“Bütün qafqazlılar kimi azərbaycanlılar üçün də Rusiyada yaşamaq və təhsil almaq müəyyən mənada təhlükəli sayıla bilər”

“Bütün qafqazlılar kimi azərbaycanlılar üçün də Rusiyada yaşamaq və təhsil almaq müəyyən mənada təhlükəli sayıla bilər”

Ana Sayfa » Müsahibələr » “Bütün qafqazlılar kimi azərbaycanlılar üçün də Rusiyada yaşamaq və təhsil almaq müəyyən mənada təhlükəli sayıla bilər”

Müsahibimiz Rusiya Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsinin “”Dövlət hüququ” ixtisasının II kurs tələbəsi, filologiya elmləri namizədi Əhməd Şahidovdur.
Qısa tərcümeyi-halı
Şahidov Əhməd Şair oğlu 1982-ci ildə anadan olub. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirmiş və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olmuşdur. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilini davam etdirmiş, 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlamışdır. 2005-2008-ci illərdə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasında aspirant kimi elmi tədqiqatlar aparmışdır.
23 İyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin  D.02.071 Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyasını müdafiə etmiş və filologiya elmləri namizədi elmi adını almışdır.
Elmi fəaliyyətiylə bərabər publisist fəaliyyəti ilə də məşğul olur. İndiyə kimi yerli mətbuatda müxtəlif mövzularda məqalələri işıq üzü görüb. Bundan başqa, 2005-2007-ci illərdə Rusiyada dərc olunan beynəlxalq NRS (Novoe Russkoe Slovo) qəzetində 300-ə yaxın məqaləsi dərc olunub.
2009-cu ilin sentyabr ayından Rusiya Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsində “Dövlət hüququ” ixtisasının II kursunda təhsil alır.

Oradakı universitetə daxil olmaq üçün hansı sənədlər tələb olunur və hara müraciət etmək lazımdır?
– Mənim təhsil aldığım Rusiya Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasına daxil olmaq üçün ümumrusiya vahid imtahan sistemindən keçmək və daha sonra akademiya daxilindəki imtahanları vermək lazımdır. Yəni, iki etapdan keçmək gərəkdir. Bunun üçün siz orta və ya ali təhsil barədə diplomu, 4 ədəd 3×4 qara şəkilinizi, pasportunuzu və bir-neçə xırda sənədləri təqdim etməlisiniz. Bütün məlumatlar akademiyanın internet saytında (www.rags.ru) yerləşdirilib. Lakin mən ümumrusiya vahid imtahan sistemindən keçməmişəm. Elmi dərəcəm olduğundan mənə güzəşt olunub və mən birbaşa ikinci kursa qəbul olunmuşam.

Azərbaycanlı tələbələr üçün Rusiyada təhsil almaq və yaşamaq təhlükəli deyil ki?
– Bütün qafqazlılar kimi azərbaycanlılar üçün də Rusiyada yaşamaq və təhsil almaq müəyyən mənada təhlükəli sayıla bilər. İlk növbədə Rusiyada qeydiyyat problemi və radikal rus millətçiləri – dazbaşların hücumlarından qorunmaq lazım olur. Amma mən bir az sarışın olduğumdan bu təhlükə ilə çox da üzləşmirəm, amma yenə də bəzən görürsən ki, azərbaycanlı olduğum hiss olunur. Amma yenə də hər şey fərdin öz şəxsi keyfiyyətlərindən asılıdır. İnsanı yaxından tanıyandan sonra nəinki rusların, digər millətlərin nümayəndələrinin də münasibəti dəyişir. Ona görə də, bir azərbaycanlı kimi çalışıram ki, özümü nümunəvi göstərim ki, ümumən Azərbaycan haqqında müsbət fikir formalaşsın.

Rusiyanın təhsil sistemi Azərbaycan tələblərini hansı özəlliklərinə görə cəlb edə bilər?
– Rusiyada təhsil sistemi mənim çox xoşuma gəlir. Çünki, burada gənclər üçün təhsil məcburi olmadığından əksər gənclər universitetlərdə təhsil almağa yollanmırlar. Odur ki, universitetə daxil olanların əksəriyyəti oxumaq arzusunda olan intellektual gənclərdir. Burada universitetlərin maddi-texniki bazası da çox zəngindir. Burada, mən şahidi olduğum qədər, rüşvət halları da yoxdur. Odur ki, oxuyan tələbə rahatlıqla qiymət ala bilir. Həm də Rusiya qüdrətli ölkədir, buranın təhsili də müəyyən mənada yüksək səviyyədədir.

Səncə Rusiyada ən çox hansı ixtisaslarda təhsil alıb Azərbaycanda yaxşı iş tapmaq mümkündür?
– Mənə elə gəlir ki, Azərbaycanda karyera sahibi olmaq üçün Rusiyada hüquq, idarəetmə, tibb, beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil almaq məsləhətdir. Çünki, Azərbaycanda hakimiyyətdə olan rəhbər şəxslərin əksəriyyəti bir zamanlar Rusiyada təhsil aldıqlarından məhz bucür kadrlara üstünlük verirlər. Həm də Azərbaycanda dövlət idarəçiliyi müəyyən mənada Rusiya təcrübəsindən yararlanır.

Rus tələbələrin Azərbaycanlılara münasibəti necədir?
– Yenə deyirəm, bütün qafqazlılar kimi azərbaycanlılara da münasibət ilk baxışdan mənfidir. Bizə sanki qara millət kimi yanaşırlar. Amma bir-neçə gündən sonra ki, yaxından ünsiyyətdə olursan, görürlər ki, azərbaycanlılar təkcə bazarlarda ticarət etmir. Azərbaycanlılar içərisindən alimlər, ziyalılar, hüquqşünaslar, həkimlər da çıxır, ən əsası isə mehriban və təmiz insanlar yetişir. Bundan sonra milli mənsubiyyət yaddan çıxır və sənə fərdi keyfiyyətlərinə görə yanaşmağa başlayırlar. İndiyə kimi mənimlə təhsil alan tələbələrdən mənə qarşı mənfi münasibət görməmişəm, əksinə çox mehriban və təmiz münasibət saxlayırıq.

Siz orada hər hansı bir içtimai fəaliyyətlə məşğul olursunuzmu?
– Mən burada akademiyada oxumaqdan başqa, həm də beynəlxalq Novoe Russkoe Slovo (NRS) qəzetində jurnalist kimi fəaliyyət göstərirəm, eyni zamanda təhsil aldığım akademiyada dərc olunan “RAQS Novosti” jurnalında məqalələrimi dərc etdirməklə məşğulam.

Sirr deyilsə, bir günə nə qədər xərcin çıxır (yemək, kitab və s.)?
– Vallah, sirr deyil. Amma Azərbaycandan çox da fərqlənmir. Burada əsas problem nəqliyyatla bağlıdır. Belə ki, mənim yaşadığım mənzil akademiyadan çox uzaqdadır. Səhər saat 9-da dərsə çatmaq üçün saat 07:30-dan evdən çıxıram. Üç dəfə marşrut dəyişirəm, avtobusda biletin qiyməti 30 rubldur (təqribən 80 qəpik). Amma yeyib-içmək demək olar ki, Bakıdakı kimidir. Əgər adi gün yaşasam, evdən dərsə, dərsdən də evə getsəm, bir gündə 500-600 rubl xərcləyirəm ki, bu da bizim pulnan 15 manat edir. Amma mən özüm bir qədər dinamik həyat yaşamağı xoşlayıram və buna görə də dərsdən çıxan kimi evə getməyi xoşlamıram. Dostlarımla ora-bura gedirik, əylənirik və buna görə də bəzi günlər 1500-2000 rubl (50-60 manat) pulum çıxır.

Rusiya ali təhsil ocaqlarında korrupsiya hallari varmı?
– Bütün Rusiya təhsil ocaqları haqqında danışa bilmərəm. Amma mən təhsil aldığım akademiyada, xüsusən də “Hüquq” fakültəsində rüşvət hallarına rast gəlməmişəm. Çünki, bizə dərs deyənlər içərisində Dumanın deputatları, nazir müavinləri, istefada olan generallar və digər yüksək rütbəli məmurlar var. Ona görə də rüşvət halları olmur. Düzdür, bəzi bayram günlərində xırda hədiyyələrin verilməsi halları ola bilər ki, bu da rus millətinin milli mentalitetindən irəli gəlir. Bunu isə rüşvət kimi qəbul etmək olmaz. Məsələn, 8 mart günündə hansısa qadın müəlliməyə ətir və ya başqa hədiyyə alınır. Bu isə Azərbaycanda da rast gəlinən haldır.

Lalə Küşəvari
“Presspost” qəzeti
16 Fevral 2010-cu il

Xəbərlər

“Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq “Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi üst-üstə düşür” – Əhməd Şahidov “Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi üst-üstə düşür” – Əhməd Şahidov