“Erməni cəmiyyəti informasiya blokadasındadır və yalan məlumatlarla bəslənir” – ATƏT-də Sarkisyan rejimi ifşa olunub

“Erməni cəmiyyəti informasiya blokadasındadır və yalan məlumatlarla bəslənir” – ATƏT-də Sarkisyan rejimi ifşa olunub

Ana Sayfa » ATƏT-də fəaliyyət: çıxışlar, görüşlər və müzakirələr » “Erməni cəmiyyəti informasiya blokadasındadır və yalan məlumatlarla bəslənir” – ATƏT-də Sarkisyan rejimi ifşa olunub

11-11-2016_640Noyabrın 11-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in “Etnik azlıqlar və onların inteqrasiyası” mövzusunda keçirilən iki günlük konfrans öz işini yekunlaşdırıb. ATƏT üzvü olan 57 ölkənin səfir və diplomatları, habelə beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri və media mənsublarının qatıldığı tədbirdə ATƏT coğrafiyasında yaşayan etnik azlıqların hüquqları və onların cəmiyyətə inteqrasiyası məsələləri müzakirə edilib.

“Milli azlıqlar arasında körpü salmanın müxtəlif yolları” mövzusunda keçirilən müzakirələrdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Dağlıq Qarabağ münaqişəsi barədə danışıb və Ermənistan hakimiyyətini sərt tənqid edib. Sarkisyan rejiminin illərdir öz xalqını yalan təbliğatla bəslədiyini diqqətə çatdıran hüquq müdafiəçisi sıravi ermənilərdə Azərbaycan və azərbaycanlılar barədə yalnış təsəvvürün formalaşdığını, Azərbaycanın ermənilər üçün təhlükəli ölkə olması barədə yalanlar tirajlandığını və bununla Ermənistan hakimiyyətinin həm öz xalqını, həm də Avropa institutlarını aldatdığını bildirib.

Azərbaycanda 30 min erməninin yaşadığını və ermənilərin sərbəst şəkildə Azərbaycana gələ bildiyini xüsusi vurğulayan ADİHİ rəhbəri ötən həftə Bakıya səfər etmiş erməni ictimai fəallar – Vahe Avetyan, Syuzan Caginyan və Vaan Martirosyan barədə məlumat verib. Erməni hüquq müdafiəçisi Vahe Avetyanın Bakıda sərbəst şəkildə dolaşdığını, şəhərin mərkəzindəki erməni kilsəsinə baş çəkdiyini, Sumqayıtda yaşayan erməni ailələrinin qonağı olduğunu, habelə Azərbaycanın dövlət arxivlərində saxlanılan erməni dilində çap edilmiş kitab, jurnal və qəzetlərlə tanış olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Əhməd Şahidov Ermənistanın ATƏT-dəki səfirinin yalan danışdığını da deyib.

Vahe Avetyanın Facebook səhifəsində paylaşdığı materiallara istinad edən ADİHİ rəhbəri Azərbaycanda ermənilərə və erməni dəyərlərinə hörmətlə yanaşıldığını avropalı diplomatların diqqətinə çatdırıb.

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb