Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetində olub. Universitetin Siyasi Elmlər Mərkəzinin (Central European University Center for Policy Studies) rəhbəri Dr. Endryu Kartrayt ilə görüşən hüquq müdafiəçisi regiondakı son proseslər barədə fikir mübadiləsi aparıb.

Avropanın təhlükəsizliyi, qaçqın axını, tolerantlıq və inteqrasiya məsələlərini müzakirə edən tərəflər qarşılıqlı təcrübə mübadiləsi barədə ilkin razılığa gəliblər. Azərbaycanın üzləşdiyi problemlər barədə cənab Endryu Kartrayta məlumat verən ADİHİ rəhbəri Əhməd Şahidov bəşəriyyəti təhdid edən məsələlərin həllində birgə fəaliyyətin zəruri olduğunu da vurğulayıb.

Bu yazını Facebookda şərh et