“Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb

“Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb

Ana Sayfa » ATƏT-də fəaliyyət: çıxışlar, görüşlər və müzakirələr » “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb

Sentyabrın 20-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

“İqtisadi, sosial və mədəni hüquqlar: artan qeyri-bərabərliyə cavab” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyəti barədə danışıb. Hüquq müdafiəçisi Kipr adasında de-fakto iki müstəqil dövlətin mövcud olduğunu, adada yaşayan Türklərin bir sıra iqtisadi, sosial və mədəni hüquqlarının tanınmadığını və uzun illər davam edən embarqo siyasətinin yaratdığı fəsadların fundamental insan haqlarına zidd olduğunu bildirib: “Kipr adası kiçik bir coğrafiyanı əhatə edir. Adada əvvəllər bir olmuş, sonradan ayrılmış iki dövlət mövcuddur. Mən burada problemin siyasi tərəflərindən danışmaq istəmirəm. Mən hüquq müdafiəçisiyəm və oradakı insanların hüquqlarını ön plana çəkirəm. Bugün Kiprdə yaşayan etnik Türklərin bir sıra fundamental hüquqları tapdanmaqdadır. Kiprdə Türk əsilli idmançılar sərbəst şəkildə beynəlxalq yarışlara qatıla bilmirlər, Kiprdə Türk əsilli musiqiçilər öz istedadlarını nümayiş etdirməkdə əngəllərlə qarşı-qarşıyadırlar. Adanın şimal bölgəsinə birbaşa uçuşlar əngəllənib. Kiprin Türk əsilli iş adamları sərbəst şəkildə ticarətlə məşğul ola bilmirlər. Bu kimi faktları davam etdirə bilərəm.”

Kipr Respublikasının beynəlxalq qanunlara və miqrasiya haqqında razılaşmalara əməl etmədiyini deyən ADİHİ rəhbəri Əhməd Şahidov özünün üzləşdiyi bir problemi də qaldırıb: “Burada Kipr Respublikasının nümayəndəsi əyləşib. Çox gözəl. Hamımız bilirik ki, Kipr Respublikası Avropa Birliyinin üzvü olmaqla yanaşı, həm də Şengen Zonasına daxildir. Yəni, Şengen Vizası ilə həmin ölkəyə səfər etmək mümkündür. Amma bu, heç də hamıya qismət olmur. Mən öz təcrübəmi bölüşmək istəyirəm. Deməli, 2016-cı ilin Fevral ayında Varşavadan Larnakaya bilet aldım və bütün sərhəd prosedurlarını keçdikdən sonra təyyarəyə əyləşdim. Təqribən 4 saat uçduqdan sonra Larnakaya endim. Kipr Respublikasının sərhəd-buraxılış məntəqəsində üzləşdiyim mənzərədən sadəcə şoka düşmüşdüm. Azərbaycan Respublikasının vətəndaşı olduğumu görüb, əli silahlı şəxslər məni bir otağa apardılar. Orada mənə qarşı kobud davranmağa başladılar. Hüquq müdafiəçisi olduğumu və heç bir beynəlxalq və yerli qanunları pozmadığımı bildirəndən sonra bir qədər sakitləşdilər. Şengen Vizamın olduğunu göstərsəm də, Azərbaycan vətəndaşlarının Kipr Respublikasına ayrıca viza ilə gəlməli olduğunu dedilər və məni eyni təyyarə ilə yenidən Varşavaya geri göndərdilər. Təsəvvür edirsizmi?! Mən eyni təyyarə ilə yenidən 4 saat uçaraq, Varşavaya qayıtdım. Mənim bir sərnişin olaraq, hüquqlarım pozulmuşdu. Kipr Respublikası üzvü olduğu Şengen Razılaşmasını kobud şəkildə pozur. Bu proses bugün də davam edir. Mən Kipr Respublikasının buradakı səfirinə səslənirəm. Türkiyə ilə münasibətlərinizi başa düşürəm, amma Azərbaycan ilə nə probleminiz var axı?! Tolerantlıq və birgəyaşayış barədə danışırsız. Budurmu sizin tolerantlığınız?! Sabah Kiprin Türk icması ilə birləşsəniz, onlara da bu vəhşi münasibəti göstərəksinizmi?!”

PS. ATƏT üzvü olan ölkələrin qatıldığı İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi Avropada hər il keçirilən ən böyük insan haqları və demokratiya konfransıdır. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi tərəfindən təşkil olunan bu toplantı ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslərin bir araya toplaşdığı, ATƏT-in insan haqları üzrə vəzifələrinin qiymətləndirildiyi, habelə mövcud problemlərin müzakirə edildiyi, faydalı təcrübələrin paylaşıldığı və gələcək inkişaf üçün qərarların verildiyi yeganə platformadır.

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib