DALĞAÇILAR…

DALĞAÇILAR…

Ana Sayfa » Yazılar » DALĞAÇILAR…
Kimdir onlar?!… mentalitetin düşmənləri, əxlaqsızlar, müasir gənclər, intellektuallar, inqilabçılar, yoxsa kim?!
Azərbaycanda kifayət qədər gənclər təşkilatı var ki, hamısıyla aşağı-yuxarı tanışam. Bir çoxları ilə yaxından dostluq münasibətlərim olsa da, bəzilərinin fəaliyyətləri barədə məlumatım var. Onların içində demokratlar da var, millətçilər də, qaragurufçular da, təxribatçılar da, əqidəsiz olub sadəcə pula işləyən muzdlu gənclər də. Bu gənclərin hər birinin cəmiyyətdə öz yeri var, pis-yaxşı özlərini tanıda biliblər.
Təqribən 2005-ci ildə isə yeni bir gənclər təşkilatı barədə eşitdim. Özüm də Azərbaycanın o vaxtkı ən məşhur gənclər hərəkatlarından birinin rəhbərlərindən biri olmuşam. O zaman ilk dəfə “Dalğa” Gənclər Hərəkatının fəaliyyəti, sıravi üzvləri barədə günbəgün məlumatlar eşidirdim. O baxtkı bizlərdən fərqli olaraq, bu gənclər tamam fərqli yönümdə mübarizə aparırdılar. Bilmirəm, onların bu fəaliyyətini mübarizə adlandırmaq düzgün olardımı, yoxsa yox. Amma yazımın sonunda bu fəaliyyətin nə dərəcədə mübarizə olub-olmadığını qoy oxucularım qiymətləndirsinlər. Mən sadəcə faktlar üzərində danışmağa çalışacam.
Sözün açığı, ilk günlər dalğaçılara birtəhər baxırdım, hətta yaxından tanış olduğum ilk vaxtlardan onlara kəskin nifrətim də var idi. Özümə görə, arqumentlərim də var idi. Heç vaxt siqaret və alkoqol qəbul etməyən, həmişə Allaha inanan, Vətənini dəlicəsinə sevən bir şəxs kimi bu gəncləri, onların düşüncə və həyat tərzini heç cür qəbul edə bilmirdim. Fikirləşirdim ki, necə ola bilər axı? – cavan-cavan qızlar harada gəldi, şəhərin ortasında, yerdə-bucaqda oturub siqaret çəkir, araq və pivə içir, avara-avara paltarlar geyinir və küçə musiqilərinə qulaq asırlar. Əvvəlcə düşünürdüm ki, yəqin bu gənclər həyatdan küsmüş, xoşbəxtçilikdən məhrum olmuş, ailələrində ruzi-bərəkət olmayan və bu səbəbdən də tüfeyli həyata meylli olan sərsəri gənclərdir. Hərdən yazığım da gəlirdi onlara. Onların sevgisi də yad idi mənə. Bir gün bir qızla sevişən, sabahısı gün həmin qızın bacısını özünə nişanlı elan edən bu gənclərin əksəriyyətini hətta küçədə görsəydim, döyə də bilərdim. Sanki, içimdə bu haqqı özümə vermişdim.
Yavaş-yavaş bu gənclərlə yaxından ünsiyyətim baş tuturdu. Onların içinə girib, onların əsl simasını özüm üçün yəqin etmək istəyirdim. İlk günlər əsəbimdən gündüzlər dəli kimi idim, gecələr isə yata bilmirdim. Düşünürdüm ki, ay Allah, necə ola bilər ki, eyni ölkədə yaşayaq, eyni suyu-havanı qəbul edək, amma mən tam normal olum, amma bu gənclər fərqli. Bu gənclərə baxıb, özümü normal insan hesab edirdim. Onlarla müxtəlif mövzularda söhbətlərim, səmimi diskussiyalarım da olub zaman-zaman. Ramin Hacılı, Vəfa Cəfərova, Rövşən Nəcəfov, Elşən Gəncəvi, Orxan Nəbiyev, nə bilim daha kimlərlə…
Onların fəaliyyətləri də tam fərqli idi. Biz küçələrdə polislərlə əlbəyaxa olanda, döyüləndə, bu gənclər küçədə ayaqyalın gəzirdilər və bununla guya kiməsə, nəyisə sübut etməyə çalışırdılar. Hansısa heykəlin qarşısında tamaşa keçirirdilər, bununla da fərqli olduqlarını sübut etməyə çalışırdılar. Xaqani 33 ünvanındakı binanı su ilə yumağa cəhd edib, hansısa şüuraltı mesaj verməyə çalışırdılar. Açığını desəm, onların bu fəaliyyətlərini görüb onlara gülürdük, qəh-qəhqəhə çəkirdik. Onların qız üzvlərini əxlaqsız, oğlanlarını isə haradasa mavi kimi qəbul edirdik. Onları hətta cəmiyyətimizin qara ləkəsi və mentalitetimizin düşməni də adlandırırdıq.
Amma zaman keçdikcə, illər ötdükcə, görürdüm ki, onların fəaliyyəti nəinki Azərbaycanda, hətta xaricdə də xatırlanır, onların qeyri-adi aksiyaları barədə yazılır, onlardan sitatlar gətirilir. Bizlərin fəaliyyəti isə həmişə həbslərlə müşahidə olunur, qan-qaraçılıqla üzləşirik, evdəkilər narahat olur və sonda da istədiyimiz nəticəni əldə edə bilmirik, istədiyimiz mesajı cəmiyyətə çatdıra bilmirik, sadəcə həbs olunuruq və adlarımız hansısa təşkilatlara, qurumlara göndərilir və s. Yox, əgər bizim məqsədimiz sadəcə həbs olunmaqdırsa, onda elə ənənəvi gənclər düzgün yoldadırlar. Axı, heç kimin məqsədi həbs olunmaq deyil. Hamı istəyir və öz dili ilə deyir ki, bizim məqsədimiz cəmiyyəti maarifləndirmək, insanlara öz hüquqlarını başa salmaq və tədricən cəmiyyətimizi, ölkəmizi dəyişmək, daha azad və demokratik ölkədə yaşamaqdır. Əgər bu, bizim ana xəttimizdirsə, ondan niyə həbsə can atırıq?! Həbs olunmayıb da, bu məqsədlərə nail olmaq mümkün deyilmi, əcaba?!
Dalğaçılarla tanışlığım artıq dostluq müstəvisinə keçdikcə, mən də nələrisə qəbul etməyə, hətta onlardan bəzi şeyləri öyrənməyə başladım. Hər şey müqayisədə ortaya çıxır, deyirlər. Gəlin sıravi bir dalğaçıyla, hər hansı ənənəvi gənci müqayisə edək. Onların həyat tərzini, dünya görüşünü, həyata baxışları arasında paralel aparaq. Götürək elə, sıravi dalğaçı ilə hər hansı müxalifət yönümlü siyasi partiyanın və ya millətçi bir partiyanın gənclər təşkilatının sədrini. Həmin şəxs AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı da ola bilər, “Müsavat” Gənclər Təşkilatının sədri Tural Abbaslı da ola bilər, VHP üzvü Samir Əsədli də, fəal gənclərdən Seymur Həziyev də, Ağasif Şakiroğlu da… və ya bucür başqa siyasi gənc də. Hər iki tərəf cəmiyyətdə kifayət qədər tanınmış gənclərdir, hər ikisinin ətrafında kifayət qədər insanlar toplaşa bilib. Amma bir məqama fikir verin. Siyasi partiya ətrafındakı gənclər onun şəxsinə görə deyil, həmin siyasi partiyanın nüfuzuna görə o partiyaya toplaşırlarsa, dalğaçı gəncdə bu, bir qədər fərqlidir. Dalğanın ətrafındakı gənclər bir-birilə olan münasibətlərdən, dostluqdan bəhrələnib öz ətraflarında toplaşıblar. Digər tərəfdən, siyasi partiya üzvü olan gənc mühafizəkar düşüncəyə malik siyasi bir gəncdir. O, bu yola başlamazdan əvvəl artıq onun üçün konkret cizgilər cızılıb. Mənsub olduğu partiyanın nizamnaməsini qəbul etmək, başqanın verdiyi əmr və göstərişləri qəbul etmək, sədrin dediyi vaxtda aksiya keçimək və sairə. Bu, bir növ həbri xidməti xatırladır. Məsələn, mən inanmıram ki, hər hansı siyasi gənc partiya sədrinin hər hansı fikrinə qarşı öz münasibətini bildirsin və başqanını tənqid etsin. Buna cürət etməz. Əgər bunu etsə belə, dərhal onu satqın, xain və ya təxribatçı elan edib, partiyadan qovarlar. Deməli, gəncin arzuları, fikirləri, imkanları konkret çərçivəyə salınır. Həmin siyasi gənc partiya qərargahına gələndə geyiminə fikir verir, məcburən üzünü qırxır, istədi-istəmədi kostyum geyinir və əlində də həmin partiyanın maliyyələşdirdiyi qəzetin bugünkü sayını alır. Bununla, sanki həmin siyasi gənc mənsub olduğu partiyaya sadiqliyini nümayiş etdirmiş olur. Yenə təkrar edirəm, istədi-istəmədi, bunu edir, etmək məcburiyyətində qalır. Demək, demokratiyanın elə ilk qanunu buradaca pozulur və kiçik bir diktatura yaranır. Mən inanmıram ki, hər hansı AXCP və ya Müsavat üzvü olan gənc qərargahda “Səs” qəzetini açıb oxumağa, həmin qəzetə pul verib almağa cürət etsin. Ola bilər ki, həmin “Səs” qəzetinin bugünkü sayında hansısa əcnəbi alimlə müsahibə dərc edilib. Çox maraqlı müsahibədir, amma siyasi gənc buna cürət etməz. Alsa da, evdə oxuyar ki, partiya yoldaşları görməsin.
Mən görməmişəm ki, hansısa siyasi gənc partiyasının tutduğu mövqeni, siyasəti tənqid etsin. Olmaz. Dərhal partiya sıralarından uzaqlaşdırıla bilər. Amma həmin partiyalar cəmiyyətdə azadlıqdan, demokratiyadan danışırlar. Nə isə…
Qayıdan yenə Dalğaya… Dalğada vəziyyət fərqlidir. Bu təşkilatda sanki hamı bərabərdir, üzvlər arasında subordinasiya qaydaları mövcud deyil. Dünən Dalğaya üzv olan hansısa gənc cürət edib qocaman dalğaçı Ramin Hacılıya nəsə deyə bilir, hətta onu tənqid də edə bilər. Bəzən deyirlər ki, dalğaçılar əxlaqsızdırlar, çünki küçədə oturub öpüşürlər, sevişirlər. Mən də bunun şahidi olmuşam. Nəinki sıravi üzvlərinin, hətta Ramin Hacılının bulvarda bir qızla qucaqlaşıb öpüşdüyünü də görmək şansım olub. Amma səhərisi gün Raminə bu barədə deyəndə, Ramin bunu gizlətmir. Deyir, sevgilimdir, öpdüm. Kimə nə pisliyim dəydi ki?! Düzdür, mən şəxsən bu cəhətə haqq qazandırmıram. Mən heç vaxt küçədə hansısa qızı qucaqlayıb öpmərəm. İstər sevgilim olsun, istərsə də başqası. Amma bu, mənə haqq vermir ki, mənim xoşlamadığım bütün cəhətləri əxlaqsızlıq adlandırım. Məhz bu hərəkətə əxlaqsızlıq kimi baxanlar özləri həftədə 1-2 dəfə “massaj” adıyla əxlaqsızlıq məkanlarına getmirlərmi?! Tanımadıqları qadınlarla cinsi əlaqədə olmurlarmı?! Soruşanda da belə hadisənin olmadığını, belə işlərlə məşğul olmadıqlarını israrla bildirirlər.

Həm də deyirlər ki, dalğaçıların imici qəbul edilməzdir, birisi əcaib saqqal saxlayır, başqası şlyapa taxır, cırıx cins geyinir və sairə… Düzdür, dalğaçılar bucürdür. Bu, onların imici deyil, stili deyil. Bu, onların seçimidir. Təşkilat olaraq seçimi deyil, fərd olaraq seçimləridir. Çünki, Dalğa Gənclər Hərəkatında hamı istədiyi kimi geyinir, məhz istədiyi kimi… heç vaxt Ramin Hacılı kiməsə deyə bilməz ki, bəs mən şlyapa geyinirəm, sən də şlyapa geyin. Əksinə, bəzi dalğaçı gənclər Raminin bu imicinə haqq qazandırır, baziləri rişxənd edir. Amma Ramin Hacılı heç kimdən incimir, heç kimə öz etirazını bildirmir. Çünki, Ramin öz geyimində müstəqil olduğu kimi, onun geyiminə münasibət bildirənlər də tam müstəqil insanlardır. Ümumiyyətlə, bu geyim, imic söhbətləri xırda məsələlərdir, məncə…
Əsas olanı gedilən yol, əqidə və əldə olunan nəticələrdir. Əgər bugün sıravi dalğaçı ilə söhbət edəndə onun dilindən ensiklopedik məlumatlar, dünyada baş verən ictimai-siyasi hadisələrə düzgün qiymət eşidirsənsə, deməli bu gənclərin gələcəyinə ümid var. Amma əfsuslar olsun ki, ənənəvi siyasi partiya üzvü olan gənclərdə bir qədər intellektual səviyyə aşağıdır. Bu gənclər üçün əsas dəyər daha radikal olmaq, daha çox məhbəsdə yatmaq və dünyadakı hadisələrə öz dar prizmasından yanaşmaqdır. Məhz bu səbəbdən də dalğaçı gənclərlə söhbət zamanı onları hər hansı informasiyaya inandırmaq mümkündür. Çünki, dialoqa hər zaman açıq olan bu gənclər təkcə öz prizmasından deyil, qarşı tərəfin də baxış bucağından düşünə bilirlər. Amma siyasi gənclər (istər müxalifət, istərsə də iqtidar) yalnız öz dediklərini deyib dururlar və fərqli düşüncə tərzini heç cür qəbul və ya analiz edə bilmirlər. Və bu cəhətin özü onların dünyagörüşünün daha da genişlənməsinə mane olur.
Dalğaçıların, mənə görə, müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də olmamış deyil. Məncə, həmin gənclər Azərbaycan üçün hələ tezdilər. Başqa sözlə, onların fəaliyyəti bir qədər asta tərzdə cərəyan etməlidir. Onlar hər şeyi zaman-zaman qavramaq üçün cəmiyyətə bir qədər vaxt verməlidirlər. Bütün fikirlərini qısa vaxt ərzində ortaya qoymaqla, əksinə cəmiyyəti özlərindən uzaqlaşdırmış olurlar. Həm də bucür gənclərdə bir az cəsarət çatışmır… daha fəlsəfi, daha inqilabi, daha şüuraltı mesajlar verə biləcək aksiyaların həyata keçirilməsi üçün cəsarət…
Həm də Dalğaya qoşulan gənclərin bəziləri sonlarını əyyaşlıqla, narkomaniya ilə bitirə bilərlər. Bu, o demək deyil ki, Dalğa Gənclər Hərəkatında bucür həyat tərzi təbliğ olunur, əksinə burada tam müstəqillikdir. Məhz bu müstəqillikdən sui-istifadə edib, fələyə uymaq, şeytana uymaq qətiyyən olmaz. Bir şeyi yaddan çıxarmayın ki, həyatda tam azadlıq yoxdur və heç vax da ola bilməz. Çünki, tam müstəqillik sonda xaosa, özbaşınalığa və özünüməhvə gəririb çıxara bilər. Son olaraq, azadlıq barədə fikirlərimi öz “Nədir axı Azadlıq?!” şeirimdən bir kublet ilə bitirmək istərdim…
Öz ruhunu azad et, cavan oğlan!
Azad ol nifrətdən, azad ol kindən.
Azad ol həyatda bir şey düşünüb,
Başqa şeyi dilinə gətirməkdən.
Özün ol, həyatda özün qərar ver,
Necə yaşamağı, necə olmağı,
Kiminsə sözüylə oturub-durub,
Unut getsin, kölə tək yaşamağı.
Kimsə sənə deməsin ki, azad ol.
Özün daxilində qərar ver buna.
Cismini təmizlə, ruhən azad ol,
Onda görəcəksən, nədir azadlıq.
Əhməd ŞAHİDOV
29 İyul 2010-cu il, Bakı, Azərbaycan

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb