CAN DOSTUM!

CAN DOSTUM!

Ana Sayfa » Yazılar » CAN DOSTUM!

Onunla tanışlıqdan əvvəl və sonrakı həyatım…
Həyatda həmişə təkliyə can atmışam. Evdə, məhəllədə, universitetdə, bir sözlə hər yerdə tək olmuşam. İçimdə insanlara qarşı həmişə ehtiyyatlılıq, bir növ etibarsızlıq var idi. Çünki, indiyə qədər əsl dostluğun nədən ibarət olduğunu bilmirdim. Bəlkə də günah məndə olub, qapalı həyat tərzi sürməyim, insanlara yuxarıdan aşağı baxmağım başqalarına olan münasibətimi formalaşdırmış, bu səbəbdən də dostluq hisslərindən xeyli uzaq olmuşam. Həmişə bir-birinə can deyib, can eşidən və əsl dost olan insanları görəndə sanki paxıllığım tuturdu. Biri malından, var-dövlətindən keçir dostu üçün, digəri hətta canını da oda yaxır yaxın dostu üçün. Qəribə gəlirdi mənə belə şeylər.

Özümdə bu qabiliyyəti, hətta mən deyərdim cürəti görə bilmirdim. Əslində, bu, təkcə mənim günahım sayıla bilməzdi. Çünki, hər bir insanın özünə uyğun, onun mənəvi duyğularına, hətta dünya görüşünə və imkanlarına uyğun dostu olur. Mən isə belə insanı kəşf edə bilməmişdim hələ ki.

Amma bu “hələ ki”nin də bir məntiqi sonu olacağına inanırdım. Özüm də çalışırdım buna, axtarırdım əsl dostumu. Və tapdım. Əslində onunla dostluğum barədə demək olar ki, hamı bilir. Hətta ona əli çatmayan yüzlərlə insan birbaşa mənə məktub yazır, zənglər edir və Zirəddin Rzayevlə görüşməyi istəyirlər. Bəli, bugünkü söhbətim yenə onun barəsində olacaq. Əslində mənim həyatımda çox önəmli bir yeri olan bu cavan oğlan barədə saatlarla danışa bilərəm. Çünki, mən həyatımı iki hissəyə bölürəm: onunla tanışlığa qədər olan ömrüm və Zirəddinlə tanışlıqdan sonrakı zaman. Bəziləri üçün qəribə görünə bilər, amma mən onu tanıyandan sonra özümü də tanıdım. Bütün ətrafa, dünyaya, hətta özümə də münasibətim dəyişdi. Tamam başqa Əhməd oldum sanki. Əsl dostluğun nədən ibarət olduğunu, bir insana görə nəinki var-dövlətindən, hətta canından da keçməyin necə ola biləcəyini anladım. Əslində onunla ekstresens kimi tanış olsam da, sonda onunla sadəcə Zirəddin kimi dost oldum. İndi məni qətiyyən maraqlandırmır ki, Zirəddin Rzayev bütün dünyada tanınmış insandır, onun barəsində verilişlər, hətta kinolar çəkilir. Yox! Məni maraqlandıran Azərbaycanın gözəl guşələrindən olan Şəmkirin gözündən yaş kimi süzülüb gələn can dostum Zirəddindir.

Onunla adi söhbətin nə demək olduğunu bilənlər bilir. Təkcə ekstrasens deyil Zirəddin. Şair ruhlu insan, gözəl ailə başçısı, mehriban insan, xeyriyyəçi gənc, əsl dost və səmimi həmsöhbət. Mənimlə eyni yaşdadır. Amma hər kəlməsində müdriklik, uzaqgörənlik və qayğıkeşlik duyulur. Həm də səmimi zarafatları var onun. Onu özüm qədər tanıdığımı sanıram. Tanıyıram və çox istəyirəm. Onunla saatlarla bir yerdə olmaqdan, maraqlı söhbətlər etməkdən usanmıram heç vaxt. Hər tərəfli yardımçı olur mənə həyatda. Hələ indiyə kimi heç kimdən görmədiyim yaxşılıqları, mehribançılığı məhz Zirəddindən gördüm. İlk günlər təəccübdən donub qalırdım. İnsanlığın hələ də ölmədiyini hiss edirdim. Məhz Zirəddin kimi insanların sayəsində biz dünyada haqq-ədalətin, insanlığın, səmimiyyətin və nəhayət dostluğun hələ də tükənmədiyinin şahidi oluruq. Və buna görə də ilk növbədə Allaha şükürlər edirik.

Allaha şükür edirəm ki, Zirəddin kimi insanı yaradıb, onu mənim qarşıma çıxarıb. Bu dəqiqə nə qədər xoşbəxt olduğumu kimsə hiss edə bilməz. Çünki illərdir ki, hiss edə bilmədiyim anları mənə bəxş etdi onunla tanışlıq. Maddi həyatımda da çox köməyi olub. Həmişə dara düşəndə, hər hansı çətinliyim olanda dərhal özü zəng edirdi. Moskvada təhsil almağın nə qədər çətin olduğunu, bunun maddi qarşılığını ödəməyin mənim kimi sıravi Azərbaycan gəncinə nə qədər baha başa gəldiyini təsəvvür etmək çətin deyil. Mən təkbaşına bu boyda yükün altından çıxa bilməzdim. Yenə Zirəddin kömək əlini uzatdı. İnanmazsız bəlkə, amma elə anlarım olub ki, Moskva kimi şəhərdə cibimdə son rubllarım qalan günlərim də olub. Qürurum imkan verməyib ki, kimdənsə yardım istəyim. Amma bu an qəfil Zirəddin zəng edir və pulumun qurtardığını soruşub mənə kömək edir. Təəccüblüdür. Axı, o, haradan bilir və necə hiss edir bunları?! O qədər səmimi insandır ki, ona hər sözümü, problemimi açıb deyə bilirəm. Bəlkə də evdə valideynlərimə deyə bilmədiyim bəzi sıxıntılarımı məhz təklikdə Zirəddinə deyə bilirəm. Moskvada olanda qohumlarımın əksəriyyətinin bu şəhərdə yaşamasına baxmayaraq, çətinliklə üzləşəndə ilk öncə Zirəddin yadıma düşür.

Məni heç zaman qırmayıb Zirəddin. Bütün istəklərimi, arzularımı yerinə yetirib. Odur ki, onun mənə etdiklərinin əvəzini qismən də olsa, ödəmək üçün əlimdən gələni edirəm. Bunun üçün hər şeyimdən, hətta Allahın mənə bəxş etdiyi canımdan da keçməyə hazıram. Bir sözlə, can dostumdur Zirəddin Rzayev. Ona atılan hər bir şər, böhtan sanki mənim qəlbimə açılan namərd gülləsidir. Allah bütün yaxşı insanları namərd gülləsindən qorusun!

PhD Əhməd Şahidov

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb