Bakıya gəlirəm… mənə kədərimi xatırladacaq şəhərə…

Bakıya gəlirəm… mənə kədərimi xatırladacaq şəhərə…

Ana Sayfa » Yazılar » Bakıya gəlirəm… mənə kədərimi xatırladacaq şəhərə…

moskva2Artıq dördüncü ildir ki, Rusiyanın paytaxtında uzun müddətli qalmalı oluram. İlk dəfə 2010-cu ildə gəlmişdim, o zaman Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olunmuşdum. Çox sevinirdim, çünki xaricdə təhsil almaq hər bir gənc kimi mənim də uşaqlıq arzum olub.
Amma bu arzumu yaşamaq mənə başqa çətinlikləri də yaşamağıma səbəb oldu, həsrət, intizar, qəribçilik və tənhalıq nədir, başa düşdüm bu dörd il ərzində. Əvvəllər də bir çox ölkələrdə olmuşdum, amma Moskva tamam başqadır. Bura böyük bir şəhərdir, çox millətli bir meqapolisdir.
Rusu, ermənisi, gürcüsü, qırğızı, taciki, özbəyi və neçə-neçə milləti var buranın. Həm də rus şovinizminin tam mərkəzidir. Burada yaşamaq, hələ strateji bir akademiyada təhsil almaq heç də asan olmadı mənə. Hər zaman içimdə milli hisslərlə yaşadığımdan burada məyus olduğum, hirsimdən dişlərimi sıxıb ağlamaq istədiyim, lakin ətrafdakılar məni aciz bilməsin deyə, hirsimi içimə atdığım anlarım çox olub.
Elə buradakı azərbaycanlıların ermənilərlə bir yerdə oturub çörək kəsməsi, şərikli bisnes qurmaları ilk qarşılaşdığım və hələ indiyə qədər də qəbul etmədiyim cəhətlərdən oldu. Hətta bu barədə ilk aylarda bir tənqidi məqalə də yazmışdım saytımda və həmin məqaləni erməni şovinistləri rus dilinə tərcümə edib öz forumlarında və saytlarında dərc etmiş və məni təhdid etmişdilər.
Hər dəfə Moskvadakı təhsilim bitəndə öbyük sevinclə qayıdırdım Vətənə. Hər dəfə Novruz bayramını evimizdən kənarda keçirsəm də, bayramdan sonra evə qayıdanda ailəmiz elə bayram əhval-ruhiyyəsində olurdu. Hər dəfə Moskvaya gələndə nələrisə öyrənir, hansısa adətləri qəbul edir və nələrləsə barışmaq məcburiyyətində qalırdım. Artıq küçədə erməni və azərbaycanlının “dostcasına” söhbət edərək gəzdiyini görəndə təəccüblənmirəm, Moskvada pul üstündə bir-birini öldürən azərbaycanlılar barədə eşidəndə gözlərim bərəlmir, ermənilərin ruslara yaltaqlanmasını görəndə adi yanaşıram, rusların intellektual azərbaycanlılardan çəkindiyini görəndə normal baxıram.
Moskva mənim dünyagörüşümü xeyli artırdı, bir çox şeylərə gözümü açdı. Hər dəfə Moskva həyatım dövründə nələrsə qazansam da, nələrisə əldən verdim, kimlərisə itirdim. Keçən il Moskvada olarkən yanımda olan insanlar indi məndən çox-çox uzaqlardadır. O qədər uzaqdadırlar ki, nə onların üzünü görə bilir, nə də səslərini eşidə bilirəm. Özümü bəzən çox aciz hiss edirəm belə anlarda. Amma acizlərin köməyi Allahdır deyiblər, odur ki, əllərimi göyə açıb “Allah qapısını açsın!” deyirəm.
Əvvəlki illərdən fərqli olaraq, bu il Moskvada təhsil almağım ikiqat çətin oldu mənə. Ötən il Həcc ziyarətindən qayıtdıqdan sonra artıq həyatımda bir çox düzəlişlər etdim, özümə qadağalar qoydum və çalışdım ki, Allahın buyurduğu şərtlər altında həyatımı davam etdirim. Moskva isə sanki şeytan tələsini xatırladırdı mənə. Hər gün alkoqol qəbul etmiş insanlarla üz-üzə gəlmək, özlərini buraxmış rus gənclərinin əxlaqsız davranışları, əxlaqıma, tərbiyəmə uyğun olmayan hərəkətlərin gözümün önündə baş verməsi və mənim bütün bunlara seyrci olmaq məcburiyyətim məni çox üzürdü. Lakin yenə də Allahın sınağı kimi qəbul edirdim bunları.
Bu dəfə Moskvada həm də həsrətdən içim yanırdı, ailəmiz üçün ikiqat yox, lap onqat darıxırdım. Balaca oğlumun məndən uzaqda olmasını, məndən uzaqda ilk dəfə “hıq-hıq” edərək gülümsəməsini təsəvvür etmək çox üzürdü məni. Hər gün internetlə oğlumu canlı izləsəm də, onun nəfəsini içimə ala bilmədiyimdən gecələr də rahat yata bilmirdim.
Artıq bugün Moskvada sonuncu günümdür, hələlik bu il üçün sonuncu… Çünki, hələ gələn il də Moskvaya gəlməli olacam. 2014-cü ildə akademiyanı bitirib, ali təhsilli hüquqşünas kimi bu dəfə Vətənə birdəfəlik qayıdacam.
Sabah Bakıya qayıdıram… qəribədir, amma nəsə kədərliyəm. Hələ 15-20 gün bundan əvvəl Bakıya biletimi alanda sevinirdim… Vətənə qayıtdığım üçün, ailəmizi, oğlumu görəcəm deyə az qala uşaq kimi atılıb-düşürdüm. Amma Moskvadan ayrılmağıma bir gün qalmış həmin sevinci yaşaya bilmirəm. Səbəbi barədə dəqiq özümdə qərar verməmişəm, amma nəsə Bakı mənə yad gəlir bugün. Əvvəlki Bakı olmadığı üçün, yoxsa mənim nələrimisə aldığı üçünmü və ya mənə hansısa kədərimi xatırladacağı üçünmü?! Dəqiq bilmirəm, amma gedirəm… Bakıya!
Gedim o dalğalı Xəzərin sahilində bir az dayanım, xəyala dalım. Deyirlər, dənizə baxmaq da ibadətdir. Odur ki, dualarınızı əksik etməyin! Allah Azərbaycanımızı qorusun!

Əhməd ŞAHİDOV
20 Mart 2013-cü il saat 01:55, Moskva, Rusiya Federasiyası

Xəbərlər

“Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq “Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi üst-üstə düşür” – Əhməd Şahidov “Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqı və dövlətinin mövqeyi üst-üstə düşür” – Əhməd Şahidov