Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ötən gün Türkiyə Cümhuriyyətinin Budapeşt şəhərində yerləşən səfirliyini ziyarət edib. Səfir Ahmet Akif Oktay ilə görüşən hüquq müdafiəçisi Avropada həyata keçirdikləri fəaliyyət barədə cənab səfiri məlumatlandırıb və hər iki ölkənin milli maraqları istiqamətində gördükləri işlərdən danışıb.

Azərbaycan-Türkiyə münasibətlərini yüksək qiymətləndirən səfir Ahmet Akif Oktay beynəlxalq platformalarda birgə fəaliyyətin zəruriliyini qeyd edib. Türkiyənin Afrin əməliyyatı və terrorizmlə mübarizə sahəsində həyata keçirdiyi işlər haqqında danışan səfir dost və qardaş Azərbaycanın bu məsələdə dəstəyini hiss etdiklərini bildirib və dərin təşəkkürünü ifadə edib.

Görüş zamanı ATƏT, Avropa Şurası, BMT və digər beynəlxalq qurumlarda hər iki ölkənin milli maraqları naminə birgə fəaliyyətin konturları barədə faydalı fikir mübadiləsi aparılıb.

Bu yazını Facebookda şərh et