HƏRDƏN SÖZ TAPMAYANDA…

HƏRDƏN SÖZ TAPMAYANDA…

Ana Sayfa » Yazılar » HƏRDƏN SÖZ TAPMAYANDA…
Özüm-özümlə səmimi söhbət…
Yenə dünənki günü yaşayıram… elə dünənki gün də əvvəlki kimi idi. Elə bil, həyatım sanki təkrarlanır. Eyni səhərlər açılır, hər gün eyni qatıq satan gəlib səhər saat 08:00-da məhəlləmizdə “Qatıq var, qatıq” deyərək qışqırır. Düşürəm məhləmizə, yenə eyni adamlar, eyni qonşular… “Salam Əhməd, necəsən? Möhkəm ol” deyib keçirlər. Hər gün mobil telefonuma eyni adamlar zəng edir, eyni söhbətlər, eyni istəklər… biri pul istəyir, biri deyir gəl görüşək, çay içək, qohumlar da zəng edəndə “Əhməd, nə vaxt evlənirsən, bizi unutma haa” deyirlər. Nə qədər olar axı bu təkrarçılıq?! Bəs, bir vaxtlar xəyallarda arzuladığımız, canlandırdığımız o “rəngarəng, gözəl həyat” hanı, harada qaldı?!

Açıram televizoru, yenə təkrarçılıq… AZTV Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkəsinə çevirib, ANS isə hər dəfə “Cəbhə xəttində nisbi sakitliçilikdir” ifadəsi ilə lap bezdirib tamaşaçıları… Ona görə də son vaxtlar televizora da baxmıram. Nə yaxşı ki, İnternet var, daha dəqiq desək, Facebook şəbəkəsi. Mən deyərdim, ən operativ xəbərləri məhz bu şəbəkədən alıram hər gün. Amma bu şəbəkə də bezdirici olub axır vaxtlar. Fikir verirəm, hamı eyni şeyləri təkrar-təkrar yazmaqla vaxtını keçirir… Bəzi cavan qızlar şəhərə çıxan kimi tez bir foto çəkdirib Facebooka yerləşdirir və özünün nə qədər xoşbəxt olduğunu bizlərə göstərmək istəyir… əslində özünü aldadır bununla, heç də xoşbəxt filan deyil. Yenə “Müsavat” başqanı İsa bəy gecə saat 03:00 radələrində Facebooka daxil olub nəsə yazır, camaat, xüsusən də müsavatçı gənclər başlayırlar bəh-bəhlə şərhlər yazmağa… nə qədər olar axı?! Nə qədər olar axı?! “İrəli” sədri Ceyhun Osmanlı hər gün özlərinə məxsus milli.az və ya 1news.az saytlarından linklər yerləşdirməklə öz təşkilatını reklam edir, Aydın xan Əbili isə yenə mədəniyyət sahəsində özündən savayı dahi olmadığını və bu səbəbdən də ciddi təzyiqlərlə üzləşdiyini bəyan edir. Hərdən heç tanımadığım adamlar Facebookda mənə yazır ki, nə bilim, xahiş edirəm, mənə səs ver və ya mənim hansısa fotomu, sözümü bəyən. Elə mən də onlardan geri qalmıram. Atı atın yanına bağlayanda, həmcins olar, deyiblər. Mən də hər gün ya şeirlərimdən və ya yazılarımdan hansınısa Facebookda paylaşmaqla günümün uğurlu keçdiyini düşünürəm. Yaxşı, nə vaxta kimi belə edəcəyik?! Yorulmamısınız?! Şəxsən mən yoruluram.

Yoruluram insanların maskalanmağından, yoruluram insanların hansısa etiketlər üçün həyatlarını çürütməyini seyr edəndə. Aydın xan Əbili bir dəfə yazmışdı ki, ona 22 İyul günündə fəxri ad verilmədiyinə görə, başlayacaq müxalifətçiliyə… Niyə? Nə üçün?! Hörmətli, Aydın xan, niyə özünüzü kiçildirsiz sizi sevənlərin qarşısında? Elə çıxır ki, siz bütün fəaliyyətinizi cəmiyyəti maarifləndirmək üçün etmirsiz. Bunu ona görə edirsiniz ki, dövlət sizə nəsə versin və siz bu adı üzərinizdə gəzdirməklə daha da inamla, ilhamla çalışasız, yeni-yeni adlar qazanmaq üçün?! Nə isə… Aydın xan haqqında nəsə çox danışdım. Hərdən özümə də qəribə gəlir… nə xan, nə bəy?! Aydın Əbilov və ya Aydın Əbili…

Özümə söz vermişəm ki, hər gün axşamlar çıxım bulvarda gəzim. Guya təmiz hava alım, həm də idman edim. Nə təmiz hava?! Bütün Bakının zir-zibili, mazutu, kanalizasiyası elə bulvardadır. İnsanlar da eyni, gəzişləri də eyni. Hər gün eyni adamları görürəm orada… Maşınla gedəndə də eyni qaravulçu hər gün məndən 20 qəpik alır… bezmişəm bu təkrarçılıqdan… Bilmirən nə edim, neyniyim ki, həyatım maraqlı olsun. Bəzən dostlarıma deyəndə ki, darıxıram belə yaşamaqdan, təəccüblənirlər. Deyirlər, ay Əhməd, sən də?! Sən ki, həyatda istədiyini edirsən, nə qədər ölkə gəzirsən, sən niyə bezibsən həyatdan. Deyirəm, bilmirəm, bezmişəm. Mənasız, ardıcıllığı olmayan, səmimiyyəti olmayan, yalanlarla dolu həyat yaşamaqdan bezmişəm. Bezmişəm yalandan mənə dost deyən insanların saxta gülüşünə baxmaqdan, bezmişəm evində yeməyə bir tikə çörəyi olmayan, amma səninlə üz-üzə gələndə özünü milyonçu qızı kimi aparan qızların üz cizgilərindən… əşşi hər şeydən bezmişəm…

Mən uşaqlıqda kitablarda oxuyardım ki, həyatda sevgi var, dostluq var, xoşbəxtliçilik var… Hanı?! Sizdən soruşuram hanı o dostluq, hanı o sevgi, hanı o xoşbəxtlik?! İllərdir bir yerdə olan, bir yerdə çörək kəsən insanların sənə xəyanət etməsi dostluqdurmu?! Bir qızla tanış olanda ilk öncə sənin xasiyyətini, mənəvi dünyanı xəbər almaq əvəzinə, sənin daimi işinin, evinin, maşınının olub-olmadığını soruşan qızlarlamı xoşbəxt olacam mən? Deyirlər, həyatda xoşbəxtlik var… kimisə ev alanda, maşın alanda, pulu olanda deyir xoşbəxtəm… Hamısı boş şeydir… Yoxdur həyatda nə dostluq, nə sevgi, nə də ki xoşbəxtlik…

Əhməd Şahidov
06 Avqust 2010-cu il saat 01:01, Bakı, Azərbaycan

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib