Türkiyənin Ulusal Kanal Televiziyasında Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlı girovlar barədə danışılıb

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Fevralın 24-də Ulusal Kanal Televiziyasının canlı yayımında qonaq olub. “Ulusal Özel” proqramının aparıcısı Seda Anıkın suallarını cavablandıran hüquq müdafiəçisi Xocalı soyqırımının 26-cı ildönümü barədə məlumat verib, erməni vəhşiliklərindən söz açıb və dünya ictimaiyyətinin bu soyqırıma yetərli hüquqi və siyasi qiymət vermədiyini bildirib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan Əhməd Şahidov azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında məlumat verib və onların azadlığa çıxması üçün görülən işlərdən danışıb.

Canlı yayımda iştirak edən Dilqəm Əsgərovun oğlu Kürdoğlu atası barədə məlumat verib və 4 ildir ki, erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması naminə Türkiyə dövlətinin də dəstəyinə ehtiyac olduğunu bildirib.

Bu yazını Facebookda şərh et