ALINMASA XOCALININ QİSASI…

“Kişi deyilik”, – budur sözün qısası!
Yenə xatirələrlə dolu bir gün yaşayırıq… acı xatirələr. Xocalı yadımıza düşür. Əslində həmişə yadımızdadır, sadəcə məhz bu gündə daha da çox xatırlayırıq, dünya ictimaiyyətinin hayqırtımıza sakitcə yanaşması içimizdəki yaranın qaysağını didib bitirir. Hərdən oturub fikirləşirəm ki, görəsən insanlar niyə müharibə edirlər? Hamısı nəfsdən irəli gəlir. Biri malını artırmaq, digəri isə torpağını artırmaq eşqinə düşür.

Pis insan iyrəncliklərə əl atıb malını-mülkünü artırmağa çalışdığı kimi, Ermənistan adlanan o iyrənc ölkə də öz ərazilərini durmadan artırmağa çalışır və bu yolda qonşu ölkələrə əl uzadır, günahsız insanların qanına əl batırır.

Əslində ədalətsizliklərlə dolu bir dünyada Ermənistan kimi bir ölkənin Azərbaycana və digər qonşularına təcavüzkarcasına yanaşması normaldır, yəni ki, siyasətdir. Əsas olanı özümüzü qorumaq bacarığımızdır. Qayıdaq yenə Xocalıya…

Artıq 18-ci ildönümünü qeyd edirik bu soyqırımın… sözün əsl mənasında bəşəriyyətə qarşı törədilən bir vəhşilik aktı – soyqırım idi. 600-dən çox günahsız insan – qoca, qadın, körpə qanına qəltan edildi. Ermənilər əsl xislətini, nə cür iyrənc bir millət olduqlarını ortaya qoydular. Bütün dünyaya nümayiş etdirdilər. İndi isə bütün dünyaya bar-bar bağırıb özlərinə qarşı həyata keçirilən hansısa “soyqırımdan” danışırlar. Belə yerdə türklərin bir məsəli yadıma düşdü: “Həm suçlu, həm güclü”. Belə utanmaz düşmənə qarşı biz də güclü olmalıyıq. Özü də 5 qat, 10 qat, hətta 100 qat güclü olmalıyıq ki, onlarla çox vaxt itirməyək, bir göz qırpımında tarixin zibilliyinə ataq bu pis xislətli milləti.

İndi Azərbaycan güclü bir dövlətdir… sözün əsl mənasında güclü bir dövlət. Hüquq elmində dövlət anlayışının tərifini xarakerizə edərkən ilk növbədə bildirirlər ki, dövlətin özünəməxsus ordusu olmalıdır. Ordusu olmayan idarəetmə forması dövlət sayıla bilməz. Hərçənd ki, Yaponiyada ordu yoxdur, amma bunu bir istisna hal kimi qəbul etmək lazımdır. Azərbaycanın isə güclü ordusu var. Ordumuz canlı müharibədə ermənilərin hərbi birləşmələrinə qarşı üz-üzə gəlsə, həm hərbi-taktiki baxımdan, həm də psixoloji cəhətdən qalib çıxacaq. Çünki, Ermənistanın iqtisadi durumu göz qabağındadır, Rusiyanın bir quberniyası kimi mövcud olan bu ölkə çox müflisdir. O ki  qaldı Ermənistan ordusunun psixoloji durumuna? Əvvəlcə qeyd edim ki, insanda qisas, intiqam hissi yoxdursa, ondan qəhrəmanlıq və şücaət gözləmək yersizdir. Götürək sıravi erməni əsgərini… Nəyin, hansı amalın uğrunda vuruşacaq adi erməni əsgəri?! Nə qədər erməni təbliğatına uysa da, sıravi erməni əsgəri sırf işğalçı missiyalar naminə vuruşduğunun fərqindədir. Əvvəllər Azərbaycan tərəfinə əsir düşmüş erməni əsgərlərinin açıqlamaları da buna sübutdur. Amma Azərbaycan əsgərinin psixoloji durumu yüksək səviyyədə olmalıdır. İlk öncə bizə mənsub olan dədə-baba torpaqlarımızı geri qaytarmaq öhdəliyi, şəhid olmuş qardaş və bacılarımızın ruhunun şad edilməsi borcu və nəhayət bütün dünyaya Azərbaycan türklərinin əslində necə qəhrəman və məğrur bir millət olduğunu nümayiş etdirmək şərəfi – bütün bu cəhətlər bizi intiqama, ələ silah alıb döyüşə atılmağa səsləyir… bizsiz qalan Xocalıda, Şuşada üçrəngli Türk bayrağını sancmağa çağırır.

Bunun üçün isə ilk növbədə bir yumruq kimi möhkəm olmalıyıq. Düşmənimizi tanımalı, onun hər sifətiylə necə göründüyünü anlamalı və bütün sifətlərinə nifrət etməliyik. Bu sifət söhbətini açmağımın səbəbi də var. Çünki, bəzi gənclərimiz ermənilərə loyal münasibət bəsləyir, “erməni mənə nə edib ki?!” kimi gülünc və ürək ağrıdan fikirlər səsləndirirlər. Əsasən də hansısa xarici ölkədə bir erməni ilə üz-üzə gələndə onun fərdi keydiyyətlərini önə çıxardır, lakin həmin şəxsin işğalçı erməni millətinin bir nümayəndəsi olduğunu yaddan çıxardırıq. Bu sahədə xeyli təcrübəm olmasa da, bir insan kimi öz fikirlərimi məsləhət olaraq paylaşmaq istərdim.

Əvvəla yaddan çıxartmayın ki, bu müharibədə müvəqqəti də olsa, qazanan Ermənistandır, Azərbaycan isə hələlik itirib. Yenə təkrar edirəm, müvəqqəti. Çünki, sonucun bizim xeyrimizə, ədalətin xeyrinə olacağına özüm qədər inanıram. Və bu müharibədən qazanan sıravi erməninin davranışının necə olmasını ehtimal edək. Əgər bu müharibədən nəsə qazanıbsa, təbii ki, həmin qazandıqlarını itirmək istəməz və hər vəchlə müharibədən qaçar. Ona görə də sıravi azərbaycanlı ilə görüşündə erməni həmişə torpaqlar haqqında danışmaq istəmir, “əşşi, məni Qarabağ maraqlandırmır. Nəyimə lazım bu Qarabağ?!” deyir. Bu, normal davranışdır, həm də hiyləgər. Amma məni maraqlandıran əsas Azərbaycan gənclərinin davranışıdır. Azərbaycan gənci də  öz növbəsində “əşşi, məni də Qarabağ maraqlandırmır. Nəyimə lazımdır bu Qarabağ?!” deməklə həm özünü məhv edir, həm də düşmən dəyirmanına su tökmüş olur. İtirmiş tərəf heç vaxt sakitləşməməli, əksinə vulkan kimi qaynamalı və itirdiklərini bərpa edənə qədər dinc durmamalıdır.

Erməni gənci özünü mədəni, sivil göstərəndə buna aldanan bəzi dayaz düşüncəli Azərbaycan gəncləri düşmən tərəfinə dost münasibəti bəsləməyə başlayır və tədricən özləri də  bilmədən düşmənin maraqlarına xidmət edir. Belə davam etdikcə Azərbaycan gənci məhvə doğru gedə bilər. Çünki, ən azından 30-50 il sonra həmin iyrənc erməni gənci yeni-yeni iddialarla çıxış edəcək, daha sonra Gədəbəy, Şamaxı, Göyçay və lap sonda da Bakıya iddiasını ortaya qoyacaq. Bunumu gözləyək?! Nəyə görə o iyrənc missiyanı qarşısına milli əqidə kimi qoymuş mənfur düşməni elə indicə məhv etməyək. Özünü tam məhv edə bilməsək də, onun işğalçı və şovinist iddialarını, planlarını məhv etməliyik!

Bunun üçünsə tarixi unutmamalıyıq, özümüzü unutmamalıyıq. Kim olduğumuzu, haradan gəldiyimizi, kimlərin nəvələri olduğumuzu və nəyin uğrunda mübarizə ağardığımızı əsla unutmayaq! Vətəni özümüz hesab edək. İçimizdən kimsənin həyətdəki maşınını cızanda, evini əlindən alanda divə, əjdahaya dönürük. Amma canımız olan Qarabağımızı əlimizdən alıblar. Səsimiz çıxmayacaqmı?!

Amma mən ümidliyəm. İnanıram ki, Qarabağımızı azad etməyə qadir ordumuz, rəhbərlərimiz var! Dünən Azərbaycan Prezidenti İlham Əliyevin və müdafiə naziri Səfər Əbiyevin son bəyanatlarını oxudum mətbuatdan. İçimdə qələbəyə köklənmiş o inam daha da artdı. İlham Əliyevin “Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaq” bəyanatı və Səfər Əbiyevin “Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. İndi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır. İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır” fikirləri artıq reallıqdır. Hər halda “Od olmasa, tüstü çıxmaz” deyiblər. Düşmənimizi məhv edəcəyimiz və torpaqlarımızı işğaldan azad edəcəyimiz günü səbirsizliklə gözləyirəm. Təkcə gözləmirəm, həm də vuruşmağı, döyüşməyi, qan tökməyi tərcümeyi-halıma salmaq istəyirəm.

Amma Xocalısız tarixi çox yaşamaq istəməzdim. Almalıyıq Xocalını, orada şəhid olan insanlarımızın qisasını, düşmənin bu illər ərzində bizə çəkdirdiyi açının intiqamını… Yoxsa “kişiyəm” deyib başımıza papaq qoymayaq gərək…

Əhməd ŞAHİDOV
26 Fevral 2010-cu il saat 00:13
Moskva, Rusiya Federasiyası

Bu yazını Facebookda şərh et