SEVMƏ MƏNİ!

Sevgin mənə ən ağır cəza kəsdi,
Sürgün etdi məni o gözlərinə.
Baxıb qaldım o gözlərdə, bir anlıq
Sevgin mənə çox amansız davrandı.
Soruşmadı sevirəmmi mən səni,
Zorla girdi ürəyimə bu sevgi
Ürəyimi işğal etdi, od qoydu,
Qürurumu taxtdan saldı bu sevgi.
Hər nə varsa, alıb apardı məndən
Əvəzində mənə sevgisin verdi.
O sevgi mənə çox qəribə gəldi
Çünki heç vaxt sevib sevilməmişəm.
Əgər heç vaxt sevməyibsə kimsəni
Hardan bilsin bu sevginin qədrini.
Çaylar tək çağlayır damarda qanım
Görən bu yaşanan əsl sevgidir?!
Mənə hər gün deyir əzizim, canım
Görən o sözləri mənimçün deyir?
İnanmıram sevginin varlığına
Sevgi boş-boş yanıb külə dönməkdir,
Yanmaq üçün gəlmədim ki, həyata
Gəldim ki, yanana şahidlik edim.
Sözüm qısa, ürəyimsə doludur,
Sevmirəm mən səni, məni də sevmə
Sevəndə insanlar aciz olurlar
Aciz olmaq üçün yaşamıram mən.
Bu həyatda yandıran da, yaxan da,
Gözü yaşlı qoyub gedən də mənəm
Qıılınc qında olsun, düşmən baxanda
Sevgini unudub öldürən mənəm.

Əhməd ŞAHİDOV
25 Fevral 2010-cu il saat 00:44, Moskva, Rusiya
Bu yazını Facebookda şərh et