KONFEDERASİYA, YOXSA BİRLİK?

KONFEDERASİYA, YOXSA BİRLİK?

Ana Sayfa » Müsahibələr » KONFEDERASİYA, YOXSA BİRLİK?

Son dövrlər Türkiyə-Azərbaycan Konfederasiyası məsələsi yenidən gündəmə gəlib. Bu ideyanın əsas tərəfdarlarından biri sabiq millət vəkili Gültəkin Hacıbəyli bir neçə gün bildirmişdi ki, ötən illər konfederasiya ideyasının nə qədər önəmli, real və təbii zərurətdən doğan bir təşəbbüs olduğunu ortaya qoyub.

Onun sözlərinə görə, Türk Konfederasiyası ideyası çağdaş dünyada, xüsusilə də, daxil olduğumuz mürəkkəb geopolitik arealda mövcud olan və ölkəmizin heç də sığortalanmadığı təlatümlərdən və qarşıdurmalardan ən real xilas modelidir.
Gültəkin Hacıbəylinin bu fikirləri geniş müzakirəyə səbəb oldu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bu ideya ilə bağlı şərhlər yazdılar. Bu yazılarda konfederasiya ideyası ilə bağlı müxtəlif fikirlər yer alıb.
Yeri gəlmişkən, xeyli müddət öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) Partiyası da maraqlı bir təkliflə çıxış etmişdi. BAXCP Azərbaycan, Türkiyə və Gürcüstanın Avropa Birliyi modelində bir araya gəlməsi təklifini irəli sürmüşdü. Gürcüstan prezidenti Mixail Saakaşvili də Azərbaycan, Türkiyə və Gürcüstanı əhatə edəcək Avropa Birliyi modelində konfederativ birlik təklifini səsləndirib.
Bəs görəsən, bu təkliflərdən hansı daha önəmli və realdır? Azərbaycan Demokrat Partiyası sədrinin müavini Həsrət Rüstəmovun sözlərinə görə, Türkiyənin Azərbaycanın da yerləşdiyi siyasi coğrafiyadakı əhəmiyyəti, xüsusilə də son zamanlar bölgə gücü kimi çıxış etməsi, habelə bu ölkənin iqtisadi, hərbi, insani və digər resursları, regionun tarixindəki rolu və s. deməyə imkan verir ki, bölgədə mühüm siyasət planları qurularkən onun mövqeyi nəzərə alınmalıdır: “Türkiyənin Azərbaycan və digər türkdilli MDB ölkələri üçün bir başqa əhəmiyyəti də bu ölkələrin xalqları ilə etnik, dini, tarixi uyğunluqların mövcudluğudur. Amma Türkiyə ilə konfederasiya indiki halda bu dövlətin özünə, dünyada yaşayan türklərə, region ölkələrinə, dünya güclərinə, bir sözlə bu bölgə ilə bağlı maraqları və planları olan hər kəsə yalnız bir siyasi mesaj kimi əhəmiyyətli ola bilər. Çünki bu ideyanın gerçəkləşməsi indiki halda və yaxın gələcəkdə mümkünsüzdür, bəlkə də lazım deyil. Ona görə lazım deyil ki, ən azı bu istiqamətdəki müzakirələr ətrafda bizə qarşı daha ciddi qıcıqlar oyadacaq və eyni zamanda Türkiyə ilə Azərbaycan xalqlarının bütün fərqli tərəflərini, o cümlədən neqativ mənada üzə çıxaracaq ki, bu da indiki halda bizə qətiyyən lazım deyil. Ümumiyyətlə, bu mövzu çox ciddi və geniş araşdırma tələb edir. Amma Avropa Birliyi modelində birliyin yaradılması istiqamətində müzakirələrin davam etdirilməsi və bu ideyanın inkişafı mütləq zəruridir. Ona görə davam etdirilməsi deyirəm ki, GUAM modelini bu istiqamətdə ideya kimi qəbul etmək olar. Bu modelin davamlı şəkildə inkişafı gələcəkdə Türkiyə, Azərbaycan, Gürcüstan, Ukrayna və digər region ölkələrini əhatə edəcək regional iqtisadi birliyə çevrilə bilər. Məncə bu ölkələrin hər birinin maraqlarına cavab verən və regionda uzunmüddətli sülh və iqtisadi rifah baxımından əlverişli potensiala malik ideya məhz bu ola bilər”.
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı, fəlsəfə doktoru Əhməd Şahidov həmişə Türk dünyasının birliyinin, Böyük Turan nəzəriyyəsinin reallaşmasının tərəfdarı olduğunu söyləyir: “İnanmışam və bu gün də inanıram ki, dili bir, dini bir, soykökü bir xalqlar bir dövlət kimi birləşməlidirlər. Amma bu birlik xalqların içindən gələn bir ehtiyac və anlaşma nəticəsində baş verməlidir. Konkret şəxslərin təşəbbüsünün, siyasi manevrlərin məhsulu olmamalıdır. Düşünürəm ki, bu gün Türk dünyası bu birliyə hazır deyil, çünki bir sıra problemlər mövcuddur. Ümumiyyətlə, Türk dövlətləri bütün hallarda hələ dünyada özünün strukturunu müəyyən edəcək gücə sahib deyillər. Biri siyasətində ABŞ-ın təsiri olan bir dövlət, digərləri isə Rusiyanın daha çox siyasətinin formalaşmasında ağırlıqlı olan ölkələrdir. Bunlar müstəqilliyindən o tərəfə hansısa bir qərar qəbul edərsə, müəyyən problemlərlə qarşılaşa bilərlər. Ona görə də Türk dövlətləri ayrı-ayrılıqda güclənərək gələcəkdə öz istədikləri formata gələ bilərlər. O ki, qaldı konkret olaraq, Türkiyə-Azərbaycan Konfederasiyası ideyasına, bu məsələdə də müəyyən boşluqlar mövcuddur. Belə bir ideya Türkiyənin digər güc mərkəzləri ilə münasibətlərinin korlanmasına gətirib çıxara bilər”.

Səlcuq
“Xalq Cəbhəsi” qəzeti, 14 Sentyabr 2011-ci il

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib