövzusu: “Uluslararası ilişgiler, Balkanlar ve Türkiyenin yaklaşımı”;
  8. 20-24 Oktyabr 2010-cu il, Çanaqqala şəhəri, Türkiyə Cümhuriyyəti – “Beynəlxalq problemlər çərçivəsində universitetlərin yeni hədəf və vəzifələri nələr olmalıdır?” adlı dünya universitetləri konfransı; Çıxışımın mövzusu: “Beynəlxalq terrorla birgə mübarizə”;
  9. 11-15 Oktyabr 2011-ci il, İstanbul şəhəri, Türkiyə Cümhuriyyəti – İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsində keçirilən “V Balkan Tibb Tarixi və Etikası Konfransı”; Çıxışımın mövzusu: “Tibb əxlaqında qarşıdurma – ölüm, yoxsa qurtuluş”;
  10. 1-5 Noyabr 2011-ci il, Şimali Kipr Türk Cümhuriyyəti – Kipr Türk Mücahidlər Dərnəyi və Türk Müqavimət Təşkilatının birgə təşkil etdiyi İkinci Beynəlxalq “Kıbrıs Türk Milli Mücadelesi ve bu Mücadelede TMT-nin Yeri” sempozyumu; Çıxışımın mövzusu: “Türk Milli Mücadelesinde Kenan Çoyğunun yeri” ;
  11. 20-22 Aprel 2012-ci il, İstanbul şəhəri, Türkiyə Cümhuriyyəti – Avropa Birliyi, Avropa Şurası, Mərmərə Universiteti və digər qurumlar tərəfindən düzənlənən “Dəyişən dünyada vətəndaşlıq və demokratiya tədrisində yeni yöntəmlər və problemlər” mövzusunda beynəlxalq simpozium; Çıxışımın mövzusu: “Avropa demokratiyası və milli dəyərlər sistemi”;
  12. 10-11 May 2012-ci il, Ankara şəhəri, Türkiyə Cümhuriyyəti – Ankara Universiteti rektorluğu, Atatürk Kültür Mərkəzi və Ankara Universiteti Təhsil Elmləri Fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən “Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu”; Çıxışımın mövzusu: “XXI yüzyılın öğrencisi nasıl olmalıdır: Geleceğin öğrenci modeli”;
  13. 24 May 2012-ci il, Gazimagusa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti –  Doğu Akdeniz Universiteti, oradakı Azərbaycan Cəmiyyəti və MİRAS İctimai Birliyinin birgə təşkilatçılığı ilə  Azərbaycanın 28 may Respublika gününə həsr olunmuş Azərbaycan-Şimali Kipr Gənclər Forumu;
  14. 19-22 Dekabr 2012-ci il, Denizli şəhəri, Türkiyə Cümhuriyyəti –  Pamukkale Universitetində keçirilən “V Beynəlxalq Dünya Dili Türkcə” simpozium; Çıxışımın mövzusu: “Azeri Türkçesi ve Ortak Türk Dili”;
  15. 28 Dekabr 2012-ci il, Gazimağusa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti – Doğu Akdeniz Universiteti, “Azərbaycan – Şimali Kipr Dostluq Cəmiyyəti”nin təşkil etdiyi “Azərbaycan – keçmişdən gələcəyə” adlı konfrans;
  16. 25 Fevral 2013-cü il, Lefkoşa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti, ŞKTC Cümhuriyyət Məclisində keçirilən “Xocalıya Ədalət” panelinin təşkilatçısı olmuşam və özüm də iştirak etmişəm;
  17. 27 Fevral 2013-cü il, Dənizli şəhəri, Türkiyə Cümhuriyyəti, Pamukkale Universiteti və TURSAM Strateji Araşdırmalar Mərkəzinin birgə təşkil etdiyi “Xocalıya Ədalət” konfransında əsas çıxışçı kimi iştirak etmişəm və nitq söyləmişəm;
  18. 23 Sentyabr-04 Oktyabr 2013-cü il, Varşava şəhəri, Polşa Respublikası. ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində 5 dəfə çıxış etmişəm: 1) “Azərbaycanda dini azadlıqlar” adlı məruzə; 2) “Azərbaycanda sərbəst toplaşmaq azadlığı” adlı məruzə; 3) “Azərbaycanda prezident seçkiləri: faktlar və reallıqlar” adlı məruzə; 4) “Terrorizmlə mübarizədə Azərbaycanın təcrübəsi” adlı məruzə; 5) “Azərbaycanda demokratiya və siyasi azadlıqlar” adlı məruzə;
  19. 01 Oktyabr 2013-cü il, Varşava şəhəri, Polşa Respublikası. Varşava şəhərinin mərkəzində yerləşən Sofitel Victoriya Hotelinin “Opera” zalında TURSAM Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi “Azərbaycan 2003-2013: İqtisadi İnkişafdan Sosial Rifaha Doğru” adlı tədbirdə əcnəbi qonaqlar qarşısında geniş məruzə ilə çıxış etmişəm;
  20. 08 Noyabr 2013-cü il, Lefkoşa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti. Beynəlxalq Kipr Universitetində “Sıfır Nöqtəsi” romanının təqdimatı keçirilmiş və həmin tədbirdə universitetin müəllim və tələbə kollektivi qarşısında məruzə ilə çıxış etmişəm;
  21. 25 Dekabr 2013-cü il, İsparta şəhəri, Türkiyə Cümhuriyyəti, Süleyman Demirel Universiteti, “Dünəndən bugünə Türkiyə-Azərbaycan münasibətləri” adlı konfransda çıxış etmişəm və iki ölkə arasındakı əlaqələr barədə geniş məruzə etmişəm;
  22. 26 Dekabr 2013-cü il, Burdur şəhəri, Türkiyə Cümhuriyyəti, Mehmet Akif Ersoy Universiteti, “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bugünü və sabahı” adlı konfransda çıxış etmişəm və geniş nitq söyləmişəm;
  23. 23 Fevral 2014-cü il, İstanbul şəhəri, Türkiyə Cümhuriyyəti, Maltepe Bələdiyyəsi, Türkan Saylan Kültür Mərkəzi, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkil etdiyi Xocalı soyqırımına həsr edilmiş konfransda çıxış etmişəm;

FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU

ƏHMƏD ŞAİR OĞLU ŞAHİDOV
  • Aydın İlisunskiMən bilmək istəyirəm Əhməd Şahidov bu il keçiriləcək parlament seçkilərində iştirak edəcəkmi? Çünki çox iddialı görünür. Onun fəaliyyəti və keçirdiyi görüşlər Şahidovun seçkilərdə namizəd olacağından xəbər verir. Əgər namizəd olsa, biz Əhmədə səs ver
  • Fariz MəmmədovƏhməd Qaxın tanınmış gənclərindəndir. Qaxa sonuncu səfəriniz bizi sevidirdi, tez-tez gəlin.
  • JabbarBu şərhləri göndər(dirt)məkdə məqsədiniz nədir sevimli Əhməd Şahidov :)
  • Səməd RzaHörmətli Əhməd müəllim. Xahiş edirəm mənə köməklik göstərəsiz. Özüm ikinci qrup əliləm, heç yerdə də işləmirəm, iki azyaşlı uşağım var, yoldaşım isə jekdə təmizlik işlərinə baxır. Sizin haqqınızda çox eşitmişəm, kasıb ailələr yardımlar edirsiz. Çox x
  • Nilufer AgasirinovaEzizim Ehmed. Men senin Qaxda bagcada terbiyecin olmusam. Sen hemise soze qulaq asan ve terbiyeli usaq olmusan. Indi manshallh sesin soragin yukseklerden gelir. Seni her zaman xatirlayiram ve ugurlarina sevinirem. Qaxa gelende bize gel mutleq. Seni c

Əhməd Şahidov Facebookda

Xəbərlər