DÜNYA MƏHƏBBƏTSİZ FIRLANA BİLMƏZ!
izmir escort - izmir escort bayan fethiye escort bayan 2013mersin.net

DÜNYA MƏHƏBBƏTSİZ FIRLANA BİLMƏZ!

Ana Sayfa » Şeirlərim » DÜNYA MƏHƏBBƏTSİZ FIRLANA BİLMƏZ!

Dünyanın ən gözəl gülünü dərsəm,
Qoxusu ətrinə tay ola bilməz
Hər gün camalına nəğmələr qoşsam,
Cümlələr, sətirlər say ola bilməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Gəzsəm dörd bir yanı, bütün dünyanı
Ələk-vələk edib axtarsam əgər
Eşqindən Fərhad tək yarsam qayanı
O qaya qoynunda çiçək bitirməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Sənin gözlərinlə Günəşə baxsam,
Əlinlə uzanıb ulduza çatsam,
Bulağa çevrilib qəlbinə axsam
O Günəş, o ulduz bir daha sönməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Sanma ki, məhəbbət gəldi-gedərdi
İnsanlar ölsə də, məhəbbət ölməz
Dünyanın yaşı da sevgim qədərdi
Dünyanın yaşını heç kimsə bilməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Baxma məhəbbətin göz yaşlarına
O yaşlar heç zaman sel ola bilməz
Qurbanam o nazlı baxışlarına
O gözlər, o kiprik, tel sola bilməz
Dünya məhəbbətsiz fırlana bilməz!

Dağılsa kainat, yox olsa dünya
Torpağa qərq olsa bütün insanlar
Allah da sevgisiz ev qura bilməz
Qursa da, insanlar o evə gəlməz.
Dünya məhəbbətsiz fırlana bilməz!

Əhməd ŞAHİDOV
23 Yanvar 2012-ci il, 11:30, Bakı, Azərbaycan

Xəbərlər

Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb