Bugün ölkəmizdə terror aktı baş vermirsə, bu, Azərbaycan Polisinin yüksək fəaliyyətinin nəticəsidir – Əhməd Şahidov

Bugün ölkəmizdə terror aktı baş vermirsə, bu, Azərbaycan Polisinin yüksək fəaliyyətinin nəticəsidir – Əhməd Şahidov

Ana Sayfa » Çıxışlar » Bugün ölkəmizdə terror aktı baş vermirsə, bu, Azərbaycan Polisinin yüksək fəaliyyətinin nəticəsidir – Əhməd Şahidov

lenkeran7İyulun 1-də Lənkəran şəhərində “Birgəyaşayışın Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanda multikulturalizm və birgəyaşayışın əsasları müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Anar Yusifzadə bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncamı Azərbaycanda birgə yaşayış modelinin dünyada təbliğ edilməsinə geniş şərait yaradıb. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Müxtəlif din və mədəniyyətlərin daşıyıcıları Azərbaycanda sabit şəraitdə, qarşılıqlı anlaşma əsasında, bir-birinə hörmət etməklə fəaliyyət göstərirlər.

Daha sonra çıxış edən Lənkəran şəhər icra hakimiyyətinin nümayəndəsi Könül Manafova tədbir iştirakçılarını şəhər icra başçısının adından salamlayaraq ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətindən danışıb.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Ramin Cəfərov təmsil etdiyi qurumun bu sahədə dəstəklədiyi layihələrdən danışıb.

Azərbaycan xalqının hər zaman etiqad etdiyi dinlə yanaşı digər dinlərə və onların nümayəndələrinə hörmətlə yanaşdığını deyən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran ərazi şöbəsinin rəhbəri Qağayı Məmmədov bildirib ki, bu gün Azərbaycan dini müxtəliflik baxımından çox zəngin ölkədir. Burada fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olmuş, vətənimizin azadlığı, firavanlığı və birliyi uğrunda çalışmışlar.

“İslahatçı gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycanın Multikulturalizm və dini dözümlülük siyasətinin öyrənilməsinə ehtiyac var. Heydər Məscidində qılınan vəhdət namazı dünyaya sülh və bərabərlik mesajı idi.

Tədbirdə çıxış edən ADİHİ rəhbəri Əhməd Şahidov dünyadakı mövcud birgəyaşayış modellərindən danışıb və Azərbaycandakı multikultural modelin maraqla qarşılandığını diqqətə çatdırıb. Əhməd Şahidovun sözlərinə görə, dünyada insanlar birgəyaşayışın daha mükəmməl modelinin axtarışındadır. Multikultural təhlükəsizliyini qoruya bilməyən ölkələrin bugünkü mənəvi durumu göz qabağındadır. Bu ölkələrdə faşizm neofaşizm şəklində yenidən baş qaldırır, antisemitizm tüğyan edir, qatı millətçilik şovinizmə çevrilir. Təkmillətli olmağın fəsadları artıq real təhlükəyə çevrilməkdədir. Bucür cəmiyyətlərdə dözümlülük, ədalət, mərhəmət, hörmət, məhəbbət hissləri yox olur və terror insanları öz ağuşuna alır. Hüquq müdafiəçisi xüsusilə qeyd edib ki, bugün küçədə, nəqliyyatda, ictimai yerlərdə terror hadisəsi baş vermirsə, bu, həm də Azərbaycan Polisinin yüksək fəaliyyətinin nəticəsidir. Azərbaycan dövləti polis orqanlarının timsalında ölkədə ictimai-siyasi asayişin qorunmasında və kriminogen durumun nəzarətdə saxlanılmasında durmadan fəaliyyət göstərir.

Tədbir din xadimləri və şəhər ictimaiyyəti nümayəndələrinin qarşılıqlı müzakirələri ilə davam edib.

lenkeran12
lenkeran1
lenkeran2
lenkeran3
lenkeran4
lenkeran5
lenkeran6
lenkeran7
lenkeran8
lenkeran9
lenkeran10
lenkeran11

Xəbərlər

“Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq “Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi üst-üstə düşür” – Əhməd Şahidov “Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi üst-üstə düşür” – Əhməd Şahidov