NOVRUZ ARZULARI!

Yenə gəlir yaz havası, damarlar qaynayıb daşır,
Könül istər saz havası, ruhum uca dağlar aşır.

Yada düşür Qarabağım, bizsiz qalmış o torpaqlar,
Dağılmış İsa Bulağı, viran olmuş o yaylaqlar.

Novruz Türklük bayramıdı, tarixdən süzülüb gəlir,
Türk olan da, olmayan da bu tarixi bayram edir.

Vətən oğlu kimi mən də bu bayramı qeyd edirəm,
Qəlbim arzularla dolu, uşaq tək hey sevinirəm.

Arzum odur ki, xalqımız qələbənin dadın tamsın,
Ölkəmizdə firavanlıq, demokratiya yaransın.

Azərbaycan xoşbəxt ölkə, zəngin bir məmləkət olsun,
Hər vətəndaş azad olsun, ailələr sevinclə dolsun.

Dünya tanısın bizləri, düşmənlər qorxub qaçsınlar,
Azərbaycan deyiləndə, gənclər ayağa qalxsınlar.

Qor birləşsin Türk dünyası,  Azərbaycan mərkəz olsun,
Bakı, Təbriz və İstanbul bütün türklərə yar olsun!

Novruz gəlir, unudulur hər cür yalan və pisliklər,
Yeni ilə qədəm qoyduq, yaşayaq neçə yüz illər!

Əhməd ŞAHİDOV
16 Mart 2010-cu il saat 16:41, Moskva, Rusiya
Bu yazını Facebookda şərh et