ANONİM ZƏNGLƏR…

ANONİM ZƏNGLƏR…

Ana Sayfa » Doktorluq işi » ANONİM ZƏNGLƏR…

telefonMüasir texnologiyaların tətbiq edilməməsi bucür zənglərin intensivləşməsinə səbəb olur
Son günlər paytaxt Bakı xeyli gərgin anlar yaşayır. Bir tərəfdən dünyada baş verən qızğın proseslər, digər tərəfdən də ölkəmizə gələn saysız-hesabsız nüfuzlu qonaqlar bu gərginliyə səbəb olur. Doktorluq dissertasiyamın bir fəsli də anonim zənglər, bunun səbəb və nəticələri, bomba həyəcanı ilə bağlıdır.

2009-cu ilin 6 ayı ərzində respublikada 102 və 112 nömrələrinə 42 dəfə anonim zəng olunmuş və hər dəfə də şəhərin müəyyən yerlərinə bomba yerləşdirildiyi haqqında yalan məlumatlar verilmişdir. Bütün hüquq-mühafizə orqanları ayağa qaldırılmış, telefon terrorçuları həbs edilmiş və AR Cinayət Məcəlləsinin müvafiq qanunvericiliyilə məsuliyyətə cəlb olunmuşlar. Lakin bu telefon terrorçularının əksəriyyəti azyaşlı uşaqlardır ki, onların da məsuliyyətə cəlb edilməsi qanunla yolverilməzdir. Bəs nə etməli? Sadə vətəndaşları qorxu içində saxlayan, hər dəfə metro, universitet və digər idarə və bankların işini iflic edən bucür zənglərlə necə mübarizə aparmalı? Əvvəlcə, bu anonim zənglərin səbəblərini araşdıraq…

Azərbaycan dünyanın bir parçasıdır, dünyada baş verən hadisələr, heç şübhəsiz ki, bizim ölkəmizdə də öz əksini tapır. Bir xalq olaraq, bizim dostlarımız və düşmənlərimiz var. İlk növbədə bu anonim zənglərin ən təhlükəli səbəblərini ayırd edək, bu anonim zənglərin intensivləşməsində hansı qüvvələr maraqlı ola bilər?

1) Müşahidələr göstərir ki, cənub qonşumuz olan İranın xüsusi xidmət orqanları Azərbaycanda bucür telefon təxribatlarının törədilməsində maraqlı ola bilər. Bu yolla onlar, ilk növbəbə Azərbaycan hüquq-mühafizə orqanlarının iş qrafikini, taktiki və operativ fəaliyyətini üzə çıxarmış olur. Bununla məlum olur ki, hər dəfə bomba ehtimalı ilə Azərbaycanın hansı qurumları hadisə yerinə yollanır, əməliyyatçıların sayı neçə nəfər olur, hansı texniki avadanlıqlardan istifadə olunur, hansı xüsusi heyvanlar hadisə yerinə gətirilir, ayrı-ayrı dövlət qurumları arasında funksional münasibətlər hansı müstəvidə tənzimlənir və s. Bundan başqa, sadə vətəndaşların bombaya reaksiyası, hadisə yerindəki insanların davranışları və digər detallar da maraqlı ölkə tərəfindən aktiv şəkildə müşahidə olunur. Bununla da gələcəkdə Azərbaycanda terror aktı həyata keçirmək istəyən qüvvələrin əlində Azərbaycan hüquq-mühafizə orqanlarının potensialı barədə xeyli məlumat toplanmış olur.

Təcrübə də göstərir ki, qardaş Türkiyədə analoji hal baş vermişdi. Bir müddət yalançı telefon zəngləri edilirdi, artıq hüquq-mühafizə orqanları pərən-pərən olmuş, mənasız axtarışlardan yorulmuşdu. Nəticədə Türkiyədə bir-birinin ardınca dəhşətli partlayışlar törədildi. Türkiyə polisi heç nə edə bilmədi, çünki anonim zəngin bu dəfə də yalançı olduğunu zənn etmişdi.

2) Azərbaycanda anonim zənglərin intensivləşməsində şimal qonşumuz olan Rusiya da maraqlı ola bilər. Belə ki, Azərbaycan dövlətinə bu və ya digər məsələlərdə mesajlar göndərmək, istənilən an ölkədə vəziyyəti dəyişdirmək, terror aktları həyata keçirmək gücündə olduğunu Azərbaycan tərəfinə məhz bu yolla çatdıra bilər. Yenə təcrübəyə nəzər salaq…

Qəbələ RLS-in Rusiyaya verilib-verilməməsi barədə Azərbaycanda tərəddüdlər baş qaldıranda, Azərbaycan əsgəri NATO silahlı qüvvələri ilə birgə təlimlər keçirəndə, Azərbaycanda intensivləşən anti-Rusiya şüarlarının səsləndiyi zamanlarda şimal rayonlarında, xüsusən də Quba, Qusar, Xaçmazda milli azlıqların “üsyan” qaldırması, yaşadıqları ərazilərin Rusiyanın tabeliyinə keçirilməsini istəməsi, dağlarda dini radikalların baş qaldırması, gizli silah-sursat anbarlarının aşkar edilməsi və bu kimi digər faktlar məz Rusiyanın Azərbaycana təsir vasitələri kimi başa düşülməlidir.

3) Üçüncü maraqlı qüvvə kimi Ermənistanı misal gətirmək istəyirdim ki, amma buna da ehtiyac duymuram. Çünki, bir dövlət kimi çox zəif olan Ermənistanın Azərbaycana qarşı müstəqil şəkildə bucür təxribatlar törətməsi inandırıcı görünmür. Onsuz da ermənilər istənilən təxribatları məhz rusların əli ilə Azərbaycana qarşı edirlər.

Anonim zənglərin intensivləşməsinin ciddi, amma real təhlükə ilə nəticələnə bilməyəcək səbəbləri də mövcuddur. Bu, ilk növbəbə cəmiyyətdəki sosial problemlər, məişət pozğunluqları və AR Cinayət Məcəlləsindəki bəzi boşluqlarla bağlıdır:

1) Valideynlərin diqqət və qayğısından kənarda qalan azyaşlı uşaqlar maraq üçün anonim zənglərə əl atırlar;

2) Savadsız və dar düşüncəli şəxslər (əksəriyyət azyaşlılardır) ifşa olunub həbs olunacaqlarına inanmadıqlarından bucür cinayətə gedirlər;

3) Ailədə münaqişə yarandıqda kimdənsə qisas almaq üçün öz həyatlarını da məhv edən gənclər harasa bomba yerləşdirildiyini deməklə rahatlaşırlar;

4) Xüsusi nəzarətdən kənarda qalan ruhi xəstələr və psixi pozğunluğu olan insanlar anlaqsız vəziyyətdə bu cinayətə yol açırlar;

5) Müəyyən dini cərəyanlarda, xüsusən də fəaliyyəti qadağan olunmuş sektalarda toplaşan azyaşlı uşaqları bu yola təhrik edirlər. Heç kəsə də sirr deyil ki, bucür sektalar xarici xüsusi xidmət orqanları tərəfindən maliyyələşir, dolayısıyla yenə xarici qüvvələrin maraqları üzə çıxır;

6) Bu anonim zənglərin edilməsinə münbit şərait yaradan faktorlardan biri də yerli mobil operator nümayəndələridir. Heç kimə sirr deyil ki, Azərbaycanda, xüsusən də kənar yaşayış məntəqələrində, rayon və kəndlərdə şəxsiyyəti təsdiq edən heç bir sənəd olmadan mobil nömrə əldə etmək mümkündür. Bununla da həm potensial cinayətkar özünün ifşa olunmasını çətinləşdirir, eyni zamanda asanlıqla bucür mobil nömrələri əldə edən azyaşlı uşaqlar “onsuz da nömrə mənim adıma deyil, tapa bilməyəcəklər” deyib bucür düşünülməmiş addım atır.

Maraqlısı da odur ki, bucür anonim zəngləri edib sadə vətəndaşları qorxu altında saxlayanların böyük əksəriyyəti azyaşlı uşaqlardır. Bunun da səbəbini sonuna qədər araşdırmağa ehtiyac var. Ola bilər ki, əvvəlcədən mütəşəkkil şəkildə təşkilatlanmış qüvvələr məhz azyaşlı uşaqlardan istifadə edərək, bucür yolla cinayətlər törədirlər. Başqa bir variant isə valideynlərin bucür zənglər edib sonradan məsuliyyətdən yaxa qurtarmaq üçün azyaşlı uşaqlarını icraçı kimi qələmə verməsidir. Lakin bu, çox da inandırıcı görünmür, çünki 102 və 112 nömrələrinə edilən bütün zənglərin səs arxivi saxlanılır.

Bəs bucür anonim zənglərin qarşısının alınması və ümumiyyətlə, bucür zənglərin bir daha təkrarlanmaması üçün nələri etmək zəruridir?

1) İlk növbədə cəmiyyətdə, xüsusən də məktəb və universitetlərdə intensiv maarifləndirmə tədbirləri həyata keçirmək zəruridir;

2) Anonim zənglər edənləri ciddi şəkildə cinayət məsuliyyətinə cəlb etmək və onlarla bağlı bütün məlumatları televiziya vasitəsilə geniş ictimaiyyətə çatdırmaq. Bu yolla gələcəkdə bu yola əl atacaq azyaşlıları fikrindən yayındırmaq mümkündür;

3) 102 və 112 telefon xidmətlərini daha mükəmməlləşdirmək, ən müasir avadanlıqlar tətbiq etmək. Belə ki, inkişaf etmiş ölkələrdə bucür xidmətlərdə səsinin tembrinə uyğun olaraq, zəng edənin yalan və ya həqiqət söylədiyini anında aşkar edən proqramlar tətbiq edilir.

4) 102 və 112 telefon xidmətlərini GPRS naviqasiya sisteminə qoşmaq daha faydalı olardı. Belə olduqda, daxil olan zənglər zamanı zəng edən danışmazdan əvvəl artıq onun harada yerləşdiyi aydın olur. Bucür naviqasiya sistemlərində zəng edənin yerləşdiyi kvadrat metr də bəlli olur.

Ümumiyyətlə, Azərbaycanda anonim zəng vurub bomba yerləşdirilməsi haqda məlumat verildikdə bütün hüquq-mühafizə orqanları hadisə yerinə yollanır. Hər bir qurum da ayrıca əməliyyat qrupu hazırlayır. Sanki, ayrı-ayrı qurumlar arasında əlaqələndirilmə çox zəif aparılır. Rabitə və kibernetika sahəsindəki mütəxəssislər bu işə aktiv cəlb olunmur. Fiziki olaraq cinayətkarın tutulub istintaqa cəlb olunması əsas məqsəd kimi ortaya qoyulur. Azərbaycan hüquq-mühafizə orqanları bu problemin yaranma səbəblərini və bu tendensiyanın birdəfəlik qarşısının alınması istiqamətində deyil, daha çox bu əməllərin nəticələrinin aradan qaldırılması, cinayətkarların tapılıb məsuliyyətə cəlb olunması istiqamətində intensiv işlər aparırlar.

Ümumiyyətlə, Rabitə Nazirliyinin də bu sahədəki fəaliyyəti ürəkaçan deyil. Bu nazirliyin balansında yüksək səviyyəki kibernetiklər, peşəkar rabitəçilər az olduğundan, ən müasir texnologiyalar tətbiq olunmur, çünki həmin texnologiyaları çalışdıra biləcək mütəxəssislər yetişdirilmir. AMEA-nın İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu da bu işə öz töhfəsini verə bilmir. Çünki bu qurumda da keçmiş riyaziyyat və fizika müəllimləri toplaşıblar, ən müasir texnologiyalar barədə köklü məlumatı olan mütəxəssislər yoxdur.

Sonda bildirmək istərdim ki, son vaxtlar intensivləşən anonim zənglər və telefon terrorçuları ilə mübarizə aparmaq eyni zamanda bizlərin – sadə vətəndaşların da borcudur. Hər bir valideyn öz övladına, hər bir müəllim öz şahgirdlərinə bucür əməllər barədə bəhs etməli, bunun insanları qorxu altında saxladığını və belə zənglərin cinayət əməli sayıldığını anlatmalıdır.

Növbəti məqaləmdə isə ən arzuolunmaz və dəhşətli mövzu barədə məlumat verəcəm. Belə ki, əgər anonim zəngin məlumat verdiyi bomba həiqətən də harasa yerləşdirilibsə və onun partlama təhlükəsi varsa, onda sadə vətəndaş nə etməlidir? Daha az insan itkisi ilə bu bəladan qurtulmaq üçün nələri bilməliyik?

f.e.n. Əhməd Şahidov

Bu məqalə müəllifin “Türk dövlətlərində təhlükəsizlik problemləri”
adlı doktorluq dissertasiyasının materialları əsasında hazırlanıb

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb