sifir_noqtesi_romani

“Sıfır nöqtəsi”
Bakı, “OL” Nəşriyyat, Poliqrafiya, Kitab ticarəti, 2013.
392 səhifə. 500 tiraj.
ISBN 978-9952-484-65-6
© Ə.Şahidov, 2013
© “OL” Nəşriyyat, Poliqrafiya, Kitab ticarəti, 2013
“Sıfır nöqtəsi” romanı yazıçı Əhməd Şahidovun üçüncü böyük nəsr əsəridir. Sırf milli ideologiya və millətçilik hisslərinə həsr olunmuş bu əsər azərbaycanlı bir gəncin həyatından bəhs edir. Bakıda doğulub boya-başa çatmış Azad hələ uşaqlıq illərindən mənsub olduğu xalqın, millətin tarixi ilə yaxından maraqlanır və gələcəkdə Türk millətinin firavan gələcəyi üçün çalışacağını qarşısına məqsəd kimi qoyur. Dağlıq Qarabağda gedən savaşlarda bir qolunu itirmiş atasının və orta məktəbdə müəllimə işləyən anasının min bir əziyyətlə böyüdüb təhsil verdiyi Azad yüksək balla Bakı Dövlət Universitetinə daxil olsa da, ali təhsilini Kiprdə davam etdirmək qərarına gəlir və hər şey də məhz bundan sonra başlayır. Azad Kuzey kimi tanınan bu azərbaycanlı gənc təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevilən və adını tarixə yaza bilən bir şəxsiyyətə çevrilir. Onun Türk dünyası üçün nələr etdiyini isə romanı oxuduqdan sonra biləcəksiniz.


 

oblojka“Samir”
Bakı, “OL” Nəşriyyat, Poliqrafiya, Kitab ticarəti, 2013.
248 səhifə. 2000 tiraj.
ISBN 978-9952-484-32-8
© Ə.Şahidov, 2013
© “OL” Nəşriyyat, Poliqrafiya, Kitab ticarəti, 2013
15 İyun 2013-cü il tarixində “OL” nəşriyyatında “Samir” adlı romanım işıq üzü görüb.  “Samir” romanı bir insanın cəmiyyətlə mübarizəsinə həsr olunub. Doğuşdan başlayıb, son mənzilə qədər davam edən bu mübarizə isə romanın qəhrəmanı olan Samir ilə cəmiyyət arasında gedir. Cəmiyyət arasında birmənalı qarşılanmayan və geniş insan kütləsi tərəfindən “homoseksual” adlandırılaraq, təhqir və təqiblərə məruz qalan Samir özünə qarşı bu münasibətlə barışmır və sonadək vuruşacağına söz verir. Zaman-zaman bu mübarizədən usanan və təkbaşına yüz minlərlə insana müqavimət göstərməkdən yorulan Samir dəfələrlə özünə sui-qəsd etməyə çalışır və onu təqib edən insanlardan, cəmiyyətdən uzaqlaşmağın yeganə çıxış yolunu məhz intiharda görür. Son anda içindəki “Mən” adlanan o səsə qulaq asan roman qəhrəmanı ümidini Allaha bağlayır və mübarizəsinə davam edir.


 

“Sevdiyim qadın”
Bakı, Qanun Nəşriyyatı, 2012.
152 səhifə. 500 tiraj.
ISBN 978-9952-26-352-7
© Ə.Şahidov, 2012
© Qanun Nəşriyyatı, 2012
30 Oktyabr 2012-ci ildə “Qanun” nəşriyyatında “Sevdiyim qadın” adlı ilk romanım çapdan çıxmışdır. Sevgi mövzusunda yazılmış romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda istedadlı alim və şairdir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri biri-birini əvəz edir. Birnəfəsə oxuyacağınız bu romanda erotik məqamlar və gərginlik çox maraqlı dillə təsvir olunub.


 

“Gecələr ağlayan qadın”
Bakı, Qanun Nəşriyyatı, 2012.
128 səhifə. 500 tiraj.
ISBN 978-9952-26-351-0
© Ə.Şahidov, 2012
© Qanun Nəşriyyatı, 2012
30 Oktyabr 2012-ci ildə “Qanun” nəşriyyatında “Gecələr ağlayan qadın” adlı ikinci şeirlər kitabım çapdan çıxmışdır. Kitabda məhəbbət mövzusunda qələmə aldığım şeirlərim dərc edilib.


 

“Sən də yer ver aşka”
Bakı, Qanun Nəşriyyatı, 2011.
176 səhifə. 500 tiraj.
ISBN 978-9952-26-218-6
© Ə.Şahidov, 2011
© Qanun Nəşriyyatı, 2011
13 Sentyabr 2011-ci ildə “Qanun” nəşriyyatında “Sən də yer ver aşka” adlı ilk şeirlər kitabım çapdan çıxmışdır. Kitabda müxtəlif mövzularda qələmə aldığım şeirlərim və “Düşmənə ehtiram” adlı bir hekayəm yer alıb.


«Слог и силлабика слова в современном русском и азербайджанском языках» Bakı – «Mütərcim» - 2010 Format  60x84 1/16 Səhifə: 176  Tiraj: 200 ISBN: 978-9952-28-051-7 21 Dekabr 2010-cu ildə “Müasir Azərbaycan və rus dillərində heca və sözün sillabikası” adlı elmi monoqrafiyam rus dilində çapdan çıxmışdır. İlk ciddi elmi əsərim olan bu kitabda iki fərqli dildə – Azərbaycan və rus dillərindəki ikihecalı sözlərdə hecanın fonetik quruluşu və sözün sillabik quruluşu müqayisəli şəkildə təhlil olunmuşdur.

«Слог и силлабика слова в современном русском и азербайджанском языках»
Bakı – «Mütərcim» – 2010
Format  60×84, 1/16
Səhifə: 176
Tiraj: 200
ISBN: 978-9952-28-051-7
21 Dekabr 2010-cu ildə “Müasir Azərbaycan və rus dillərində heca və sözün sillabikası” adlı elmi monoqrafiyam rus dilində çapdan çıxmışdır. İlk ciddi elmi əsərim olan bu kitabda iki fərqli dildə – Azərbaycan və rus dillərindəki ikihecalı sözlərdə hecanın fonetik quruluşu və sözün sillabik quruluşu müqayisəli şəkildə təhlil olunmuşdur.