İstanbul Yeni Yüzyıl Universitetində “Xocalıya Ədalət” konfransı təşkil olunub

Ana Sayfa » Tədbirlər » İstanbul Yeni Yüzyıl Universitetində “Xocalıya Ədalət” konfransı təşkil olunub

Xocalı soyqrımının 26-cı ildönümü ilə əlaqədar Türkiyənin İstanbul şəhərində Xocalıya Ədalət Həftəsinə start verilib. İslahatçı Gənclər İctimai Birliyinin artıq altı ildir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyasına qoşularaq təşkil etdiyi həftəlik çərçivəsində ilk anma konfransı dövlət rəsmiləri, millət vəkilləri, media və QHT rəhbərlərinin iştirakı ilə İstanbul Yeni Yüzyıl Universitetində baş tutub.

Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanan konfransı giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Xocalı soyqrımı XX əsrdə baş verən dəhşətli bir insanlıq cinayətidir. F.Şahbazlı qeyd edib ki, 26 il öncə Xocalıda erməni silahlı dəstələri keçmiş Sovet İmperiyasına məxsus 366-cı motoatıcı alayın dəstəyi ilə 63-ü uşaq olmaqla, 613 nəfəri dəhşətli formada qətl edib.

Konfransda Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay, Yeni Yüzyıl Universitetinin rektoru, professor Yaşar Hacısalihoğlu, Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşayev, Şimali Kipr Türk Respublikasının vitse-spikeri Zorlu Töre, Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan millət vəkili Suat Önal, Makedoniya parlamentinin deputatı Enes İbrahim, hüquq müdafiəçisi Əhməd Şahidov, Türkiyə Elm və Texnika Dərnəyinin sədri İsmayıl Haqqı Şənər, Rauf Raif Denktaş Düşüncələrini Yaşatma Dərnəyinin sədri Latif Akça, keçmiş deputat Əlövsət Ağalarov, Makedoniya Azlıqları Qoruma Dövlət Agentliyinin rəhbəri İlhan Rahman çıxış ediblər.

Konfransda çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə söz açıb, bu soyqırım aktına beynəlxalq səviyyədə zəzuri hüquqi və siyasi qiymətin verilməməsi faktına toxunub və Avropa ictimaiyyətinin Xocalı həqiqətlərinə göz yumduğunu dilə gətirib. Avropanın müxtəlif ölkələrində, nüfuzlu beynəlxalq təşkilatlarda – ATƏT, Avropa Şurası, Avropa Parlamenti və digər qurumlarda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində davamlı fəaliyyət göstərdiklərini deyən hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq platformalarda təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyə, Şimali Kipr və ümumən Türk dünyasının maraqları naminə iş apardıqlarını da bildirib.

Hazırda erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu konfransda çıxış edərək atasının girovluqdan azad olunması naminə Azərbaycan dövlətinin atdığı mühüm addımlar haqqında məlumat verib. Kürdoğlu Əsgərov eyni zamanda atasının azad olunması işində qardaş ölkə Türkiyədən də dəstək gözlədiklərini qeyd edib.

Anım tədbirində Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova və rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələri Xocalıda yaşanan dəhşətləri, eyni zamanda gəncliyimizin mübarizə əzmini musiqinin, sənətin dili ilə tərənnüm edən kompazisiya ilə çıxış ediblər. Kompazisiya konfrans iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.

Xəbərlər

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib “Vyana görüşündən sonra girovların dəyişdirilməsi prosesi aktiv fazaya daxil olub” – ATV Aktual verilişində müzakirə “Vyana görüşündən sonra girovların dəyişdirilməsi prosesi aktiv fazaya daxil olub” – ATV Aktual verilişində müzakirə Əhməd Şahidov Fransa prezidentinin 24 Aprel qərarı ilə bağlı video müraciət yayıb Əhməd Şahidov Fransa prezidentinin 24 Aprel qərarı ilə bağlı video müraciət yayıb Azəbaycanlı hüquq müdafiəçisinə AŞPA-da rəsmi xəbərdarlıq edildi… Nikol Paşinyana görə… Azəbaycanlı hüquq müdafiəçisinə AŞPA-da rəsmi xəbərdarlıq edildi… Nikol Paşinyana görə… Əhməd Şahidov Londonda keçirilən beynəlxalq konfransda azərbaycanlı əsir və girovlar barədə danışıb Əhməd Şahidov Londonda keçirilən beynəlxalq konfransda azərbaycanlı əsir və girovlar barədə danışıb “Vyana görüşü əsir və girovların dəyişdirilməsi prosesinə təkan verəcək” – hüquq müdafiəçisi “Vyana görüşü əsir və girovların dəyişdirilməsi prosesinə təkan verəcək” – hüquq müdafiəçisi “Erməni diversantın atasının Elvin İbrahimovla görüşməsi rəsmi Yerevanın təxribat cəhdidir” – Əhməd Şahidov “Erməni diversantın atasının Elvin İbrahimovla görüşməsi rəsmi Yerevanın təxribat cəhdidir” – Əhməd Şahidov Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir Qax rayonunda Novruz şənliyi keçirilib Qax rayonunda Novruz şənliyi keçirilib Əhməd Şahidov Novruz Bayramı münasibətilə Qax rayonu ictimaiyyətini təbrik edib Əhməd Şahidov Novruz Bayramı münasibətilə Qax rayonu ictimaiyyətini təbrik edib Əhməd Şahidov 5 Mart İdman Günü münasibətilə Qaxın idman ictimaiyyətinə müraciət edib Əhməd Şahidov 5 Mart İdman Günü münasibətilə Qaxın idman ictimaiyyətinə müraciət edib Əhməd Şahidov Şimali Kiprin Diyalog Televiziyasına Xocalı soyqırımı barədə danışıb Əhməd Şahidov Şimali Kiprin Diyalog Televiziyasına Xocalı soyqırımı barədə danışıb Türkiyənin Ulusal Kanal Televiziyasında Xocalı soyqırımı və azərbaycanlı girovlar barədə danışılıb Türkiyənin Ulusal Kanal Televiziyasında Xocalı soyqırımı və azərbaycanlı girovlar barədə danışılıb İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində  Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib