İSVEÇ PARLAMENTİNİN QƏRARI ALQIŞLANIR

İSVEÇ PARLAMENTİNİN QƏRARI ALQIŞLANIR

Ana Sayfa » Müsahibələr » İSVEÇ PARLAMENTİNİN QƏRARI ALQIŞLANIR

Həsrət Rüstəmov: “Avropadakı azərbaycanlılar proseslərin aktiv iştirakçılarına çevrilmək əzmindədirlər”
Əhməd Şahidov: “Dünya ictimaiyyəti Ermənistana təzyiqlərini artırmalıdırlar”
İsveç parlamentində (SAAS) Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktına dair qətnamənin qəbul edilməsi üzrə İsveç-Azərbaycan Akademik Cəmiyyətinin təklifi qeydiyyatdan keçib. İsveç-Azərbaycan Akademik Cəmiyyətinin sədri Nərgiz Nədainin verdiyi məlumata görə, bu, İsveç Azərbaycan diasporu üzvlərinin hazırladığı ikinci qətnamə layihəsidir. İlk parlament qətnaməsi layihəsi Cənubi Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunub, ikinci qətnamə layihəsində isə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi tələb edilir və azərbaycanlı köçkünlərin öz evlərinə qayıtmaq hüquq təsbit olunur. Qətnamənin qeydiyyatdan keçməsini ekspertlər müsbət hal kimi dəyərləndirsələr, ümumi mənzərənin dəyişməyəcəyini bildirirlər. Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmov bildirir ki, bu məlumat çox sevindiricidir: “Bu hadisə onu göstərir ki, Avropadakı azərbaycanlılar artıq dünyada gedən siyasi proseslərin nəbzini tutmağa və bu proseslərin aktiv iştirakçılarına çevrilməyə ciddi cəhdlər göstərirlər. İsveç parlamentində bu qətnamənin qəbulu müvafiq addımın bütün digər dünya ölkələrində atılması üçün yaxşı presedent ola bilər. Eyni zamanda bu dünyadakı erməni yalanlarını yayan diaspor təşkilatlarının fəaliyyətinə ciddi zərbədir. Müstəqilliyimizin 20-ci ildönümünə belə bir hədiyyə etdiklərinə görə İsveçdəki qardaşlarımıza və xüsusən də Nərgiz xanıma, habelə İsveç Parlamentinin bu qətnaməni dəstəkləyən bütün üzvlərinə Azərbaycan Demokrat Partiyası olaraq böyük təşəkkürlər edirəm”.
Ümid Partiyası sədrinin müavini Aynur İmranovanın sözlərinə görə, təbii ki, Ermənistanın bir işğalçı dövlət kimi tanınması, azərbaycanlı köçkünlərin öz evlərinə qayıtmasının tələb olunması, eyni zamanda ikinci yaralı yerimiz olan Cənubi Azərbaycan məsələsinin Avropada son günlər bu qədər aktuallaşması yüksək qiymətləndirilməlidir: “Ermənistan diasporası belə qətnamələrə, hətta öz xeyirlərinə ən kiçik müsbət bir münasibətə görə milyonlar xərcləyirlər. Amma biz haqlı tərəfik və bunu anlayan hər kəs beynəlxalq hüququn, diplomatik münasibətlərin imkan verdiyi çərçivədə bizi dəstəkləyir. Sadəcə bunu anlamaq lazımdır ki heç bir qətnamə, Ermənistanı və ya İranı pisləyən münasibət nə Qarabağı bizə qaytaracaq, nə də Cənubi Azərbaycanda hüquqları pozulan türklərin problemlərini həll edəcək. Bunun üçün birbaşa Azərbaycan hökuməti fəaliyyətə keçməlidir. Mən bütün diasporamıza müvəffəqiyyətlər arzulayıram. Uğurlarına sevinirəm. Qoy, onlar öz fəaliyyətlərinə daha yüksək templə davam etsinlər. Amma artıq biz də bir şeylər edək. Və Qarabağımızı, eləcə də bütün itirilən torpaqları geri qaytaraq”.
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının sözlərinə görə, təklifin qeydiyyatdan keçməsini uğur saymaq olar: “Amma BMT-nin 4 qətnaməsi işğalçı kiçik Ermənistan dövlətinə təsir edə bilməyibsə, demək təsir mexanizmi hələ tapılmayıb. Əlbəttə bu kimi qətnamələr gec-tez dünya ictimayyətinin fikirlərinə müəyyən qədər təsir edəcək, şəxsən mən bu qənaətdəyəm. Dünyanın Azərbaycanda öz mənafeləri və maraqları var. Azərbaycan isə bundan istifadə etməlidir. Təəssüf ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hələ ciddi, mükəmməl iş görülməyib”.
telegraf.az saytının rəhbəri, politoloq Xəqani Səfəroğlu da düşünür ki, bu, normal addımdır və Azərbaycan diasporunun vətən üçün görə biləcəyi işlər baxımıdan qeyd olunmalıdır: “İsveçin ölkəmizdən xeyli uzaqda yerləşməsini nəzərə alsaq bu ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini çatdırmaq baxımından vacib addımlardan sayılmalıdır. Çünki ənənəvi olaraq Skandinaviya ölkələrində Qarabağ probleminin mahiyyəti barədə çox az məlumatlıdırlar. Qeyd edim ki, bu ölkədə erməni lobbisinin gücü var. Onlar hələ ötən il İsveç parlamentinin xarici əlaqələr komitəsində qondarma erməni soyqırımı barədə qanun layihəsini keçirə bilmişdilər. Bu Türkiyə ilə böyük qalmaqal yaratmışdı. Hesab edirəm ki, Azərbaycan diaspor təşkilatlarının İsveçin hakimiyyət orqanları ilə sıx əlaqəsi vacibdir. Biz Azərbaycanın mövqeyini onlara çatdıra və ölkəmizin haqlı olması barədə ciddi dəlillər ortaya qoya bilərik”.
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı Əhməd Şahidov bu fikirdədir ki, ikinci qətnamənin də İsveç parlamentində qeydiyyatdan keçirilməsi sevindirici hadisədir: “Təbii ki, bu, bizim haqqımızdır. Çünki, Ermənistan bizim ata-baba torpaqlarımızı işğal edib. Gec-tez dünya ictimaiyyəti bunu birmənalı şəkildə qəbul etməli və Ermənistana təzyiqlərini artırmalıdırlar. İndiyə kimi erməni yalanlarının dünyada ayaq açıb yeriməsinin yeganə səbəbi elə erməni diasporu olub ki, Azərbaycan da buna adekvat cavab verməli və diaspor siyasəti öz sözünü deməlidir. Düşünürəm ki, son illər ərzində ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan diasporu xeyli irəli gedə bilmişdir. Artıq dünyanın ən ucqar şəhərlərində belə Azərbaycanı tanıyırlar, çünki orada diasporumuz fəaliyyət göstərir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, azərbaycanlılar təşkilatlansalar və yaşadıqları ölkələrin dövlət və hökumət strukturlarına sızsalar, çox güman ki, İsveç nümunəsi bütün dünyada reallaşacaq və insanların şüurunda kök salmış “güclü erməni diasporu” mifi də darmadağın olacaq. Diasporumuzun fəaliyyətinin son zamanlarda güclənməsində Azərbaycanın iqtisadi potensialının da öz rolu var. Günü gündən inkişaf edən ölkəmizə diqqət də artır. Artıq heç bir dövlət iqtisadi tənəzzül girdabında çabalayan Ermənistanın yanında olmaq istəmir. Təbiətdə belə bir qanun var: hamı güclünün yanında olmaq istəyir. Bu reallıqdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qətnamələrin qəbulunu təqdirəlayiq hal kimi qiymətləndirir: “Hər ikisi Azərbaycan üçün aktual məsələdir. Ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünü özündə əks etdirən sənədlər kifayət qədərdir, ancaq təəssüf ki, bu işğal faktını ortadan qaldırmır”.

Səlcuq
“Xalq Cəbhəsi” qəzeti

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb