İlham Əliyev və Azərbaycan elmi

İlham Əliyev və Azərbaycan elmi

Ana Sayfa » Yazılar » İlham Əliyev və Azərbaycan elmi

aliyev1“Biz neft kapitalını insan kapitalına çevirəcəyik”
Azərbaycan Respublikası bu gün dövlət müstəqilliyinin iyirminci ilini artıq arxada qoyub. Bu illər ərzində ölkəmiz həyatın bütün sahələrində – ən əsası iqtisadiyyatda, daxili və xarici siyasətdə yüksək göstəricilər əldə etmişdir. Şübhəsiz ki, ölkəmizin iqtisadi potensialı artıqca, digər sahələr də dirçəlir, inkişaf mərhələsinə qədəm qoyur.
Azərbaycanda elmə, təhsilə dövlət qayğısı hələ Ulu Öndər Heydər Əliyevin vaxtından duyulmaqda idi. Belə ki, Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı Azərbaycanın elmi ictimaiyyəti üçün mühüm hadisə olmuşdur. Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyətində olan nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləmişdir.
Akademiyada çalışan işçilərin sosial müdafiəsini gücləndirmək, onların fəaliyyətinin səmərəsini artırmaq məqsədi ilə ümummilli liderimiz bir sıra mühüm qərarlər qəbul etmişdir. 1997-ci ildə Akademiyanın işçilərinin əmək haqları 50%, 2002-ci ildə isə 2 dəfə, Akademiyanın həqiqi və müxbir üzvlərinin rütbə maaşları 1997-ci ildə 10 dəfə, 2002-ci ildə isə 3 dəfə artırılmışdır.
Bir gənc olaraq, mən Azərbaycanımızın inkişafında əsasən elm, təhsil və idmanın irəli getməsini ilk növbədə istəmişəm. Və inanmışam ki, hər bir ölkənin dünyada tanınması və irəli getməsi üçün məhz bu sahələrin inkişaf etməsi zəruri faktordur. Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı uğurlu neft strategiyası nə vaxtsa öz bəhrəsini verməli idi və Azərbaycan xalqının bu gözləntiləri heç də əbəs yerə deyildi. Xalqımızın bu ümidlərini məhz İlham Əliyev doğrultdu. “Biz neft kapitalını insan kapitalına çevirəcəyik” söyləyən cənab İlham Əliyev əslində biz gənclərə bir mesaj verdi: “Oxuyun, elmimizi inkişaf etdirin, Azərbaycanı beynəlxalq konfranslarda, olimpiyadalarda layiqincə təmsil edin.” Bu, biz gənclər üçün bir yol xəritəsi idi – Azərbaycanı parlaq gələcəyə aparan bir yolun konturları artıq cızılmışdı.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin təhsilinə, elminə göstərdiyi xüsusi diqqət və qayğısı göz qabağındadır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana Yeni Məktəblər” layihəsi çərçivəsində inşa edilən yüzlərlə məktəb bu sahəyə xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Prezidenti İlham Əliyev xalqın gələcəyinin elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamış, cəmiyyətdə dünya təhsil sisteminə inteqrasiyanı vacib saymışdır. Bu diqqət və qayğının nəticəsi olaraq, Azərbaycan Milli Elmlər Akademiyası ötən illər ərzində özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əmək haqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar bu əhəmiyyətli sahəyə dövlət başçısı tərəfindən göstərilən qayğının bariz ifadəsidir.
Xatırladaq ki, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə 16,6 milyon manat təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 108,6 milyon manata yüksəlmişdir. Bu rəqəm 2010-cu illə müqayisədə 5,6 faiz və ya 5,8 milyon manat çoxdur. 2011-ci ildə büdcədən elmə ayrılan xərclər ümumi büdcənin 0,9 faizini təşkil edir. Elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev elmin inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının “Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında” 16 aprel 2004-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü ilin iyulundan artırılmışdır. 2004-cü il 19 aprel tarixli “Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam isə yetişməkdə olan gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək məqsədi daşımışdır.
Milli Elmlər Akademiyasının 60 illik yubileyi ilə əlaqədar dövlət başçısının 2005-ci ildə xüsusi sərəncamlar imzalaması, görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adların, Prezident təqaüdünün və mənzillərin verilməsi cənab İlham Əliyevin bu sahəyə yüksək qayğısının əyani təzahürüdür. Akademiyanın 60 illik yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: “Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. Biz gərək bu maddi-texniki bazanı möhkəmləndirək. Akademiyanın nəzdində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək göstərək… Çalışacağam ki, akademiyanın inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim. Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır”.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür. Dövlət başçısının Milli Elmlər Akademiyasının inkişafı ilə bağlı imzaladığı bütün sənədlər, şübhəsiz ki, tezliklə Azərbaycan elmində öz müsbət nəticələrini verəcək. Bu, dövlətin elmimizə diqqətinin bir nümunəsidir.
Elmin inkişafına dövlət səviyyəsində qayğı əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qloballaşma prosesinin bütün dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə həyata keçirildiyi müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı məhz elmin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev hazırda elm, təhsil və mədəniyyət sahəsinə qayğını ardıcıl davam etdirərək elm sferası üçün mühüm olan bir sıra qərarlar qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi haqqında” 14 fevral 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmizin iqtisadi, sosial və mədəni inkişafında, elmi kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirərək Akademiyanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması və bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi haqqında tapşırıqlar vermişdir.
Dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının üzvlərinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında” 14 fevral 2004-cü il tarixli sərəncamı Azərbaycan elmində xüsusi xidmətləri olmuş alimlərimizin əməyinə verilmiş yüksək qiymət idi.
Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlarının icrası ilə bağlı qarşıda duran vəzifələrin məsuliyyətini dərk edir və bu vəzifələrin yerinə yetirilməsi üçün bütün potensialını səfərbər etmişdir.
Möhtərəm prezidentimizin sentyabrın 15-ni “Bilik günü” kimi təsis etməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında fərmanı və 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramını təsdiq etməsi şübhəsiz ki, ölkəmizdə elmin və təhsilin səviyyəsinin artmasına xidmət edəcəkdir.
Azərbaycan Milli Elmlər Akademiyası dövlət başçısının “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərmanını və “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 21 oktyabr 2004-cü il tarixli sərəncamını öz fəaliyyətində çox mühüm proqram kimi rəhbər tutur. Hazırda Akademiyada institutların və regional elmi mərkəzlərin müxtəlif dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etməsi, regionlarda elmin inkişaf etdirilməsi, elmi tədqiqatların regionların sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi üçün müvafiq tədbirlər görülür.
Azərbaycanda elmi təhlilə əsaslanan, müasir tarixi şəraitin reallıqlarını nəzərə almaqla həyata keçirilən daxili və xarici siyasət ölkəmizə digər sahələrdə olduğu kimi elm sferasında da uğurlar qazandırıb.
Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini, demokratiyanın və iqtisadiyyatın inkişafını ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər edirlər. Elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edərkən alimlərimiz milli maraqları ön plana çəkirlər.
Müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir. Azərbaycan alimləri Respulikanın ən ağır vaxtlarında dövlətimizə, ölkə Prezidentinə sadiqlik nümayiş etdirmiş və ona dayaq olmuşlar.
Son illər Azərbaycanda müşahidə olunan tendensiyalardan biri də gənclərin elmə xüsusi marağının olmasıdır. Artıq ölkəmizdə gənc fəlsəfə doktorlarına rast gəlmək mümkündür. Gənc alimlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfrans və simpozyumlarda Azərbaycanı layiqincə təmsil edir, elmi yenilikləri ilə dünya elminə öz töhfələrini verirlər. Bütün bu uğurlar ölkədə aparılan islahatlar və elmə, təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, buna görə də biz gənc alimlər ölkə başçısı İlham Əliyevə öz dərin təşəkkürümüzü bildirir və onun siyasətini dəstəklədiyimizi bəyan edirik.

Əhməd ŞAHİDOV
Filologiya üzrə Fəlsəfə Doktoru,
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib