AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb
izmir escort - izmir escort bayan fethiye escort bayan 2013mersin.net

AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb

Ana Sayfa » Tədbirlər » AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb

Azərbaycan nümayəndə heyətinin üzvləri Avropa Şurası Parlament Assambleyasında gedən müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları, azərbaycanlı məcburi köçkünlər və girovlarla bağlı intensiv iş aparıblar

22-26 Yanvar tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyası keçirilib. Sessiyanın ilk günündə AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri, İnsan Haqları üzrə Komissar, habelə komitə sədrləri seçilib. Yeni dönəm üçün AŞPA-nın prioritetləri elan olunub. Ölkələrin ərazi bütövlüyü məsələsi, münaqişələrin sülh yolu ilə həll olunması, qaçqın və məcburi köçkünlərin hüquqları, münaqişə ocaqlarında mülki əhalinin təhlükəsizliyi və digər məsələlər AŞPA-nın fəaliyyət planında prioritet elan olunub.

Azərbaycan nümayəndə heyəti də AŞPA-nın Qış Sessiyasında yaxından iştirak edib. Milli Məclisin deputatlarından ibarət rəsmi nümayəndə heyəti ilə yanaşı, Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri də AŞPA-nın Qış Sessiyasında xüsusi fəallıq nümayiş etdiriblər. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov sessiya çərçivəsində AŞPA üzvləri ilə görüşlər keçirib və azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması mövzusunu gündəmdə saxlayıb. Türkiyə, Ukrayna, Moldova, Albaniya, İtaliya, Fransa, Almaniya, Avstriya və digər ölkələrin AŞPA-dakı nümayəndə heyətləri ilə görüşən hüquq müdafiəçisi azərbaycanlı girovlarla bağlı məlumat verib, ingilis və fransız dillərində hazırlanmış broşürları və fotoları AŞPA üzvləri arasında yayıb.

Bundan başqa, Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyan AŞPA-nın Qış Sessiyasında çıxış edib. Ermənistan prezidentinin çıxışından əvvəl AŞPA binasında azərbaycanlı girovlarla bağlı stend təşkil olunub, Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotoları və broşürlər AŞPA üzvlərinə nümayiş olunub. Gün ərzində 60-dan çox AŞPA üzvü həmin stendlə tanış olub və onlara girovlarla bağlı geniş məlumat verilib.

Ermənistan prezidenti Serj Sarkisyan AŞPA-ya daxil olarkən həmin stendin qarşısından keçib və plenar iclasların keçirildiyi zala daxil olub. Ermənistan prezidenti öz çıxışında ölkəsinin “inkişafı, demokratik dəyərlərə sadiqliyi və insan haqları” barədə ağızdolusu danışıb. Dağlıq Qarabağ münaqişəsi barədə yalan və qərəzli fikirlər səsləndirən Serj Sarkisyan çıxışı zamanı çətin duruma düşüb. Belə ki, zalda əyləşən hüquq müdafiəçisi Əhməd Şahidov əlində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotolarını tutaraq, səssiz etiraz aksiyası keçirib. Serj Sarkisyan azərbaycanlı girovların fotolarını görüncə təəccüb edib və çıxışına bir müddət ara verməli olub. Səssiz aksiya AŞPA üzvlərinin də diqqətini çəkib. Bir müddətdən sonra AŞPA-nın Təhlükəsizlik Xidmətinin əməkdaşları zala daxil olub və Əhməd Şahidovdan aksiyanı dayandırmasını və zalı tərk etməsini tələb ediblər. Səssiz aksiya AŞPA üzvlərinin və sessiya iştirakçılarının azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə məlumatlanmasına səbəb olub və məsələ AŞPA daxilində geniş müzakirələrə yol açıb.

Xəbərlər

Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb