MƏNİM PİŞİYİM

Deyirlər heyvanlar içərisində
İnsana dost olan yalnız itlərdir.
Lakin mənim pişiyim var balaca,
Min ağıllı itdən daha gözəldir.

*****

Doğuşundan bəsləyirəm mən onu
Səhər-axşam qulluğunda dururam.
Yeməyini yeyib, suyunu içib
Qucağımda yatmağı çox gözəldir.

*****

Miyoldayıb dizlərimdə oturur,
Sanki məni bu dünyadan qoparır.
Məni qayğılardan, dərdən qurtarır,
Onu sığallamaq necə gözəldir?!

*****

Amma hərdən məndən yaman inciyir,
Hər evdən çıxanda arxamca baxır.
Yemək yemir, yalnız məni gözləyir,
Küsüb-barışmağı yaman gözəldir.

*****

Pişiyim evimin cəngavəridir,
Onun caynağında şikar ah çəkər.
Onun qorxusundan bu siçanların,
Qaçıb qurtarması  əcəb gözəldir.

*****

Pişiyimin çox gözəl gözləri var,
Min dünya gözəli ona tay olmaz.
Poppuş yanaqları, xumar bığları
Kaman tək əyilən quyruq gözəldir.

*****

Yenə miyoldayır, mənə zillənib
O gözəl gözləri nəsə istəyir.
Qələmə aldığım bu sətirləri
Ona həsr edirəm, adı “Gözəl”dir.

Əhməd ŞAHİDOV
09 Mart 2010-cu il saat 01:28, Moskva, Rusiya
Bu yazını Facebookda şərh et