Deputat Gülər Əhmədovanın köməkçisi Əhməd Şahidov: “Xanımlarla işləmək ikiqat məsuliyyət tələb edir”

Deputat Gülər Əhmədovanın köməkçisi Əhməd Şahidov: “Xanımlarla işləmək ikiqat məsuliyyət tələb edir”

Ana Sayfa » Müsahibələr » Deputat Gülər Əhmədovanın köməkçisi Əhməd Şahidov: “Xanımlarla işləmək ikiqat məsuliyyət tələb edir”

Modern.az-ın “Deputat köməkçisi” layihəsi çərcivəsində millət vəkili Gülər Əhmədovanının köməkcisi Əhməd Şahidov saytımıza müsahibə verib
Şahidov Əhməd Şair oğlu 31 avqust 1982-ci ildə Qax rayonunda anadan olub. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirib və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olub. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilini davam etdirib, 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlayıb.
23 iyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetində namizədlik dissertasiyası müdafiə edib. Prezident yanında Ali Attestasiya Komissiyasının 10 noyabr 2010-cu il tarixli qərarı ilə Əhməd Şahidova filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.
Elmi fəaliyyətilə bərabər publisist fəaliyyəti ilə də məşğul olur. 
2009-cu ilin sentyabr ayından Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Hüquq fakültəsində dövlət hüququ  ixtisası üzrə qiyabi təhsil alır. Hazırda IV kursdadır.
2010-cu ilin Sentyabr ayından Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasında müəllim kimi çalışır.
2011-ci ilin may ayından Milli Məclisdə çalışır. Xətai ikinci seçki dairəsinin deputatı Gülər Əhmədovanın köməkçisi vəzifəsində işləyir.

– Gülər xanımın köməkçisi təyin olunmağınız necə baş verdi?

– Mən Moskvada qiyabi hüquq təhsili alıram. Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs tələbəsiyəm. Hər il 2 ay Moskvada oluram. Gülər xanımın oğlu ilə 26 fevral 2010-cu ildə Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatının Moskvada təşkil etdiyi “Xocalıya Ədalət” kampaniyası tədbirində tanış olmuşduq. Biz birlikdə Moskvada təhsil alırdıq, yaxından dostluq münasibətlərimiz yarandı, universitetdən sonra həmişə bir yerdə olurduq. Gülər xanımla da ondan sonra tanışlığım başlandı.

– Gülər Əhmədova ilə işləmək çətin deyil ki?

– Çətin deyil, amma çox məsuliyyətlidir. Ümumiyyətlə, xanımlarla işləmək ikiqat diqqət və məsiliyyət tələb edən bir işdir. Köməkçi kimi öz davranışına, geyiminə, danışığına xüsusi diqqət yetirməlisən. Bir də ki, Gülər xanım sıradan bir millət vəkili deyil. Artıq 12 ildir ki, deputatdır, kifayət qədər tanınmış və ictimai-siyasi çəkiyə malik bir xanımdır. Hər gün görüşlər, toplantılar, müxtəlif tədbirlər və səfərlər bu xanımın adi iş rejimidir. Belə bir insanla çalışmaq, sözsüz ki, bir köməkçi kimi məni də bu rejimə uyğunlaşmağa məcbur edir. Təzə-təzə çox çətin idi uyğunlaşmaq, amma artıq bu gərgin iş rejiminə alışmışam. Həm də bu, mənim gələcək karyeram üçün də çox xeyirdir, Gülər xanım ilə çalışmaq mənim üçün böyük təcrübədir.

– Onun seçildiyi dairənin seçiciləri ilə necə işləyirsiniz?

– Bilirsiniz ki, Gülər xanım 34 saylı Xətai ikinci seçki dairəsinin deputatıdır. Və həmin dairənin sakinləri mütəmadi olaraq, mənimlə əlaqə yaradırlar, onları narahat edən məsələlərlə bağlı müraicət edirlər. Bilməyənlər üçün də xatırladım ki, 055 205 65 65 nömrəli telefon mənim deputat köməkçisi kimi xidməti telefonumdur. Bu telefona hər gün yüzlərlə zənglər daxil olur. Hamısına xüsusi diqqət və qayğı ilə yanaşıram. Seçicilərin əksəriyyəti birbaşa Milli Məclisə gəlir. Hər həftənin 2-ci və 5-ci günləri saat 14:00-da Gülər xanımın qəbul günləridir.

– Seçicilər əsasən hansı məsələlərlə bağlı müraciət edirlər?

– Müraciətlər müxtəlif olur: mənzil problemi, işıq, qaz, su məsələləri. Qış ayları gəldiyindən seçicilər əsasən istilik məsələlərinə görə daha çox zəng edirlər. Amma Gülər xanım həm də Respublika Uşaq Təşkilatının sədri olduğundan seçicilər, həm də tamam başqa dairələrin sakinləri də bizə uşaqlarla bağlı müraciətlər edirlər. Birisi uşaq evlərindən uşaq götürmək istəyir, başqası xəstə uşağının müalicəsi ilə bağlı xahiş edir, hətta məhkəmə yolu ilə boşanan insanların uşaq üstündə mübahisələri də düşür ki, onlar da yenə bizə müraciət edirlər. Amma yenə də buna baxmayaraq, Gülər xanım bir millət vəkili kimi bu məsələlərlə bağlı ona müraciət edən şəxsləri qəbul edir, onların problemlərinin həll edilməsində vasitəçi olur.

– Köməkçi işləmək elmi fəaliyyətə və bədii yaradıcılığa maneçilik yaradırmı?

– Xeyr, əsla maneçiliyi yoxdur. Bilirsiniz ki, mən filologiya üzrə fəlsəfə doktoruyam, bir-neçə kitabım işıq üzü görüb. İndi də 2 kitab üzərində çalışıram. Paralel olaraq, Milli Məclisdə çalışdığımdan elmi və publisistik fəaliyyətimdə fasilələr yaranmasın deyə gecələr də çalışıram. Millət vəkili köməkçisi olmağım əksinə daha da işimin xeyrinədir. Məni tanıyanların və oxucularımın auditoriyası daha da çoxalmış və bu sırada ziyalı insanların sayı da artmışdır. Həm də Gülər xanım ilə elm sahəsində həmkar olduğumuzdan onun mənə dəstəyini duymaqdayam. Gülər xanım psixologiya üzrə fəlsəfə doktoru olduğundan, məni daha yaxşı başa düşür, mənim elmi fəaliyyətimdə mənə yardımçı olur, beynəlxalq elmi konfranslarda çıxış etməyim, xaricdə təhsil almağım üçün mənə hərtərəfli yardım edir. Hətta bu yaxınlarda Gülər xanım ilə həmmüəllif kimi bir kitabımız da işıq üzü görəcək. Türk dövlətlərinin xarici siyasətindən bəhs edəcək bu kitabda hər ikimizin Türk dünyası ilə bağlı çox səmərəli fikirləri yer alacaq. Bu, mənim üçün çox böyük uğurdur!

– Bəs özünüzün gələcəkdə deputatlığa namizədliyininzi vermək fikriniz varmı?

– Bu haqda heç vaxt düşünməmişəm.

– Millət vəkili Kamilə Əliyeva büdcə müzakirələri zamanı deputat köməkçilərinə dövlət qulluqçusu statusunun verilməsini təklif etdi. Bu təklifə münasibətiniz necədir?

– Bu təklifi mən də eşitmişəm və alqışlayıram. Yaxşı olardı ki, deputat köməkçiləri də dövlət qulluqçusu sayılsın və xüsusi imtiyazlara malik olsunlar. Hər halda rəhbərlik necə məsləhət bilsə, elə yaxşıdır. Bizdən ancaq gözləmək qalır.

– Bir neçə kəlmə də Əvəz Zeynallı işi barədə. Sizcə bu məsələdə Gülər xanım nə dərəcədə haqlıdır?

– Bu suala cavabım birmənalıdır: Gülər Əhmədovanın Əvəz Zeynallı barəsində şikayət etməsi hüquqa tam uyğundur.
O ki qaldı məsələnin insani tərəfinə, hüquqi addım atmış bir millət vəkilinə onun qadınlığını silah edərək vuruşmaq heç bir kişiliyə sığışmır. Belə olan halda Gülər xanıma da dəyər verən insanlar əks addım ataraq, onu təhqir edən insanların ailəsi ilə bağlı həmin addımları atmaq məcburiyyətində qalırlar. Əlbəttə ki, bu, xoşagəlməz haldır.
Gülər xanım bu addımı atarkən nələrlə qarşılaşacağını əvvəlcədən bilirdi. Və bizi də hər şeyə hazır olmağa, hücumlara qarşı səbrli və dözümlü olmağa inandıra bilmişdi. Odur ki, biz bütün təhqirlərə və söyüşlərə maksimum tolerant yanaşmağa çalışırıq, çünki inanırıq ki, zaman kimin kim olduğunu göstərəcək və qaragüruha qoşulmuş bir çox şəxslər özlərində güc tapıb üzr istətəyəcəklər. Biz ədalətə inanırıq və ona sığınırıq!

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb