Əhməd Şahidov Gürcüstan Parlamentində görüş keçirib

Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd ŞahidovMay ayının 24-də Tbilisi şəhərində Gürcüstan Parlamentinin İnsan Haqları və Vətəndaş İnteqrasiyası Komitəsinin sədr müavini Rati İonatamişviliilə görüşüb. Gürcüstanlı həmkarını 26 May – Gürcüstanın Respublika Günümünasibətilə təbrik edən hüquq müdafiəçisi Əhməd Şahidov iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən söz açıb, hər iki ölkənin Parlamentləri, vətəndaş cəmiyyəti nümayəndələri, habelə gəncləri arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan gürcülərin hüquqlarının qorunması istiqamətində atılan addımlardan söz açan ADİHİ rəhbəri Əhməd Şahidov bu sahədə hər hansı çətinliklərin olmadığını bildirib.
Əhməd Şahidovun rəhbərlik etdiyi nümayəndə heyətini Gürcüstan Parlamentində salamlamaqdan məmnunluğunu ifadə edən Rati İonatamişvili Gürcüstanın insan haqları sahəsində həyata keçirdiyi islahatlar barədə məlumat verib, Gürcüstan-Azərbaycan münasibətlərinin əhəmiyyətini xüsusi xurğulayıb, bu münasibətlərin daha da irəliləməsində hər iki ölkə gənclərinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Görüşdə İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı və Polşa Azərbaycanlıları Birliyinin rəhbəri Cavid Zeynalov da iştirak edib.

Bu yazını Facebookda şərh et