“Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib
izmir escort - izmir escort bayan fethiye escort bayan 2013mersin.net

“Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib

Ana Sayfa » Aktual » “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib

Hüquq müdafiəçisi Əhməd Şahidov CBC Azərbaycan Televiziyasına eksklüziv müsahibəsində Dağlıq Qarabağ münaqişəsi və onun mənfi fəsadları barədə danışıb və Avropanın insan haqları təşkilatlarının bu münaqişəyə göz yumduqlarını diqqətə çatdırıb

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə CBC Azərbaycan Televiziyasının “Xəbərlər” proqramının qonağı olub. Aparıcı Səid Babazadənin suallarını cavablandıran hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsi, bir milyon azərbaycanlı məcburi köçkünlərin hüquqları barədə danışıb, habelə cəbhə bölgəsində yerli dinc sakinlərin qətlə yetirilməsi haqqında söz açıb.

Avropanın insan haqları təşkilatlarının bu faktları görməzdən gəldiyini deyən ADİHİ rəhbəri Əhməd Şahidov bunun səbəblərinə də toxunub: “Bugün dünyada demokratiya və insan haqları tam formal xarakter daşıyır. Əsasən, ölkələrin milli maraqları ön planda tutulur. Azərbaycan neft və qazla zəngin bir ölkədir və Cənubi Qafqazın aparıcı fiqurudur. Bugün regionda reallaşan qlobal enerji layihələri rəsmi Bakının iradəsi ilə baş tutur. Yəni, Azərbaycan təkcə regionda deyil, Avropada və bütün dünyada oyun şərtlərini diqtə edən tərəfə çevrilib. Bu da bir sıra ölkələrin xoşuna gəlmir və hər vəchlə ölkəmizi zəiflətməyə çalışırlar. İllərdir sürən Dağlıq Qarabağ münaqişəsi dünyada insan haqlarının kobud surətdə pozulmasının əyani sübutudur. Beynəlxalq hüququn ayrılmaz parçası olan ölkələrin ərazi bütovlüyü prinsipi pozulub, bir milyon insanın şəxsi həyatın toxunulmazlığı hüququ tapdanıb, minlərlə insanımız yaşamını itirib, yüzlərlə mülki vətəndaşımız işgəncələrə məruz qalıb, qeyri-qanuni əsir və girov saxlanılmaqdadır. Və bu hallar bugün də davam etməkdədir. Artıq 2018-ci ildir, Avropanın ən strateji bölgəsində – Azərbaycanda mülki əhali atəşə tutulur, 2 yaşlı Zəhralar qətlə yetirilir, bir məntəqədən digərinə hərəkət edən mülki insanlar girov götürülür. Avropanın insan haqları təşkilatları buna adekvat reaksiya vermirlər. 30 ildən çoxdur ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmir. Təbii ki, bütün bunlar ikili standartların təzahürüdür və Azərbaycan həm də bu neqativ siyasətlə üz-üzədir. Ölkəmiz gücləndikcə, bizə qarşı olan qüvvələr daha ədalətsiz, daha kobud münasibət bəsləməyə başlayırlar. Bir çox hallarda isə insan haqları sadəcə vasitəyə çevrilir.”

Xəbərlər

“AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib