Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında Cümhuriyyət Günü barədə danışıb

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Mayın 31-də Türkiyənin nüfuzlu “Ulusal Kanal” Televiziyasının canlı yayımında qonaq olub. “Gün Ortası” proqramının aparıcısı Umut Tezererin suallarını cavablandıran Əhməd Şahidov Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə danışıb, ötən 100 il ərzində Azərbaycanın üzləşdiyi çətinliklərdən söz açıb və bugünkü Azərbaycan Respublikasının hədəflərini açıqlayıb.

Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması, habelə beynəlxalq platformalardakı fəaliyyəti barədə söz açan hüquq müdafiəçisi Əhməd Şahidov ATƏT, Avropa Şurası, BMT və digər qurumlarda Azərbaycan və Türkiyə ilə bağlı gördükləri işlər barədə məlumat verib.

Bu yazını Facebookda şərh et