“Azərbaycanda uşaqların ən böyük himayədarı Mehriban Əliyevadır” – ATƏT-də uşaq hüquqlarından danışılıb
izmir escort - izmir escort bayan fethiye escort bayan 2013mersin.net

“Azərbaycanda uşaqların ən böyük himayədarı Mehriban Əliyevadır” – ATƏT-də uşaq hüquqlarından danışılıb

Ana Sayfa » ATƏT-də fəaliyyət: çıxışlar, görüşlər və müzakirələr » “Azərbaycanda uşaqların ən böyük himayədarı Mehriban Əliyevadır” – ATƏT-də uşaq hüquqlarından danışılıb

29_septemberSentyabrın 29-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəal şəxslər iştirak ediblər.

“Uşaqların hüquqları” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı məruzə edib. Əlil uşaqlar, kimsəsiz körpələr, erkən nikahlar, uşaq ölümləri, məktəbəqədər təhsil və digər sahələrdə mövcud problemlərin Azərbaycan cəmiyətini də narahat etdiyini diqqətə çatdıran ADİHİ rəhbəri Azərbaycanın 21 İyul 1992-ci il tarixli “Uşaqların hüquqları haqqında” BMT-nin Konvensiyasını ratifikasiya etdiyini bildirib.

Azərbaycanda uşaqların hüquqlarının qorunması sahəsində Heydər Əliyev Fondunun ardıcıl layihələr həyata keçirdiyini bildirən hüquq müdafiəçisi Əhməd Şahidov uşaqların ən böyük himayədarının Mehriban Əliyeva olduğunu xüsusilə vurğulayıb.

Daha sonra Dağlıq Qarabağ münaqişəsinə toxunan ADİHİ rəhbəri qaçqın şəhərciklərində böyüyən azərbaycanlı uşaqlar barədə danışıb, Ermənistanın təcavüzü nəticəsində 616 məktəbin, 242 məktəbəqədər müəssisənin, 4 kollecin və 11 texnikumun tamamilə dağıdıldığını və yüz minlərlə uşağın qaçqın həyatı yaşadığını deyib.

Münaqişə nəticəsində 53 azərbaycanlı uşağın itkin düşdüyünü, 169 körpənin ermənilər tərəfindən müxtəlif işgəncələrə məruz qaldığını və 18 azərbaycanlı uşağın hələ də erməni əsirliyində olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Əhməd Şahidov uşaq hüquqlarının qorunması istiqamətində bütün dünyanın birlikdə fəaliyyət göstərməsinin, müharibələrə və işğallara son qoyulmasının və bütün uşaqlar üçün xoşbəxt gələcək qurulmasının zəruriliyini vurğulayıb.

Xəbərlər

Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb