BALACA ƏHMƏDİN BÖYÜK ARZULARI…

BALACA ƏHMƏDİN BÖYÜK ARZULARI…

Ana Sayfa » Yazılar » BALACA ƏHMƏDİN BÖYÜK ARZULARI…

balaca_ehmedSentyabrın 1-də birinci sinfə getmək istəmirdim…
Lakin həmin gün aldığım “5” qiyməti bütün həyatımı dəyişdi
Hər bir insanın ömür boyu unuda bilməyəcəyi uşaqlıq xatirələri mövcuddur. Sevincli-kədərli uşaqlıq illəri. Mənim də uşaqlığım heç də fərqli olmayıb. 1989-cu ildə sentyabrın 1-də ilk dəfə idi ki, səhər saat 7-də yuxudan dururdum. Axşamdan anam bütün paltarlarımı təmizləyib, ütüləyib hazırlamışdı. Onun nə qədər sevindiyini, eyni zamanda həyəcan keçirdiyini onda hələ başa düşmürdüm. O zamanlar çox kasıb vaxtlar idi. Ölkədə də vəziyyət heç də ürəkaçan deyildi. Atam, anam – hər ikisi işləyirdi. Biz isə üç uşaq idik. Evin son beşiyi mən idim. Həm də evin “böyüyü” idim. Çünki, rəhmətlik babamın adını mənə qoymuşdular. Atam deyərdi ki, “ailəmizdə bir dənə kişi varsa, o da sənsən”. Mənə ümidlər çox böyük idi. Anam həmişə deyərdi ki, “oğlum alim olsun”. Amma ailəmizin maddi durumu buna imkan vermirdi. Yadımdadır, Xutor adlanan gecəqondu tipli tikililərdə yaşayırdıq.

…Artıq evdən çıxmaq vaxtıdır. Anam məni tələsdirir, mən isə məktəbə getmək istəmirdim. Anam cibimə çoxlu konfet və saqqız qoymuşdu ki, mənim başımı aldatsın. Getdik Nəsimi rayonundakı 9 saylı məktəbin qarşısına. İzdiham var idi. Hamı gül-çiçəklə məktəbə gəlmişdi. Ama mənim əlimdə təkcə çanta var idi, qorxumdan anamın əllərindən bərk-bərk yapışmışdım. İlk zəng çalınanda, diksindim və ağlamağa başladım. Anam üstümə qışqırır, amma mən daha da ağlayırdım. “Mən oxuya, yaza bilmirəm” deyirdim. Birdən kənardan Roza müəllimə mənə yaxınlaşdı və adımı soruşdu. Ağlaya-ağlaya “Əhmədəm” dedim. Dedi, “Ay Əhməd, elə bura oxumaq-yazmaq üçün gəlirlər də. Ağlama!” dedi. Biz sinfə daxil olduq. Amma içimdə qorxu durmadan artırdı. İlk müəlliməm olan Roza müəllimə mənim böyük qardaş və bacıma da dərs dediyindən mənə xüsusi qayğı göstərirdi. Onun birinci sinfə ilk sualı “Əlifba” kitabının ilk səhifəsindəki dənizlə bağlı oldu. “Uşaqlar, bu hansı dənizdir?” soruşdu. Mən isə Xəzərdən başqa dəniz tanımırdım. Tez əlimi qaldırıb “Xəzər dənizidir, müəllimə!” dedim. Həmin gün Roza müəllimə mənə “5” qiyməti verdi. Sevincimin həddi-hüdudu yox idi. Elmin bu qədər asan olacağını bilmirdim. Artıq özümü əlaçı hiss edirdim. O vaxtdan mənə hər şey asan gəlməyə başaldı. Əslində, heç nə asan olmur, sadəcə içimdəki inam mənim gözlərimi bağlayırdı, bütün çətinlikləri kiçik görürdüm.

balaca_Ahmed

Yadımdadır, Əlifbanı öyrənib qurtardıqdan sonra, “Ana dili” fənni başlayırdı. Hamı o kitabı almalıydı. Həmin gün evimizdə bir az söz-söhbət oldu. Anam israrla həmin kitabın mənim üçün alınmasını atamdan tələb edirdi. Səhər gedib, axşam gələn atam isə “uşaqların əyin-başını, çörəyini güclə çatdırıram, kitab-dəftərini necə alacam” deyərək, bu kitabı alacaq pulumuzun olmadığını bildirdi. Həmin gün çox ağladım. Çünki mənimlə eyni partada əyəşən oğlan və qızların hamısı həmin Ana dili kitabını almışdılar. Roza müəllimə məndən kitabı xəbər tutanda “Atam ezamiyyətdədir, gələndə deyəcəm alsın” deyirdim. Şübhəsiz ki, bunu belə deməyi anam mənə öyrətmişdi. Qəhər məni boğurdu, amma bir kitaba görə ata-anamı dağa-daşa salmaq da istəmirdim. Təqribən 1 ay Ana dili kitabım olmadı. Məktəbdən sonra əlavə məşğələlərə qalır, sinif yoldaşlarımın Ana dili kitabından köçürürdüm.

Bir gün xaricdə yaşayan dayım bizə gəlmişdi. Mən evdə yox idim. Yenə adəti üzrə məşğələdə idim. Anamdan məni soruşdu. Mənim kitabım olmadığına görə, əlavə məşğələyə qaldığımı dayıma bildirəndə anam özünü saxlaya bilmədi və ağlamağa başladı. İmkansızlıqdan şikayət etdi. Dayım dərhal anama kitab almaq üçün artıqlamasıyla pul verdi. Həmin gün mənim həyatımda ən xoşbəxt gün idi. Mən evə gələndə çox sevindim. Səhərisi gün anamla birlikdə məktəbə getdik və həmin Ana dili kitabını kitabxanadan pul verib aldıq. Ana-bala o qədər sevinmişdik ki, hətta dayımın verdiyi əlavə pulla şəkil də çəkdirdik.

Həmin kitabı o qədər özləmişdim ki, hər gün sevə-sevə oxuyurdum. Dərslərimə də hazırlaşırdım. O kitabı özümdən ayırmırdım. Çünki, o Ana dili kitabı mənə uzun bir həsrətdən sonra qismət olmuşdu. Anam da o kitabı hər gün üstünü nəm əski ilə silib təmizləyirdi.

balaca_Ahmed-1

Beləcə ilbəil sinifdən sinfə keçdim. Orta məktəbi yaxşı oxumuşam, əsasən ana dili, ədəbiyyat, riyaziyyat, ingilis dili, tarix fənlərini sevirdim. Kimya, fizika və coğrafiyanı can dərdi oxuyurdum, heç həvəsim yox idi bu fənlərə. 9-cu sinifdə oxuyarkən imtahan verib liseyə qəbul oldum. Humanitar təmayüllü liseyə. Onda artıq yekə oğlan idim. 11-ci sinfə keçəndə yenə qayğılar başladı. Sinifdə demək olar ki, hamı müəllim yanına gedirdi, hazırlaşırdı. Amma ailəmizin vəziyyətini bilib atama bunu deməyə cürət etmədim. Onsuz da məktəb vaxtı dərslərimi normal oxuyurdum, fikirləşirdim ki, bir az da oxuyub təkrarlasam, universitetə daxil olaram.

Bir gün atamla ciddi söhbətim oldu. Məni yanına çağırdı. Dedi, bilirəm hamı kimi sən də hazırlığa getmək istəyirsən. Dedim yox, istəmirəm. Amma atam öz dediyini deyirdi. Dedi imkan edib səni hazırlığa qoya bilərəm, amma onda ailəmizin digər problemlərini yoluna qoya bilməyəcəyik. Onda təzə ev almışdıq, onun təmirini edirdik. Fikirləşdim ki, mən hazırlığa getsəm, təmir yarımçıq qalacaq. Odur ki, tək hazırlaşmağa qərar verdim. Məncə humanitar fənlər üzrə müəllim yanına getmək zəruri deyil. Kitabdan oxuyursan, yadda saxlayırsan. Vəssəlam.

Ciddi və özümə qarşı tələbkar günlərim başladı. Ən pis halımı gözümün qabağına gətirdim. Fikirləşdim ki, Əhməd, təsəvvür elə sən universitetə qabul ola bilmədin. Atavın, anavın arzuları puça çıxacaq. Atam həmişə istəyirdi ki, mən prokuror olum. Anam isə bir qədər yumşaq sahəni arzulayırdı. Deyirdi, “istəyirəm oğlum alim olsun. Qoy nəslimizdə bir dənə də alim olsun”. Şübhəsiz ki, mən ilk növbədə bir vətəndaş kimi cəmiyyətdə hansı mövqeni tuta biləcəyimi özüm üçün ayırd edirdim. Ata və anamın istəklərini də maksimum nəzərə almağa çalışırdım.

1

Üçüncü qrupa sənədlərimi verdim. Dörd fənn üzrə bütün kitabları 3 dəfə oxumuşdum. İmtahan günü anam da mənimlə birlikdə idi. Çox narahat idi. Sualları yazıb çıxdım. 10-15 gündən sonra cavablar çıxdı və universitet tələbəsi oldum. O vaxt ata-anamın gözlərindəki sevinci ilk dəfə idi hiss etdim. Həmin sevinci təkrar olaraq, bir də bu ilin iyun ayının 23-də gördüm. Sadəcə qanadları çatışmırdı ki, valideynlərim havada uçsunlar. Həmin gün mən namizədliyimi müdafiə edirdim, rəsmən alim olurdum. Bu dəfə anam deyən oldu. Anam çox sevinirdi. Onların sevincinin pik səviyyəyə qalxması bir anlıq oldu. Universitetimizin qocaman bir professoru kürsüyə çıxıb “Ay Əhmədin valideynləri, siz bugün dünyanın ən xoşbəxt insanlarısınız. Oğlunuzla fəxr edə bilərsiniz” deyəndə anamın gözlərinə baxdım. İçimdə hələ heç vaxt hiss eləmədiyim bir hiss var idi. Qürurdan partlayırdım. Ona görə yox ki, alim olmuşam. Məhz ona görə ki, mən anamın ən böyük arzusunu yerinə yetirmiş oldum. Odur ki, anamı çox sevirəm. Allah bütün analara uzun ömür və can sağlığı bəxş etsin!

Əhməd Şahidov

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb