Azərbaycan diasporunun gənc fədakarları

Azərbaycan diasporunun gənc fədakarları

Ana Sayfa » Yazılar » Azərbaycan diasporunun gənc fədakarları

aliyevİlham Əliyev: “Biz müdafiədən hücuma keçməliyik”
Azərbaycan gənc bir dövlətdir. Dünya dövlətləri ilə müqayisədə Vətənimiz hələ ilk addımlarını atmaqdadır. Buna baxmayaraq, Azərbaycanda gedən inkişaf prosesi dünyanın ən qabaqcıl və qocaman ölkələrini belə geridə qoymaqdadır. İstər iqtisadiyyat, istər xarici siyasət, istərsə də həyatın digər sahələrində ölkəmiz birincilər sırasındadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf indi də uğurla davam etdirilməkdədir. Ölkəmiz yola saldığımız 2011-ci ildə həm daxildə, həm də xarici siyasətdə ciddi nailiyyətlər əldə etmişdir. Heç şübhəsiz ki, bu nailiyyətlər dövlətin apardığı uğurlu xarici siyasətin sayəsində mümkün olmuşdur. Bu xarici siyasətin bir hissəsi də diasporumuzla bağlıdır. Artıq bütün dünyada ciddi bir qüvvə kimi çıxış edən Azərbaycan diasporu ölkə başçısı İlham Əliyevin Türk Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən səsləndirdiyi “Biz müdafiədən hücuma keçməliyik” şüarından sonra daha qətiyyətli mövqe ortaya qoymağa başladı. Təbii ki, bu qətiyyətin və təşəbbüsün arxasında konkret şəxslər dayanırdı. Və məhz həmin insanların sayəsində xaricdə yaşayan azərbaycanlılar vahid mərkəz ətrafında sıx birləşərək ölkəmizin milli maraqları naminə kəskin mövqe nümayiş etdirməyə başladılar.

Özüm Rusiyada təhsil aldığımdan ilin çox hissəsini Moskvada keçirirəm. Rusiyada 3 milyona yaxın azərbaycanlının yaşadığını nəzərə alsaq, şimal qonşumuzun bizim üçün nə qədər önəm kəsb etdiyini anlayarıq. Rusiyada azərbaycanlıların sayının kütləvi şəkildə artması 90-cı illərin əvvəllərində soydaşlarımızın əməkçi miqrant kimi bu ölkəyə işləməyə gəlməsi ilə bağlıdır. Təxminən 20 il əvvəl Azərbaycandan Rusiyaya getmiş soydaşlarımız həmin vaxt Rusiya cəmiyyətinə inteqrasiya etməkdə böyük problemlər yaşayırdılar. Dili bilməmələri və digər səbəblərdən onlar sıxışdırılır, incidilirdilər. Təəssüf ki, həmin nəslin inteqrasiya problemi indi də qalmaqdadır. Onları bəzən cəmiyyət içinə buraxmır, bəzən də sürətlə yenilənən Rusiya cəmiyyətinə inteqrasiya etməkdə lazımi imkanlara sahib ola bilmirlər. Soydaşlarımız min bir əziyyətlə qazandıqları pulu övladlarının təhsilinə yatırırlar. Nəticə bu gün göz qabağındadır. İndi 17-20 yaşında olan gənc soydaşlarımız Rusiyanın ən prestijli ali məktəblərinin tələbələridir. Bu yerdə Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi bir fikir yadıma düşür: “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.”
Heydər Əliyev bu sözləri həm də öz nümunəsində nümayiş etdirmiş oldu. Məhz onun böyüdüb boya-başa çatdırdığı və tərbiyə verdiyi nəvəsi Leyla xanım Əliyeva indi Rusiyada Azərbaycan gənclərinin güc mərkəzinə çevrilmişdir. Leyla Əliyevanın fəaliyyətini çoxdan izləsəm də, onunla şəxsi tanışlığım 26 Fevral 2010-cu il tarixinə təsadüf etdi. Onda mən Rusiya Fedearsiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Hüquq fakültəsinin 2-ci kursunda təhsil alırdım. Günlərin bir günü dekanlıqdan məni çağırıb dəvətnamə təqdim etdilər. Açığı, heç gözləmirdim. Məni Moskvanın ən nüfuzlu “Prezident” Hotelində keçiriləcək “26 Fevral – Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirə dəvət etmişdilər. Bu, artıq ardıcıl fəaliyyətin nəticəsi idi – Rusiyada təhsil alan bütün azərbaycanlı gəncləri axtarıb tapmaq, onları Azərbaycanın milli maraqları ətrafında sıx birləşdirmək və bununla da Azərbaycan diasporunun gücünü, qüdrətini bütün dünyada möhkəmlətmək.

Həmin tədbirə gələndə həm təəccübləndim, həm də böyük fəxarət hissi keçirdim. Rusiyanın demək olar ki, bütün ali təhsil müəssisələrindən azərbaycanlı gənclər həmin tədbirdə yaxından iştirak edirdilər. Zalda Rusiyanın tanınmış ictimai-siyasi xadimləri, jurnalistlər, millət vəkilləri var idi. Heydər Əliyev Fondunun Rusiya təmsilçiliyinin rəhbəri Leyla xanım Əliyevanın tədbirdəki çıxışı hamı tərəfindən alqışlarla qarşılandı. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin nəinki Rusiyada, Avropanın bir çox şəhərlərində, habelə uzaq Amerika və Afrika ölkələrində də reallaşdığını bildirən Leyla xanım Azərbaycan həqiqətlərinin bundan sonra da dünya ictimaiyyətinə çatdırılacağını bildirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanın dünyada tanıdılması istiqamətindəki fəaliyyəti ölkə gənclərinin bu işə fəal qoşulmasına səbəb olmuşdur

Ümumiyyətlə, Leyla xanım Əliyevanın Rusiyadakı fəaliyyəti təkcə diaspora ilə məhdudlaşmır. Onun rəhbərlik etdiyi Rusiya Azərbaycan Gənclər Təşkilatı eyni zamanda təhsil, səhiyyə və sosial sahələrdə də çoxsaylı layihələr həyata keçirməkdədir. Statistikaya görə, Rusiyada 170 min azərbaycanlı gənc yaşayır. RAGT bu gənclərin fiziki və mənəvi sağlamlığına dəstək verir. Rusiyanın ən iri şəhərlərində, uzaq regionlarında əhalinin sağlamlığının təmin olunması, gənclərin elm, təhsil yarışlarına cəlb edilməsi istiqamətində böyük layihələrə imza atılıb. Bunlardan Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada azərbaycanlı tələbələrin bilik yarışmasının keçirilməsini, “Əmin ol ki, sağlamsan, xəstəliyə yox de!” kampaniyası çərçivəsində Rusiyadakı azərbaycanlı gənclərin və Rusiya vətəndaşlarının həkim müayinəsindən keçməsini, mütəmadi olaraq Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşlərin keçirilməsi və onların problemlərinin həlli istiqamətində Leyla xanım Əliyevanın fəaliyyətini, Udmurtiyada Bazar günü məktəbinin açılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi adına bağın açılışını, Rusiyadakı uşaq evlərinə mütəmadi ziyarətlər və onlara maddi yardımların edilməsini, Azərbaycanın milli və dövlət bayramlarının Rusiyada yüksək səviyyədə keçirilməsini və həmin tədbirlərdə Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin, sənət adamlarının iştirak etməsini və bu kimi onlarla tədbirləri misal gətirmək olar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Azərbaycan mədəniyyətinin xaricdə təbliği üzrə çox ciddi iş aparır, Azərbaycanın xaricdə həyata keçirdiyi bütün mədəni layihələrə dəstək göstərir. Leyla xanım Əliyevanın bir diaspor lideri kimi fəaliyyəti təkcə AMOR təşkilatı ilə bitmir. Belə ki, L.Əliyeva eyni zamanda tanınmış “Bakı” jurnalının baş redaktoru kimi həm Azərbaycanda, həm də Rusiyada kifayət qədər nüfuz qazana bilib. “Bakı” artıq 4 ildir rus dilində nəşr olunur. Jurnalın rus dilində hazırlanmış ilk sayı 2007-ci ilin dekabrında Moskvada təqdim olunub. Bu qısa müddət ərzində “Bakı” jurnalı böyük nüfuz qazanmış və geniş maraq oyada bilmişdir. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı materiallar təqdim olunur”. Jurnalın bu yaxınlarda həm də ingilis dilində nəşr edilməsi Azərbaycan həqiqətlərinin yayılma coğrafiyasının bir qədər də genişlənməsindən xəbər verir. Jurnalın çap olunduğu Böyük Britaniyanın “Conde Nast” nəşriyyatının məsul redaktoru Darius Sanai demişdir ki, ingilis dilində çıxan nəşr Azərbaycanı maddi və mənəvi sərvətləri ilə dünyaya tanıdır. O, jurnalın hazırlanmasında Leyla Əliyevanın dəyərli, innovativ ideyalarla çıxış etdiyini vurğulayıb. D.Sanai qeyd etmişdir ki, ingilis dilində çıxan nömrədə Azərbaycanın zəngin incəsənəti, mədəniyyəti haqqında maraqlı materiallar verilib.

Rusiya Federasiyası həm Azərbaycanın şimal qonşusu kimi, həm də 3 milyon azərbaycanlının yaşayış yeri kimi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də belə bir coğrafiyada diaspor siyasətinə Leyla Əliyeva kimi gənc, perspektivli bir ictimai xadimin rəhbərlik etməsi çox sevindiricidir.

Eyni zamanda bu gün bütün dünyanın Avropa dəyərlərinə inteqrasiya olunduğu bir dövrda Azərbaycanın Avropadakı diaspor fəaliyyətinin gücləndirilməsinə də ciddi ehtiyac var idi. Bu səbəbdən Avropada Azərbaycanın tanınmasında, Dağlıq Qarabağ kimi ağrılı problemimizin Avropanın sıravi vətəndaşlarına, siyasət düşərgəsinə tanıdılmasında aparıcı rol oynayan Avropa-Azərbaycan Cəmiyyətinin fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Məhz Avropa-Azərbaycan Cəmiyyətinin Böyük Britaniyada, mən deyərdim, Avropanın tam mərkəzində Azərbaycan naminə fəaliyyəti artıq öz bəhrəsini verməkdədir. Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərov gənc olmasına baxmayaraq, müasir dünyagörüşlü şəxsiyyət kimi Avropada kifayət qədər tanınır. Tale Heydərov London iqdisadiyyat məktəbində beynəlxalq münasibətlər və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr dərəcəsinə malikdir.

Azərbaycanın Avropadakı haqq səsi

Çıxışlarının birində “Azərbaycan diplomatiyası və diasporunun fəaliyyəti nəticəsində Britaniya parlamentində Azərbaycan lobbisi erməni lobbisindən qat-qat güclüdür” deyən Tale Heydərov Azərbaycanı xarici ölkələrdə ləyaqətlə təmsil edir. Rəhbərlik etdiyi Cəmiyyətin əsas fəaliyyət istiqaməti Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, ölkəmizi dünyaya daha yaxından tanıtmaqdır. Tale Heydərovun beynəlxalq səviyyəli mərasimlərdə Dağlıq Qarabağa “erməni təcavüzü”, Amerikanın insan hüquqları və demokratiya haqqında hesabatlarında “ikili standartlar” haqqında çıxışlar etməsi və Konqresin Dağlıq Qarabağ anklavına humanitar yardımı təmin etmək səylərindən şikayətlənməsi Azərbaycanın beynəlxalq arenada daha bir ictimai uğuru kimi də qiymətləndirilə bilər.

Tale Heydərov Azərbaycanın dünyada tanıdılması istiqamətində gərgin səylərini bu gün də davam etdirir. Onun bu yaxınlarda təqdimatını etdiyi “Qafqazda erməni məsələsi” kitabı da deyilənlərin əyani təzahürü rolunda çıxış edir.

Kitabın təqdimatı zamanı verdiyi açıqlamada Tale Heydərov bildirib ki, rəhbərlik etdiyi cəmiyyətin London, Berlin, Brüssel və Bakıda ofisləri var. Təşkilatın əsas məqsədi Azərbaycanı Avropada siyasi, iqtisadi və mədəni aspektdən tanıtmaqdır: “Siyasi aspektdən tanıtma deyəndə, biz ilk növbədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırmağı nəzərdə tuturuq. Bizim nəşriyyatlarımız var, kitab, jurnal, qəzet nəşri ilə məşğuluq. Azərbaycan barəsində «100 suala cavab» kitabı nəşr olunub, hər ay qəzetimiz çıxır, bir sıra Avropa ölkələrinin parlament üzvlərinə paylanır. Xocalı soyqırımı haqqında nəşr etdiyimiz kitab dünyanın müxtəlif universitet və institutlarına paylanıb”.

Bizim hamımızın bir Vətəni var – Azərbaycan!

Gənc olmalarına baxmayaraq, hər iki şəxs Azərbaycan Respublikasının milli maraqları naminə, onun dövlətçilik, ərazi bütövlüyü, suverenlik prinsiplərinin qorunması istiqamətində kifayət qədər uğurlu fəaliyyət göstərmişlər. Heç şübhəsiz ki, bu cür fəaliyyət Azərbaycan xalqının və dövlətimizin diqqətindən yayına bilməzdi. Bu ilin yay aylarında ölkə başçısı İlham Əliyevin bir sərəncamı lap yerinə düşdü. Gəncliyin ən vətənpərvər, ən fədakar və tanınmış iki siması – Leyla xanım Əliyeva və Tale Heydərov Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olundular. Bu, Azərbaycan dövlətinin gənclərinə verdiyi dəyərin bariz nümunəsi idi.

Sonda fikrimi Ümummilli Lider Heydər Əliyevin bir cümləsi ilə tamamlamaq istərdim: “Bizim hamımızın bir Vətəni var – Azərbaycan”. Bu fikrin məntiqi davamı olaraq, demək istəyirəm ki, bizim xaricdə yaşayan böyük ailəmiz var, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən cəhət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim Vətənimizdir, hamımızın Vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir. Bizim bir Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.

Əhməd ŞAHİDOV
Filologiya üzrə Fəlsəfə Doktoru,
Rusiya Federasiyası Prezidenti yanında
Dövlət İdarəçiliyi Akademiyasının
“Hüquq” fakültəsinin tələbəsi

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb