Bağışla bizi, Rauf Denktaş!

Bağışla bizi, Rauf Denktaş!

Ana Sayfa » Yazılar » Bağışla bizi, Rauf Denktaş!

denktas292Şimali Kipr ilə tanışlığım hələ 2009-cu ildən başlamışdı. O zaman İstanbulda keçirilən beynəlxalq tədbirdə çıxış etmişdim. Həmin tədbirdə biz gənclərə xitab edən Rauf Denktaşın timsalında canlı bir əfsanə ilə üz-üzə dayandığımı hiss etmişdim. İçimdə sevinc dolu bir həyəcan var idi. Həm də çox böyük məsuliyyət hiss edirdim çiyinlərimdə. Çünki, həmin çıxışında Rauf Denktaş bundan sonra gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü, Türk dünyasının gələcəyinin məhz gənclərdən asılı olduğunu dönə-dönə vurğulayırdı. Rəhmətlik Denktaşın səsində sanki nigarançılıq da var idi… Özündən sonra görmək istədiyi Şimali Kipri, Türkiyəni və bütünlüklə Türk dünyasını təsəvvür etməkdə çətinlik çəkirdi, amma inanırdı…
Elə bu inancla da dünyaya gözlərini yumdu və bizlərə böyük bir dövləti – ərazicə kiçik olsa da, qan və savaşlar bahasına qurulmuş böyük bir tarixi qoyub etdi. Gedərkən də tək bir kəlmə söylədi: “Devlete ve bağımsızlığa sahip çıkın, anavatan Türkiyeye güvenin!”
rauf_denktasDedi və getdi. Artıq iki ildir ki, Rauf Denktaş cismən bizimlə deyil, amma… ruhən bizimlədir, bizim qəlbimizdədir demək istəyirdim ki, bir anlıq durdum və düşündüm. Rauf Denktaş həqiqətən də ruhən bizimlədirmi? Həqiqətən də bizlər onun sevgisini içimizdə, qəlbimizdə yaşada bilirikmi? Bu sualı hər kəs öz-özünə verməlidir.
Mən Şimali Kipri, Kipr Türkünü Rauf Denktaşa görə tanıdım və sevdim, bu ölkəni özümə ikinci Vətən deyə seçdim. Son 5 il ərzində hər dəfə Şimali Kiprə ayaq basanda buradakı insanları özümə doğma bildim, havasını, suyunu, torpağını özümünkü sandım. Özümə qarşı beş qat, on qat sevgi və sayqı gördüm. Bu sevginin qarşılığı kimi də “Sıfır Nöqtəsi” romanını yazdım.
denktas-8

Roman haqqında çox danışmaq istəmirəm, zatən son günlər ancaq bu haqda yazır, danışır və görüşlər təşkil edirik. Mənim ürək yanğısı ilə danışmaq istədiyim bugün Rauf Denktaşa olan münasibətdir. Açığını desəm, heç gözləməzdim. Şimali Kiprdə səfərdə olarkən bu ölkənin qurucusu olan Rauf Raif Denktaşın məzarını ziyarət etdim. Həmin günü səbirsizliklə gözləyirdim, ən gözəl paltarımı geyinib getmişdim Öndərin məzarı önünə. Möhtəşəm bir abidəni ziyarət edəcəyimi düşünür və bu düşüncənin həyəcanı ilə yaşayırdım.
Amma dostum Latif Akça ilə məzar ziyarətinə gedərkən çox məyus olmuşdum. Sanki bir səhralıqda zənn etdim özümü, ortada da kimsəsiz bir qəbir. Ətrafda sökülmüş skamyalar, solmuş ağaclar və dağılmış döşəmə daşlar. Dörd tərəfdə kimsə yox idi, bir az aralıda isə balaca evcikdə bir polis nəfəri keşik çəkirdi. Sanki, bu məzarda bir ölkə başçısı və qurucu lider deyil, sıradan bir insan yatırdı.
İçimdəki etiraz dalğasını güclə boğmağa çalışırdım, dostum Latif Akçanın yaxasından yapışıb bütün bunların hesabını bir-bir sormaq istəyirdim, amma onun da bu suallara cavabı yox idi. O da mənim kimi məyus idi bu mənzərədən. Sanki bu ölkədə Rauf Denktaş unudulurdu, sanki Kipr insanı onu bir zamanlar rum hücumlarından qurtarmış lideri unutmaqda israrlı idi. Sanki mən Rauf Denktaşın qurub yaratdığı və biz gənclərə əmanət etdiyi bir məmləkətdə deyil, tamam başqa bir torpaqda idim.
denktas-1

Bu qədərmi dəyərsiz oldu, Rauf Denktaş?! Bu qədərmi sıradan bir insan oldu ki, onun məzarı adi mərmərlə örtüldü?! Bu qədərmi adi insan idi ki, onun uyuduğu torpağa işığı oğurluq xəttlərdən çəkdilər?! Bu qədərmi dəyərsiz oldu bir Öndər ki, ölkəyə gələn rəsmi qonaqların ilk öncə onun məzarını ziyarət etməsi vacib sayılmadı?! Nə tez unuduldu TMT andı, bəylər?!
Nə deyim vallah?! Çox məyus notlarla qayıtdım Şimali Kiprdən. Bir Öndərə, dövlət qurmuş bir İnsana bu qədər sayqısızlıq göstərilməsini heç təsəvvür edə bilməzdim. Rauf Denktaşın nə qədər böyük şəxsiyyət olduğunu bir də ona görə anlayıram ki, hələ 2009-cu ildə İstanbulda biz gənclərə xitab edərkən onun səsindəki o həyəcan səbəbsiz deyilmiş. Rəhmətlik Denktaş hələ o zaman hiss edirdi özündən sonra olacaqları – həm özünə, həm də dövlətə münasibəti bilirdi. Nə yaxşı ki, bu günləri görmədi. Amma biz görürük və görə-görə də yaşaya bilirik. Bağışla bizi, Rauf Denktaş! Sənin yaşadığın kimi yaşaya, sənin düşündüyün kimi düşünə bilmədiyimiz üçün, bağışla bizi!

Əhməd Şahidov
12 Noyabr 2013-cü il, Bakı, Azərbaycan

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb